Hansı qidalardır insanda asılıq yaradır və çox xətərli məhsullardırlar?!


Hansı qidalardır insanda asılıq yaradır və çox xətərli məhsullardırlar?! Alimlər sübut edib ki, bəzi qidalar insanlarda asılılıq yaradır.
İnsan belə qidalardan hətta tox olduqda imtina edə bilmir. Əksər hallarda bu şirin və ya duzlu yağlı qidalar və şirin içkilərdir. Bu qidalar və içkilərin əksər hissəsi insan sağlamlığı üçün ziyanlıdır ki, piylənmə, ürək-damar sistemi xəstəlikləri, xərçəng xəstəliklərinin riskini artırır. Bu qidalar və içkilər arasında:
- Pizza və Fast-fudlarda. Onun tərkibində çoxlu yağlar, emal olunmuş və kanserogen effektə (xərçəng əmələ gətirən) malik ət (kolbasa) var. Bu qidanı tez-tez yeyən insanlarda piylənmə, insult, infarkt, hətta xərçəng kimi xəstəliklərin riski artır.
- Şokolad növbəti qidalı \"narkotik\"dir. Şokolad konfetləri ziyanlı sayılır. Lakin təmiz acı şokolad (70% kakao) faydalı məhsuldur. Təmiz şokoladın az miqdarda qəbulu (plitkanın 1/3 hissəsi) insan orqanizminə müsbət təsir edir.
- Dondurma kalorili məhsuldur. Yaxşı, keyfiyyətli, təbii dondurma faydalı məhsuldur. Belə dondurmanın az miqdarda qəbulu orqanizmə zərər yetirə bilməz. Lakin müasir dondurmanın istehsalı zamanı əsasən ucuz trans-yağlardan istifadə olunur.
- Kartof çipsləri çox ziyanlı qida sayılır. Onların müntəzəm qəbulu bədən çəkisinin artmasına səbəb olur və həmçinin xərçəngin riskini artırır...


Allah bəndəsindən 10 çətinliyi uzaqlaşdıran oxunan 10 surə hansılardır?


Allah bəndəsindən 10 çətinliyi uzaqlaşdıran oxunan 10 surə hansılardır? Bu 10 surəni oxumaq 10 çətinliyi aradan aparan xasiyyətə malikdirlər:
1-Fatihə surəsini oxumaq Allahın qəzəbəini söndürər.
2-Yasin surəsini oxumaq qiyamətdə insanın sussuzluq əzabını aradan aparar.
3-Duxan surəsini oxumaq Qiyamətin qorxu və vəhşətini aradan aparar.
4-Vaqiə surəsini oxumaq insandan fəqirlik və çarəsizliyi uzaqlaşdırar.
5-Mülk surəsini oxumaq insandan qəbir əzabını uzaqlaşdırar.
6-Kövsər surəsini oxumaq insandan düşmənlərin kinini uzaqlaşdırar.
7-Kafirun surəsini oxumaq insandan ölüm anındakı gələcək küfrü uzaqlaşdırar.
8-İxlas (Tövhid) surəsini oxumaq insandan iki üzlülüyü və səmimiyyətsizliyi uzaqlaşdırar,
9-Fələq surəsini oxumaq insandan paxılların həsədini uzaqlaşdırar.
10-Nas surəsini oxumaq insandan vəsvəsəni uzaqlaşdırar.


Ayətullah Behcət sehr-caduya qarşı hansı göstərişləri verir?


Ayətullah Behcət sehr-caduya qarşı hansı göstərişləri verir? Mərhum Ayətullah Behcətin sehr-cadu və tilsimdən xilas olmaq üçün göstərişi:
1.Azan vaxtı yaşadığınız yerdə sübh namazındakı kimi uca səslə azan deyin;
2.Sübh namazından sonra sübh namazındakı kimi uca səslə Qurandan 50 ayə oxuyun;
3.Məuzəteyn (Fələq və Nas) surələrini çox oxuyun;
4.Yatmazdan qabaq “Çəhar (4) Qul” surələrini (Kafirun, İxlas, Nas, Fələq) oxuyun;
5.Özünüzlə cib üçün də olsa Quran gəzdirin;
6.Evdə (lövhədə, divarda) Ayətəl-kürsi olsun...


İnsanda müxtəlif növlü istedadlar deyəndə nə başa düşülür?


İnsanda müxtəlif növlü istedadlar deyəndə nə başa düşülür? Həzrət Ayətullah Xamenei həzrətləri bu haqda buyururlar:
İslamın tərbiyə sisteminin əsaslarından biri insanda tükənməz və çeşidli istedadların mövcud olmasıdır. Qurani-kərimdə buyurulur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxardı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükür edəsiniz!“
Allah-Taala sizi dünyaya gətirəndə heç bir şey bilmirdiniz. O, sizə eşitmə, görmə və bilmə bacarığıverdi. Eşitmə, görmə və bilmə insan tərbiyəsinin əsaslarındandır. Bunların vasitəsilə bütün tərbiyə, təlim və üsulları qavramaq və özündə xarakterəçevirmək olar.
İnsan təbiətcə belədir: bir şeyi öyrənib qəlbinin dərinliyinə yeritsə, onun xarakterlərindən olur,təbii instinkt və xüsusiyyətlər kimi daxilində qalır. İslamın tərbiyə sisteminin ilkin əsası budur ki, insan yetkinləşib inkişaf etmək üçün qavrayış imkanlarına və istedada malikdir. \"Minlərlə fəhlə və müəllimlə görüşdə çıxışından: 1998.\"


Ayətullah Sistaninin şagird və tələbələrə hansı 3 kitabı oxumağı tövsiyə edir?


Ayətullah Sistaninin şagird və tələbələrə hansı 3 kitabı oxumağı tövsiyə edir? Ayətullah Sistani elm əhli kütləsinə tövsiyələr edərək 3 kitabla daha çox ünsiyyətdə olmağı tapşırıq verir:
-Bunların ən üstün olanı, Allahın qullarına göndərdiyi kitabıdır. Allah, qullarının ağıl xəzinələrini hərəkətə gətirmək, hikmət bulağını axıtmaq və daşlaşmış qəlblərini yumşaltmaq üçün bu uca kitabı onlara göndərmişdir.
-İkinci kitab isə Nəhcül-Bəlagədir. Bu kitab ümumiyyətlə Qurani məfhumlar və işarələri fəsih ifadələrlə açıqlamaqda, insanda təfəkkür, ibrət və hikmət hissini təhrik etməkdədir. İnsan bu kitabı oxuduqda Əmirəlmöminin İmam Əlinin (ə) xitab etdiyi insanların arasında olduğu hissinə qapılır. Xüsusilə bu məqamda İmam Əlinin (ə) oğlu İmam Hüseynə (ə) yazdığı məktub üzərində düşünmək faydalıdır.
-Üçüncü kitab Səhifəyi Səccadiyyədir. Bu kitab da Qurandan alınan maarifi ehtiva edən bəlağət səviyyəsi yüksək dualardan ibarət olan bir kitabdır. Bu kitabda insan üçün əhəmiyyətli olan və bilməsi lazım olan məsələlər öyrədilmişdir. Səhifəyi Səccadiyyə insanın özünü necə mühasibat edib tənqid etməsini, nəfsdə gizli olan istiqamətlərin və sirlərin kəşf edilib açıqlandığı və özəlliklə bəyənilmiş əxlaqi xüsusiyyətlərin çox gözəl şəkildə bəyan edildiyi bir kitabdır. islaminsesi.


İslam maarifində göz ağrısını kəsmək üçün məsləhət olunan dua


İslam maarifində göz ağrısını kəsmək üçün məsləhət olunan dua Göz ağrısını kəsmək üçün məsləhət olunan dini dua və əməllər:
1-Aşağıdakı duanı sübh və məğrib namazlarından sonra oxuyun: Allahummə inni əsəlukə bihəqqi Muhəmmədin və ali Muhəmmədin ələykə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəcəlin-nurə fi bəsəri vəl-bəsirətə fi dini vəl-yəqinin fi qəlbi vəl-ixlasə fi əməli vəs-səlamətə fi nəfsi vəs-səətə fi rizqi vəş-şukrə ləkə əbədən ma əbqəytəni.
2. Rəvyayətə əsasən Qurani Kərimin üzündən oxumaq, göz üçün yaxşıdır.
3. Başqa bir rəvayətə əsasən gözün sağlamlığı üçün hər gün desin:
Fəcə-əlna səmi-ən bəsira.
4.Şeyx Kəəfi deyir:Təcrübəyə əsasən,göz ağrısı və ümumiyyətlə bədənin bütün üzüvlərinin dərdləri üçün həzrəti İmam Musa Kazım (ə)-a təvəssül etmək təsirlidir.


Unutqanlar üçün 9 qısa məsləhət


Unutqanlar üçün 9 qısa məsləhət Gündəlik həyatın yorucu məşğuliyyəti yaddaşsızlıq problemlərinə səbəb olur
Mütəxəsislər yaddaşsızlıq probleminin öhdəsindən gəlmək üçün 9 sadə, yalnız mühüm olan göstərişə əməl etməyi məsləhət görüblər.
1) Açar, eynək kimi əşyalarınızı hara qoyduğunuzu yada salmaqda çətinlik çəkirsinizsə, həmin əşyaların qoyulması üçün xüsusi bir yer düzəldin və əşyaları ora qoymağı özünüzə adət etdirin.
2) Həmişə qeydiyyat aparın. Xüsusilə telefon nömrələrini və ya digər yazılı şeyləri yadda saxlamaqda əziyyət çəkən şəxslərin qeydiyyat aparmaları çox mühümdür. Yazdığınızı kağızları daim gözünüzün gördüyü yerdən asın. Yazıdan ibarət olan siyahı sizə vəzifələrinizi və əhəmiyyətli işlərinizi yada salmağa kömək edəcək.
3) Yadınızdan tez-tez çıxan şeyləri yüksək səslə söyləyin. Məsələn öz-özünüzə \"Qazı bağladım\" deyin. Bu sizə daha sonra qazı bağlayıb bağlamadığınızı xatırladacaq. Belə bir üsul tanış olduğunuz insanların adlarını yadda saxlamaq üçün də faydalı olacaq.
4) Yaddaş üçün vasitələrdən istifadə edin. Bunun üçün ən yaxşı vasitə telefon, qol saatı və digər səs yazan diktafonlar ola bilər.
5) Vizual obrazlardan istifadə edin. Bir nəfərin adı kimi digər məlumatları öyrəndikdə, həmin məlumatla bağlı ağlınızda bir obraz yaradın və həmin obraza uyğun olaraq məlumatı yaddınızda saxlayın.


Kompyuterin mənfi təsirlərindən qorunmaq üçün diqqət olunası məsələlərdir bunlar.


Kompyuterin mənfi təsirlərindən qorunmaq üçün diqqət olunası məsələlərdir bunlar. Gözləri kompüterin mənfi təsirindən qorumaq üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:
• Kompüterdə 20 dəqiqə işlədikdən sonra, 20 saniyə gözləri bağlayaraq, ya da uzağa baxaraq istirahət etmək gözləri qoruyar.
• Təcrübələrə görə, gündə 6 saatdan çox kompüterlə işləyənlərin 100-də 75-nin gözlərində yorğunluq, yanma, qızartı, bulanıq görmə və baş ağrısı kimi şikayətlər olur.
• Gözləri tez-tez şüurlu şəkildə qırpmaq lazımdır.
• Monitorun ekranı çox parlaq və çox tünd olmamalıdır, bu, gözləri daha çox yorur.
• Monitoru pəncərənin işığına tərəf qoymaq olmaz. Monitor işıqdan və pəncərədən aralı olmalıdır. Əks görünüş verməyən ekranlardan istifadə etmək məsləhətdir.
• İş mühiti çox işıqlı olmamalıdır. Həddindən artıq işıqlandırıcı stolüstü lampalardan qaçmaq lazımdır.
• İş mühitinin havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin rahatlığınız üçün vacibdir. Kompüter olan otağın havasını dəyişmək lazımdır.
• Yaddan çıxartmaq lazım deyil ki, gözlər ətraf mühitin təsirinə qarşı çox həssasdır. Onları vaxtında qorumaq lazımdır.


17 yaş cavanlaşdıran meyvə!


17 yaş cavanlaşdıran meyvə! Alimlər insanı 17 yaş cavanlaşdıran meyvənin adını açıqlayıblar. Onun tərkibində olan mikroelemntlər hesablanıb.
Bu elementlər ürəyi cavanlaşdırır, qan dövranını yaxşılaşdırır, immun sistemini gücləndirir.

Britaniya alimlərinin sözlərinə görə, hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır, orqanizmi gəncləşdirir. Bu meyvənin tərkibində olan mürəkkəb elementlər ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarının elastikliyini qoruyur.

Alimlər müəyyən edib ki, alma infakt, ürək xəstəlikləri, insult riski yaradan damarların divarlarının möhkəmlənməsinin qarşısını 21 faiz daha çox alır. Təcrübələrin nəticələrinə görə, müntəzəm olaraq kifayət qədər alma şirəsi qəbul edən künüllülərin ürək-damar sistemi və orqanizmi ümumilikdə 17 yaş cavanlaşma müşahidə edilib.


Azı da ziyandı, çoxu da...


Azı da ziyandı, çoxu da... Çox yatmaq da beyinə yuxusuzluq qədər neqativ təsir göstərir:
Həddən artıq çox yuxu insan beyninə yuxusuzluq qədər neqativ təsir göstərir. Bu, alimlərin müxtəlif yaş qruplarından olan insanlar üzərində apardıqları araşdırmalardan sonra məlum olub.
Belə ki, Uorvik Universitetinin alimləri 50-64 yaş arası 9000 adam üzərində araşdırma aparıblar. Gün ərzində 8 saatdan az yatanlarda yaddaş və diqqət problemləri üzə çıxıb. Gün ərzində 8 saatdan çox yatanlarda da analoji problemlər müşahidə edilib.
Araşdırmanın müəlliflərindən biri, professor Françesko Kappuççio deyir ki, yalnız doğru həddə yuxu yaşlı adamlarda əqli geriləmənin qarşısını ala bilər: \"Fiziki və əqli sağlamlıq üçün yuxu olduqca vacibdir. Optimal yuxu isə ahıl insanların beyinlərinin funksiyasını normada saxlayır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter