İmam Mehdinin (əc) qeybdə olmasının fəlsəfəsi və Həzrətin yolunu gözləyənlərin vəzifəsi nədir?


İmam Mehdinin (əc) qeybdə olmasının fəlsəfəsi və Həzrətin yolunu gözləyənlərin vəzifəsi nədir? İslamınSesinin suallarını ilahiyyatçı Vasif M. cavablandırıb: “İmam Zamanın (əc) zühurunun fəlsəfəsi, dünyada insanlığın və bəşəriyyətin arzusunda olduğu ideal, ədalətli dövlətdə yaşamın gerçəkləşməsidir. Hər bir insan haqq və ədalətin hakim olduğu bir dövlətdə yaşamağı arzulayır. Allah belə bir hakimiyyətin yalnız İmam Zamanın (əc) əli ilə gerçəkləşəcəyinə vədə verib. Yəni o həzrətdən başqa heç kəs bəşərin bu arzusunu həyata keçirməyə qadir ola bilməyəcək”. İmamın intizarında olan insanların vəzifəsinə gəlincə: “ İnsanlar İmam Mehdinin (əc) zühuru üçün bacardıqları qədər dua etsinlər. Eyni zamanda öz əməllərimizlə ağanın zühurunu tezləşdirə bilərik. İmam Zamanın (əc) öz naiblərindən birinin vasitəsi ilə göndərdiyi məktubda deyilir: “ Əgər bizim şiələrimiz və həqiqi intizarımızda olanlar zühurun tezləşməsini istəyirlərsə , gərək bağladıqları əhd-peymana sadiq qalsınlar. Bu Allaha olan bəndəçilik əhd-peymanıdır...


İmam Zamanın (ə.f) yer və göy əhlindən olan köməkləri nə olacaq?


İmam Zamanın (ə.f) yer və göy əhlindən olan köməkləri nə olacaq? İmam Cəfər Sadiq (ə) Quran – Kərimin mübarək Maidə surəsinin 54 – cü ayəti şərifinin təfsirində buyurdu: Həqiqətən bu işin (İmamət və ədalət dövləti) sahibinin dostları və köməkləri onun üçün qorunub saxlanılacaq. Belə ki, əgər bütün insalar məhv də olsalar, Allah – Taala onun köməklərini saxlayacaq və onları lazım olan zamanda Ona yetirəcəkdir. Dini maariflərdə İmam Zamana (ə.c) olunacaq köməklərin kateqoriyaları:
1). Peyğəmbərlər və onların dostları. Məsələn İsa peyğəmbər və bəzi həvarilər...
2). Mələklər və hurilər də İmamın (ə.f) köməyin gələcək və qoşunları qüvvətləndirəcəklər.
3). Şərq diyarlarının əhalisi ki, keçmiş və böyük İran əraziləri nəzərdə tutulur...
4). Misr, İraq və Şam əhlindən saleh insanlar İmamın qoşununa qoşulacaqlar...
5). Bəzi hədislərdə qadınların da bu qiyama qoşulacağı və İmamın qoşununda tibb bacısı kimi xidmət göstərəcəkləri deyilir...
6). Bunlardan əlavə İmam Zamanın (ə) xüsusi köməkçiləri də olacaqdır ki, onların sayı hədislərdə 313 nəfər göstərilmişdir...
7). Bəzi hədislərdə bəzi rayon və kənd adları da qeyd olunmuşdur ki, əhalisi İmam Zamanın köməyi üçün ayağa qalxacaqlar...


\"Səhih-Buxari\" və \"Səhih-Müslimdə\" İmam Mehdi barədə nə var?


"Səhih-Buxari" və "Səhih-Müslimdə" İmam Mehdi barədə nə var? Əhli-sünnənin məhdəviyyət mövzusuna iradlarından biri budur ki, onların tanınmış alimləri Buxari və Müslim bu barədə bir söz deməmişdir. «Səhih-Buxari» və «Səhih-Müslim» mənbələrində məhdəviyyət hədislərinin nəql olunmaması uyğun mövzuya etimadsızlıq yaradan səbəblərdəndir. Əhməd Əmin Misri deyir: «Səhih-Buxari» və «Səhih-Müslim» hədis kitablarında bu sayaq (məhdəviyyət) hədislərə yer verilməməsi onların iftixarıdır....
Buxari və Müslimin məhdəviyyətlə bağlı hədislərə tamamilə diqqət yetirməməsi düzgün deyil. Çünki bu müəlliflər İmam Mehdinin (ə.f) zühuru ilə bağlı bəzi məsələlərə işarə etmişlər. Məsələn:
a) Dəccalın meydana çıxması – Buxari, xüsusilə də Müslim, Dəccalın meydana çıxması ilə bağlı xeyli hədis nəql etmiş və Dəccalın əhvalatını İmam Mehdinin (ə.f) zühuru ilə əlaqələndirmişdir.
b) İsa ibn Məryəm – Buxari Əbu Hüreyrəyə istinadən nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: «İmamınız aranızda olduğu halda, Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?»


İmam Zamanın gəlişinə (əc) hansı yollarla kömək edə bilərik?


İmam Zamanın gəlişinə (əc) hansı yollarla kömək edə bilərik? İmam Zamana (ə) kömək etməyin yolları:
1. Etiqad və düşüncə cəhətdən İmama yardım etmək. Allahın Höccətinə öz etiqad və düçüncə qüdrətini qüvvətləndirməklə onunla kamil şəkildə bağlılıq yaradıb, xalis şiə olsun.
2. Dildən İmama (ə.f) yardım və onun düşmənlərinin əleyhinə istifadə etməklə kömək etmək.
3. Maddi cəhətdən İmama (ə.f) yardım etmək. İmamın (ə.f) düşmənləriylə mübarizə aparmaq ona kömək etməkdirsə, onun dost və şiələrini maddi cəhətdən kömək etməkdə İmama (ə.f) yardım etməkdir.
4. Rəftar və davranış vasitəsilə İmama (ə.f) yardım etmək.Şəxs elə rəftara sahib olmalıdır ki,İmamın (ə.f) dostlarının iftixarına və onun düşmənlərinin xarlıq və məğlubiyyətinə səbəb olsun.
5. İmam(ə.f)üçün,məxsusən zühurunun tezləşməsi üçün çox dua etmək.
6. Ondan əvvəlki İmamaların (ə) fəzilət və müsibətlərini xatırlamaq.


Məhdəviyyət mövzusunun təsirləri nələrdir?


Məhdəviyyət mövzusunun təsirləri nələrdir? Bəziləri elə düşünürlər ki, məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki, hər dövrün öz aktual mövzuları var. Məhdəviyyət mövzusu isə gələcəyə aiddir və biz bugünkü vəzifələrimizə əməl etməliyik...
Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
1. İmam Mehdinin (ə.f) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilhamverici ideya olmaqdan əlavə, İslam ideallarının tanınmasında çox münasib bir vasitədir.
2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. Onlardan bəziləri fəlsəfi və dünyəvi, bəziləri İslami, bəziləri mədəni və tərbiyəvi, bəziləri siyasi, bəziləri iqtisadi, bəziləri ictimai, bəziləri insani, bəziləri isə təbiidir.[3] İnsan İmam Mehdinin (ə.f) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər...


İmam Zamanın (əc) zühurunun intizarında olmağın fəziləti haqda 2 hədis.


İmam Zamanın (əc) zühurunun intizarında olmağın fəziləti haqda 2 hədis. Keçən yazılarımızda qeyd olunduğu kimi, İmamın qeybət dövründə baş vercək çətinlik və hadisələr nəticəsində insanların İmama olan əqidəsi zəifləyəcək. Bu çətinlik və hadisələrdə sərgərdan olmamaq üçün, Əhli-beytdən (ə) çoxlu rəvayətlər nəql olunub ki, onlardan çıxış yoluna işarə olunub. Numunə üçün Əlidən (ə) hədis mənbələrində nəql olunmuş rəvayətlərdən ikisini burada qeyd edirik:
1- Hədis: Mühəmməd ibn müslüm İmam Sadiqdən (ə) belə nəql edir: O, həzrət öz ata və babalarından, onlarda Əmirəl-möminin Əlidən (ə) belə rəvayət ediblər:
İmam zamanın (ə.c) intizarında olan və Allahın lütf və mərhəmətindən ümüdsiz olmayın. İzzət və cəlal sahibi olan Allah ən çox bəyəndiyi işlərdən biri də, İmam zamanın (ə.c) zuhurunun intizarında olmaqdır.
Sonra İmamın zuhurunun intizarında olmağın fəzilətinin ardınca buyurdu: hər şəxs İmamın zuhurunun intizarında olsa, o, döyüşçü kimidir ki, Allah yolunda öz qanına bulaşıb.
2- Hədis: Zeyd ibn Suhan Əbdi İmam Əlidən (ə) soruşdu: Ya Əmirəl-möminin! Hansı əməl aləmlərin Rəbbinin yanında sevimlidir? Həzrət buyurdu: İmam zaman (ə.c) zuhurunun intizarında olmaq.


İmam Zamanla (əc) görüşməkdən daha üstün olan əməl varmı?


İmam Zamanla (əc) görüşməkdən daha üstün olan əməl varmı? Mərhum Ayətullah Behcət (ə) İmam Zamanın (əc) görüşünü arzulayanlara məntiqli tövsiyə:
Bəzən insanlar Həzrət Mehdi (ə)-ın hüzuruna nail olmaq üçün çox səy edirlər. Amma iki rəkət namaz qılıb məsum İmamlara (ə) təvəssül etmək bundan daha yaxşıdır. Çünki İmam Zaman (ə) həm bizləri görür, həm də eşidir. Onun qeyb dövründəki ibadət, zühur edəcəyi vaxtdakı ibadətdən qat-qat üstündür. Məsum İmamlardan (ə) hər hansı birini ziyarət etmək, İmam Zamanı (ə) ziyarət etmək kimidir.


Fərəc duasının tərcüməsini yazın?


Fərəc duasının tərcüməsini yazın? Rəhman və Rəhim Allahın adı ilə.
İlahi,bizim bəla və müsibətlərimiz böyüdü və bizim çarəsizliyimiz aşkar oldu və işin üstündən pərdə götürüldü və ümidim ümidsizliyə çevrildi və yer bizə daraldı və səmanın rəhməti bizdən əsirgəndi.Və yalnız Sənsən bizim kömək və yavərimiz,və bizim şikayətlərimiz Sənədir.Və hər bir çətinlik və asanlıqda yeganə arxalandığımız Sənin lütfündür.İlahi salavat göndər Muhamməd və Ali Muhammədə,hansılar ki,ilahi əmrin sahibidirlər(ulil-əmrdirlər) ,və bizə Onların itaətini vacib etdin və bununla Onların məqamını bizə tanıtdın.Belə isə Onların mənziləti və qədrinə xatir bizə fərəc və genişlik ver,özü də çox tez və yaxın,bir göz qırpımında vəya ondan daha da tez əta et! Ey Muhamməd ey Əli,ey Əli ey Muhamməd.Siz mənə kifayət edin ki,yalnız Siz kifayət edənsiniz.Mənə kömək edin ki,yalnız Siz mənim kömək edənimsiniz.Ey mənim mövlam,ey Sahibəzzaman.Fəryada yet,Fəryada yet,Fəryada yet,Məni dərk et,Məni dərk et,Məni dərk et,Elə bu saat,Elə bu saat,Elə bu saat,Tez,Tez,Tez,ey mehribanlarin ən mehribanı,Muhamməd və Onun pak ailəsinə xatir...


Fərəc duasını oxumağın nə belə faydaları var?


Fərəc duasını oxumağın nə belə faydaları var? İmam Cəfəri Sadiq (ə) buyurur: \"Hər kəs mənim övladım Mehdi (ə) fərəci üçün dua edərsə, oda onun üçüm dua edər və xoş olsun zəmanəsinin İmamı haqqında dua edən şəxsin halına\". Həmçinin (fərəc üçün dua etməyin) bir çox faydaları da vardır ki, burada Quran ayələri və hədislər ilə uyğun olan bir neçə faydanı \"Mikyalul-məkarim\" kitabından nəql edirik:
1-Lənətlənmiş şeytanı narahat edir.
2-Duanın qəbul olunmasına səbəb olur.
3-Axirəz-zamanın fitnələrindən nicat tapmağa bais olur.
4-Günahların bağışlanmasına səbəb olur.
5-Həzrətin şəfaəti qiyamət günündə ona şamil olacaqdır.
6-İntizar çəkmək əlamətidir.
7-Həzrəti Sahibəzzaman (ə) zuhurunu tez yetirir.
8-Ömrün uzanmasına səbəb olur.
9-Ölümünün vaxtı ona müjdə verilir və onunla yaxşı rəftar edilir.
10-İmam (ə) nurunun onun qəlbinə daha çox saçmasına səbəb olur....


Mərhum Behçətin baxışında İmam Zamanla (əc) görüşə bilməməyin səbəbi nədir?


Mərhum Behçətin baxışında İmam Zamanla (əc) görüşə bilməməyin səbəbi nədir? -Mərhum Ayətullah Behcət İmam Zamanla (əc) görüşə bilməməyin səbəbini belə açıqlayır: \"Günahlarımız (Vacibləri tərk etməyimiz və haramlardan uzaq durmamağımız\" Əsrin İmamı ilə görüşməyə ən böyük maneədir\"
-Mərhum Behcət (r) belə sual verir: \"Əgər günahlardan çəkinsək, və həqiqi onun yolunu gözləyənlərdən olsaq İmam Zaman (əc) bizi görməyə gəlməzmi?!
-Şübhəsiz ki, günahlarımız səbəb olmuşdur ki, əsrin İmamı bizlərə diqqət etməsin. İmam Zaman (əc) Şeyx Mufidə (r) yazdığı məktubunda belə buyurur: \"Bizi şiələrimizdən heç bir şey uzaq salmamışdır, məgər bu ki, onlar günah və çox ağır səhvlərə üz gətirirlər, ki bizlərə bu əməllər çatdırılır. Biz onların bu əməllərini sevməz və onlara bu işlərini (günahlarını) yaraşdırmarıq.\"
-İmam Sadiq (ə) buyurur: \"İmam Zamanın (əc) həqiqi dostlarından olmaq istəyən şəxs gərək həqiqi ədalət gətirəcək şəxsin intizarında olsun. Və müntəzir olduğu müddətdə təqvalı olub bəyənilmiş əxlaqa yiyələnməlidir.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter