Namaz haqda Hz Əliyə (ə) nisbət verilən yalan hədisin araşdırılması?!


Namaz haqda Hz Əliyə (ə) nisbət verilən yalan hədisin araşdırılması?! Bir namazla bütün namazların qəzasını ödəmək olarmı? Yayılmaqda olan bir şayiə və şübhəyə cavab!!!
Bir namazla bütün ömür qılınmamış namazların qəzasını ödəmək olarmı? Belə iddia edirlər ki, guya Peyğəmbər buyurmuşdur: Kimin boynunda qəza namazı varsa, Ramazanın axırıncı cümə gününün zöhründən öncə iki ikirəkətli namaz qılsa, \"Fatihə\"dən sonra bir \"Ayətül-Kürsi\"ni, habelə 15 dəfə \"Kövsər\" surəsini oxusa, dörd yüz illik qəza namazına əvəzdir?! İndi gəlin bir neçə şeyə diqqət edək:
1. Bu rəvayət və bunun mənasında olan bir əməl mötəbər şiə hədis qaynaqlarında mövcud deyil.
2. Hətta mövcud olduğunu fərz etsək belə, onun məfhumu varid olan digər rəvayətlərlə qəti surətdə ziddiyyət təşkil edir...


Nə üçün \"Vadiüs-salam\" məzarlığı müqəddəsdir?


Nə üçün "Vadiüs-salam" məzarlığı müqəddəsdir? Müqəddəs məkanlardan biri də Nəcəf şəhərində yerləşən və “Vadiüs-səlam” adlanan böyük məzarlıqdır. Burada Həzrət Əli ələyhis-salamın müqəddəs məzarı və çox sayda peyğəmbər və böyük şəxsiyyətlərin məzarı yerləşir. Bu məkanın necə bir müqəddəs məkana çevrilməsi haqqında Sahibi-Təfsiri-Əyyaşi belə yazır: Əmirəlmöminin buyurdu: “Yer üzərində Allaha ilk ibadət olunan yer, Kufənin arxasında yerləşir. Allah, mələklərə “Adəmə səcdə edin” əmrini verəndə, onlar Kufənin arxasına səcdə etdilər.\"


Əzadarlıqlarda tökdüyümüz göz yaşı günahlarımızı necə yuyur?


Əzadarlıqlarda tökdüyümüz göz yaşı günahlarımızı necə yuyur? İmam Hüseyn (ə) əzasında göz yaşı tökülməsinə dair çox sayda fəzilət bəyan edilmişdir. Bunlardan biri də göz yaşlarının günahları yumasıdır. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Hər kim İmam Hüseyn (ə) müsibətinə ağlayar, ya ağladar və ya özünü ağlatmağa çalışar, cəsədi atəşə haramdır. Behişt ona vacibdir”. Dəfələrlə özümüzə bu sualı vermişik ki, görəsən niyə məhz İmam Hüseynə (ə) görə ağlamağın bu qədər fəziləti vardır? Alimlər bu suala belə cavab verir: “Buradadır ki, Quran deyir: Yaxşılıqlar pislikləri aradan aparar. “Həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. (Hud/114)...


Həqiqəti demək vacibdirmi?


Həqiqəti gizlətmək haramdır. Amma həqiqəti deməyin də şərtləri var. Münasib şərait olmadan deyilən həqiqət fəsad yaradır.Əksər insanlar həqiqəti birbaşa qəbul etmək iqtidarında deyillər. Hamamda başına vedrə ilə su tökən adamın başına küçədə bir stəkan su töksəniz, sözsüz ki, cırnayar.
Müsəlmanların alimlərə hörməti, xüms və zəkat ödəməsi onların bu dəyərlərə dərin inamına əsaslanır. Əziyyətli yollar keçib mə`sumların ziyarətinə gedənlər küçədə rastlaşdıqları hər adama salam verməyi zəruri hesab etmirlər. Çünki hər hansı bir münasibət üçün tanışlıq və münasib şəraitə ehtiyac var.


Aşura hadisəsi üçün nə üçün əzadarlıq etməliyik?


Aşura hadisəsi üçün nə üçün əzadarlıq etməliyik? Cəmiyyətin İmam Hüseyn ruhunda tərbiyə olunub, bu hadisənin müsbət tərəflərini görmələri, bu növ işlərə təşviq olunmaları üçün, onların müvafiq hisslərinə təsir edən amillərin araşdırılması zəruri məsələlərdəndir. Amma burada diqqət edilməsi lazım olan digər bir mövzu da var. Görəsən bu hissləri təhrik etmək üçün əzadarlıq edib ağlamaq yeganə yoldurmu? Hətta bayram əhval-ruhiyyəli mərasimlərdə də insanların bu kimi duyğularına təsir edilməsi mümkündür. Biz İmamlarımızın mübarək doğum günü münasibətilə keçirilən şənlik mərasimlərində də xalqın daxili duyğularının həyacana gəldiyini dəfələrlə müşahidə etmişik...


Bəşəriyyət səma kitabına ehtiyaclıdırmı?


Bəşəriyyət səma kitabına ehtiyaclıdırmı? Bütün zavodlar istehsal etdikləri məhsulu satışa çıxararkən ona “istifadə qaydaları” adlı kitabça əlavə edirlər. İstehsalçıdan başqasının belə bir kitabça yazmağa ixtiyarı varmı? Əlbəttə ki, yox! İnsanın da yaradanı var və bu yaradan ona Quran adlı göstəriş kitabı göndərmişdir. Öz xəlq etdiyini və onun ehtiyaclarını, Yaradan hamıdan yaxşı bildiyi üçün başqaları bu xilqətə göstəriş verə bilməz. “Məgər yaradan bilməzmi?! Allah incəliyinə qədər xəbərdardır.” (“Mülk”, 14.) Allahın qanunlarını kənara qoyub öz qanunları ilə yaşamaq istəyən insan təyyarəni qırmancla sürmək fikrinə düşmüş çobana bənzəyir.


ٍElm (dini) öyrənmək vacibdirmi?


Həzrət Məhəmməd (s) buyurur: «Elm öyrənmək bütün müsəlmanlara vacibdir», «Beşikdən qəbrədək elm öyrənin», «Elm Çində də olmuş olsa, onu öyrənin», «Hikmət möminin itkisidir…». Cəhalət dövrünün insanı «elm faydasız bir şeydir» deyə bilərdi. Amma bu günkü insan elmə biganə qala bilərmi?! Ətrafımıza nəzər salaq;
Mexanikləşdirilmiş kənd təsərrüfatı, avtomatlaşdırılmış yüngül və ağır sənaye, kompüterləşdirilmiş tibbi diaqnostika, atom energetikası və s. Əgər «elm faydasız bir şeydir» deyən tapılsa, onu sadəcə bir neçə gün elektrik enerjisindən məhrum etmək lazımdır. Qoy bu insan qaranlıq dünyada cəmi bir neçə gün nəqliyyatsız, rabitəsiz, informasiyasız yaşasın. Onda elmin faydasını yaxşıca anlayar!...


Əməl insana təklikdə kifayət etmir dedikdə möminin nəyə ehtiyacı var?


Allah onlardan razıdır, onlar da Allahdan. Bu Rəbbindən qorxanlar üçündür! (Bəyyinə-8) Qurani Kərimin bütün ayələri insanı düşündürən ilahi kəlamlardır. Qeyd etdiyimiz bu ayə də digər ayələr kimi insanı düşünməyə, təhlil etməyə çağıran ayələrdəndir. İlahi rizayət insanın yetişə biləcəyi ən son zirvədir ki, insandan da istənilən məhz budur. Bütün iş və əməllər bu istiqamətdə olarsa dəyər tapır. Yox əgər əməlin arxasında bu həssas məsələ durmursa, o zaman görülən iş dəyər tapmaz. İş ancaq öz əhatəsi çərçivəsində faydalı ola bilər. Çox işlər vardır ki, zahirən bir-birinə bənzəyir. Məsələn zalımın zülmünü ifşa etmək kimi. Biri bu işi görür ki, cəmiyyətdə zülmün, istibdadın (diktatura) kökü kəsilsin...


Özümüzə ölüm arzulaya bilərikmi?


Şeyx Səduq Əmali kitabında Peyğəmbər (s)dan belə nəql edir: Bir gün Allah Rəsulu (s) ibadət edən bir kişinin yanından keçəndə onun halın soruşur. Kişi xəstəliklərindən şikayət edib gileylənir və özünə ölüm arzulayır. Allah Rəsulu (s) kişiyə etiraz edib buyurur: Ölüm arzulama! Əgər yaxşı əməl sahibisənsə yaşadıqca əməlin çox olar. Yox əgər pis əməl sahibisənsə tövbə etməyin üçün fürsət yaranar. Ölüm arzulama! (Əmali -385). Hz Əli (ə) buyurur: Möminin qalan ömrünün onunüçün hesaba gəlməzdir. O yaşadıqca dərk edir. Yaşadıqca əlindən verdiyi fürsətləri dəyərləndirir ( Əd-Dəəvat. Qutbuddin Ravəndi.səh-120)...


İmam Sadiqdən (ə) sual... Namazları birləşdirib qılmaq olarmı?


Bir kişi iki namazı bir-birinin ardınca, səbəb olmadan belə, qılınması haqqda İmam Sadiqdən (ə) soruşdu. İmam belə cavab verdi: “Rəsulullah artıq bunu etmişdir və istəyi də bu oluşdur ki, ümmətini bu əməllə rahat etsin” (“Vəsailüş-şiə”, c- 2, səh-161).
İmam Əli (ə) buyurmuşdur: “Bəzi şeylər kasıblığa səbəb olar, bəzi işlər isə sərvət gətirər... Kasıblığa səbəb olan işlər... şam və xiftən namazları arasında yatmaq... və sairədir. Amma var-dövlət və ruzi gətirən işlər isə... zöhrlə əsr, məğriblə xiftən namazlarını birlikdə qılmaq və sairədir”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter