Əməllərimizi nələr puça çıxarır?


Quran ayələrinə və hədislərə əsasən bəzi əməllər və deyilmiş sözlər vardır ki, insanın yaxşı əməllərini batil edir.
1. Ehtiyacı olanlara minnət qoymaq və onları incitmək. (“Bəqərə” 264).
2. İlahi rəhbərlərə ədəbsizlik etmək. (“Hucurat” 2).
3. Təkəbbür və həsəd. İmam Sadiq (ə) buyurur: “Həsəd yaxşılıqları məhv edər, necə ki, atəş odunu yandırar”. (“Zumər” 45).
5. Riya. “Həmin o kəslər ki, mallarını riya və camaata göstərmək xatirinə xərcləyirlər və Allaha və axirət gününə imanları yoxdur. (“Nisa” 38).
6. Peyğəmbərə (s) minnət qoymaq. (“Hucurat” 17)...


İnsanı qəbir əzabından qoruyan əməllər hansılardır?


Hədislərimizdə oxuyuruq ki, o insanlar ki, cümə günündə və ya gecəsində ölərsə, qəbir əzabı onlardan götürülər.
Həzrət Peyğəmbər (s) buyurur: “Mənə çoxlu salavat göndərin ki, mənə salavat göndərmək qəbrinizdəki nurdur və Sirat zamanı olan nurdur, behiştdəki nurdur”.
Həzrət Peyğəmbərə (s) çoxlu salavat göndərmək insanı qəbir əzabından qoruya bilər. Həmçinin gecə namazı insanın qəbir əzabından xilas olmasına səbəb ola bilər.
Allah Təala Musaya (ə) vəhy edir: “Gecənin qaranlığında ayağa qalx və gecə namazı qıl ki, bu (əməl) bais olar ki, qəbrin behişt bağlarından olsun”...


Cənnətdəki nemətlərin ləzzəti necə olur?


Quranda cənnətdə veriləcək nemətlərdən söz açılır. Bu nemətləri insan təsəvvür etdikdə bu dünyada təcrübədən keçirdiyi ləzzətlərin ən yaxşı halı yadına düşür. İnsan düşünür ki bu dünyada təcrübədən keçirdiyi ləzzətlərin ən yaxşı mislini o dünyada görəcək. Quranda behiştin söykənəcək müttəkkələrindən tutmuş, xidmət göstərən huri və qilmanlara qədər, sayə salmış meyvə ağaclarından tutmuş qəsrlər və süd çaylarına qədər və sair nemətlər gəlibdir. Bu dünyada qeyd edilən nemətlərdən alınan həzz təkrarlı şəkildə olsa yorucu və bezici olar. Amma behiştin nemətləri və onların bəxş etdiyi ləzzətlər behişt kimi mükəmməl olduğundan yorucu və bezici olmayacaq. Tövbə/72: “Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!” Ayədən bəlli olur ki cənnətdə ən böyük nemət Allahın insandan razı olmasını hiss etməsidir...


Ölənlərimizə nə kimi hədiyyələr göndərə bilərik?


Ölənlərimizə nə kimi hədiyyələr göndərə bilərik? Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərində yatan ölülərinizi unutmayın. Ölülərinizin sizin ehsanlarınıza ümidləri vardır. Ölüləriniz zindandadırlar və sizin yaxşı işlərinizə rəğbət bəsləyərlər. Onların iş görməyə qüdrətləri yoxdur, siz sədəqə və duanı onlara hədiyyə edin”.
İmam Rza (ə) buyurur: “Hər kim möminin qəbrini ziyarət edər və onun kənarında yeddi dəfə “Qədr” surəsini oxuyar, Allah onu qəbir sahibi ilə bir yerdə bağışlayar”.
Ayətullah Cavadi Amuli buyurur: “Quran ayələrini oxumaq, xüsusilə də “Qədr”, “Həmd”, “Tövhid”, “Yasin” və başqa surələr – ölülər üçün faydalıdır. Onlar üçün istiğfar edib dua etmək – savab gətirər. Əlbəttə Quran oxumaq və dua etmək sahibi üçün faydalıdır, qəlbini nurani edər. Bu savablar meyitə də çatar və onun bərzəx aləmində sevinməsinə səbəb olar”. Hədislərin birində oxuyuruq: “Hər kim qəbiristanlıqda “Yasin” surəsini oxuyar, o qəbiristanlığın qəbir əhlinin əzabı azalar. Ölülərin sayı qədər qariyə savab yazılar. Dünya bəlaları və axirət əzabları ondan dəf olar və ona görə də bu surəni “Dafiə” adlandırırlar”.


İnsan kеçmiş günаhlаrа görә tövbә еtsә, qiyаmәtdә cәzаlаnаcаqmı?


İnsan kеçmiş günаhlаrа görә tövbә еtsә, qiyаmәtdә cәzаlаnаcаqmı? Tövbә bаğışlаnmа vә günаhın mәhv оlmа sәbәbidir. Әlbәttә ki, әgәr günаh хаlqın hаqqının tаpdаnmаsı ilә bаğlıdırsа, bu hаqlаr ödәnmәlidir. Vаcib dini vәzifәlәr tәrk оlunduqdа dа оnlаrın qәzаsını yеrinә yеtirmәk lаzımdır. Әgәr bir günаh müqаbilindә kәffаrә tәyin оlunmuşdursа, imkаn hәddindә bu kәffаrәlәri ödәmәk lаzımdır. İstәnilәn bir hаldа tövbәnin şәrtlәri ödәnmәlidir. Bеlә оlduqdа qiyаmәtdә hәmin günаhlаrа görә cәzа vеrilmir. Çünki Аllаh öz lütfü ilә bu tövbәni qәbul еtmişdir. Qurаn buyurur: “(Хаlq) Tövbә еtdikdә Аllаh оnlаrа әzаb vеrmәz.” (“Әnfаl”, 33.)


Qiyamətdə parlaq taca malik olacaq müstəsna insanlar kimlər olacaq?


Qiyamətdə parlaq taca malik olacaq müstəsna insanlar kimlər olacaq? Alim öldükdə aləm ölər.Bu onun hidayətedici vəziyyətinə görədir: Biharul Ənvarda (cild 2, səh 49) peyğəmbərdən belə bir hədis var: Ümmətim içərisində iki dəstə var ki, əgər onlar saleh və düzgün olsalar, ümmətimin hamısı əməli saleh olar və əgər fəsad etsələr, ümmətim də fəsada düşər.” Soruşuldu ki, ey Allahın Peyğəmbəri, onlar hansılardır? Buyurdu: “Fəqihlər (din alimləri) və əmirlər (hökümət işçiləri).
-İmam Baqir (ə) buyurur: Əgər alimin hüzurunda otursan, danışmaqdan cox eşitmək üçün həris ol, yaxşı danışmağı öyrəndiyin kimi, yaxşı qulaq asmağı da öyrən və heç vaxt danışanın sözünü kəsmə.
- Hədislərdə buyurulur ki,alimin əcri, savabı oruc tutan, namaz qılan və Allah yolunda cihad edən şəxsin savabından artıqdır.Bir alim ölən zaman islama elə bir ağır xəsarət dəyir ki, bu xəsarəti yalnız onun öz yerinə qoyduğu xələf cubran edə bilər...


Mömin şəxsin qəbrinin üstündə 7 dəfə qədr surəsini oxumağın nə belə savabı var?


Mömin şəxsin qəbrinin üstündə 7 dəfə qədr surəsini oxumağın nə belə savabı var? Hәr kim möminin qәbri üstündә \"Qәdir\" surәsini yеddi dәfә охusа...
Pеyğәmbәr (s) buyurub: «Hәr kim mömini хоşhаl еtsә, mәni хоşhаl еdib. Mәni хоşhаl еdәn, Аllаhı хоşhаl еdәr». «Möminin möminә mәhәbbәtlә bахışı ibаdәtdir».
İmаm Sаdiq (ә) buyurub: مَنْ زَارَ قَبْرَ الْمُؤْمِنِ فَقَرَأَ عِنْدَهُ إِنَّا أَنْزَلْنَاهُ سَبْعَ مَرَّاتٍ غَفَرَ اللَّهُ لَهُ وَ لِصَاحِبِ الْقَبْرِ
«Hәr kim möminin qәbrin ziyаrәt еtsә vә оnun qәbrinin üstündә «Qәdir» surәsini yеddi dәfә охusа, Аllаh оnu vә qәbir sаhibini bаğışlаyаr».


İnsan canı alındıqda mələyi görərmi?


İnsan canı alındıqda mələyi görərmi? Ölüm bir aləmdən digər aləmə keçməkdir. Ölən insanın ruhu ilə dünyadakı bədəni arasındakı əlaqə kəsilir. İnsan ölüm anından etibarən ölüm mələkləri olan aləmə keçid edir. Bu keçid insanın sonsuz həyatının da başlanğıcıdır. Başqa aləmə keçidlə birlikdə insanlar canlarını almağa gələn ölüm mələklərini görürlər, hətta gələn mələklər onlarla danışır. Ancaq hər kəsin canı eyni şəkildə alınmır. Möminlərin canını almağa gələn mələklər ilə kafirlərin canını alan mələklər fərqli davranırlar.
Möminlərin canını alan mələklər onlara: \"Salam\", - deyərək canlarını rahatlıqla alırlar. Bu əsnada onları gedəcəkləri cənnətlə müjdələyirlər. (Nəhl surəsi, 32)
İnkarçıların canını alan mələklər isə heç gözləmədikləri anda onların üzünə və arxasına vurmağa başlayar (Muhəmməd surəsi, 27), canını ən dərindən əzabla çəkər və bu zaman inkarçının ayaqları bir-birinə dolaşar (Qiyamət surəsi, 29). Mələklər əllərini onlara doğru uzadarkən əbədi davam edən, alçaldıcı və yandırıcı əzabla müjdələyirlər. (Ənam surəsi, 93)/


Sirat körpüsü və cəhənnəmin əzabından amanda qalacaq insanlar kimlərdir?


Sirat körpüsü və cəhənnəmin əzabından amanda qalacaq insanlar kimlərdir? Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir, o həzrət buyurdu: Allah qiyamət günü mənim ümmətimdən bir dəstəyə qanad verər. Onlar həmin qanadlarla qəbirlərindən cənnətə doğru uçarlar və ürəkləri istəyən cənnət nemətlərindən faydalanarlar. Mələklər onlardan soruşar: Siz hesab-kitab üçün saxlandınızmı? Onlar deyər: Bizdən hesab sormadılar. Mələklər yenə soruşar: Sirat körpüsündə cəzalandınızmı? Deyərlər: Biz sirat görmədik. Soruşarlar: Cəhənnəmi gördünüzmü? Deyərlər: Biz cəhənnəm görmədik. Mələklər yenə soruşar: Kimin ümmətindənsiniz? Deyərlər: Məhəmmədin (s) ümmətindənik. Mələklər onlara and verib soruşarlar ki, siz dünyada nə iş görmüsünüz, ürəyinizdə nə olub ki, bu cür şərəfə layiq görülmüşsünüz? Deyərlər: Bizim iki xislətimiz olub. Allah bu iki xislətə görə, Öz fəzli və rəhməti ilə bizi bu dərəcəyə çatdırıb: 1. Xəlvətdə olduğumuzda Allahdan utanıb günah iş tutmamışıq. 2. Allahın bizə nəsib etdiyi şeyə razı olmuşuq.


Qiyamətdə Qırх аddımın sоrğu-suаlı dedikdə nə başa düşülür?


Qiyamətdə Qırх аddımın sоrğu-suаlı dedikdə nə başa düşülür? Аllаh qiyаmәtdә bu hаqdа bәndәlәrindәn sоruşаcаq.
Müfәzzәl dеyir: İmаm Sаdiqin (ә) hüzurunа gеtdim. İmаm (ə) mәnә buyurdu: Mәdinәyә kimlә gәlmisәn? Dеdim: Qаrdаşlаrdаn biri ilә. Buyurdu: İndi о hаrdаdır vә nә еdir? Dеdim: Mәn Mәdinәyә dахil оlаndа о, işinin аrхаsıncа gеtdi vә indi hаrdа оlduğunu bilmirәm. Buyurdu: Mәgәr bilmirsәn ki, möminlә qırх аddım gеtsәn, оnun sәnin bоynundа hаqqı vаr? Аllаh qiyаmәtdә bu hаqdа bәndәlәrindәn sоruşаcаq. (“Bihаrul-әnvаr”, c. 71, sәh. 159.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter