İmam Əli (ə) dostu Kümeyl ibn Ziyada Nəhrəvan döyüşündə hansı nəsihəti etdi?


İmam Əli (ə) dostu Kümeyl ibn Ziyada Nəhrəvan döyüşündə hansı nəsihəti etdi? İmam Əli (ə) Səhabəsi Kümeylə buyurdu: “Yəqin ilə yatmaq, şübhə ilə namaz qılmaqdan xeyirlidir”.
Xəvaricdən (İmam Əlinin (ə) əmrindən çıxanlar) biri gecə namazı qılır, həzin səslə Quran tilavət edir və ağlayırdı. O, bu hərəkəti ilə hamını təsirləndimişdi. Elə ki, bu ayəyə çatdı: “Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə, kafirlə birdirmi)?!”-ayəni ağlayan bir səslə oxudu. Bu zaman Kümeyl ibn Ziyad həzrət İmam Əlinin (ə) yanında dayanmışdı. Kümeyl onun belə inilti ilə ayəni tilavət etməsini eşidib ah çəkdi. Həzrət (ə) onun ah çəkməsinin səbəbini soruşdu. Kümeyl dedi: Bu qarinin həzin səsinə görə ah çəkdim. Kaş mən onun bədənində bir tük olaydım ki, həmişə bu ayəni ondan eşidəydim. İmam (ə) buyurdu: “Ah çəkmə və belə bir arzu etmə”. Sonra buyurdu: “Yəqin ilə yatmaq, şübhə ilə namaz qılmaqdan xeyirlidir”...


Güzgünün sınması nəyi bildirir?


Güzgünün sınması nəyi bildirir? Cavab: Güzgünün sınması da digər diləklərin sınması kimidir və heç bir pis əlaməti yoxdur. İnsanın malının əlindən çıxması (sınması, itirilməsi və s.) insana gələn bəlaların onun malına dəyməsi kimi də dəyərləndirmək olar. Güzgü haqqında bir neçə tövsiyə: Peyğəmbər (s) buyurur: Güzgüyə baxdığınız zaman Allah Taala sizə göz bəxş etdiyi üçün şükür edin. Mömin bacı-qardaşlarınızın görüşünə getdiyiniz zaman, güzgüyə baxın, saçınızı-saqqalınızı darayın.
İmam Əlidən (ə) nəql olunmuş hədisdə deyilir : \"Güzgüyə baxdığınız zaman Allaha şükür edib bu duanı oxuyun: “Əlhəmdulillahil-ləzi xələqəni fəəhsənə xəlqi vəsəvvərəni fə əhsənə surəti vəzanə minni maşanə min ğəybi və əkrimni bil islam”. “Məkarumul-əxlaq” “Nicat” kitabından nəql edir: \"Güzgüyə baxmaq isdədiyiniz zaman onu sol əlnizə gotürüb \"Bismillah\" deyin və sağ əlinizi başınızın qabaq tərəfiinə qoyun və üzünüzə çəkin”.


Imam Sadiq (ə) hansı 8 dəstə insanın dəyərli əməllərdən uzaq düşənlər olaraq tanıyır?


Imam Sadiq (ə) hansı 8 dəstə insanın dəyərli əməllərdən uzaq düşənlər olaraq tanıyır? Bir nəfər İmam Cəfər Sadiqə (ə.s) dedi: Siz bütün insanları adam surətində görürsünüzmü? Həzrət (ə.s) cavabında buyurdu: Səkkiz dəstə insanı kənara at və o şəxslər bunlardır:
1. Dişlərini yumayan.
2. Dar yerdə bardaş qurub oturan.
3. Lazımsız və faydası olmayan işlərə girişən.
4. Heç bir məlumatı olmadan mübahisə edən.
5. Heç bir ağrısı olmadan ah-nalə edən.
6. Heç bir bəla üz verməmiş pərişan olan...


Qiyamətdə parlaq taca malik olacaq müstəsna insanlar kimlər olacaq?


Qiyamətdə parlaq taca malik olacaq müstəsna insanlar kimlər olacaq? Alim öldükdə aləm ölər.Bu onun hidayətedici vəziyyətinə görədir: Biharul Ənvarda (cild 2, səh 49) peyğəmbərdən belə bir hədis var: Ümmətim içərisində iki dəstə var ki, əgər onlar saleh və düzgün olsalar, ümmətimin hamısı əməli saleh olar və əgər fəsad etsələr, ümmətim də fəsada düşər.” Soruşuldu ki, ey Allahın Peyğəmbəri, onlar hansılardır? Buyurdu: “Fəqihlər (din alimləri) və əmirlər (hökümət işçiləri).
-İmam Baqir (ə) buyurur: Əgər alimin hüzurunda otursan, danışmaqdan cox eşitmək üçün həris ol, yaxşı danışmağı öyrəndiyin kimi, yaxşı qulaq asmağı da öyrən və heç vaxt danışanın sözünü kəsmə.
- Hədislərdə buyurulur ki,alimin əcri, savabı oruc tutan, namaz qılan və Allah yolunda cihad edən şəxsin savabından artıqdır.Bir alim ölən zaman islama elə bir ağır xəsarət dəyir ki, bu xəsarəti yalnız onun öz yerinə qoyduğu xələf cubran edə bilər...


Adam şam namazını səhvən 4 rükət qılsa və namaz bitdikdən sonra səhvini anlasa, nə etməlidir?


Adam şam namazını səhvən 4 rükət qılsa və namaz bitdikdən sonra səhvini anlasa, nə etməlidir? Namazın elə əməlləri var ki, onları etməyəndə və yaxud sayını azaldıb-əskildəndə istər namazın içində, istərsə də sonra yadına düşərsə, səhvini düzəldə bilər. Unutduğu əməli yerinə yetirməklə və ya sonradan səhv səcdəsi etməklə bu kimi nöqsanlar aradan qalxır. Amma namazın bəzi əməlləri rükn adlanır və onları həm qəsdən, həm də bilməyərəkdən yerinə yetirməyəndə, sayını azaldıb-əskildəndə namaz batil olur. Bu əməllərə “rükn” deyirlər. Hər bir rükətdə mütləq rükn əməlləri var. Ona görə də əgər insan məsələn 3 rükətlik namazı 4 rükət qılıbsa, deməli, rüknlərin sayını da artırıb. Belə isə, namaz artıq batil sayılır və mütləq qəza edilməlidir.


Qərb ölkələrində də peyğəmbərlər olubmu?


Qərb ölkələrində də peyğəmbərlər olubmu? Cavab: Hal-hazlrda məlum olan səmavi dinlərin (yəhudilik, xristianlıq və İslam) və qeyri-səmavi dinlərin (hinduizm, buddizm, konfutsiçilik, daosizm, sintoizm, zərdüştilik, manilik, babilik, bəhailik və s.) demək olar ki, hamısı Şərq mənşəlidir. Yəni bu dinlər Şərq ölkələrində yaranmış və şərqlilər tərəfindən yayılmışdır. Lakin bu o demək deyil ki, Qərb dünyasında da din və peyğəmbər olmamışdır. Quranda buyurulur: “Hər ümmətin bir peyğəmbəri vardır” (Yunus, 47). “Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər gəlib-getməsin” (Fatir, 24). Lakin peyğəmbərin mütləq Qərbdə yaşaması da vacib deyil. Ola bilər ki, Allah hər hansı peyğəmbəri həm Şərq, həm də Qərb millətlərini hidayət etməyə göndərmiş, həmin peyğəmbər Şərqdə yaşadığı halda, öz nümayəndələri vasitəsilə Qərb millətlərinə göstərişlər vermiş və onları Allaha doğru çağırmışdı. Qərbdə yeni dinin yaranması da vacib deyildi...


Məhəmməd Peyğəmbərə (s) aid edilən portret həqiqətə uyğundurmu?


Məhəmməd Peyğəmbərə (s) aid edilən portret həqiqətə uyğundurmu? Cavab: Təəssüf ki, uzun müddətdir bir gənc oğlan portreti bəzi dindarlar tərəfindən Həzrət Mühəmməd Peyğəmbərin (s) şəkli hesab edilir. Son onilliklərdə bəzi müsəlman ölkələrində bu şəkil məqsədyönlü şəkildə dindarlar arasında təbliğ edilmişdir. İddia olunur ki, həmin portreti Peyğəmbərin (s) yeniyetməlik vaxtı əmisi Əbu Taliblə Şama səfəri zamanı görüşdüyü xristian rahib Bəhira (Büheyra) çəkibmiş. Bu məlumat tamamilə yanlışdır. Əvvəla, həmin portret miladi VII əsrin üslubuna qətiyyən uyğun deyil. O dövrdə bu üslubda portret dünyanın heç bir ölkəsində çəkilmirdi. İkincisi, həmin şəklin müəllifi və tarixi məlumdur. Portretin müəllifləri alman əsilli fotoqraf-rəssamlar Lehnert və Landrockdur. Onlar XX əsrin əvvəllərində bir müddət ərəb ölkələrində yaşamış və ərəb mühitini əks etdirən silsilə fotolar çəkmişlər. Tunisli gəncin simasını əks etdirən bu foto 1905-06-cı illərdə çəkilmişdir.


İlahi Peyğəmbərlər (ə.s) İmam Hüseynə (ə.s) göz yaşı töküblərmi?


İlahi Peyğəmbərlər (ə.s) İmam Hüseynə (ə.s) göz yaşı töküblərmi? İlahi Peyğəmbərlərdən bir neçəsinin İmam Huseyn (ə) hadisəsindən xəbərdar olub qəmlənib ağlamaları hadisəsi:
1-Nəql edilir ki, Həzrət Musa (ə) Kərbəla torpağına çatan zaman ayağında olan nəleyinin bağı qopur və ayağına tikan batıb, qanadır. Musa (ə) buyurur: “Allahım, Məgər mən hansı günah etmişəm ki, bu cür cəzaya düçar oldum?”. Xitab gəlir: “Hüseynin (ə) qanı bura töküləcəkdir”. Musa (ə) dedi: “Hüseyn (ə) kimdir?”. Xitab gəldi: “Hüseyn (ə) - Muhəmməd Mustafanın (s.a.v.v) və Əli Murtəzanın (ə) oğludur”. Musa (ə) soruşur: “Onu öldürən kimdir?”. Xitab gəlir: “Onu öldürən o kəsdir ki, dəniz balıqları, səhra vəhşiləri və havada uçan quşlar onu lənətləyər”. Həzrət Musa (ə) da Yezidə lənət oxudu.
2-Həzrət Süleyman (ə) öz uçan kəcavəsində idi və havada uçurdu. Kərbəla torpağından keçən zaman külək onu uzağa atdı və külək dayandı. Ona görə də kəcavəsi yerə düşdü. Süleyman (ə) dedi: “Ey külək, sənə nə oldu ki, sakit oldun?”. Dedi: “Hüseyn ibn Əlinin (ə) ölən yeri buradır”. Süleyman (ə) dedi: “Onu öldürən kimdir?”. Dedi: “Yerlərin və göylərin lənət etdiyi Yeziddir”. Süleyman (ə) əllərini qaldırdı və ona lənət oxudu. Bu zaman külək yenidən əsdi və kəcavə yoluna getdi...


Su içmək haqda İslamda hansı ədəb qaydası deyilmişdir?


Su içmək haqda İslamda hansı ədəb qaydası deyilmişdir? İçməyin qaydaları: Burada da ilahi qaydalara riayət edərdi. Allahın adı ilə başlayardı. Suyu birnəfəsəiçməzdi. Hər dəfə «Bismillah» deyərək üç dəfəyə qəbul edərdi. Birnəfəsə su içmək böyrəyə zərərdir və qarının böyüklüyünə səbəb olur. Buyurardı ki, «dünya və axirətdə ən içki sudur» («Bihar» 16-cı cild). Artıq bu gün uyğun kəlamların mənası aydın olur. Sağlamlıqda suyun böyük rolu vardır. Heç bir içki suyu əvəz edə bilməz. Su bir çox xəstəliklərin dərmanıdır. Bu gün su müalicəvi su adı ilə yad edilir.


Yatmaq haqda İslamda hansı ədəb qaydaları deyilmişdir?


Yatmaq haqda İslamda hansı ədəb qaydaları deyilmişdir? Yatmağın qaydaları: Yuxu bağlı bir hadisə olsa da, adi bir hal kimi görünür. İnsan daim bu nemətdən faydalanır və Allah-taala insanın yorğunluğunu yuxu vasitəsilə çıxarır. «Yuxunuzu sakitlik səbəbi qərar verdik» («Nəba» 9). İlk baxışdan qəribə heç bir şey yoxdur. Lakin yuxu insan üçün digər bir həyatdır. Yatarkən yuxu görülməsi insan ruhunun qanadlanmasıdır. Ona görə də rəvayətdə Rəsulullah (s) yuxunu axirət aləminə, ölümə oxşadır. «Yuxu ölüm kimidir» («Bihar» 73-cü cild).
Allah-taala yuxu haqqında buyurur ki, yuxuda insanın ruhu çıxır və Allahın yanına qalxır. Allah istədiyi halda ruh elə oradaca qalır və bu hal ölümdür. Yox əgər ruh geri qayıdarsa, insan yuxudan oyanır. «Allah onların canlarını öldükləri zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar, digərlərinin canlarını isə müəyyən bir müddətədək qaytarar» («Zumər» 42). Aydın olur ki, bütün xüsusiyyətləri bilinməsə də yuxu yalnız yorğunluğun çıxarılması məqsədini daşıyan sadə bir şey deyil...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter