Allahdan başqasına and İçmək olarmı?


Allahdan başqasına and İçmək olarmı?Qurana nəzər salaq və görək səmavi kitabımız bizə Allahdan qeyrisinə and içməyi haram bilirmi?! Lakin biz Allah kitabına baxdıqda görürük ki, Allah-təala təkcə \'\'Şəms\'\' surəsində doqquz məxluqa and içir. Ancaq bir ayədə rast gəlmirik ki, Allah-təala bunu bizə haram bilsin. Allah-təala buyurur: \'\'And olsun əncirə və zeytuna. And olsun Tur Sinaya. And olsun bu əmin şəhərə (Məkkəyə).\'\'...


Allah Peyğəmbərİnİn və övlİyalarının təvəllüdünü bayram keçİrmək bİdətdirmİ?


Allah Peyğəmbərİnİn və övlİyalarının təvəllüdünü bayram keçİrmək bİdətdirmİ?Allahın layiqli və saleh bəndələrinin xatirəsini əzizləmək, o cümlədən onların təvəllüd günlərini bayram keçirməyin əql sahibləri nəzərindən bəyənilən bir iş olmasına baxmayaraq bu barədə hər növ şübhənin aradan qaldırılması üçün onun şərən icazə verilən bir iş olmasının dəlillərini qeyd edirik:


Allah-taala nə üçün bəzİ İnsanları kor, kar və lal yaratmışdır?


Allah-taala nə üçün bəzİ İnsanları kor, kar və lal yaratmışdır? Bu sualı başqa şəkildə ifadə edək: nə üçün şər işlər (o cümlədən, təbii fəlakətlər) Allahın qəza çərçivəsinə daxil olur? Bu suala cavab vermək üçün aşağıdakı incəliklərə dəqiq şəkildə diqqət yetirmək zəruridir:
1-Bizim əqidəmizə görə, Allah-taala alim, qadir və mütləq xeyirxah olduğundan varlıq aləminə hakim nizamı ən gözəl şəkildə yaratmışdır. Başqa sözlə, Allahın yaratdığı bütün aləmlər ən gözəl və ən kamildir. Belə ki, ondan yaxşısını təsəvvür etmək qeyri-mümkündür. Varlıq aləminin hər hansı bir hissəsi mümkün olduğu həddə gözəl yaradılmışdır. Buna görə də, Allahı “əhsənül-xaliqin” (yaradanların ən gözəli) adlandırırıq. (“Muminun” surəsi, ayə: 14; “Tin” surəsi, ayə: 4.)....


ÇOXALLAHLILIQ FƏRZİYYƏSİNİ NECƏ BATİL ETMƏK OLAR?


ÇOXALLAHLILIQ FƏRZİYYƏSİNİ NECƏ BATİL ETMƏK OLAR? Mən Allahın varlığınaşübhə etmirəm, lakin sizdən Onun yeganəliyini isbat etməyi xahiş edirəm.


Dəstəmaz necə alınır?


Dəstəmaz necə alınır? Dəstəmaz alarkən qollar aşağıdan yuxarıya yoxsa, yuxarIdan aşağı doğru yuyur və ayaqlar yuyulmalıdır yoxsa məsh çəkilməlidir?


Çoxallahlıq hansı dəlİllərlə İnkar olunur?


Cavab: İslam çoxallahlığın bariz nümunəsi olan bütpərəstlik mühitində zühur etdi. İnsanların zaman-zaman etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq, yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq və dəlillərlə bu inamı yarada bildi...


İnsan meymundan yarana bilərmi?


Cavab: Təbiətşünas alimlər arasında insanın yaranışı haqqında iki nəzəriyyə mövcuddur. Transformizm adlanan birinci nəzəriyyənin tərəfdarları bu fikirdədirlər ki, canlı aləm başlanğıcda bu günki formasında olmayıb. Guya ilk əvvəl okeanın müxtəlif nöqtələrindəki bir hüceyrəli bəsit cansız varlıqlar xüsusi bir şəraitdə canlı varlığa çevrilmişlər. Guya mikroskopik ölçüyə malik olan bu canlılar ilk əvvəl bir növdən digərinə, sonra sudan quruya, daha sonra isə qurudan havaya keçmişlər. Bu təkamülün son yetkin halqası isə, insandır.


Quranı təhrİf etmək mümkündürmü?


Cavab: Bəşər tarixində dəyişikliyə məruz qalmamış yeganə kitab, Qurani-kərimdir. Qurandan əvvəl nazil olunmuş bütün səmavi kitablar təhrif olunmuşdur...


Allah şeytanı nə üçün yaratdı?


Sual: İblis nə üçün Allaha itaət etmədi?


Allahdan qeyrİsİnə səcdə etmək olarmı?


Sual: Qurani-kərimdə oxuyuruq: “Yusif ata-anasını taxt üstündə oturtdu. Onlar səcdə etdilər. Yusif dedi: “Bu əvvəlcə gördüyüm yuxunun təbiridir.” Bəli, Yusif bir vaxt yuxuda görmüşdü ki, günəş, ay və on bir ulduz onun qarşısında səcdə edir. Tarixdə isə belə oxuyuruq: Əmirəl-möminin (ə) Siffeynə göndərildiyi vaxt yolun kənarında durmuş bir dəstə adam öz adət-ənənələrinə uyğun olaraq, həzrəti görüb səcdəyə düşdülər. Bu mənzərə həzrəti çox narahat etdi və o buyurdu: “Necə də ləzzətsiz bir günaha yol verdiniz. Gedin işinizlə məşğul olun, mən də sizin kimi bir məxluqam.” Bəs nə üçün Yusifin ata-anası və qardaşları Yusifə səcdə etdilər?


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter