[not-group=5] ----- [/not-group]Vədəyə əməl etməklə duanın qəbul olunmasının nə əlaqəsi var?

Vədəyə əməl etməklə duanın qəbul olunmasının nə əlaqəsi var? İmam (ə) buyurur: “Məgər Allahı görmüsənmi ki, hansısa vədinə xilaf çıxsın?”. Deyir: “Yox”. Buyurur: “Bəs nə?”. Deyir: “Bilmirəm”. Buyurur: “Ancaq mən səni xəbərdar edim ki, o kəs ki, Allahın əmr etdiklərinin ardınca olar, bu zaman Ona yolu və cəhəti ilə dua edərsə, (Allah mütləq) qəbul edər”.
Bu hədisdən iki nəticə çxıartmaq olar: 1. Allaha və vədinə iman bəsləmək. 2. Allahın Öz əhdinə əməl etməsinə səbəb olan şərt.
Bir nəfər gəlir və duasının qəbul olmamasından şikayət edir və İmam (ə) ona buyurur ki, siz Allahla bağladığınız əhdinizə vəfa etməmisiniz. Çünki Böyük Allah buyurmuşdur ki, siz mənim əhdimə vəfa edin ki, Mən də öz əhdimə vəfa edəm. Allaha and olsun ki, əgər siz Allaha vəfadar olsaydınız, O, da sizə qarşı vəfadar olar və dualarınızı qəbul edərdi.



[not-group=5] ----- [/not-group]İri addımlarla Allahdan uzaqlaşmağa səbəb olan günah hansıdır?

İri addımlarla Allahdan uzaqlaşmağa səbəb olan günah hansıdır? ALLAH DÜŞMƏNLƏRİNƏ MƏHƏBBƏT: Allah düşmənlərinə sevgi qəlbin xəstəliyindən doğur. İnsan yaxşı insanları və yaxşı işləri sevməli, pis işlər və pis insanlara düşmən olmalıdır. Əgər qəlb bunu istəmirsə, deməli xəstədir. Əgər bu xəstəlik ayə və rəvayətlərlə müalicə olunmazsa, böyük çətinliklərə səbəb olar.
Qurani-Kərimdə Peyğəmbər (s) və möminlər kafirlərə qarşı amansız, öz aralarında isə mehriban tanıtdırılırlar. «Fəth/ ayə 29: «Məhəmməd (s) Allahın rəsuludur. Onunla olanlar kafirlərə qarşı amansız, öz aralarında isə mehribandırlar». Möminlərə belə buyurulur: «Nə mənim düşmənimi, nə də öz düşməninizi dost tutun. Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz». (Mumtəhinə/ ayə 1.)



[not-group=5] ----- [/not-group]Şeytan (lən) İmam Səccadın (ə) ibadətindən necə sarsıldı?

Şeytan (lən) İmam Səccadın (ə) ibadətindən necə sarsıldı? İmam Rza (ə) buyurur: “Atam öz atalarından nəql edir ki, buyurublar: “Bir gün Əli ibn Hüseyn (ə) namazla məşğul idi. Qəflətən şeytan dəhşətli əfi ilan şəklində və qırmızı gözləri ilə yerin altından çıxır. Özünü Həzrətin ibadət mehrabına yaxınlaşdırır. Ancaq İmam o dəhşətli varlıq qarşısında ən az həssaslıq belə, göstərmir. Allah Təala ilə olan rabitəsini kəsmir. Əfi ilan dişlərini İmamın ayaq barmaqlarına yaxınlaşdırır və ağzından atəş çıxardır. Ancaq İmam namazdakı aram halını pozmur və ona diqqət etmir. Şeytan bu halda ona əziyyət verməklə məşğul olur. Anidən səmadan yanar ox gəlir və o məluna dəyir. Ox ona dəyən kimi fəryad çəkir və əvvəlki halına qayıdır...



[not-group=5] ----- [/not-group]Həzrət İsaya (ə) niyə Ruhullah deyirlər?

Həzrət İsaya (ə) niyə Ruhullah deyirlər?... Tarixdə oxuyuruq: “Harun ər-Rəşid xristian bir təbibə malik idi ki, bir gün İslam alimlərindən olan Əli ibni Hüseynlə mübahisə edir. Xristian dedi: “Sizin səma kitabınızda belə bir ayə vardır ki, Məsihi Allahın bir hissəsi kimi tanıtmışdır”. Sonra yuxarıdakı ayəni oxudu. Əli isə ona cavab olaraq bu ayəni tilavət etdi. “Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən bunda düşünən dəstə üçün nişanələr vardır”. (“Casiyə” 13). Xristian təbib bu ayəni eşidən kimi müsəlman oldu. Harun da bu hadisədən sevindi və Əliyə mükafat verdi”. Xristianlar atasız dünyaya gələn Həzrət İsaya (ə) uluhiyyəti nisbət vermişdilər. Ancaq yaddan çıxartmışdılar ki, Həzrət Adəmin (ə) də atası və anası olmamışdır. Heç kəs bu xüsusiyyətə görə heç kimə uluhiyyəti nisbət verə bilməz.



[not-group=5] ----- [/not-group]Hz Peyğəmbər (s) yatarkən hansı duanı oxuyardı?

Hz Peyğəmbər (s) yatarkən hansı duanı oxuyardı?Məhəmməd ibn Mərvan İmam Sadiqdən (ə) belə nəql edir: İmam məndən soruşdu: -Sənə Peyğəmbərin (s) yatarkən oxuduğu duanı öyrədimmi? Dedim: Bəli öyrədin!
İmam (ə) buyurdu:-“Ayətul-kürsü”nü oxuyurdu, sonra isə deyirdi: Oxunuşu: “Bismillahi aməntu billahi və kəfərtu bit-tağut, Əllahumməh-fəzni fi mənami və fi yəqzəti”.
Tərcüməsi: “Allahın adı ilə, Allaha iman gətirdim, Tağutdan üz çevirdim. İlahi, məni yatdığım və oyaq olduğum zaman qoru.“ (“Usuli-Kafi”,c.2. səh.536.)



[not-group=5] ----- [/not-group]Söyüşün cavabı nədir?

Söyüşün cavabı nədir? اللِّسَانُ سَبُعٌ إِنْ خُلِّيَ عَنْهُ عَقَرَ Dil yırtıcı heyvan kimidir, başına buraxılsa, (qarşısına çıxanı) parçalayar… Həzrət Əli (ə) Rəvayətlərdə məzəmmət olunmuş dil günahlarından biri də söyüşdür. Bu çox çirkin sifət insanlar arasında kin-küdurəti gücləndirir, xoş münasibətlərə son qoyur. Söyüş bəzən ciddi, bəzən zarafata, bəzən də adət üzündən olur (Müctəba Tehrani). Amma istənilən bir halda söyüş ən çirkin sifətlərdəndir. İmam Baqir (ə) buyurur: “Söyüşçül və pis danışan insan Allahın qəzəbinə gələr” (Kafi).
Daha mühüm nöqtə odur ki, insan söyüşçül, əxlaqsız insanlardan uzaq olmalı, onlarla ünsiyyətdən çəkinməlidir. Bir insanla yaxın münasibət qurmazdan öncə onu tanımaq, araşdırma aparmaq lazımdır. Söyüşə adət etmiş insan hətta ata-anasını söyməkdən çəkinmir. Belə etsək, silahı təhqir olanların hədəfinə çevrilmərik...



[not-group=5] ----- [/not-group]Söyüş söyməyin pisliyi haqda məsumlar nələr buyurmuşlar?

Söyüş söyməyin pisliyi haqda məsumlar nələr buyurmuşlar? - Həzrət Məhəmməd (s) buyurub: "Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki, abır həya ona zinət verməsin.”[1] "Allah-taala cənnəti nə dediyindən və nə də eşitdiyindən qorxusu olan hər bir dili pis, həyasız söyüş söyənə haram etmişdir.”[2] -"Allahın ən pis bəndələrindən biri odur ki, söyüşkənliyinə və dilinin pisliyinə görə onunla yoldaşlıq xoşagəlməz olsun.”[3]
-İmam Baqir (ə) buyurub: "Allahın pis dilli, söyüş söyəndən (və ya söyüşə qulaq asandan) acığı gələr.”[5]
- Sizə deyilməsini istədiyiniz ən yaxşı şeyləri camaata deyin. Çünki Allah möminlərə söyüş söyən, lənətləyən və haqlarında pis danışan, dili pis olan və simic dilənçiyə nifrət edər.”[6]... "Camaat kimin dilindən qorxarsa, o, alovda olar.”[9]...



[not-group=5] ----- [/not-group]İmam Musa Kazımı (ə) Həzrət İsaya (ə) niyə oxşatdılar?

İmam Musa Kazımı (ə) Həzrət İsaya (ə) niyə oxşatdılar? İmam Kazım (ə) Məkkənin (ə) kənarından keçirdi. Görür ki, bir qadın ağlayır və ətrafında da bir neçə kiçik uşaq vardır. İmam (ə) qadına yaxınlaşdı və ağlamağının səbəbini soruşdu. O, dedi: “Mənim bir neçə yetim uşağım vardır. Bir inəyim var idi və onun südü ilə həyatımızı təmin edirdim. İndi həmin inək ölübdür”. İmam (ə) buyurur: “İstəyirsənmi ki, o inəyi dirildim?”. Qadın deyir: “Bəli, ey Allah bəndəsi!”. İmam (ə) kənara çəkildi və iki rükət namaz qıldı. Sonra əllərini dua üçün qaldırdı. Ayağa qalxıb, inəyin cəsədinin yanına gəldi. Fəryad çəkib, çubuqla ona vurdu. İnək ayağa qalxdı. Qadın inəyi diri görən zaman fəryad çəkdi və dedi: “Kəbənin Allahına and olsun ki, bu ağa – İsa ibni Məryəmdir (ə)”.İnsanlar toplaşdı və insanların sayı artanda İmam (ə) yavaşca gözlərdən itdi.



[not-group=5] ----- [/not-group]Həzrət Süleyman necə Həzrət Davudun canişini oldu?

Həzrət Süleyman necə Həzrət Davudun canişini oldu? İmam Cəfər Sadiq (ə) Həzrət Süleyman (ə) barədə belə bir hədis nəql edir: “Davud Allah Təalanın əmri ilə Süleymanı öz canişini etmək istəyir. Bu həqiqəti Bəni-İsrayilə xəbər verir. Onlar bu məsələyə etiraz edir və narahat olurlar. Deyirlər ki, təzə bir cavanı öz canişini etmək istəyir, halbuki, bizim aramızda ondan daha böyük və təcrübəliləri vardır... Davud Süleymanı Bəni-İsrayilin qarşısında imtahana çəkir. Ona deyir: “Övladım, hansı şey daha soyuq və daha sərindir?”. Süleyman deyir: “Allahın insanları əfv və güzəşt etməsi və insanların bir-birini əfv və güzəşt etməsi”. Soruşur: “Oğlum, hansı şey daha şirindir?”. Cavab verir: “Bəndələrin vücudunda İlahi mehi olan eşq və məhəbbət”. Davud buyurur: “Budur, məndən sonra sizin aranızdakı mənim canişinim!”.



[not-group=5] ----- [/not-group]Kimlərin duası yerinə yetmir?

Kimlərin duası yerinə yetmir? Bir nəfər İmam Əliyə (ə) deyir ki, mənim duam niyə yerinə yetmir? Həzrət (ə) cavabında buyurur: “Peyğəmbərdən (s) gələn hədisdə belə nəql edilir ki, ümmətimin bir neçə dəstəsinin duası yerinə yetməz:
1. O insan ki, ata və anası üçün pislik istəyər.
2. O kişi ki, xanımının ziyanına dua edər, halbuki Allah həyat yoldaşının xilas olmasını onun əlində qərar vermişdir.
3 O kişi ki, evində əyləşər və deyər: “Pərvərdigara! Mənə ruzi ver!”. Özü bayıra getməz və ruzi axtarmaz.
4. O kişi ki, Allah ona çoxlu mal verər və o, hamısını infaq edər və sonra üzünü dua üçün çevirib deyər: “Pərvərdigara! Mənə ruzi ver!”. Allah ona buyurar: “Məgər sənə ruzi vermədimmi?...




Sonrakı
[group=5] [/group]