İmam Zaman ağanın (ə.f) diqqətini necə cəlb edək?

İmam Zaman ağanın (ə.f) diqqətini necə cəlb edək? İmamın (ə.f) intizarında olan bir cəmiyyət, xalis və sağlam əmələ malik olan cəmiyyət olmalıdır. O cəmiyyət ki, fəsada düçar olar, İmamın (ə.f) zühuruna hazır olduğunu iddia edə bilməz. Alimlərdən biri deyir: Həzrət İ. Zaman (ə.f) üzünə mənə çevirib buyurur: “Ey əziz! Bu mənzərəni gördün? Buna görədir ki, biz sizin sorağınıza gəlirik. Lazım deyildir ki, əziyyət çəkəsən, sağlam əməlin olmalıdır. Gərək müsəlman olasan ki, səninlə həmkarlıq edim. Bu şəhərdə mən bu qocanı seçmişəm. Çünki dindardır və Allahı da tanıyır. Bu da verdiyi imtahanlardan biri idi. Bu qoca qarı bazarın əvvəlindən ehtiyacı olduğunu elan etmişdi. Onu ehtiyaclı görən zaman əlindəkini ucuz almaq istəyirdilər. Heç kəs ona üç dirhəm belə verməyə hazır deyildi. Ancaq bu kişi onu səkkiz dirhəmə aldı. Mən hər həftə onun sorağına gəlirəm. Onun halını soruşuram”. Bəli, İmamın (ə.f) diqqətini cəlb edən şey – ancaq saleh və xalis əməldir. Ona görə də hər bir müsəlman öz əməlinə diqqət etməli, ictimai və iqtisadi haqları düzgün yerinə yetirməlidir.



Əməllər necə batil olur? Nə edək ki, əməllərimiz heçə getməsin?

Əməllər necə batil olur? Nə edək ki, əməllərimiz heçə getməsin? "Ey iman gətirənlər Allaha itaət edin, Onun peyğəmbərinə itaət edin və öz əməllərinizi batil etməyin”. (“Muhəmməd (s)” 33). Ayə və hədislərdən belə nəticəyə gəlmək olur ki, bəzi əməllər insanın saleh əməllərini batil edir. Onlarla tanış olaq:
1. Ehtiyacı olanlara minnət qoymaq və onlara əziyyət vermək – infaqın savabını batil edər.
2. İlahi rəhbərlərə qarşı ədəbsizlik etmək – əməlləri batil edər.
3. Təkəbbür və həsəd əməlləri batil edər. İmam Sadiq (ə): “Həsəd yaxşılıqları məhv edər, necə ki, atəş odunu yandırar”.
4. Allaha şirk etmək. 5. Şirkin bir növü olan riya da əməlləri batil edər.
Hz Peyğəmbər (s): “Hər kim bir “Sübhənallah” deyər, onun üçün behiştdə ağac əkilər”. Bir nəfər deyir: “Deməli, bizim behiştdə çoxlu ağaclarımız vardır”. Həzrət (s) yuxarıdakı ayəni oxuyur və buyurur: “Ehtiyatlı olun və ondan sonra atəş göndərməyin ki, onları yandırsın”.



Hamıdan yaxşı o kəsdir ki, ömrün keçib-getmə sürətini bilsin...?!

Rəsuli-Əkrəmdən (s) olan gözəl moizələr:
- Tamahkarlığı dünyaya məhəbbət bəsləyən qəlbdən silmək mümkün deyil. Pəhrizkarlıq şəhvət düşkünü olan qəlbə heç vaxt daxil olmaz.
-Hamıdan yaxşı o kəsdir ki, ömrün keçib-getmə sürətini bilsin və səfərə hazır olsun. Sizdən ən yaxşısı odur ki, onunla görüşməyiniz sizə Allahı xatırlatsın. Sizlərdən ən yaxşısı odur ki, danışığı sizin elminizi artırsın. Sizlərdən ən yaxşısı odur ki, sizi xeyir iş görməyə dəvət etsin. Sizlərdən ən yaxşısı o kəsdir ki, fəqirliyə razı olsun və dünyanı özündən aşağı bilib ondan vaz keçsin.
-Nadanlığın əvvəlinci əlaməti budur ki, bildiyin hər bir şeyi aşkar edəsən. Elminə əməl edən alimin hörməti şəhidlərə və siddiqlərə olunan hörmət qədərdir. Sizlərdən ən yaxşısı odur ki, bütün səy və himmətini (ciddi-cəhdini) axirətə yönəldib...



Məsumlar yemək yeyən zaman hansı tövsiyələri əməl etməyi tapşırıblar?

İmam Əlidən (ə) yemək haqqında yeddi tövsiyə:
1. Yeməyə başladıqda Allahın adını çəkmək, Ey Kumeyl! Yemək yeyən zaman Allahın adını çək. Çünki, Onun adı ilə heç bir xəstəlik insana zərər yetirməz və Onun adında hər bir dərdin çarəsi var.
2. Başqaların təam vermək, Ey Kumeyl! Başqalarına təam ver və onları yedizdir. Bu işdə xəsislik göstərmə. Bu işinə görə Allah sənin mükafatını qat-qat artıq edər.
3. Yemək vaxtını uzatmaq, Ey Kumeyl! Süfrə kənarında oturarkən yemək yediyin vaxtı uzat ki, səninlə bir süfrə kənarında oturan süfrədə olanlar da kamil şəkildə bəhrələnə bilsin.
4. Yeməkdən sonra Allaha şükür etmək, Ey Kumeyl! Elə ki, yeməyini yeyib qurtardın sənə verdiyi nemətlərə görə Allaha şükür et. Şükür edərkən də elə səslə de ki, başqaları eşitsin və onlar da şükür etsin. Belə etsən sənin savabın daha da artıq olar...



Allah insanın ibadətinə möhtacdırmı?

Belə olmasaydı, nə üçün Allah elçilər göndərməli idi?
Cavab: Əgər imkanlı bir şəxs möhtac bir insana kömək etmək istəyirsə və bu köməyi çatdırmaq üçün vasitə seçirsə, onu möhtac hesab etmək olmaz.
Biz insanlar Allahın hidayətinə, yəni bizi doğru yola yönəltməsinə möhtacıq. Bu hidayət peyğəmbərlər vasitəsi ilə həyata keçirilir. İnsanı dəyərli edən onun təkamülüdür. Təkamül isə ibadət vasitəsi ilə gerçəkləşir.



Doğrudurmu ki, ölülər cümə günü azad edilir?

Cavab: Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən asılı olaraq dünya işlərindən xəbər tutur, hətta ailələrinə baş çəkirlər. Bu iş hər gün baş verə bilər. Amma cümə günü xüsusi qeyd edilir. İshaq ibn Əmmar İmam Kazimdən (ə) “möminin ruhu ailəsini ziyarət edirmi”, deyə soruşur. İmam (ə) buyurur: “Bəli. Bu iş onların fəzilətlərindən asılıdır. Kimi hər gün, kimi həftədə bir dəfə ailəsini ziyarət edir. Ən azı hər cümə günbatan vaxt bu ziyarət baş tutur. Möminlə gələn mələk onu qəmgin edəsi səhnələri gizləyir.” (“Üsuli-kafi”.)
İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən də möminin ruhu öz ailəsini ziyarət edir. O yalnız yaxşı səhnələri görür, xoşagəlməz səhnələr isə ondan gizlədilir.” (“Üsuli-kafi”.)



İmam Əli (ə) səhabəsi Kümeylə (ə) hansı 7 nəsihəti etmişdir?

İmam Əlinin (ə) Kumeylə möminlər barədə 7 nəsihəti
1. Ey Kumeyl! ... Mən möminlərə tərbiyə verib ədəbləndirirəm və bu ədəb qaydalarını ali və nəcib insanlara irs olaraq verirəm.
2. Ey Kumeyl! Xeyir-bərəkət o kəsin malındadır ki, zəkat verir, möminlərə kömək və xeyirxahlıq edir...
3. Ey Kumeyl! Öz qohumların və yaxınlarından olan möminlərə əl tut və onlara mərhəmətli ol və yoxsullara da sədəqə ver.
4. Ey Kumeyl! Möminin ən gözəl zinəti təvazökarlıqdır, onun gözəlliyi pakdamənlik və iffətdir, şərəfi fəhm, (dində) bəsirət və elmdir,
5. Ey Kumeyl! Mömin möminin güzgüsüdür. Çünki, ona baxıb diqqət yetirir, çatışmazlıqlarını aradan aparır.
6. Ey Kumeyl! Möminlər qardaşdırlar və qardaşdan ötrü də qardaşından da dəyərli bir şey yoxdur.
7. Ey Kumeyl! Əgər qardaşını sevmirsənsə onun qardaşı deyilsən. Mömin odur ki, bizim dediklərimizi desin...



İmam Baqir (ə) oğlu İmam Sadiqi (ə) hansı əməllərdən çəkinməyə əmr etmişdir?

Süfyan Suri deyir: Həzrət İmam Sadiqə (ə) ərz etdim: Mənə nəsihət edin! İmam buyurdu: “Süfyan! Kim qövm və qəbiləsi olmadan izzət sahibi, heç bir malı olmadan ehtiyacsız və heç bir qüdrəti olmadan cəlal sahibi olmaq istəyirsə, gərək günah zillətindən itaət izzətinə daxil olsun”. Dedim: Ey Peyğəmbərin övladı! Daha artıq izah edin! Həzrət buyurdu: “Atam məni üç şeydən çəkindirərək buyurdu:
1. Övladım! Hər kim pis dostla oturub-dursa salamat qalmaz.
2. Hər kim münasib olmayan yerlərə getsə ittiham olunar.
3. Hər kim dilini saxlamasa günaha düşər...



“Küfüv” nə deməkdir?

Cavab: Ərəb dilində küfüv – bənzər, tay mənasnı verir. Qurani-Kərimin İxlas (Qul huvəllah) surəsinin axırıncı ayəsində buyurulur: “Və ləm yəkun ləhu kufuvən əhəd”. (Onun heç bir tayı-bərabəri (bənzəri) yoxdur). Həmçinin, şəriətdə izdivacla bağlı kitablarda qeyd edilib ki, evlənən şəxslərin bir-birinə küfüv, yəni tay olmaları bəyənilən haldır. Yəni evlənən kişi ilə qadın iman, düşüncə, sosial təbəqə, savad və sairə baxımından bir-birinə uyğun olsalar, qurulan ailə daha möhkəm olar. Çünki ailə üzvləri bir-biri ilə ünsiyyətə qane olarlar. Amma əgər ortada ciddi fərqlər olsa, aralarındakı münasibətlər möhkəm olmaz və hətta ailənin dağılmaq ehtimalı yaranar.



Qurani-Kərimin ən son nazil olan ayəsi hansıdır?

Cavab: Bu barədə alimlər arasında fikir ayrılıqları vardır. Bəzi rəvayətlərə görə, Peyğəmbərə ən son nazil olmuş ayə Bəqərə surəsinin 280-ci ayəsi olub. Bu ayə nazil olduqdan bir və ya üç həftə sonra Peyğəmbər dünyasını dəyişdi. Başqa rəvayətə görə, ən axırda nazil olmuş ayə Maidə surəsinin 3-cü ayəsidir. Həmin ayənin Peyğəmbərin son həcc ziyarəti zamanı, yəni həzrətin vəfatından təxminən iki ay əvvəl nazil olduğunu yazırlar. Bəzi mənbələrdə xəbər verilir ki, bu ayə vida həcci zamanı Mina vadisində nazil olub. Amma əksəriyyət təşkil edən rəvayətlər bu ayənin vida həccinin sonunda, Qədir-Xüm çölündə, Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) öz yerinə canişin təyin etdikdən sonra endiyini xəbər verir.