10000 dinar qızıl, yoxsa qəzaya getmiş sübh namazı?

10000 dinar qızıl, yoxsa qəzaya getmiş sübh namazı? Mərhum Məclisi belə bir hədis nəql edir: "Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və Həzrətə (ə) Şama ticarət üçün getdiyini söylədi və məsləhət verməsini istədi. İmam (ə) buyurdu: "Getmə”. İzahat vermədi. Bu kişi getdi və İmamın (ə) sözlərinə qulaq asmadı. Onun ticarəti bir neçə ay çəkir və Mədinəyə qayıdıb, İmamın (ə) xidmətinə gəlir və deyir: "Yəbnə Rəsulullah! Mən sizə qulaq asmadım, getdim və on min qızıl dinar qazandım”. İmam (ə) buyurur: "Mən öz məsləhətimin üzərində dururam. Sənə dediyim ki, getmə”. Dedi: "Niyə, yəbnə Rəsulullah?”. "Çünki bu arada sənin bir sübh namazın qəzaya getmişdir. Bütün o pul və dünyada olan bütün pulları bu namazın yerinə versən, əvəzini verə bilməzsən”. Allah Təala Quranda buyurur: "Ey insanlar, yer üzündə olan şeylərin halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir. O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir”. (Bəqərə/168-169).



Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz?

Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz? Bir müddət bu dünya evində qonaqsınız və bir can borclusunuz,o borc da sizdən alınacaq. Ömürləriniz sona yetəcək, əməlləriniz yazılıb göstəriləcək. Neçə adam var ki, bütün işlərini sahmana salmağa çalışır, bu mümkün deyil. Çəkdiyi zəhmət hədərdir, elə bir zamanda yaşayırsınız ki, şər xeyri üstələmişdir. Şeytan insanları həlak etmək ümidindədir.
İstədiyin tərəfə nəzər sal: yoxsulluğa düşmüş fəqirdən, Allahın ne`mətlərini küfrə dəyişmiş dövlətlidən, Allaha aid haqları malını çoxaltmağa sərf edən xəsisdən, qulağı nəsihət eşitməyən müddəidən başqa heç kimi görməyəcək-sən. Bəs haradadır mərdləriniz, təmiz adamlarınız, səxavət sahibləriniz, hər şeydə paklığı gözləyənləriniz? Hamısı bu alçaq dünyadan köçüb getdimi? Bu tez ötüb keçən dərdli, ələmli aləmi tərk etdilərmi? Onları düşünərkən heç kimsə dodağını belə qaçıra bilməz, onları yada salarkən başsağlığı belə diləyə bilməz...



Allah-Taalanın razılı hansı iki məsələyə bağlıdır?

Allah-Taalanın razılı hansı iki məsələyə bağlıdır? Kamillik və səadətə çatmaq üçün iman və saleh əməl əsas şərtlərdəndir. Qurani-kərimdə bu iki xüsusiyyət adətən paralel zikr olunur. “Bəqərə” surəsinin 25–ci ayəsində buyurulur: “İman gətirən və saleh əməllər edən kəslərə müjdə ver ki, onlar üçün altından arxlar axan bağlar var”.
“Nisa” surəsinin 124–cü ayəsində oxuyuruq: “Mömin halda saleh əməl edən kişilər və qadınlar cənnətə daxil olarlar”.
Başqa bir ayədə buyurulur: “İman gətirib saleh işlər görənlərin xoş halına!” (“Rəd” surəsi ayə: 29.)
“Kəhf” surəsinin 30-cu ayəsində oxuyuruq: “İman gətirib saleh əməl edənlər bilsinlər ki, biz yaxşı işlər görənlərin əcrini zay etmərik”.



İmam Əlinin (ə) hədisinə əsasən bəşər xoşbəxtliyinin kamalı nədədir?

İmam Əlinin (ə) hədisinə əsasən bəşər xoşbəxtliyinin kamalı nədədir? Əbu Hənifə Saiqul-hacc deyir: Mənimlə kürəkənim arasında irs bölgüsü üzərində söz-söhbətimiz düşmüşdü. Müfəzzəl bizim yanımızdan ötürdü. O, bizim dalaşdığımızı görəndə bir müddət orada dayanıb, bizə baxdı. Sonra dedi: “Bizim evimizə gəlin”. Biz onun evinə getdik. Müfəzzəl özündən dörd yüz dirhəm verərək bizi barışdırdı və bizim aramızdakı ixtilafı həll etdi.
Müfəzzəl sonra dedi: “Sizə verdiyim bu pul özümün deyildi. İmam Sadiq (ə) mənə göstəriş vermişdir ki, hər vaxt bizim səhabələrimizdən iki nəfərinin arasında dava-dalaş düşsə, onların arasında sülh yaradım və barışdırım, onun (İmam Sadiqin) malından bu iş üçün xərcləyim. Bəs sizə verdiyim bu pul İmam Sadiqin (ə) idi”. İmam Əli (ə) buyurur: “İnsanın xoşbəxtliyinin kamalı insanlar arasında sülh yaratmağa təlaş etməkdir”.



Kamil imana çatmağın yolu nədir?

Kamil imana çatmağın yolu nədir? İmam Sadiq (ə) buyurur: “Allah-taala imanı yeddi əsas üzərində qərar vermişdir: ehsan və xeyirxahlıq, düzlük, yəqinlik, razılıq, vəfadarlıq, elm, dözüm. Sonra bu paylar xalq arasında bölünür. Allahdan yeddi pay alan fərd kamil imana sahib olur… (“Üsuli-kafi”, c.3,s. 83.)
Bəşər tarixində hər yeddi payı alıb, yəqin mərhələsinə çatmış insanlar çox azdır. Onlardan bir çoxunun dərəcəsi yalnız ölümündən sonra məlum olmuşdur. Hazırkı dövrdə belə insanlara misal olaraq Qum şəhərində yaşamış Ayətullah Behcəti göstərmək olar. Belə bir məqama çatmaq üçün isə dərin elm və bilik əsasında nəfsi tərbiyə etmək lazım gəlir.



Övladlarınızın sizə qayğı göstərməsini istəyiriksə hansı əmələ diqqət yetirməlisiniz?

Övladlarınızın sizə qayğı göstərməsini istəyiriksə hansı əmələ diqqət yetirməlisiniz? Ata-oğul münasibətləri: İmam Əli (ə) buyurub: “Öz atalarınıza yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsinlər”. “Qürər əl-hikəm”, c. 3, səh. 267. Ailə başçılarını uca tutmaq, onların hörmətini qoruyub saxlamaq, dini göstəriş və ilahi əmrdir. Ataların hüququnu tanımaq, zəhmət və xidmərlərinə görə onlara təşəkkür etmək “ağlın inkişafı” və “kamil ülfət”in göstəricisidir. Övladlar ictimai mədəniyyəti, ünsiyyət tərzini və rəftarlarındakı ədəb-ərkanı öz valideynlərindən öyrənirlər. “Ədəb pöhrəsi” uşaqların qəlbində əkilərsə, gələcəkdə məhsul verər.
Bəzən uşağı tərbiyələndirmək bilavasitə həyata keçirilir. Əgər biz öz ata-analarımızın qarşısında təvazökar olmasaq, onlara yaxşılıq və hörmət etməsək, övladlarımız öz ataları qarşısında ədəbli və təvazökar olmalı olduqlarını hardan öyrənməlidirlər?...



Atanın nifrini keçdiyi kimi ananın qarğışı insan həyatına nə belə təsiri var?

Atanın nifrini keçdiyi kimi ananın qarğışı insan həyatına nə belə təsiri var? Böyük əhli-sünnət alimi və məşhur “Kəşşaf” təfsirinin sahibi Zəməxşərinin bir hadisədə nəticəsində qıçı kəsilmişdi. O, Bağdadda böyük fəqih Damağani ilə görüşəndə bunun səbəbini belə açıqlayır: Anamın qarğışı mənim başıma bu müsibətin gəlməsinə səbəb olmuşdur. Mən uşaq vaxtlarımda bir sərçə tutdum. Onun ayağına bir ip bağladım və qanadlarını yolmağa başladım. Birdən sərçə əlimdən qaçdı və buna görə onun sol qıçı üzüldü.
Anam bunu biləndə çox narahat və pərişan oldu. Mənə qarğış edərək dedi: - O dilsiz heyvanın qıçını üzdüyün kimi Allah da sənin sol qıçını üzsün!
Bu hadisədən bir müddət sonra atdan yıxıldım və sol qıçım sındı. Həkimlər qıçımı kəsməkdən başqa bir əlac görmədilər. Bu, anamın qarğışının təsiridir.



Halalı haramdan ayıran zaman seçim anında düzgün addım üçün bizə nə kömək edə bilər?

Halalı haramdan ayıran zaman seçim anında düzgün addım üçün bizə nə kömək edə bilər? Quran buyurur: “Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız”. (“Ənfal” 45). Bu ayədə adı çəkilən zikr, təkcə dil zikri deyildir. Əsil məqsəd – daxili diqqət, Allahın lütflərini, köməklərini, izzətini, əzəmətini, vədələrini yada salmaqdır. Belə ki, İmam Sadiq (ə) buyurur: “Allahın bəndələri üçün lazım bildiyi əməllərdən ən mühüm olanı – Allahı çoxlu yada salmaqdır. Halal və haramla rastlaşan zaman Allahı yada salmaqdır ki, əgər Allahın itaəti olarsa – ona əməl etsin, əgər Allahın günahı olarsa – onu tərk etsin”. Əks halda hər bir külək, yağış, tufan onu yolundan saxlayar və süqut etməsinə səbəb olar. İmanın möhkəm olmasının tək yolu isə Allahı çoxlu yada salmaq və Ona itaət etməkdir. Hər kimin itaəti çox olarsa, qəlbi daha çox müti olar. Qəlbi müti olan insanın imanı artar və möhkəmlənər...



Uzun arzu niyə pisdir? Uzun arzulardan xilas olmağın yolları

Uzun arzu niyə pisdir? Uzun arzulardan xilas olmağın yolları Müasir cavanların ən böyük məşğuliyyəti uzun arzular qurub ona çatmaqdır. Arzu etmək insanı fəaliyyət göstərməyə təhrik edən ən mühüm amillərdəndir. Ancaq dinimiz uzun arzular qurmağı bəyənmir, çünki uzun arzular insanı asanlıqla şeytanın tələsinə sala bilər. İmam Əli (ə) buyurur: «Kimin arzusu uzun-uzadı olsa, əməli az və qısa olar». Bəs uzun arzulardan necə xilas olaq? Quran bizlərə bunun üçün bir neçə çıxış yolları təqdim edir ki, onların bəzisi ilə tanış olaq:1. Ümid. uzun arzularına qalıb gələ bilər. Ümid insanı kamala doğru aparır və əgər insanın ümidi olmazsa kamala çata bilməz. 2. Təvəkkül. Allaha təvəkkül etmək insana öyrədir ki, ondan da üstün bir varlıq vardır və ona söykənmək olar.
3. Sağlam təfəkkür. Təfəkkür etmək arzuları qısaldar və hədəfini müəyyən edər. 4. Dua. Arzuları uzun etməz. Çünki bilir ki, Allah onun arzularını və hacətlərini yerinə yetirəcəkdir.



Dostu necə seçmək haqda İmam Həsən Müctəba (ə) hansı göstərişləri verir?

Dostu necə seçmək haqda İmam Həsən Müctəba (ə) hansı göstərişləri verir? İmam Həsən Müctəba (ə) beş Ali-Əbadan biri olaraq, öz davamçılarından bəzi əməlləri yerinə yetirməsini istəyir. Bu əməllər ilə tanış olaq.
1. Allahı sevib, ona iman gətirmək. “Hər kim Allahın razılığını insanların qəzəbinə baxmayaraq istəyər, Allah onu insanlardan ehtiyacsız edər. Hər kim Allahı qəzəbləndirərək insanların razılığı ardınca olar, Allah onu insanlara tapşırar”.
2. Elm öyrənmək. İmam Həsən (ə) buyurur: “Öz elmini insanlara öyrət və başqalarının elmini öyrən”.
3. Düşünmək. İmam Həsən (ə) buyurur: “Sizə lazımdır ki, düşünəsiniz. Çünki fikir hikmət qapılarının açarıdır”.
4. Səbir. “Bizim və başqalarının təcrübəsi göstərir ki, səbirdən faydalı və səbirsizlikdən ziyanlı şey görünməmişdir.
5. Dost tapan zaman diqqətli olmaq. “Oğlum! Heç kəslə qardaşlıq etmə, məgər (əvvəl) biləsən ki, hara gedib-gəlir...




Öncəki
Sonrakı