İslam terrora icazə verirmi?


İslam terrora icazə verirmi? İslamda insanın həyatı o qədər yüksək qiymətləndirilir ki, günahsız bir insanı öldürmək hamını öldürməyə, bir insana həyat vermək bütün xalqa həyat verməyə bərabər tutulur. (“Maidə”, 32) İslam ədəbiyyatında “terror” mənasını “fətək” sözü ifadə edir. İslam fiqhinə görə: 1. İstənilən firqədən, məzhəbdən olan günahsız insanı istənilən bir yerdə öldürmək haramdır. İslam dini 2002-ci il 11 sentyabr tarixində NYU-Yorkda və Vaşinqtonda günahsız insanların ölümü ilə nəticələnmiş terror hadisəsini pisləyir. İstər Fələstində, istər İraqda, istərsə də Vaşinqton və NYU-Yorkda günahsız insanların qırğını İslam prinsiplərinə ziddir. 2. Cinayətkar yalnız agah və adil əmr sahiblərinin hökmü ilə qətlə yetirilə bilər...


Doğrudanmı, İslam qılınc dinidir?


Doğrudanmı, İslam qılınc dinidir? «İslam qılınc dinidir» atmacası ilə, yalnız Qurani-kərimdən xəbərsiz insanları aldatmaq olar. Allah-təala öz peyğəmbəri Məhəmmədə (s) belə buyurur: «Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!». (Yunis/ 99.) Ayədən məlum olur ki, məcburi imanın heç bir faydası yoxdur. Bundan əlavə, insanlardan bir qrupunun iman gətirib, digər qrupunun iman gətirməməsi, onların iradə azadlığının sübutudur. Bu gün məzlum kütlələrin qanını içib, başına mərmi yağdıran dünya zorluları, İslamı və müsəlmanları zorda ittiham edirlər. Müsəlman torpaqlarını işğal edənlər sülhsevər, vətənini müdafiə edənlər isə, terrorist adlandırılırlar. Bədənini satan qadın azad, örtüklü qadın isə, kölə kimi təqdim olunur. Bununla belə, İslam topsuz-tüfəngsiz Avropa və Amerikada anbaan genişlənir.


Əgər ağıl varsa, dinə nə ehtiyac?


Əgər ağıl varsa, dinə nə ehtiyac? ...İncə bir nöqtəyə diqqət yetirin. İnsanı şüur idarə edir. İxtilaflar da şüurdan doğur. Əgər qanun şüurdan yan ötüb, yalnız hərəkətləri tənzimləyirsə, ixtilaflar sonadək həll ola bilərmi? İxtilaf yaradan maşın (insan şüuru) tam gücü ilə işləyirsə, cəmiyyət ixtilafdan yaxa qurtara bilərmi?
Demək, qanun ilk əvvəl insanın daxili hisslərini tənzimləməlidir. Belə qanunlar isə yalnız dində öz əksini tapır. Allahdan qorxan bir cəmiyyətin polisə, məhkəməyə, zindana ehtiyacı qalmır. Sual oluna bilər ki, nə üçün dinin hakim olduğu cəmiyyətlərdə ixtilaf yaranır? Unutmayaq ki, dinin qəlblərə hakim olduğu cəmiyyətlərdə heç bir ixtilaf nəzərə çarpmaz. Əgər cəmiyyət şəhvət və günah girdabındadırsa, əlbəttə ki, dinin özündən imtina edəcək...


Aristotel, Platon və Sokrat peyğəmbər idilərmi?


Aristotel, Platon və Sokrat peyğəmbər idilərmi? İddia edilir ki Ayətullah Cavadi Amilidən bu haqda nəzər irəli sürülüb. İddia edilir ki ayətullah Cavadi Amilinin fikrinə görə, Kuroş, Pifaqor, Aristotel, Platon və Sokrat peyğəmbər olmuşdur. Amma bu fərdlərin peyğəmbər olmasına dair Ayətullah Cavadi Amilinin dilindən gələn konkret bir münasibət yoxdur.Həqiqətdə bu beş nəfər peyğəmbər idilərmi? Başqa bir riyaziyatçı və ya tanınmış filosofların peyğəmbər olması fikri doğrudurmu? Ümumi cavab: Quran, Peyğəmbər və Əhli-Beytdən nəql olunan hədislərdə bu şəxslərin peyğəmbər olmasına dair bir dəlil yoxdur. Ancaq bəzi mütəfəkkirlər bu şəxsiyyətlər tərəfindən irəli sürülmüş ilahi təlimlərə diqqət göstərməklə, ehtimal baxımından (qəti surətdə yox) onların peyğəmbər olmasının mümkün ola bilməsini müzakirə etmişlər.Bu barədə din mütəfəkkirlərindən birindən nəql olunur ki, Orta Şərq tarixi göstərir ki, Aristotel, Sokrat və s. kəslər həzrət İbrahimin şagirdlərindən olmuşdur. Çünki o zamana qədər Orta Şərq camaatı ya inkarçı, ya da müşrik olmuşlar.


Sehr xürafatdır, yoxsa həqiqət?


Sehr xürafatdır, yoxsa həqiqət? «Sehr» kəlməsinin lüğəti mənası, «mənbəyi bilinməyən, gizli qalan hadisə» deməkdir. Amma hal-hazırda sehr dedikdə, qeyri-adi bir iş başa düşülür. Gözbağlayıcılıq, təlqin, yalnız mütəxəssislərə məlum fiziki və kimyəvi proseslər, cindarlıq vasitəsi ilə nümayiş etdirilən hadisələr sehr kimi qəbul olunur. Sehrbazlıq həzrət Musanın (ə) dövründə çox güclü idi. Amma hal-hazırda da sirk tamaşalarında sehrbazlıqla tez-tez qarşılaşırıq. Sehrbazlıqa aid yazılmış kitablarda, sehrbazların bir çox sehrləri açıqlanmışdır. Məsələn, sehrbazın əlindən hər hansı bir predmetin uçması indiki dövrdə, çətin ki, kimsəni təəcübləndirsin. Çünki insanların əksəriyyəti kimyadan xəbərdardır və bir çox maddələrin havadan yüngül olduğunu bilir. Bu maddədən hər hansı bir cismdə yerləşdirməklə, onu hərəkətə gətirmək olar. Yuxarıda deyilənlərdən məlum olur ki, sehr inkar ediləsi xürafat deyil. Amma bu iş, adətən, insanların aldadılması üçün istifadə olunduğundan, İslam dinində qadağandır və böyük günahlardan hesab olunur.


Niyə Cəməratda şeytana (lən) üç tərəfdən daş atırlar?


Niyə Cəməratda şeytana (lən) üç tərəfdən daş atırlar?Hz. İbrahim (ə) Allah tərəfindən oğlunun qurban olunmasına əmr olunur! Şeytan İbrahimə vəsvəsə edir amma məğlub dönür! Bu zaman İsmayilə (ə) atasının onu öldürəcəyini söyləyir. İsmayil (ə) buyurur: “Nə üçün?”. Şeytan deyir: “Belə hesab edir ki, Allah ona bu işi əmr etmişdir”. Ismayil (ə) deyir: “Əgər Allahın əmri olarsa, qəbul edəcəyəm”. Şeytan bu dəfə vəsvəsə üçün İsmayilin (ə) anası Həcərin yanına gəlir və olanları ona deyir. Həcər buyurur: “İbrahimin (ə) İsmayilə (ə) olan əlaqəsi onu bu işdən saxlayar”. Şeytan deyir: “O, xəyal edir ki, Allah ona əmr etmişdir”. Həcər deyir: “Əgər Allah deyibdirsə, biz Ona təslimik”. Bu zaman şeytan uzaqlaşır. İsmayili (ə) bu işdən çəkindirə bilmir. Ona görə də İbrahim (ə) ona üç tərəfdən daş atır ki, uzaqlaşsın. Allah da bu əmələ görə onu hacılar üçün sünnət qərar verir.


Duaları yazıb öz üstündə gəzdirməyin faydası varmı?


Duaları yazıb öz üstündə gəzdirməyin faydası varmı?Cavab: Dua möminin silahı, ehtiyacların həyata keçmə vasitəsi, Allahla rabitənin açarıdır. Ən gözəl dua insanın öz dili ilə Allah dərgahına ünvanladığı söz şəklində duadır. Buna görə də oxunan dualara dini mənbələrimizdə daha çox üstünlük verilib. Məsumlarımızın buyruqlarında da şifahi dualar üstünlük təşkil edir. Bununla yanaşı, elə dualar da var ki, onların yazılması və insanın üstündə gəzdirilməsi fayda gətirir. Bu duaların bir qisminin yazılma şəraiti, vaxtı və vasitələri ilə bağlı konkret göstərişlər var ki, duanın təsiri də bunlardan asılıdır. Yazılan dualara hörmətlə yanaşmaq, onları murdar olmaqdan qorumaq lazımdır. Yazılan dualar arasında ayətül-kürsi, bədnəzər, ruzi, qorxu və hacət duaları daha geniş yayılıb./ixlas.


Namazın müxtəlif vaxtlarda qılınmasının fəlsəfəsini necə açıqlamaq olar?


Namazın müxtəlif vaxtlarda qılınmasının fəlsəfəsini necə açıqlamaq olar? Sual: Nə üçün gündəlik beş vacib namazı birdəfəyə ardıcıl qılmaq olmaz?
Cavab: Namazın əsl hədəfi zikrdir və zikr günahların tərk olunması, həmçinin ibadi əməllərin yerinə yetirilməsi ilə bağlıdır. Bu cəhətdən də vacib namazlar üçün günün müxtəlif vaxtları təyin edilmişdir ki, beş vaxtda Allahı yad etməklə dünyaya və həvayi-nəfsimizə bağlılıqdan nicat tapaq.
Sübh çağı yuxudan oyanıb namaz vasitəsilə bizi Yaradanı yad edirik. Sonra dünyəvi işlərə başımız qarışır. Get-gedə qəlbimiz Allahı yad etməkdən uzaqlaşır, şeytan və nəfsi istəklər bizə üz tutur. Günorta vaxtı çatdıqda mömin yenidən namaz vasitəsilə qəlbə daxil olmuş həvayi-həvəsi və şeytanın torlarını parçalayır, onları qəlbindən çölə atır və qəlbini Allaha ev qərar verir...


Bir kəsin rastına ailə quracağı şəxsin çıxmasını alın yazısı kimi yozmaq olar?


Bir kəsin rastına ailə quracağı şəxsin çıxmasını alın yazısı kimi yozmaq olar? Cavab: İnsanların bir-birinə rast gəlməsi onların öz iradəsi ilə də baş verə bilər, özlərindən asılı olmadan da baş tuta bilər. Bu mənada bir kəsin öz gələcək həyat yoldaşı ilə heç özünün xəbəri olmadan, təsadüf kimi görünən bir vəziyyətdə rastlaşması mümkündür. Lakin bu, onların məsuliyyətini qətiyyən azaltmaz. İnsanlar özlərindən asılı olmadan bir-birinə rast gəlsələr də, öz istəkləri əsasında ailə qurmalıdırlar. Bir-birinə rast gələn şəxslər ailə qurduqdan sonra uğursuzluqla üzləşsələr, bunun məsuliyyətini taledə və ya başqa adamlarda deyil, özlərində axtarmalıdırlar. Çünki ailə qurmazdan əvvəl yaxşıca düşünməli, bütün müsbət və mənfi cəhətləri ölçüb-biçməli idilər. Əksinə, əgər qurulan ailə uğurlu alınırsa, bunun da səbəbini özlərində görməli və düzgün qərar qəbul etmələrinə şərait yaratdığı üçün Allaha şükür etməlidirlər.


Müsəlmanla mömin arasında nə kimi fərq var?


Müsəlmanla mömin arasında nə kimi fərq var? Quran buyurur: “Allah İbrahimə “Rəbbinə təslim ol” buyurduqda, İbrahim “aləmlərin Rəbbinə təslim oldum ” deyə cavab verdi. (“Bəqərə”, 131) Ayədən göründüyü kimi Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur. Amma müsəlmanlığın dərəcələri vardır. “Hucurat”/14-cü ayədə oxuyuruq: “Bədəvilər “biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz “Biz islamı qəbul etdik”, deyin. Çünki hələ iman qəlblərinizə daxil olmamışdır.” Demək, İslamın ilkin dərəcəsi onu dil ilə qəbul edib, şəhadət kəlməsini deməkdir. İslamın ikinci dərəcəsində olanlar onu dil ilə qəbul edib, xeyir iş görənlərdir. İnsanın Allaha qəlbən itaəti İslamın üçüncü dərəcəsinə aiddir. Dördüncü dərəcədə olan insanlar isə bütün varlığını Allahın ixtiyarında görən övliyalardır. İmam Sadiq (ə) buyurur: “Çox vaxt bəndələr sadəcə müsəlman olaraq qalır, möminliyə yol tapa bilmirlər. Allahın qadağan etdiyi günahlara yol verən şəxsi mömin yox, müsəlman kimi qəbul etmək lazımdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter