Allahın Rəsulu (s) həzrət Əliyə (ə) neçə illik yol getməyi tapşırdı?

Allahın Rəsulu (s) həzrət Əliyə (ə) neçə illik yol getməyi tapşırdı? Peyğəmbər (s) həzrət Əliyə (ə) bəzi işlərin vacibliyinin həddini çatdırmaq üçün belə tövsiyə edir: Ey Əli!
1. Ata-anaya yaxşılıq etməkdən ötrü iki illik yol qət et.
2. Qohum-əqrəbaya yaxşılıq etməkdən ötrü bir illik yol qət et.
3. Xəstəni yoluxmaqdan ötrü bir millik yol get.
4. Cənazəni müşayət etməkdən ötrü iki millik yol get...



Məsumlar dünya malını sevməyiblər, yoxsa bu sevgiyə qalib gəliblər?

Məsumlar dünya malını sevməyiblər, yoxsa bu sevgiyə qalib gəliblər? Məsumlar (ə), sonra isə övliyalar yalnız Allahı sevdiklərindən qəlblərində dünya məhəbbətinə yer qalmayıb. Dünyaya bağlılıq insanı qəflətdə saxlayıb, onu Allahdan uzaqlaşdırdığı üçün məsumlar və övliyalar öz dualarında bu bağlılıqdan uzaqlıq istəmişlər.
İmam Hüseyn (ə) Ərəfə günü belə dua edir: “Allahım, məni dünya bağlılıqlarından qoru”.
İmam Səccad (ə) belə dua edir: “Ey Rəbbim, qəlbimizi zikrinə, dilimizi şükrünə, bədən üzvlərimizi itaətinə məşğul et”.
Məsum İmamların (ə) duaları bizə öyrədir ki, insan daim dünya bağlılığından qorxmalı və bu tələyə düşməmək üçün Allahdan yardım istəməlidir.



Allahdan hansı münacatla 10 il ömrünün uzanmasını qazandı?!

Allahdan hansı münacatla 10 il ömrünün uzanmasını qazandı?! Hacı Mirzə Əli Yəzdi, Hacı Muhəmməd Rəhimin oğludur və o, atası haqqında belə danışır: “Atam hər axşam məscidə camaat namazına gedərdi və sonra da Aşura ziyarətini oxuyardı. Bir gün çox pis xəstələnir. Yatağa düşür və deyir ki, məni məscidə aparın. Nə qədər dedik ki, orada səni rahat edə bilmərik. Dedi ki, yox, məscidə istəyirəm. Bir gecə halı çox pisləşdi və onu evə gətirdik. Artıq nəfəsi gəlmirdi və əmin olduq ki, ölübdür. Ona görə oturub, dəfn mərasimini müzakirə etməyə başladıq. Səhər açıldı və birdən atam məni və qardaşımı çağırdı. Heyrətdən donub qalmışdıq. O, tər içində idi və dedi ki, ölmək fikri yoxdur, narahat olmayaq. Yataqdan qalxdı və onu hamama apardıq və sanki heç xəstə deyilmiş. Həcc mərasimi yaxınlaşırdı və atam da həccə hazırlaşırdı. Biz onu ötürməyə getdik və o, bizə dedi ki, heç mənim niyə ölmədiyimi soruşmursunuz. Sonra danışmağa başladı.



Həzrət Əlinin (ə) 12 açıq-aydın fəziləti (qısa kəlamda) necə bəyan etmək olar?

Həzrət Əlinin (ə) 12 açıq-aydın fəziləti (qısa kəlamda) necə bəyan etmək olar?Hz. Əlinin (ə) hədis və tarixi faktlarla üstünlükləri:
1. Həzrət Əli (ə) iştirak etdiyi bütün döyüşlərdən qələbə ilə qayıtmışdır. (1)
2. Peyğəmbər (ə): “Əli insanların ən şücaətlisidir”. (2)
3. Döyüşdə rəqibini bir zərbə ilə öldürürdü. Hədis: “Onun (Əlinin) qılınc zərbəsi həmişə bir zərbə olurdu”. (3)
4. Peyğəmbər (s) buyururdu: “Əli Allahın düşmənlərinə qarşı çəklilən Allahın qılıncıdır”. (4)
5. Hz Əli (ə) daha çox piyada döyüşürdü. Ata minsəydi də onun üçün o qədər önəmli deyildi.
Həzrətdən ata minməməsinin səbəbini soruşdurqda buyurdu: “At ya düşməni təqib etmək üçündür, ya da döyüş meydanından qaçmaq üçün. Mən nə düşmənə arxa çevirib qaçıram, nə də qaçanı təqib edirəm. Bəs at mənim nəyimə lazımdır?!”. (5)...



Məsum imamlar adi insanlardan nə ilə seçilir?

Məsum imamlar adi insanlardan nə ilə seçilir? Məsumlar özlərini “insanlardan üstün yox, insanların üstünü” kimi tanıtdırmışlar. Böyük peyğəmbərlər müxtəlif məqamlarda buyururlar: “Biz də sizin kimi bir bəşərik.” (“İbrahim” 11.) Onlar başqaları kimi zəhmət çəkmiş, ruzi qazanmış, yorularkən istirahət etmiş, acı hadisələrdən qəmlənmişlər. Məsumluq (günahsızlıq) insanın öz ixtiyarındadır. Əgər bu xüsusiyyət vergi olsaydı hansı əsasla İmamlar ideal seçilməlidilər?! Quran: “Əgər yer üzündə gəzib dolaşanlar mələklər olsaydı, şəksiz, onlara mələk peyğəmbər göndərərdik.” (“İsra\95.) Ayədən məlum olur ki, yer üzündə yaşayan insanlara onların özləri kimi peyğəmbər göndərilmişdir. Allah peyğəmbər və İmamların başqalarından üstünlüyünü əvvəlcədən bildiyi üçün onlara öz elmindən verərək başqaları üçün nümunə etmişdir. (Biharul-ənvar, c\10,s.170.) Biz şiələr məsum bildiyimiz on dörd nəfəri (Hz Məhəmməd (s), hz Fatimə (ə) və on iki İmam.) yalnız günahdan yox, həm də ən kiçik nöqsanlardan pak bilirik. Günahdan uzaqlıq isə bütün çalışanların çata biləcəyi bir məqamdır.



Hz Peyğəmbər (s) Fatimənin (ə) məqamı haqda Salman Farsiyə nə buyurdu?

Hz Peyğəmbər (s) Fatimənin (ə) məqamı haqda Salman Farsiyə nə buyurdu? Peyğəmbərin (s) yanına gələn dəyərli səhabə Həzrətdən (ə) soruşdu: – Ey mənim ağam, istəyirəm, mənə Hz-Zəhra (s.ə)-nın qiyamətdəki fəzilətindən xəbər verəsən.
Peyğəmbər (s): – Allaha and olsun ki, Fatimə (s.ə) həmin qadındır ki, dəvəyə minərək məhşər ərsəsindən gəlib keçər. Onun mübarək başı Allah qorxusundan bir görüntü, gözləri isə Tanrı nurundandır. Məhşər səhnəsində Allah-təaladan nida gələr: «Ey xəlaiq, gözlərinizi qapayın və başınızı aşağı salın. Bu, sizin Peyğəmbərinizin qızı, İmamınız Əli(ə.s)-nin zövcəsi, Həsən və Hüseyn (ə.s)-in anasıdır». Sonra başında iki ağ çadır sirat körpüsündən keçər. Ondan sonra Allah-təala Fatimə (s.ə)-yə vəhy edər: "Ey Fatimə, istədiyini məndən dilə ki, sənə əta edib sevindirim». Fatimə (s.ə) ərz edər: «İlahi, sən mənim ümidimsən. Sənin dərgahından istəyim budur ki, mənim və ailəmin dostlarını cəhənnəm atəşindən azad edəsən». Allah-təala ona cavab verər: «Ey Fatimə, izzət və cəlalıma and olsun ki, yerin və göylərin xilqətindən iki min il qabaq özümə and vermişəm ki, sənin və ailənin dostlarını cəhənnəm əzabından azad edim»...



Bəhlül Danəndə İmam Həsən Əsgəridən (ə) hansı ibrətli kəlam öyrəndi?

Bəhlül Danəndə İmam Həsən Əsgəridən (ə) hansı ibrətli kəlam öyrəndi? Bəhlul deyir: İmam Həsən Əsgərini (ə) uşaq olduğu bir vaxtlar gördüm. Bir dəstə uşaq oynayırdı, o isə uşaqlara qoşulub oynamır, narahat gözə dəyir və gözlərindən yaş axırdı. Elə fikirləşdim ki, onun da uşaqlar kimi oynamağa bir oyuncağı olmadığı üçün narahatdır. Ona yaxınlaşıb dedim:
- Əgər oyuncağın yoxdursa, mən sənin üçün onu tapım.
O, buyurdu: - Biz oyun üçün yaradılmamışıq.
- Bəs nə üçün yaranmışıq?
- Elm və ibadət üçün...



Əyyami-Fatimə (s.ə) əzadarlıqlarının hikmətini necə açıqlamaq olar?

Əyyami-Fatimə (s.ə) əzadarlıqlarının hikmətini necə açıqlamaq olar? Əhli-Beyt (ə) və Həzrət Zəhra (s.ə) üçün əzadarlıq saxlamaq həm ictimai və həm də fərdi təsirlərə malikdir. Əhli-Beyt (ə) məktəbinə görə, bu əzadarlıqlar gərək mərifət və agahlıq üzərindən olsun. O əzizlərlə həmdərd olmaq, onların fəzilətlərini, sünnələrini yada salmaq – insanı örnək və nümunə olan insanlara tərəf sövq edər.
O insan ki, bu əza məclislərinə mərifət və agahlıqla daxil olar, ondan xaric olan zaman bu insanların əməllərini həyatında həyata keçirən fəal aşiqlərə çevrilər. Əza məclisləri cəmiyyətin dəyişməsinə səbəb olar. Çünki bu məclislərdə insanlar tərbiyə olunar və batinləri dəyişər. Bəndələr səy göstərər ki, Əhli-Beytin (ə) arzularını cəmiyyətdə həyata keçirə bilsinlər. Ona görə də deyə bilərik ki, bu əza məclislərinin hikməti – İslam dini tərəfindən təqdim olunmuş örnək üzərindən cəmiyyətin qurulmasıdır.
Biz də Xanımın (s.ə) əza məclislərini bərpa edək və onun müsibətinə göz yaşı tökək. Xanımın (s.ə) fəzilətlərini, xütbələrini, nurani kəlamlarını, nəsihətlərini yada salaq və onlardan bəhrələnək...



Peyğəmbərə (s) ən sevimli kəslər kimlər idi?

Peyğəmbərə (s) ən sevimli kəslər kimlər idi? Əhli-beyt (ə) Allahın ən sevimlisi olduğu kimi, peyğəmbərin də ən sevimlisdir. Çünki Peyğəmbər yalnız Allahın sevdiklərini sevir. Peyğəmbərin təvəlla və təbərrası Allahın təvəlla və təbərrasıdır. Peyğəmbər Allaha görə dost bilir, Allaha görə düşmənçilik edir. Əhli-beytin (ə) Peyğəmbər (s) sevimlisi olması onların Allaha sevimli olmasının daha bir dəlilidir. Ümmü-Sələmədən nəql olunur ki, bir gün Peyğəmbər (s) əyləşmişdi, Fatimə (s.ə.) yemək gətirdi. Peyğəmbər (s) buyurdu: “Əli və onun iki oğlu haradadır?” Fatimə (s.ə.) dedi: “Evdə.” Peyğəmbər (s) buyurdu: “Onları mənim yanıma dəvət et.” Əli (ə), xanım Fatimə (s.ə.) Həsən və Hüseyn (ə) Peyğəmbərin (s) yanına gəldilər. Onları görən Peyğəmbər (s) yataqdakı əbasını götürüb onu Əli, Həsən, Hüseyn, Fatimə ilə birlikdə üstünə çəkdi. Həzrət dedi: “Pərvərdigara! Bunlar mənim əhli-beytim (ə), mənə ən sevimli olanlardır. Hər cür çirkinliyi onlardan uzaq et. Onları tam paka çıxar.” Bu vaxt Əhzab/33 ayə nazil oldu...



Əhli-Beytə məhəbbət və düşmənlik haqqında 11 hədisdə nə deyilir?

Əhli-Beytə  məhəbbət və düşmənlik haqqında 11 hədisdə nə deyilir? Həzrət Peyğəmbər (s) buyurur: Bilin!
1. Hər kəs Məhəmməd (s) və Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə şəhiddir. (Məqsəd özünü əməl və haqqa itaətdə göstərsin).
2. Hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə, bağışlanmış halda dünyadan gedər.
3. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə, Alnına qiyamətdə yazılar: “Allahın rəhmətindən naümiddir”.
4. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda ölsə, kafir olaraq dünyadan gedib.
5. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə behiştin iyini hiss etməz...




Öncəki
Sonrakı