İmam Zaman ağanın (ə.f) zahiri siması necədir?


İmam Zaman ağanın (ə.f) zahiri siması necədir? İmam Rza (ə) buyurur: “Qaim (ə.f) o kəsdir ki, qoca kişilərin yaşında və cavanların simasında qiyam edəcəkdir. O, güclüdür və əgər əlini dünyanın ən böyük ağacına uzatsa, onu yerindən qoparar. Əgər dağların arasında fəryad çəksə, qayalar aşağı tökülər”. Bir nəfər İmam Rzaya (ə) belə bir sual verir: “Sizin Qaimin (ə.f) zühur zamanı əlamətləri nə olacaqdır?”. Buyurur: “Əlaməti budur ki, qoca yaşlarındadır, ancaq görünüşü cavandır. Belə ki, baxan deyər ki, 40 yaşındadır və ondan da kiçikdir. O biri əlamət budur ki, gecə və gündüz keçməsinə baxmayaraq, qocalmaz, o zamana qədər ki, əcəli çatar”. İbrahim ibni Mehziyar İmam Zamanla (ə.f) görüşmək şərəfinə nail olmuşdur. O, belə bəyan edir: “O, yeniyetmə bir cavandır, nuranidir. Qaşları genişdir və burnu və üzü uzundur. Boyu ucadır və sanki çiyinləri parlayan ulduzdur. Sağ üzündə xalı vardır, gur və qara saçları qulağının üzərini örtür. Elə bir üzü var ki, heç bir göz onun kimi həyalısını və gözəlini görməmişdir”...


İnsanlar nələrə inanmalıdırlar ki, yer və göy bərəkətlərini zahir etsin?


İnsanlar nələrə inanmalıdırlar ki, yer və göy bərəkətlərini zahir etsin? Allah Təala Qurani-Kərimdə buyurur: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq”. (“Əraf” 96). “Fərəc” duasında Allaha yerin və göyün bərəkətlərini bizdən əsirgədiyi üçün şikayət edir və deyirik: “Allahım! Bəla və müsibətlərimiz artmışdır. Çarəsizliyimiz aşkar olmuşdur. Ümidimiz naümid olmuşdur. Yer və göy rəhmətini bizdən götürmüşdür”. Bəli, qeyb əsrində İmamın (ə.f) uzaq olması insanların iman və təqvadan uzaqlaşmasına səbəb olmuşdur. Nəticədə isə təqvasızlıq sayəsində yerin və göyün zahiri və batini nemətlərindən məhrum olmuşuq. Yuxarıdakı ayəyə əsasən, əgər Əhli-Beyt (ə) davamçıları İmam Zamanlarına (ə.f) diqqət etsələr, onu öz yanlarında hiss etsələr və təqvalı olsalar, insanların bu imanı sayəsində yer və göy öz bərəkətini nazil edəcəkdir.


İmam Zaman ağanın (ə.f) diqqətini necə cəlb edək?


İmam Zaman ağanın (ə.f) diqqətini necə cəlb edək? İmamın (ə.f) intizarında olan bir cəmiyyət, xalis və sağlam əmələ malik olan cəmiyyət olmalıdır. O cəmiyyət ki, fəsada düçar olar, İmamın (ə.f) zühuruna hazır olduğunu iddia edə bilməz. Alimlərdən biri deyir: Həzrət İ. Zaman (ə.f) üzünə mənə çevirib buyurur: “Ey əziz! Bu mənzərəni gördün? Buna görədir ki, biz sizin sorağınıza gəlirik. Lazım deyildir ki, əziyyət çəkəsən, sağlam əməlin olmalıdır. Gərək müsəlman olasan ki, səninlə həmkarlıq edim. Bu şəhərdə mən bu qocanı seçmişəm. Çünki dindardır və Allahı da tanıyır. Bu da verdiyi imtahanlardan biri idi. Bu qoca qarı bazarın əvvəlindən ehtiyacı olduğunu elan etmişdi. Onu ehtiyaclı görən zaman əlindəkini ucuz almaq istəyirdilər. Heç kəs ona üç dirhəm belə verməyə hazır deyildi. Ancaq bu kişi onu səkkiz dirhəmə aldı. Mən hər həftə onun sorağına gəlirəm. Onun halını soruşuram”. Bəli, İmamın (ə.f) diqqətini cəlb edən şey – ancaq saleh və xalis əməldir. Ona görə də hər bir müsəlman öz əməlinə diqqət etməli, ictimai və iqtisadi haqları düzgün yerinə yetirməlidir.


Axiruzzəmanda zühur edəcək Yəmani kimdir?


Axiruzzəmanda zühur edəcək Yəmani kimdir? İmam Zamanın zühurunun əlamətlərindən biri Yəmani adlı bir şəxsin qiyam etməsidir! Ğeybət-Numani (bab 14, s.286, h.13) əsərində İmam Zamanın zühuru zamanı qiyam edəcək Yəmaninin əlamətləri barədə İmam Baqirdən belə bir hədis gəlib: “Süfyaninin, Yəmaninin və Xorasaninin ortaya çıxması (xüruc etməsi) eyni ildə, eyni ayda və eyni gündə baş verəcək. Onların ortaya çıxmağı sapa düzülmüş muncuqların məsəli kimi olacaq ki, biri o birisinin ardınca gələcək. Hər tərəfdə sıxıntı baş verəcək. Onlarla düşmənçilik edənin vay halına. Bayraqların içində ən doğru yolda olan Yəmaninin bayrağıdır. O hidayət bayrağıdır. Çünki o insanları sizin sahibinizə tərəf dəvət edəcək... Hədisə əsasən Yəmani qiyam edəcək, insanları İmam Zamanın zühuruna çağıracaq. Haq-ədalət tərəfdarı olan Yəmaninin bayrağı hidayət bayrağıdır. Möminlər bundan savayı şəxsin ardına getsələr cəhənnəmlik olacaqlar. Bu əlamətlər hələ indiyə qədər heç kimə qəti olaraq şamil edilməyib.


İmam Zaman ağa (ə.f) ruzisini haradan qazanır?


İmam Zaman ağa (ə.f) ruzisini haradan qazanır? İmam Zaman ağanın (ə.f) qeybi zamanında ruzi qazanması iki cür həyata keçə bilər:
-Biri budur ki, Həzrətin (ə.f) qeybi möcüzə olduğu kimi, ruzisi, qaldığı yer də möcüzə şəklində ona verilər. Necə ki, Həzrət Məryəm (s.ə) İlahi süfrədən bəhrələnərdi. Hz. Zəkəriyyə (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandır?». Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir»”. (“Ali-İmran” 37).
-İkinci variant budur ki, Həzrət (ə.f) öz ruzisini başqa insanlar kimi qazanır. İqtisadi sahədə səy göstərir və ruzisini qazanır. Bu variant da mümkündür. Belə ki, hədislərdə oxuyuruq ki, İmam Zaman (ə.f) sizin aranızdadır, sizin evlərinizə qonaq gəlir və xalçalarınızın üstünə qədəmlərini basır...


On ikinci imama (ə.f) verilən “Müntəqim” ləqəbinin mənası nədir?


On ikinci imama (ə.f) verilən “Müntəqim” ləqəbinin mənası nədir? İslaminSesi – Hədislərdə müsəlmanların qeybdə olan və bir gün zühur edib ədaləti yer üzündə bərpa edəcək İmama aid “Bəqiyyətullah”, “Höccət”, “Məhdi”, “Sahibuz-Zəman”, “Qaim”, “Qaib”, “Sahibul-Əmr”, “Mənsur”, “Vəliyyul-Əsr” kimi ləqəblər deyilib. Bu ləqəblərdən biri də “Müntəqim”dir. Müntəqim intiqam sözündən alınıb. İntiqam alan deməkdir. On ikinci İmama müntəqim ləqəbinin verilməsi İmam Sadiq, İmam Baqir və İmam Hüseyndən gələn hədislərdə də qeyd edilib. Bu hədislərdə qeyd edilir ki İmam Zaman zühur edərək İmam Hüseynin intiqamını və digər İmamların intiqamını alacaq. Qeyd etmək lazımdir ki İmam Hüseynin intiqam addımı təkcə İmamlara görə deyil, bütün məzlumlara görə olacaq. İmamla bağlı nəql edilən “Dünyanın sonuna 1 gün qalsa belə, o zühur edib ədaləti yer üzündə bərpa edəcək” hədisindən anlaşılır ki Sahibəz-Zəman təkcə İmamların deyil, bütün məzlumların intiqamını alacaq.


İmam Zamanın (ə.f) bizlərə tövsiyələri nələrdir?


İmam Zamanın (ə.f) bizlərə tövsiyələri nələrdir? İmam Zamanın (ə.f) bizlərə tövsiyələri ilə tanış olaq:
1. Əhli-beyt (ə) davamçıları arasında vəhdətin zəruriliyi. İmam Zaman ağa (ə.f) Şeyx Mufidə xitab edərək buyurub: “Allah onları bizim bərəkət və duamıza görə cəm edəcəkdir, əgər Allah istəsə”. İmam Zaman ağanın (ə.f) arzusu budur ki, davamçıları birlikdə olsunlar və vəhdət təşkil etsinlər. Dağınıq olmaqdan çəkinsinlər.
2. Allah heç kəslə qohum deyildir. İmam Zaman ağa (ə.f) buyurur: “Allah Təala ilə heç kəs arasında qohumluq mövcud deyildir”.
3.Təqva – fitnədən amanda qalmağın mənbəyidir. İmam Zaman ağa (ə.f) Şeyx Mufidə xitab edərək buyurub: “Həqiqətən, sənin hər bir din qardaşın İlahi təqvalı olsun və ona haqqı olduğu kimi əməl edərsə, o, yolunu azdıran fitnədən amanda olar”. Bəli, fitnədən ancaq təvqalı insanlar amanda qala bilər.
4. Allahın nemətləri – əlimizdə olan əmanətlərdir. İmam Zaman ağa (ə.f) buyurur: “Əhli-beyt (ə) davamçılarından hər kəs Allahın ona verdiyi əmanətdən qohumuna simiclik edərsə, bu işi ilə dünya və axirətdə ziyan görər”...


İmam Əli (ə): Elə bir dövran gələcək ki...?


İmam Əli (ə): Elə bir dövran gələcək ki...? İmam Əli əleyhissalam (fitnəkarların və fitnəkarlıq zamanının məzəmmətində) buyurmuşdur:
İnsanlar üçün elə bir dövran gələcək ki, onda Qurandan nişanədən (mənaları və həqiqətləri barəsində düşünmədən yazıb oxumaqdan), İslamdan isə addan (onun hökmlərinə əməl etmədən şəhadətləri deməkdən) başqa bir şey qalmayacaq. Həmin zamanda onların məscidləri bina (zinət və gözəlliyi) baxımından abad, hidayət baxımından isə (onlarda pərhizkar və hidayət edən olmadığı üçün) virandır və onların sakin və abadlaşdıranları (məsciddə toplaşanlar) yer üzünün ən pisləridirlər. (Çünki) onlardan fitnə xaric olar və onlarda itaətsizlik və günah yerləşər. Həmin fitnədən kənarlaşan hər bir kəsi ona qaytararlar və ondan arxada qalanı ona tərəf apararlar. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah buyurur: Öz haqqıma and içmişəm ki, həmin insanlar üçün səbrli və ağıllıların onda (ondan qurtulmaqda) sərgərdan qaldığı bir fitnə göndərim. Həqiqətən (O, dediyini) edəndir. Biz Allahdan (fitnəkarlar kimi əbədi cəzaya düçar olmamağımız üçün) qəflət və xəbərsizlik günahından keçməsini istəyirik.


Kimlər İmam Zaman ağa (ə.f) ilə rabitədədir?


Kimlər İmam Zaman ağa (ə.f) ilə rabitədədir? Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, elə insanlar vardır ki, onlar İmamla (ə.f) daima rabitədədir, ancaq bu insanlar başqa insanlar üçün həmişə tanınmaz qalırlar.
İmam Baqir (ə) buyurur: “Bu Əmrin Sahibi (ə) çarəsiz uzaqlaşmalıdır. O, uzaqlaşma zamanında çarəsiz gücə və qüdrətə malik olmalıdır. Birlikdə olduğu 30 nəfərlə tənhalıqdan çıxar və heç bir qorxusu olmaz”.
Başqa hədislərimiz deyir ki, o zaman ki, bu insanlardan biri ölər, bir başqası onun yerini alar. Bəzi hədislərimiz isə buyurur ki, İmamla (ə.f) daima rabitədə olan insanlar içərisində Həzrət İsa (ə), Xızr (ə), İlyas (ə) və İdris (ə) də vardır ki, İmamın (ə.f) ən yaxın insanları hesab olunurlar...


İmam Zamanın dilindən (ə.c) dua bir münacat olaraq nəql olunmuşdurmu?


İmam Zamanın dilindən (ə.c) dua bir münacat olaraq nəql olunmuşdurmu? Mərhum Abbasi Qumi yazdığı çox dəyərli duallar kitabı olan Məfatihul cinan kitabında İmam Zamanın (ə.c) dili ilə Allaha müraciəti bir minacat olaraq dua kitablarında qeyd olmunmuşdur. Hər bir mömin şəxsə tövsiyə olunur ki, Allaha qarşı İmam Zamanın (ə.c) zühurunun tezliyi üçün bu duanı oxusunlar. Həzrət Mehdi(ə.f) duası :
«Əllahummə əzuməl bəlau və bərihəl xəfa vənfəşəfəl ğita və zaqətil ərzu bima vəsiətis səma və iləykə ya rəbbil muştəka və ələykəl muəvvəlu fiş şiddəti vər rəxa Əllahummə səlli əla Muhəmmədin və ali muhəmməd əlləzinə əmərtəna bitaətihim və əccillahummə fərəchum biqaimihim və əzhir i\'zazəhu ya Muhəmmədu ya Əliyyu ya Əliyyu ya Muhəmməd ikfiyani fəinnəkuma kafiyay ya Muhəmmədu ya Əliyyu ya Əliyyu ya Muhəmməd unsurani fəinnəkuma nasiray ya Muhəmmədu ya Əliyyu ya Əliyyu ya Muhəmməd ihfizani fəinnəkumma hafizay ya Məvlayə ya Sahibəz zəman ya Məvlayə ya Sahibəz zəman ya Məvlahə ya Sahibəz zəman əl ğəvs əl ğəvs əl ğəvs ədrikni ədrikni ədrikni əl əmanə əl əmanə əl əman»


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter