Nə üçün öz fitrətimi tanımağa maraqsızam?

Nə üçün öz fitrətimi tanımağa maraqsızam? Cavab: Əsasən, dörd səbəb göstərə bilərik:
1. Unutqanlıq, qəflət: “Allahı unutduqları üçün Allah tərəfindən özləri unutdurulmuşlara oxşamayın.” (“Həşr”19)
2. Dünyaya vurğunluq. “Ənkəbut”/65: “Onlar gəmiyə mindikdə səmimiyyətlə Allaha üz tutar, quruya çıxdıqdan sonra ona şərik qoşarlar.”
3. Rifah və asayiş. Allah-təala buyurur: ”Sizə Allahın əzabı gəlsə və ya qiyamət qopsa, Allahdan başqasınımı çağıracaqsınız? Əgər doğru danışsanız, yalnız Allaha yalvaracaqsınız.” (“Ənam”/40-41)
4. Şeytanla dostluq. “Nisa”/119-"Şeytan dedi: “Onları hökmən azdıracaq, puç xülyalara düçar edəcək, heyvanlarının qulaqlarını kəsməyə və Allahın yaratdıqlarını dəyişməyə vadar edəcəyəm.” Allahın yerinə şeytanı özünə dost tutan şəxs aşkar ziyankardır”.



Allah insanın ibadətinə möhtacdırmı?

Belə olmasaydı, nə üçün Allah elçilər göndərməli idi?
Cavab: Əgər imkanlı bir şəxs möhtac bir insana kömək etmək istəyirsə və bu köməyi çatdırmaq üçün vasitə seçirsə, onu möhtac hesab etmək olmaz.
Biz insanlar Allahın hidayətinə, yəni bizi doğru yola yönəltməsinə möhtacıq. Bu hidayət peyğəmbərlər vasitəsi ilə həyata keçirilir. İnsanı dəyərli edən onun təkamülüdür. Təkamül isə ibadət vasitəsi ilə gerçəkləşir.



Nə üçün bəzi insanlar kor, kar və lal yaradılmışdır?

Nə üçün bəzi insanlar kor, kar və lal yaradılmışdır? Əvvəla, Allah bütün yaratdıqlarını ən gözəl şəkildə yaratmışdır. Amma yaranışa gözəllik verən ondakı nizam, qayda-qanunlardır. Bu qanunlara qarşı yönəlmiş istənilən bir hərəkət insan üçün faciə ilə nəticələnir. İnsanları vaxtında mənzilə çatdırmaq üçün müxtəlif nəqliyyat vasitələri fəaliyyət göstərir. Əgər bir şəxs relslərin üzərinə çıxıb, qatarın altında qalırsa, bu faciə nəqliyyat şəbəkəsinin ünvanına yazılmamalıdır. Bəli, maddi dünyamızda hökm sürən qanunlar ona qarşı çıxanları cəzalandırır. Hər şeyi gözəl yaratmış Allah, faciələr törətmir və bütün fəlakətlər bəşəriyyətin azğınlığından doğur. Bununla belə, insanın düşdüyü çətinliyin arxasında sınaq məqsədi də ola bilər. İmam Riza (ə) buyurur: “Möminin xəstəliyi onun günahlarını yuyur. Bu xəstəliklər kafir üçün əzab və lənətdir.”...



Qiyamətdən əvvəl gerçəkləşəcək rəcət hadisəsinin fəlsəfəsi nədir?

Şiə müsəlmanların etiqad etdiyi rəcət, 12-ci İmam Mehdinin (ə) zühurundan sonra, qiyamət ərəfəsində bir qrup xalis mömin və xalis kafirin mükafat və cəza üçün dünyaya qayıdışıdır.
Məşhur şiə alimi Seyid Mürtəza deyir: «Allah-təala həzrət Mehdinin (ə) zühurundan sonra dünyasını dəyişmiş bir qrup insanı dünya həyatına qaytaracaqdır. Onlar İmama (ə) yardımçı olmaq və ədalətli hökumətin bütün dünyanı bürümüş hakimiyyətini müşahidə etmək iftixarına yetişəcəklər. Həmin mömin insanlarla yanaşı, bir qrup kafir intiqam üçün dünya həyatına qaytarılacaqdır»...



Niyə ümidsizlik küfrdür?

Niyə ümidsizlik küfrdür? Hz. Yusif (ə) dastanında oxuyuruq ki, Yəqub (ə) oğlanlarına deyir: «Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz». (“Yusif” 87). Bu ayə onu demək istəyir ki, ümidsizlik insanı elə quyuya salar ki, insan Allahın rəhmətindən məyus olar və Allahı inkar edər. Bu günah o qədər böyükdür ki, İmam Sadiq (ə) onu kəbirə günah adlandırır. Ümidsizliyin niyə küfr olması ilə bağlı deyə bilərik ki, ümidsiz insan belə düşünər ki, bu aləmdə elə bir kəs yoxdur ki, mənim çətinliklərimi həll etsin və işlərimin düyününü açsın. Bu inancı küfrə çevirən amil odur ki, Allahı və Onun qüdrətini inkar edər və Ona inanmaz. Vacib deyildir ki, dilinə gətirsin, bu fikri əgər qəlbindən keçirərsə, kifayətdir...



“Ən üstün əməl hansı əməldir?”

“Ən üstün əməl hansı əməldir?” ” Həzrət İmam Hüseyn (ə) bir ərəbdən soruşdu: “Ən üstün əməl hansı əməldir?” Ərəb dedi: “Allaha iman.” Həzrət soruşdu: “Təhlükədən qurtuluş yolu nədir?” Ərəb dedi: “Allaha təvəkkül.” Həzrət buyurdu: “Kişinin zinəti nədir?” Ərəb dedi: “Səbirlə müşayiət olunan bilik.” Həzrət buyurdu: “Bu olmasa?” Ərəb dedi: “Səxavətlə müşayiət olunan sərvət.” Həzrət buyurdu: “Bu olmasa?” Kişi dedi: “Səbirlə müşayiət olunan yoxsulluq.” Həzrət buyurdu: “Əgər bu da olmasa necə?” Ərəb dedi: “Göydən şimşək enib belə bir insanı yandırsın! O bundan başqa şeyə layiq deyil!” İmam gülümsündü və min dinarlıq bir pul kisəsini ona verdi. Barmağındakı iki yüz dirhəmlik üzüyünü ona əta edib buyurdu: “Ey ərəb! Min dinarı borclarına ver, üzüyü dolanışıq xərci üçün sat.” Ərəb verilənləri alıb dedi: “Allah daha yaxşı bilir ki, risaləti kimə verir!”...



12 İmam Bibliyada hansı şəkildə bəyan edilib?

12 İmam Bibliyada hansı şəkildə bəyan edilib? Sünni hədis kitablarında Məhəmməd Peyğəmbərdən sonra 12 İmamın “12 nəqibin”, 12 xəlifə” və “ 12 əmir”in gəlməsi dəfələrlə təkrarlanıb. Bu o qədər təkrarlanıb ki, artıq 12 rəhbər məsələsi islamın zəruriyyatından və təməl etiqadlarından birinə çevrilib.
Bəs 12 İmam prinsipi digər dinlərdə gəlibmi? İncildə Yaradılış kitabının 17-ci fəslində İbrahim Peyğəmbərlə Allah arasında baş tutan ünsiyyət və burada Allahın İsmayılın nəslindən gələcək 12 başçı ilə bağlı vədlər verməsi İmamətin Bibliyadakı əsas sübutlarından biridir.
İslaminSesi bu məsələnin bəyanını tanınmış xətib Seyyid Əmmar Nəqşivaninin dili ilə təqdim edir.



"Ya Əli" demək şirkdirmi? Ayətullah Sistanidən tutarlı cavab

"Ya Əli", - demək şirkdirmi? Əgər deyilsə, bu cür sualları necə cavablandıraq" sualına Ayətullah Sistani belə cavab verib:
""Ya Əli mədəd!" deməyimiz, Əmirəlmöminin (ə) - nəyazu billah - Allah olduğuna və ya Allahın istəmədiyi bir işi edəcəyinə inandığımız mənasını vermir. Əksinə, biz İmam Əlinin (ə) dindar, Allahdan çəkinən təqva əhli, Allah yolunda cihad edən və bütün işlərini Allah rizası üçün edən biri kimi gördüyümüzdən onun Allahdan ehtiyaclarımızın yerinə yetirməsi üçün dua etməsini istəyirik. Bu şirk olmamaqla birlikdə tövhid və Allaha inancın da özüdür. Uca Allah bizə Peyğəmbəri Əkrəmə və Allah dostlarına təvəssül etməyimizi (vasitəçi qərar vermək) əmr etmişdir. "Maidə" surəsinin 35-ci ayəsində "Ey iman gətirənlər, Allahdan qorxun, Ona tərəf vasitə axtarın" buyurmuşdur. "Nisa" surəsinin 64-cü ayəsində, "Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik...



“Ülul-əmr” kimlərdir?

“Ülul-əmr” kimlərdir? Cabir ibn Əbdüllah Ənsari deyir: Allah-təala Peyğəmbərinə ayə nazil etdi: “Ey iman əhli! Allaha itaət edin, peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun...” (“Nisa”, 59) Bu ayə nazil olanda mən dedim: “Ey Allahın rəsulu! Biz Allahı və Onun rəsulunu tanıyırıq. Bəs itaəti vacib olunmuş “ülul-əmr” kimdir?” Həzrət (s) buyurdu: “Cabir! Məndən sonra canişinlərim və müsəlmanların rəhbərləri var. Onların birincisi Əli ibn Əbi Talib (ə), ikincisi Həsən (ə), üçüncüsü Hüseyn (ə), daha sonra Əli ibn Hüseyn (ə), Məhəmməd ibn Əlidir (ə). Onun adı Tövratda Baqir kimi qeyd olunur. Sən onu görəcəksən. Onu ziyarət edəndə mənim salamımı çatdır. Sonra Cəfər Sadiq (ə), Musa Kazim (ə) Əli ibn Musa (ə), Məhəmməd ibn Əli (ə), Əli ibn Məhəmməd (ə), Həsən ibn Əli (ə) canişin olar. Sonda adı mənim adımdan olan höccət, Həsən ibn Əlinin (ə) övladı gələr. Allah şərqi və qərbi onun əli ilə fəth edər. O şiələrin və dostların gözündən qeybə çəkilər. Həmin vaxt Allahın istədiklərindən savayı onun İmamətinə möhkəm inanan olmaz.” (“Əl-mənaqib”, 1-242; “Kəmalud-din”, 253; “Kifayətul-əsər”, 53)



Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatma

Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatmaBəzən insan zehninə belə bir fikir gəlir ki, görəsən həqiqətən bəzi zamanlar və məkanlar insan həyatına təsir qoyur?
Həsən ibni Məsud nəql edir: “İm. Hadinin (ə) xidmətinə getmişdim. Həmin gün mənim üçün bir neçə xoşagəlməz və acı hadisə baş vermişdi. Barmağım yaralanmışdı, atlı ilə toqquşduğuma görə çiynim zədə görmüşdü, gözlənilməz bir davada paltarlarım cırılmışdı. Bu narahatlıqlarıma görə Həzrətin (ə) yanında dedim: “Mənim üçün necə də xəcalətli bir gün idi. Allah bu günün şərini məndən saxlasın”. İmam (ə) mənə buyurdu: “Ey Həsən! Bu (nə sözdür ki, deyirsən) halbuki, sən bizimləsən. Günahlarını günahsızların boynuna atırsan. (Günün nə günahı vardır ki?)”. Həsən ibni Məsud dedi: “İmamın sözlərini eşidən kimi özümə gəldim və səhvimi başa düşdüm”. Dedim: “Ağacan! Mən səhv etmişəm və Allahdan bağışlanma istəyirəm”. İmam (ə) buyurdu: Ey Həsən! Günlərin nə günahı vardır ki, siz nə zaman xatalarınıza və yanlış əməllərinizə görə cəzalanırsınız, günlərə qarşı bədbin olursunuz və günlər üçün pis sözlər deyirsiniz?”...




Öncəki
Sonrakı