Həzrət Məsih (ə) dünyada 2 cür xəstənin olması barədə nə buyurur?

Həzrət Məsih (ə) dünyada 2 cür xəstənin olması barədə nə buyurur? Hz. İsa (ə) əxlaqsızlıq bir qadının evindən xaric olur. Bir nəfər görüb təəccüb edir. Hz İsa (ə) aram halda ona yaxınlaşır və deyir: “Cənab! Gördünüzmü mən haradan gəldim?”. Həmin şəxs cavab verir: Siz burada nə edirsiniz?”.
Hz İsa (ə): “Ey kişi! Dünyada iki cür xəstə vardır. Bir növ xəstələr öz xəstəliklərini hiss edərlər və özləri təbibin yanına gələrlər ki, müalicə olsunlar. Ancaq bir növ xəsətlik də vardır ki, xəstəliyindən agahlığı yoxdur. Ancaq bir başqası onun xəstəliyini başa düşür, ürəyi yanır və deyir: “Gedək və təbibi onun yanına gətirək”.
Bu xanım ikinci növ xəstələrdəndir. Pisliyə və zinaya düçar olduğu üçün fikirlərinin pis olmasına diqqət etməmişdir, ona görə də gərək təbib onun yanına gəlsin. Mənim qəlbim dünyanın günahkarlarına görə alovlanır, narahatam. Özüm gəldim və evinə daxil olmadan qapının arxasından ona nəsihət verdim. Bu gündən tövbə etdi və artıq heç kəsə yol verməyəcəkdir.İstəyirdin ki, gedib insanlara deyəsən ki, Məsihi (ə) öz gözlərimlə gördüm ki, filan qadının evinə getmişdi? Bütün gördüklərinə və eşitdiklərinə etina etmək olmaz”



Ən adil və ən güclü kimdir?

Ən adil və ən güclü kimdir? Həzrət Musa (ə) Allah Təalaya deyir: “Ya Rəbbim! Sənin bəndələrindən kim daha güclüdür?”. Buyurur: “O kəs ki, Mənim verdiyimə qənaət edər”. Soruşur: “Kim daha adildir?”. Buyurur: “O kəs ki, özündən insaf göstərər”.
Allahın Peyğəmbəri (s) buyurur: «Adil o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə, camaatla da o cür rəftar etsin».
İmam Əli (ə) buyurur: «Heç bir xəzinə qənaət qədər zəngin deyil».
İmam Sadiq (ə) buyurur: «Mən mötədil (qənaətcil) olanın yoxsul olmayacağına zəmanət verirəm».



Müsəlman şəxsin dünayada nəyi azdır?

Müsəlman şəxsin dünayada nəyi azdır? İmam Əli (ə) buyurub: “İbrət almaq üçün çoxlu nümunələr var, ancaq ibrət almaq (alan) çox azdır”. “Qürər əl-hikəm”, c. 3, səh. 68.
Gündəlik ölümlər bizim üçün “həyəcan siqnalı” və “xəbərdarlıq” ola bilər.
Yol qəzası səhnəsi sürücülər üçün ehtiyat dərsi, norkamanların bədbəxt aqibəti ehtiras əhli üçün “ibrət güzgüsü”, günahkarların rüsvayçılığı başqaları üçün mohizə (öyüd) ola bilər. Bunlar hamısı doğrudur, ancaq insanın “ibrət gözü” açıq olmalı və “ibrət götürməyi” qarşıya məqsəd qoymalıdır. Yol kənarında bir çox “yol hərəkəti qaydaları”nı göstərən işarələr olur. Əgər sürücü bunlara diqqət yetirmək istəmirsə, təhlükələrlə qarşılaşır...



İnsanlar nələrə inanmalıdırlar ki, yer və göy bərəkətlərini zahir etsin?

İnsanlar nələrə inanmalıdırlar ki, yer və göy bərəkətlərini zahir etsin? Allah Təala Qurani-Kərimdə buyurur: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq”. (“Əraf” 96). “Fərəc” duasında Allaha yerin və göyün bərəkətlərini bizdən əsirgədiyi üçün şikayət edir və deyirik: “Allahım! Bəla və müsibətlərimiz artmışdır. Çarəsizliyimiz aşkar olmuşdur. Ümidimiz naümid olmuşdur. Yer və göy rəhmətini bizdən götürmüşdür”. Bəli, qeyb əsrində İmamın (ə.f) uzaq olması insanların iman və təqvadan uzaqlaşmasına səbəb olmuşdur. Nəticədə isə təqvasızlıq sayəsində yerin və göyün zahiri və batini nemətlərindən məhrum olmuşuq. Yuxarıdakı ayəyə əsasən, əgər Əhli-Beyt (ə) davamçıları İmam Zamanlarına (ə.f) diqqət etsələr, onu öz yanlarında hiss etsələr və təqvalı olsalar, insanların bu imanı sayəsində yer və göy öz bərəkətini nazil edəcəkdir.



Niyə dilə görə veriləcək əzab digərlərindən daha şiddətli olacaq?

Niyə dilə görə veriləcək əzab digərlərindən daha şiddətli olacaq? Allah qiyamət günündə dilə görə veriləcək cəzaları daha şiddətli edəcək. Bunun səbəbi nədən ibarətdir? əl-Cəvahir əs-Sunniyə fil-Əhadis əl-Qudsiyyə əsərindən bu haqda gətirilən hədisi təqdim edirik: “İmam Hüseyn buyurur: Allahın Rəsulu buyurdu: Allah dilə elə bir əzab verər ki, digər bədən üzvlərinə görə elə əzab verilməz. Bu zaman dil deyər: Ey mənin Rəbbim, sən mənə elə əzab verdin ki, digər üzvlər heç elə cəzalandırılmadı. Allah Təala buyurar: Səndən bir kəlmə çıxdı. O kəlmə yerin şərqinə və qərbinə çatdı. Bu sözlə qanlar töküldü, əmlaklar qarət və namuslara təcavüz edildi. Ey insan sənin dilinə görə elə əzab verim k,i heç bir digər bədən üzvünə görə belə əzab etməmişəm”



İsa Peyğəmbərin (ə) neçə möcüzəsi olub?

İsa Peyğəmbərin (ə) neçə möcüzəsi olub? Ayələrə və hədislərə əsasən İsa Məsihin möcüzlərin bunlardır:
1- Palçıqdan quş düzəltmək və ona can vermək
2- Anadangəlmə korun gözünü açmaq
3- Xəstəlikləri sağaltmaq, xüsusilə də vitiliqo xəstəliyi
4- Ölüləri diriltmək
5- Bəzi şəxslərin evlərində yediyi və evlərində yığıb saxladığı məhsulları və qidalar haqda xəbər vermək
6- Beşikdə ikən insanlarla söhbət etmək və Allahın Peyğəmbəri olduğunu demək
7- Atasız doğulmaq



Namazların qəbul olmasını bilməyin sadə üsulubü necə əldə etmək olar?

Namazların qəbul olmasını bilməyin sadə üsulubü necə əldə etmək olar? İslaminSesi.info – Ayətullah Cavadi Amuli dərslərinin birində Əhzab surəsinin təfsirini edərkən deyib: "Əgər bir şəxs zöhr və əsr namazını qıldı və ta axşam azanına qədər günah etmədisə deməli namazı qəbul olubdur. Amma məsciddən çıxandan sonra bir günah edibsə deməli namazı qəbul olmayıb”
Bu həqiqət Quran ayələrində də gəlib. Allah taala buyurur ki, namaz insanı pis işlərdən çətindirməlidir. Amma namazlardan sonra insandan bir günah iş baş verirsə deməli az öncə onun qıldığı namaz deyilmiş, sadəcə əyilib, qaxmaqdan ibarət bir formal ibadət imiş.



Allahın dininə qarşı pusquda duran “müsəlman” hansı əməl sahibidir?

Allahın dininə qarşı pusquda duran “müsəlman” hansı əməl sahibidir? Möminin izzəti, abrı, həyası, adı və sanı Kəbə evinin ehtiramından da üstündür. Bu, hədislərdən əxz olunub. O qədər onun ehtiram və abır-həyası mühümdür ki ona böhtan atılanda Allahın ərşi titrəyər. Məsələn Quranda gələn bəzi hökmlərdə möminin ad-sanının qorunub saxlanılmasının nə qədər vacib olduğunu görürük. Xüsusilə də bu bir möminə xanım qarşı həyata keçirilərsə. Kimsə bir müsəlman və möminə xanıma iftira atarsa 4 şahid gətirmək məcburiyyətindədir. Hal bu ki bir şəxsin qatil olduğunu göstərmək üçün 2 şahidin gətirilməsi kifayət edər.
Buna görə mömin, şəxsiyyət baxımından terror edilərsə Allahın ərşi titrəyər sanki. Peyğəmbərdən belə bir hədis gəlibdir: “Peyğəmbər buyurub: Mütəal Allah buyurub ki, mənim dostlarımdan birinə (möminlərə) böhtan və iftira yağdıran şəxs elə bil mənimlə döyüşə qalxır və pusquda durmuş sayılır. Mən o zaman dostlarımın yardımına gedərəm”



Şəriət baxımından falçıya getmək olarmı?

Şəriət baxımından falçıya getmək olarmı? Sualda deyilir: “Camaatın bəzisi kimlərinsə arasında məhəbbət yaratmaq və kimlərinsə arasında kin-küdurət yaratmaq üçün və ya itən bir əşyanı tapmaq üçün dua yazana müraciət edir. Ondan istəyilər ki problemlərini həll etsin. Bu iş şəriətdə düzgündürmü?” Cavab: “ Adətən bu işlər digərlərinə zərər yetirməklə nəticələnir. Ona görə haramdır. Həmçinin sehrdən istifadə edib, kiminsə sirrini açmaq və digər fəsadlar törətmək haramdır. Hətta belə olmasa da bu işlər tövsiyə olunmur və onlardan uzaq durmaq lazımdır. Möminlər də preoblemlərin aradan qaldırılması və bəlaların gəlməməsi üçün Allah təvəkkül etməklə, məsumları vasitə qərar verməklə və habelə yalnız məsumlardan nəql edilən dualardan istifadə etməklə bunu edə bilərlər.”



Qeydiyyata düşmək üçün ailə qurmaq günahdırmı?

Qeydiyyata düşmək üçün ailə qurmaq günahdırmı? İslaminSesi.info - Oxucu sual verir: Qeydiyyata düşmək və ya xarici ölkənin vətəndaşı olub orada qala bilmək üçün ailə qurmaq günahdırmı?
Öz-özlüyündə bu işin haram olduğunu söyləmək olmaz. Əgər bu evliliyin şərtləri və ayinləri İslam qanunlarına zidd deyilsə və tərəflərin haqqı aradan getmirsə, icazəlidir. Amma bu hərəkəti bəyənmək və təşviq etmək də mümkün deyil. Çünki dinimiz ailəyə müqəddəs və mübarək bir ocaq kimi baxır. Ailə qarşılıqlı sevgi və hörmət əsasında qurulmalıdır. Hər hansı maddi mənfəət və ya başqa səbəb üzündən ailə qurmaq haram olmasa da, bu işdə Allahın razılığını axtarmaq düzgün deyil. Ailə möhkəm təməllər üzərində qurulmalıdır ki, davam etsin və öz funksyalarını yerinə yetirsin. Ona görə də ailə qurarkən bu cür təmənnalı məqsədlərdən uzaq olmağı müsəlmanlara tövsiyə edirik.




Sonrakı