[not-group=5] ----- [/not-group]Həzrət Davudun (ə) çıxartdığı qeyri-adi hökmün hikməti nə idi? Əhvalat.

Həzrət Davudun (ə) çıxartdığı qeyri-adi hökmün hikməti nə idi? Əhvalat. Həzrət Davudun (ə) zamanında yoxsul bir kişi vardı ki, Allahdan uzun zaman idi ki, halal ruzi istəyirdi. Bir gün bir inək evinin qapısını sındırıb içəri girdi. O, da duasının qəbul doluğunu zənn edib, həmin inəyin başını kəsdi. Ətini kabab edib yedilər. İnəyin sahibi onu axtarmağa başlayır və nəhayət gəlib yoxsulun evinə çıxır və başa düşür ki, bu yoxsul kişi onun inəyini kəsmişdir. Onu Həzrət Davudun (ə) yanına aparır. Davud (ə) yoxsul kişidən bu əməlin səbəbini soruşur. Həmin kişi deyir: “Mən yeddi ildir ki, dua edirəm Allah mənə halal ruzi mərhəmət etsin. O zaman ki, bu inək qapını sındırıb içəri girdi, öz-özümə dedim ki, duam qəbul olmuşdur. Ona görə də başını kəsib ailəmlə birlikdə ətindən yedik”. Davud (ə) inəyin sahibinə dedi: “Şikayətini geri götür”...



[not-group=5] ----- [/not-group]Yalanın gətirdiyi 6 ictimai ziyan hansılardır?

Yalanın gətirdiyi 6 ictimai ziyan hansılardır? Yalanın ziyanları müxtəlif olur, o cümlədən yalan, ictimai ziyanlar vura bilir. Yalanın vurduğu ictimai ziyanlarla tanış olaq:
1. Rüsvayçılıq. Yalanın vurduğu ən böyük ziyan – rüsvayçılıqdır və yalançı insan, cəmiyyətdə etdiyi bu əməlinə görə bir neçə və ya çox sayda insanın gözündən düşər.
2. Etimadın aradan getməsi. İmam Əli (ə): “O kəs ki, özünü müsəlman bilər, yaxşı olar ki, yalanla işi olmasın. Çünki yalan işi o yerə gətirib çıxardır ki, düz sözünə heç kəs inanmaz”.
3. Zillət. Yalançı zəlildir və özünü xar edər. Yalanı onu həm dünyada və həm də axirətdə əzaba məruz edər.
4. Üzü qaralıq. Həzrət Peyğəmbər (s) buyurur: “Yalandan çəkinin ki, insanın üzünü qara edər”...



[not-group=5] ----- [/not-group]Yaxşı yoldaş kimdir?

Yaxşı yoldaş kimdir? İbn Abbas nəql edir ki, Peyğəmbərdən (s) yaxşı yoldaş haqqında soruşuldu. Həzrət buyurdu: O şəxs ki onu görməklə Allahı xatırlayırsan. O şəxs ki danışığı sənin elmini artırır. O şəxs ki əməlləri insanı axirətə həvəsləndirir...
Demək, dost və yoldaşın sadəcə görünüşü də təsirlidir. Yoldaş seçəndə onun zahirinə, danışığına və əməlinə diqqətli olaq. İnsan təbiətin qoynunda olduğündan onun heyvani yönü güclüdür. Ona görə də şər adamlarla ünsiyyətdən çəkinmək lazımdır... Mərhum Ayətullah Ağa Müctəba Tehraninin söhbətlərindən



[not-group=5] ----- [/not-group]Mübarək üç aylardan ikincisi olan Şaban-ı Şərifin 14 xüsusiyyəti hansılardır?

Mübarək üç aylardan ikincisi olan Şaban-ı Şərifin 14 xüsusiyyəti  hansılardır? Şəban ayının fəzilət və xasiyyətləri:
1- Şaban-ı Şerif, mübarək üç ayların ikincisidir. "Allahummə barik ləna fi Şaban və belligna Ramazan" duasını hər gün ən az bir dəfə oxumalı.
2- Rəsuli-i Əkrəm -səllallahu əleyhi və səlləm- Peyğəmbərimiz: "Şaban mənim ayım, Rəcəb Allah Te âlâ'nın ayı, Ramazan ümmətimin ayıdır." Buyurmuşdur.
3- Rəsuli-i zişan -səllallahu əleyhi və səlləm- Peyğəmbərimiz, Ramazandan sonra ən çox bu ayda oruc çəkirdi.
4- Əshabi-kiram, Şaban ayparasını görüncə, özlərini Quran oxumağa verərdilər. Bu ayda bol-bol, mənasını düşünərək Quran-ı Kərim oxumalıyıq...



[not-group=5] ----- [/not-group]Tapılmış malla necə rəftar etmək lazımdır?

Tapılmış malla necə rəftar etmək lazımdır? Cavab: Əgər tapılmış malın nişanəsi yoxdursa, vacib ehtiyata əsasən sahibi tərəfindən sədəqə vermək lazımdır. Nişanəsi olan malın sahibi tapıldıqda dəyərindən asılı olmayaraq ona qaytarılmalıdır. Amma sahibi tapılmadıqda malın qiyməti on ikidə altı noxud gümüş sikkəsindən ucuzdursa, onu götürmək olar. Qiyməti on ikidə altı noxud gümüş sikkəsindən baha olan malı isə sahibi tərəfindən sədəqə vermək lazımdır.
Sual Bir şəxs tapılmış mala sahib durursa, malı ona vermək olarmı?
Cavab: Əgər həmin şəxs malın nişanələrini deyirsə, malı ona vermək lazımdır. Amma həmin şəxsdən diqqəti cəlb etməyən nişanələri tələb etmək olmaz.



[not-group=5] ----- [/not-group]Dəstəmaz və qüsl alan şəxsə dırnaq saxlamaq Olarmı?

Dəstəmaz və qüsl alan şəxsə dırnaq saxlamaq Olarmı? Sualnıza cavab olaraq bildiririk ki, əgər dırnaqda qüsl və dəstəmazı batil edəcək bir maneə olmazsa (lak və ya dırnaq çox uzun olduğu üçün dırnağın altına su çatmaması kimi), dırnaqın ibadətə zərəri yoxdur. Amma bu işin faydalı olub-olmaması barədə bir-neçə hədisi sizin diqqətinizə çatdırırıq:
1. Həzrət Peyğəmbər (s) buyurub: "Ey kişilər! Qısaldın dırnaqlarınızı. Ey qadınlar! Dırnaqlarınızı uzun saxlayın ki, bu sizin üçün gözəllikdir”. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:15; Ən-Nəvadir, Ravəndi, səh.23).
2. İmam Əli (ə) buyurub: "Allah-Taala İbrahim peyğəmbərə ilham etdi ki, pak (təmiz) ol. O həzrət (ə) də bığlarını və dırnaqlarını qısaltdı. Sonra bədənin tüklərini təmizlədi...” (Ən-Nəvadir, Ravəndi, səh.23)...



[not-group=5] ----- [/not-group]Xuzu və xuşu halı nə deməkdir?

Xuzu və xuşu halı nə deməkdir? Cavab: Xuzu elə bir haldır ki, bəndə Allahın qarşısında bu halı duymalı və bu halın içində olmalıdır. Xuzu bəndənin Allah qarşısında təzim etdiyini bütün bədən üzvləri ilə göstərməsidir. Xuzu halında olan bəndə Allahla müqayisədə nə qədər aşağı və zəif olduğunu anlayır, bunu öz duruşu, səsi ilə nümayiş etdirir. Xuşu Allahın böyüklüyünü tam dərk etməyi, Onun əzabından qorxmağı ifadə edir. Xüsusilə, namaz zamanı xuzu və xuşu halında olmaq tövsiyə olunur. Bu iki anlayış çox yaxın olsa da, aralarında bəzi fərqlərin olduğunu söyləyənlər var. Əllamə Təbatəbai qeyd edirdi ki, xuzu insanın bədən üzvlərinə, xuşu isə qəlbinə bağlıdır...



[not-group=5] ----- [/not-group]Yezidin oğlu nə üçün hökuməti qəbul etmədi

Yezidin oğlu nə üçün hökuməti qəbul etmədi Yezidin Müaviyə oğlu dedi:- Camaat! Mənim sizə rəhbərlik etməyə meylim yoxdur və sizin narahatlığınıza görə mən əmin-amanlıq hiss etmirəm. Biz sizə, siz də bizim hakimiyyətimizə düçar olmusunuz. Babam Müaviyə, İslamı ilk qəbul edənlərdən olan və xilafətə ən layiqli şəxs Əli ibn Əbi Talib ilə xilafət üstündə müharibəyə qalxdı və hansı çirkin əmələ mürtəkib olduğunu özü də yaxşı başa düşürdü. Siz də bilirsiniz ki, onunla ilə birlikdə hansı çirkin əməllərə düçar olmusunuz. Nəhayət, o, öz əməllərinin cəzasını gördü və qəbrə getdi. Sonra xilafət atam Yezidə yetişdi. Atam xilafəti qəbul etməməli idi. Çünki buna layiq deyildi. O da xoşagəlməz işlərə mürtəkib oldu və öz əməllərini yaxşı hesab etdi. Onun hakimiyyət müddəti qısa oldu və çox tez bütün əsərləri məhv oldu, fəsadının şöləsi söndü. İndi onun əməllərinin çirkinliyi ölümünün qəmini bizə unutdurmuşdur. İndi də mən, bu ailədən üçüncü şəxsəm. Mənim xəlifə olmağımı istəməyənlər, xəlifə olmağımı istəyənlərdən daha çoxdur. Mən heç vaxt sizin günah yükünüzü öz üzərimə götürmərəm. Necə istəyirsiniz elə də əməl edin və xilafəti də istədiyiniz adama verin...



[not-group=5] ----- [/not-group]Əbədi əzab nə deməkdir?

Əbədi əzab nə deməkdir? Bu məsələni izah etmək üçün üç şeyə diqqət etmək lazımdır:
1. Əbədi cəza. Bu, o insanlara aiddir ki, nicat qapısı üzlərinə bağlanmışdır. “Bəli, kim pis iş görsə və günahı onun bütün vücudunu əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar”. (“Bəqərə” 81).
2. Bəziləri belə düşünür ki, bir insana verilən cəza gərək günahın müddət və zamanı ölçüsündə olsun. Bu, yanlış fikirdir. Çünki günah ilə cəza arasında rabitə, zaman rabitəsi deyildir. Yəni cəzanın müddəti günahın keyfiyyətinə görə olur.
3. İnsanın Qiyamət günü düçar olacağı cəza onun əməl və günahına görə olacaqdır. “Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey (müxtəlif əzablar) onları bürüyəcəkdir” (“Casiyə” 33).



[not-group=5] ----- [/not-group]Ayətullah Meşkininin (r) həyatından əxlaqi əhvalat!!

Ayətullah Meşkininin (r) həyatından əxlaqi əhvalat!!Böyük əxlaq ustadı Müctehidi Tehrani Ayətullah Mirzə Əli Meşkinidən bir əhvalat nəql edir: Ayətullah Meşkini deyir: Təhsil aldığım illərdə bir gün cibimdə cəmi 5 rial pul var idi. Küçə ilə gedirdim, birdən tələbələrdən biri mənə yaxınlaşıb dedi: - Beş rial varındırmı, mənə borc verəsən? Özlüyümdə fikirləşdim ki, bu pulu ona versəm, özüm pulsuz qalacağam, ancaq qoy bu Allah bəndəsinin işini yola salım. Allah kərimdir. Pulu ona verdim. Bir neçə addım getmişdim ki, birdən Meşkin əhalisindən olan yerlilərimizdən bir nəfərlə rastlaşdım. Onula görüşüb, kef-əhval soruşduq. Ayrılanda o mənim əlimə bir miqdar pul qoydu. Ondan bir az aralandıqdan sonra pula baxdım, gördüm 50 rialdır. Birdən yadıma bu ayə yadıma düşdü: “Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır”. (“Ənam” surəsi, ayə 160)...




Sonrakı
[group=5] [/group]