Peyğəmbərin (s) Besəti olmasaydı nə olardı?


Peyğəmbərin (s) Besəti olmasaydı nə olardı? Qurani Kərim buyurur: “(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın...”. (Nisa/165). Bu ayədən də göründüyü kimi, əgər Peyğəmbər (s) məbus olmasaydı, insanlar Qiyamət günü Allaha haqqı tanımadıqları üçün etiraz edərdilər. Allah Özü də bu mövzunu təsdiq edib buyurur: “(Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tovhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir)”. (Bəqərə\\151).
Yəni, əgər Allah vəhy yolu ilə bizə həqiqətləri çatdırmasaydı, biz heç bir zaman vəzifələrimizi tanımayacaqdıq. Lakin Allah Müdrik və Aqildir. Ona görə də hikmətinə görə bu işi əməli etdi və etiraz üçün yer qoymadı. -Əli (ə) buyurur: “Allah Peyğəmbərin (s) dili ilə sizə xəbər verdi ki, hansı işləri sevir və hansı işlərə nifrət edir. Hansı əməllərə əmr etmişdir və hansı əməlləri qadağan etmişdir”. - Beləliklə, deyə bilərik ki, Peyğəmbər (s) ona görə məbus oldu ki, Allahın kəlamlarını bizə çatdırsın. Ondan sonra bu müraciəti çatdırmaq vəzifəsi İmamlara (ə) keçmişdir. Bu vəzifə Qiyamət gününə qədər də davam edəcəkdir. Bu, bizik ki, gərək bütün varlığımızla dinimizin qədrini bilək və ona sahib çıxaq.


Bəzi elmi kəşflər dinlə uzlaşmır. Əksinə bəzən dini nəzəriyyələrin əksinə olur. Din bu məsələni necə həll edir?


Bəzi elmi kəşflər dinlə uzlaşmır. Əksinə bəzən dini nəzəriyyələrin əksinə olur. Din bu məsələni necə həll edir? Elm və dinin uzlaşmaması mövzusu zristianlıqdan İslam dininə daxil olan bir mövzudur. Müqəddəs İslam dinində bu məsələnin həlli üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır.
1. Dindən hər hansı bir nəticəni almaq üçün ilkin surətdə onun qeydlərini və müxəssislərini (xüsusiyyətlərini və istisnalarını) tanımaq lazımdır. Yəni bu prosesi keçməmiş heç bir nəzəriyyəni din barəsində yürütmək olmaz.
2. Zəka İslam dininin nəzərində Allahın ümdə dəlilidir. Əgər hər hansı bir nəzəriyyə əqil və dəlil yolu ilə sübuta yetirilsə din onu sözsüz qəbul edir.
3. Uzlaşma mövzusunda bəzi mənəvi temaları (qeyri maddi) sırf maddiyata aid olan temalarla qarışdırmaq olmaz. Çünki bunlar amil etibarı ilə olduqca fərqli mövzulardır.
4. Elmi kəşflərlə münasibətdə gərək bütün teoriyalar və nəzəriyyələr, həmçinin sübuta yetirilmiş və naqis mövzular arasında böyük fərqlər olduğunu qəbul etmək lazımdır. Çünki sübuta yetirilmiş nəzəriyyələrlə qanun şəklində istifadəyə verilmiş və sübuta yetməyən və naqis nəzəriyyələr qaunuda öz əksini tapmamışdır. Bundan əlavə daim infilasiya və dəyişməkdə olan qanunlar dini temalarla uzlaşmaya bilməz. deməli bütün elmi nəticələrə gərək diqqətli olaq.


Bəşəriyytin qeybi yardımlara ehtiyacı varmı?


Bəşəriyytin qeybi yardımlara ehtiyacı varmı? Bəşəriyytin qeybi yardımlara ehtiyacı:
Cavab: Bəziləri elə düşünürlər ki, bu gün elmi-texniki tərəqqiyə nail olmuş bəşəriyyətin qeybi yardımlara ehtiyacı yoxdur.
Amma bilməliyik ki, bəşəriyyətin büdrəmələrinin mənşəyi təkcə nadanlıq deyil.
Bəşəriyyətə problem yaradan digər amilləri nəzərdən keçirək: cilovlanmamış nəfs istəkləri, şəhvət və qəzəb, tamahkarlıq, vəzifəpərəstlik, komfort istəyi, bir sözlə, bugünkü bəşəriyyəti yolundan azdıran mənafepərəstlik! Bu amilləri aradan aparan və ya o istəkləri düzgün istiqamətləndirən qeybi köməklərdən başqa nə ola bilər?!


İmam Hüseynə (ə) əzadarlıq etməyin İslam ümmətinə nə belə faydaları var?


İmam Hüseynə (ə) əzadarlıq etməyin İslam ümmətinə nə belə faydaları var? İmam Hüseyn (ə) əzadarlığının ümumiləşdirilmiş şəkildə üç faydası vardır:

1. Dövrün zalımlarına etiraz və dünya məzlumlarının himayəsi;

2. Ədalət hissinin oyanışı və zalımlardan intiqam almaq arzusunun güclənməsi;

3. Haqqa çatmaqda və onun müdafiəsində müsəlmanların ictimai birliyinin təlimi.


Dünyada bu qədər zülm və haqsızlığın varlığı ilə nə üçün İmam Zaman (ə) zühur etmir?


Dünyada bu qədər zülm və haqsızlığın varlığı ilə nə üçün İmam Zaman (ə) zühur etmir? Bir neçə məsələyə diqqət yetirmək sualın cavablandırılmasında sizə kömək edə bilər:
1. Rəvayətlərdə deyilir: “Yer üzü zülm və haqsızlıqla dolduğu kimi, onu haqq ədalətlə dolduracaqdır.”[1] Amma bu məsələ zühur əlamətlərinin tamamilə bəyan edilməsi məqamında deyildir və “hər vaxt dünya zülm və haqsızlıqla dolsa, həzrət mütləq o zaman zühur edəcəkdir” – demək istəmir.
2. Zülmün dünya səviyyəli olması nisbi bir məsələdir. Yəni, bəşərin yer üzündə mövcud olduğu vaxtdan etibarən zülm daim varmış, bir dəstə zalıım və o biri dəstə isə zülmə məruz qalmışdır. Deməli, “yalnız bu dövrdə zülm hər yerə yayılmışdır və ondan başqa bir vaxtda bu qədər şiddətli olmamışdır” – deyə iddia demək olmaz.
3. Zülmün hər yerə yayılması zühurun əlaməti olsa da, zühur üçün tam səbəb deyildir; əksinə, bu iqtiza (tələb etmə) səviyyəsindədir. Bu məsələdə digər səbəb və əlamətlər də rol oynayır. Bundan başqa səbəb və əlamətlərin hamısı həyata keçməlidir ki, İmam Zaman (ə) zühur etsin.
Deməli, dünya səviyyəsində zülmün çoxaldığı hazırkı zamanda o həzrətin mütləq zühur edəcəyini təvəqqe etməməliyik. Bizim vəzifəmiz budur ki, daim gözümüzü o həzrətin zühur yoluna dikək, lazım olan müqəddimə işlərini əncam verməklə zühurun tezləşməsi üçün dua edək. \"Kafi/c-1, səh: 338 və 526\"


Yehova sahidləri barədə nə deyə bilərsiz?


Yehova sahidləri barədə nə deyə bilərsiz? “Yahova şahidləri” - Onalrın əsas məramları bir din dövləti olan tanrı krallığı yaratmaqdır. “Yahova Şahidləri” yəhudi soylu, dini yönümlü, xristianlığı və xüsusilə də İslamı parçalamaq hədəfli, şəraitinə görə din, məzhəb, təriqət, mafiya və s. kimi müxtəlif cəhətli çox gizli eyni zamanda çox təhlükəli bir təşkilatdır.
Yahova Şahidləri ilk dəfə 19-cu əsrin əvvəllərində ABŞ-da iş adamı Çarlz Tez Rassell tərəfindən yaradılmışdır. O, bu sektanın mövqeyini Hz. İsa-nın gələcəyi və qiyamət günü qopacağı əsasında qurmuşdur. Amerikada dərc etdiyi ilk jurnalda Hz. İsa-nın 1878–ci ildə gələcəyi xəbərini verdi. Lakin, təbii ki, bu xəbər həyata keçmədi. Daha sonra Rassel Hz. İsa-nın 1891 ci ildə gələcəyi xəbərini vermək üçün dünya turuna çıxdı. Lakin bu xəbər də yalan oldu. Almaniya, Türkiyə, İtaliyada özünə tərəfdar toplaya bilməyən Rassel başqa ölkələrə üz tutdu. O öldükdən sonra onun işini Rezerford davam etdirdi. ...


İslam zamanla ayaqlaşırmı?


İslam zamanla ayaqlaşırmı? Əllamə Təbatəbai: İslamın zamanla ayaqlaşmaması iddiası fəlsəfi yox, emosional düşüncədən qaynaqlanır. Zaman və məkan nə qədər dəyişsə də cəmiyyət öz həyatını yaşayır və ictimai qanunlara ehtiyac aradan qalxmayıb. Sadəcə ictimai həyatda istəklər artıb. Rifah şəraiti genişləndiyindən insanlar yaxşı yaşamaq üçün yarışa girib. Bəsirətsiz, heyvansayağı yalnız qarnını düşünən insan təbii ki, mənəvi ehtiyaclarına kor olur. Zaman dəyişib deyəndə qəbul edə bilmərik ki, insanın mənəviyyat ehtiyacı aradan qalxıb. Əgər İslam əxlaq və mənəviyyat ehtiyaclarına cavab verirsə, zamanın dəyişməsinin ona nə təsiri ola bilər?!
İslamda insan cəmiyyətinin bütün ehtiyacları nəzərə alınaraq qanunlar tənzimlənib və xoşbəxtliyə aparır. Zamanın dəyişməsi əxlaq və mənəviyyatdan imtinadırsa bu cəmiyyət bədbəxtliyə gedir. İnsan nə qədər dəyişsə onun fitri meylləri yerindədir. Onun sevgiyə, dostluğa, mərhəmətə ədalətə, təlaşa ehtiyacı var. Əgər İslam bu ehtiyaclara bütün məktəblərdən daha kamil cavab verirsə, demək zamana da cavab verir. İslam dini hökumət başçısına ixtiyar verir ki, cəmiyyətin ehtiyaclarına uyğun qanunlar tənzimlənsin. Əlbəttə ki, bu qanunlar şəriət qanunlarını pozmayacaq.


Əllamə kimə deyilir?


Əllamə kimə deyilir? Əllamə (علّامه) lüğətdə ərəbcə mübaliğə siğəsində çox bilən, çox məlumatlı şəxs mənasındadır. Terminoloji baxımından İslam elmlərinə dərindən bələd alimə əllamə deyilir. Ayətullah adı kimi əllamə adı da bəzi müsəlman alimlərə verilən xüsusi addır. Əllamə sayılan alim ensiklopedik məlumata malik olur, bir neçə ixtisas üzrə mütəxəssis kimi tanınır. Əllamə rəsmi hövzə titulu, dərəcəsi deyil. Bu ad kiçik bir qrup İslam alimlərinə verilmişdir. Bəzən fəlsəfə, bəzən fiqh, bəzən də ədəbiyyat sahəsində söz sahibi olan böyük alimlər əllamə adlandırılır. Hazırda İslam dünyasında, şiə cameəsində əllamə deyərkən Əllamə Təbatəbai nəzərdə tutulur. Ötən dövrdə böyük fəqih Əllamə Hilli bu adla yad edilib. Əllamə adlandırılan alimlər öz biliklərini dəlillərlə əldə etdiklərindən adətən filosoflar əllamə adlandırılıb.
Əllamə adı ilə məşhur alimlər: 1-Əllamə Təbatəbai, 20cildli Əlmizan təfsirinin müəllifi. 2-Əllamə Məclisi - 110 cildli Biharul-ənvar hədis kitabının müəllifi. 3-Əllamə Hilli – fiqhdə təkcə əllamə deyəndə Əllamə Hilli nəzərdə tutulur. 4-Əllamə Əmini – Əlqədir (Əhli Beyt məktəbini isbatçısı) kitabının müəllifi. 5- Əllamə Həsənzadə Amuli ...


Allah şeytanı nə üçün məhv etmir?


Allah şeytanı nə üçün məhv etmir? İblis (lən) Allaha pərəstiş edən cinlərdən idi ki, minillərlə ibadət əhlindən olmuşdur. O zaman ki, üsyan edir və Allaha itaətsizlik edir, İlahi dərgahdan qovulur. Bu zaman Allahdan möhlət istəyir. Allah Təala ədalətli olduğu üçün ona möhlət verir. (Tebyan) Şeytan (lən) - çox pis varlıqdır, insanın düşmənidir. Allah da bunu bilir ki, şeytan üsyankar və itaətsizdir. Bəs niyə onu məhv etmir? Qurana nəzər salan zaman görmək olur ki, insanı haqq yolundan azdıran hər bir şeyə şeytan deyilir. Lakin İblis sözü ancaq Allah dərgahından qovulan şeytana aid edilir.
Allah Qadirdir və istəsə, İblisi məhv edə bilər. Lakin Allah ona müəyyən günə qədər möhlət vermişdir, bəs niyə?
1. Şeytan Allahpərəst olmuşdur və abidlərdən idi. Allah ona görə ona möhlət verir ki, bəşər də onun kimi üsyan edən zaman, ondan fərqli olaraq tövbə etməyi bacarsın. 2. Şeytan öz vəsvəsələri ilə insanın tərəqqi etməsinə səbəb olar. 3. Dünya imtahan yeridir ki, insanın istedadları üzə çıxsın. Əgər şeytan olmasaydı, o zaman imtahanın olması da mənasız olardı.


Vilayəti-fəqihin zəruriliyi nədədir?


Vilayəti-fəqihin zəruriliyi nədədir? Vilayəti-fəqihin zəruriliyi: Vəliyyi-fəqihi olan şiə İslam dinini ancaq namaz və oruc, xüms və zəkatda xülasələşdirmir.
Vilayəti-fəqih müsəlman və şiə aləminə ən böyük nemətlərdən biridir. Əgər şiə aləmində yüzlərlə müctəhid olsa, amma vəliyyi-fəqih olmasa, İmam Zamanın (əc) qeyb dövründə şiə ictimai, siyasi və dini həyatda özünü qoruya bilməyəcək. Qeyb zamanı şiənin izzəti vilayəti-fəqih olan dövrdə görünür. Bir misal çəkək. Təqribən yüz il öncə vəhabilər şiələrin və müsəlmanların müxtəlif müqəddəs şəhərlərinə hücüm edib bu şəhərləri xaraba qoyublar. Məsələn, bir gün ərzində Kərbəla şəhərini viran edib, İmam Hüseynin (ə) hərəmini dağıtdılar və yerini şumladılar. Kərbəla sakinləri (o insanlar ki hər il Hüseynə görə başlarını yarardılar) o şəhəri tərk edib qaçdılar. Halbuki, o zaman Kərbəlada və Nəcəf şəhrində yüzlərlə müctəhid və mərcəi-təqlid yaşayırdı. Onlar böyük və əzəmətli alimlər idilər. Sizcə, bu alimlər niyə bir iş görə bilmədilər, bu cinayətlərin qarşısı alınmadı? Halbuki, indi təkcə vəhabilər və sələfilər yox, Əl-qaidə, hətta bəzi qərb ölklər və onlarla başqa ölkə çalışırlar Suriyada Xanım Zeynəbin (s.ə) və Rüqəyyənin (s.ə) hərəmini dağıtsınlar, oranı viran etsinlər. Amma gördüyünüz kimi 3 ildir bu niyyətlərini həyata keçirə bilmirlər. Sizcə nə üçün? ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter