Nə üçün şiələr sübh namazı üçün yalnız fəcr tülusu zamanı, sünnilər isə tüludan bir saat əvvəl azan verirlər?


Nə üçün şiələr sübh namazı üçün yalnız fəcr tülusu zamanı, sünnilər isə tüludan bir saat əvvəl azan verirlər? Şiə fiqhində bütün hökmlər Qurana, Peyğəmbərin (s) göstərişi və əməllərinə əsaslanır. Fəqihlər bütün bu bilikləri məsum Əhli-beyt (ə) vasitəsi ilə əldə edirlər. Kimsə öz təsəvvürünə və istəyinə əsasən ibadət ixtira edə bilməz. Şiə fəqihlərinin əlində tüludan qabaq azan vermək barədə heç bir dəlil yoxdur və bu işi bidət, haram sayırlar. Amma sünnilər öz kitablarındakı bəzi rəvayətlərə(Səhih Buxari, Kitabul əzan, bab 13, əl-əzan qəbləl fəcr, hədis 621.) əsaslanaraq, tüludan qabaq azan verir və bildirirlər ki, bu azan obaşdanlığa durmaq, gecə namazı qılmaq, qüsl vermək istəyənləri oyatmaq üçündür.(\"Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, c. 1, s.149 və əl-fiqhu ələl məzahibil ərbəəti, cild 1, şürutil əzan, səh-314)


Həyatımızda Əhli-beyt sevgisinin nə rolu var?


Həyatımızda Əhli-beyt sevgisinin nə rolu var? Cavab: İdeal axtarışı, hər hansı qəhrəmana pərəstiş insanın fitri xüsusiyyətidir. Ləyaqətli ideal insanın tərbiyəsi üçün çox təsirlidir. Kamil ideal insanı daha çox cəzb edir. Əhli-beyt sevgisi ən üstün ideal seçimidir. Belə bir ideal seçən insan özünü peyğəmbər davamçılarına oxşatmağa çalışır. İnsanı hərəkətə gətirməyən sevgi isə həqiqi sevgi deyil. Bir körpə atasından qoğal istəsə və atası ona işdən qayıdarkən qoğal alacağını söz versə, uşaq gözünü yola dikib atasını gözləyir. Axşam ata mənzilə daxil olan kimi körpə “qoğal almısanmı” soruşur. Əgər ata desə ki, “qoğal almamışam, amma səni çox sevirəm”, uşaq bu sevgiyə inanarmı?!


İnsanda qəlbin paklığı kifayət etmirmi ki, namaz qılmaq vacib olunubdur?


İnsanda qəlbin paklığı kifayət etmirmi ki, namaz qılmaq vacib olunubdur? Namazın insan üçün vacib olmasının səbəbləri:
1-Allah-Taala insan üçün hər hansı əməli vacib və ya qadağan etmişdirsə hikmət və insan xeyrinə iş olduğuna şübhə olunmamalıdır. Çünki Allahın 99 adından biri də həkim yəni məqsədyönlü işlər görən Allah.
2-Allah-Taala bəşər üçün namazı vacib etmişdirsə hikmətinin biri də budur ki, yaxşı və pis insanları bir-birindən ayırd etsin və onların qəlbinin Allah-Taalaya bağlılığının nə həddə olduğunu üzərə çıxarsın.
3-Qəlbin paklığının mənası nədir? İslam maarifinə nəzər saldıqda görürük ki, insanın yaxşı adam olması onun xoşbəxtliyi üçün kifayət etmir. Yəni namaz insanı günahlardan çəkindirir, namaz ruhu paklaşdırır, namaz şeytanı insanın xoşbəxt olacaq həyatından qovalayır, namaz insanı aşkarda və gizliində olan çirkin əməllərdən qoruyur, namaz insana güclü iradə bəxş edir, namaz Allahın rəhmətinin hər an nazil olmasına səbəb olur, namaz insanın xeyir işlər görməsinə yol açır, namaz insanı Allaha yaxınlaşdırır və eləcə də namaz insanın behiştə getməsinə ən böyük səbəb olaraq Quran və hədisdə vasitə olaraq tanıtdırılmışdır. Qəlbin paklığı əgər namazda olan bu müsbət təsirləri təmin edə bilərsə onda namaz qılmağa ehtiyac olmaz! Bir halda ki, pak qəlbli insanların vicdanları təsdiq edir ki, insan qəlbinin paklığı namazın faydalarını təmin etməkdə acizdir. Nəticə alırıq ki, insan qəlbinin pak olması iddiası namaz və ilahi maarifdə gələn ibadətlərdən insanın ehtiyacsız olması iddiası ləğvdir.


İmam Əsgəriyə (ə) aid edilən Quran təfsiri səhihdirmi?


İmam Əsgəriyə (ə) aid edilən Quran təfsiri səhihdirmi? İmam Əsgəriyə (ə) aid edilən təfsir natamamdır, Fatihə və Bəqərə surələrinin şərhini əhatə edir. Bu təfsirin səhih olub-olmaması barədə alimlər arasında fikir ayrılığı vardır. Bir neçə alim (o cümlədən, Mühəqqiq Təfrişi, Mühəqqiq Şüştəri, Əllamə Bəlaği, Şərani, Əstərabadi və b.) təfsirin həm sənədindəki bəzi ravilərin məchul və yalançı olduğunu, həm də rəvayətin mətnində bəzi ciddi məna səhvlərinin mövcudluğunu əsas gətirməklə təfsirin İmama aidliyini şübhə altına almışlar. Lakin Şeyx Səduq, Qütb Ravəndi, İbn Şəhraşub, Əbu Mənsur Təbrisi, Şəhidi-sani, Feyz Kaşani, Əllamə Məclisi, Hürr Amuli, Vəhid Bəhbəhani, Seyid Şübbər, Şeyx Mürtəza Ənsari, Ayətullah Birucerdi, Ayətullah Maməqani, Ağa Büzürg Tehrani, Əllamə Əmini və digər böyük şiə alimləri bu təfsirin həqiqətən, İmam Əsgəriyə (ə) aid olduğunu, amma içində zəif və səhih bölümlərin yer aldığını söyləmişlər. Təfsirin səhihliyinə hökm verən alimlərin sayı daha çoxdur.


Nə üçün bəzi namaz qılanlar günaha yol verir?


Nə üçün bəzi namaz qılanlar günaha yol verir? İçi boş toxum heç vaxt cücərmir. Qəlbin iştirak etmədiyi diqqətsiz namaz içiboş toxum kimidir. Dodaqların, belin, boyunun hərəkətindən əlavə, namazda qəlbin iştirakı zəruridir.
Məktəb və universitetin işi insanın elmi təkamülünü təmin etməkdir. Bununla belə, hər məktəbə gedən şəxs elm sahibi olmur. Məktəb o zaman faydalı olur ki, insan oxuduqlarını dərk etsin. \"...Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...\" (“Ənkəbut”, 45.)
Bu da həqiqətdir ki, günaha yol verən insan namaz qılandırsa, bir o qədər də ağır günaha yol verməyəcək. O, məcburdur ki, bədənini və paltarını pak saxlasın, namazını halal yerdə qılsın. Ağ paltar geyən insan çirkli yerdə oturmaq istəmədiyi kimi, namaz qılan şəxs də çirkin işlərdən uzaq olmağa çalışır.


Nə üçün dini hökmlərdə müctəhidə təqlid edilməlidir?


Nə üçün dini hökmlərdə müctəhidə təqlid edilməlidir? İslamın məntiqidir və sağlam ağıllı insanlar bu baxışı qəbul edirlər ki: \"“Bilmədiyinizi zikr əhlindən soruşun.”
Cavab: Həyatımızda elə bir sahə yoxdur ki, mütəxəssisə ehtiyac olmasın. Din bilicisi olan müctəhidlər özləri də xəstələndikləri vaxt həkimə müraciət edirlərsə, həkimin dini məsələdə müctəhidə təqlid etməsi nə üçün təəccüb doğurmalıdır. Quran buyurur: “Bilmədiyinizi zikr əhlindən soruşun.” (“Nəhl”, 43.)
Diqqət etməliyik ki, söhbət adi alimdən yox, təqva sahibi olan zikr əhlindən gedir.
Rəvayətlərə əsasən agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdır. Sənədsiz ev, avtomobil qeyri-qanuni hesab olunduğu kimi, təqlidsiz əməl də batildir.


İnsan üçün hansı mənəvi üstünlük var ki, namazda olmasın?


İnsan üçün hansı mənəvi üstünlük var ki, namazda olmasın? Ustad Qəraəti buyurur: “Tarixdə gəlmişdir ki, İmam Riza (ə) Məşhəddə olanda camaat namazı qılmaq istədi. Zamanənin zalim xəlifəsi olan Məmuna dedilər ki, əgər Riza (ə) camaat və bayram namazı qıldırsa sənin işin sona çatacaq və məqamını əldən verəcəksən!! Məmun İmam Rizadan (ə) xahiş etmişdi ki bayram namazı qılsın bu hədələmədən qorxaraq, İmamı ictimai ibadətdən yarımçıq sarayına qaytardı.
Yəni namazdır ki insanlarda sevinc, həyəcan və eləcə zalim-zülmə qarşı oyadır. Qəraəti: Mən sizə deyim ki, bu namaz və camaat namazlarımızdır ki, İranda İslam hökuməti qurdu. Namazı qorumaq məsumların qiyamətdə şəfaətinə şərait yaradar başqa günahlar qarşısında. Bəziləri deyirlər ki, namazı vaxtında qılmaq üçün vaxtımız yoxdur!! Onlardan soruşuram: Yol qaydalarında qırmızı işıqda dura bilirsiniz?! Çörək cərgələrində durmağa vaxt tapırsınız?! Maşınınıza benzin doldurmaq üçün gözləmək üçün vaxt tapırsınız?!
Diqqət yetirməlisiniz ki, cavanlarınızı evləndirirsiniz ki, çirkin işlərdən çəkinsinlər, namazı da qoruyun ki batininiz çirkin işlərdən amanda qalsın. Namazda hər şey var, Məad, Tövhid, nübuvvət, İmamət və Allahın ədalətini bu xüsusi ibadətdə görmək olar. Namazda paklıq-nəzmlilik qaydaları var ... Qurani Kərimdə 270 yerdə Allah-Taala namaza dəvət edir zəkat çıxmaqla bir yerdə. Yəni daxili kasıbçılığınızı ibadətlə doldurun.


Sehr-cadunu necə tanımalıyıq?


Sehr-cadunu necə tanımalıyıq? Mәrhum İsfәhаni sеhri bеlә izаh еdir: \"Sеhr dеdikdә хüsusi yаzılаr yаzıb охumаq,müәyyәn әşyаlаrı yаndırıb tüstüsünü vеrmәk, düyün üfürmәk, müәyyәn şеylәri хüsusi yеrlәrdә bаsdırmаq vә bu yоllа kiminsә bәdәninә, qәlbinә vә yа düşüncәsinә tәsir göstәrmәk nәzәrdә tutulur. Uzаqdа оlаnı yахınа gәtirmәk, kimisә yаtızdırmаq, dоstluq vә yа düşmәnçilik yаrаtmаq, аyrılıq sаlmаq sеhrdә nәzәrdә tutulаn tәsirlәrdәndir. Sеhrdә cinlәr tutulub sахlаnılır, ruhlаr çаğırılır vә rаm оlunur. Оlmаyаn işi оlmuş kimi göstәrmәk dә (gipnоz) sеhr-cаdu hökmündәdir.
Sehr-cadunun bəlaları
Mәsumlаrdаn nәql оlunmuş rәvаyәtlәrdә sеhr-cаdunun bәlаlаrındаn dаnışılır. İbn Хаlid Nаbili imаm Sәccаdın (ә) dilindәn bеlә nәql еdir: \"Sеhr-cаduyа yоl vеrmәk, öncә görmәlәrә е`tiqаd dünyаnı zülmәtә bürüyür.”


Dünyasını dəyişmiş insanları yuxuda görmək üçün xüsusi əməl varmı?


Dünyasını dəyişmiş insanları yuxuda görmək üçün xüsusi əməl varmı? Hər kəs vəfat etmiş ölünü yuxuda görmək istəyirsə, sağ çiyni üstündə yataraq \"Şəms\", \"Ləyl\", \"Kafirun\", \"Tohid\", \"Fələq\" və \"Nas\" surələrini hər birini yeddi dəfə oxuyub desin:
\"Əllahummə ərini mənami kəza.\"
\"Kəza\" sözünün əvəzinə yuxuda görmək istədiyi ölünün adını çəkib və daha sonra belə desin:
\"İcəl li əmri fərəcən və məxrəca.\"
Bunu deyəndən sonra yatsın. İstədiyi şəxsi yuxuda görmədikdə növbəti gecədə buna əməl etsin və bu iş həyata keçmədikdə üçüncü gecə qeyd olunmuş göstərişə əməl etsin. Amma bir daha buna nail olmadıqda, yeddi gecəyədək ona əməl etsin.


Dində gözəl \"bidət\" varmı?


Dində gözəl "bidət" varmı? Xeyr! Dində gözəl \"bidət\" yoxdur.
Qurani-Kərim buyurur: \"Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim\".(əl-Maidə, 3)
Rəvayətdə gəlmişdir: \"Sizə (dinə əlavə edilən) yeniliklərdən çəkinməyi əmr edirəm! Həqiqətən, hər bir yenilik bidətdir və hər bir bidət də zəlalətdir\".
-Əlbəttə qeyd edək ki, yenilik ki İslamda onun əksinə nəsə olmuş olsun və ya müsəlmanları çətinliyə salsın.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter