30 min hədisi əzbər bilən alim kim idi?


30 min hədisi əzbər bilən alim kim idi? 30 min hədisi əzbər bilən və hər xütbəsi zamanı bir mətləb barədə 100-ə yaxın hədis rəvayət edib izah edən Şeyxul-muhəddisin Hüccətül-İslam Şeyx Mürtəza Ənsari Qumi.
Şeyx Mürtəza Ənsari Qumi 1899-cu ildə Qum şəhərində nəsəbi Şeyxut-Taifəyə və İmam Həsən Əskərinin tanınmış səhabəsi Səd ibni Abdullah Əşəri Qummiyə çatan bir ailədə dünyaya gəlib.
Şeyx Mürtəza Ənsari Qumi şiə hövzəsində, ruhanilər və alimlər arasında təbliğat üçün hicrətə getməyin əsasını qoyan, ramazan və məhərrəm aylarında təbliğat mühacirətlərin təşkil edilməsini formalaşdıran ilk alimdir.
Şeyx Mürtəza Ənsari Qumi islam dünyasının ən böyük xətiblərindən olub. Onun on minlərlə hədisi sənədi və mətni ilə birgə əzbər bilməsi şeyxin xütbələrini daha da cəzzab edirdi. O ömrünün 40 ilini təbliğat üçün mühcirətə sərf edib...


Hansı surəni oxumaq ürək sıxıntısını aradan aparar və ruzini bol edər?


Hansı surəni oxumaq ürək sıxıntısını aradan aparar və ruzini bol edər?Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni oxusa, Allah ona yəqin və afiyət verər. Hər kim onu sinə ağrısı üçün oxuyarsa və bu ağrıya görə onu yazarsa, Allah ona şəfa verər”. Burada söhbət “Şərh” surəsindən gedir. (Tebyan)
Həzrət (s) başqa yerdə buyurur: “Hər kəs “Şərh” surəsini qiraət edər, o kəs kimi olar ki, Həzrət Muhəmmədlə (s) görüşmüşdür. Əgər qəmgin və narahat olsa, Allah narahatlığını aradan qaldırar”.
Təbərsi deyir: “Ürək sıxıntısını aparmaq üçün hər gün iki dəfə həm səhər və həm də əsr vaxtı “Şərh” surəsini 17 dəfə oxumaq lazımdır”. Hər kim dəniz səyahətinə çıxarsa, “Şərh” surəsini oxuyarsa onu qorxu və dərdlərindən amanda saxlayar. O zamana qədər ki, gəmidən düşər. Səfər ayının son çərşənbə günü “Şərh”, “Tin”, “Nəsr” və “Tövhid” surəsini 7 dəfə oxumaq insana sərvət qazandırar.


Fitr bayramı niyə belə adlanır?


Fitr bayramı niyə belə adlanır? “Fitr” sözünün mənası “açılmaq” deməkdir. Hədislərdə də bu sözə rast gəlmək olur. Belə ki, Peyğəmbərimiz (s) haqqında gələn hədisdə oxuyuruq ki, Həzrət (s) ibadət etmək üçün o qədər ayaq üstə dayanardı ki, ayağının əti yaralandığı üçün bir-birindən ayrılardı və açılardı. Oruc tutanlara şamil edilməsinin mənası isə budur ki, oruc tutan insan Fitr bayramında ağzını açar, yəni artıq yeyə və içə bilər.
Quranın da buyurduğu kimi, oruc tutmaq başqa dinlərdə də mövcuddur. Ancaq onların bu orucluq əyyamını Fitr bayramı iə bitirməkləri haqqında məlumat yoxdur. Oruc tutmaq İslam ümmətinə aid olan bir şərəfdir. Başqa dinlərdə oruc tutmaq ancaq peyğəmbərlərə (ə) vacib buyurulmuşdu.
Fitr bayramının özünəməxsus əməlləri vardır ki, bu əməllərə başqa dinlərdə rast gəlmək olmur. O cümlədən Fitr bayramına məxsus namazın olması, bayram gecəsində edilən ibadətlər, bu bayramda fitrənin çıxardılması kimi...


Ramazanın zəkatı fitrə zəkatıdır, bəs bədən üzvlərimizin zəkatı nələrdir?


Ramazanın zəkatı fitrə zəkatıdır, bəs bədən üzvlərimizin zəkatı nələrdir? İmam Sadiq (ə) buyurur: “Hər bir üzvün zəkatı vardır.
-Gözün zəkatı - ibrətlə baxmaq və günaha göz yummaqdır.
-Qulağın zəkatı - eşitmək, elmə, hikmətə, Qurana qulaq asmaqdır.
-Dilin zəkatı - müsəlmanlara nəsihət etmək və qafilləri ayıltmaq və ALLAHı təsbih etməkdir.
-Əlin zəkatı - elm yazmaq və mal bəxşiş etməkdir.
-Elmin zəkatı - onu nəşr etməkdir.
-Qüdrətin zəkatı - insafdır.
-Sağlamlığın zəkatı - ALLAHın əmr etdiklərinə və qadağan etdiklərinə itaət etməkdir.
-Ağlın zəkatı - ağılsızlara dözmək və səbir etməkdir.”


Şeytan nə üçün qəzəbə gəlib?


UstaŞeytan nə üçün qəzəbə gəlib? d Məhəmmədbaqir Təhriri İftitah duasını şərh edərkən buyurub:
Allahın qəzəb sifəti Onun cəlal sifətlərinin cüzi vəsfidir. Qəzəb bəzən daha cüzi, əzab şəklində zühur edir. Əzab bir növ ayrılıq, uzaqlıqdır. Bəziləri özünü ilahi cəlal sifətin yeganə məzhəri bilir. Bu isə Allahın müqəddəs zatından uzaqlıqdan başqa bir şey deyil. Şeytan belədir, buna görə Allah tərəfindən qovulub. Beləcə Allahın qəzəbinə gəlib. Bəzi varlıqların dəfetmə xüsusiyyəti daha qabarıqdır. Dəfetmənin səbəbi bir varlığın cəlal sifətinin məzhəri olmasıdır. Biz Allahı cəlal sifəti ilə mədh edirik. Amma elə məqam gəlir ki, bir varlıq bu sifətlə bağlı qınanır. İkram sifəti cəlal sifəti ilə qarşı-qarşıyadır. İkram Allahın cəmal sifətlərindəndir. İkramın təsiri cazibədir. Allahın cəmal sifətləri varlıq aləmində daha çox müşahidə edilir. Bu iki sifəti yalnız aydınlaşdırmaq üçün ayırırıq, əks-təqdirdə onlar ayrılmazdır. Quran Allaha müxalifətdən danışanda cəlal sifətlərini önə çəkir. Söhbət bəndələrin Allaha doğru cəzbindən gedəndə cəmal sifətləri yada salınır./ Vilayet.info


Zinanın ağır günah olması haqqında ilahi rəhbərlər nə buyurmuşlar?


Zinanın ağır günah olması haqqında ilahi rəhbərlər nə buyurmuşlar? 1-Məsih (ə): «Sənə məxsus olmayan qadına gözünü dikmək olmaz. Çünki gözünü (naməhrəmə baxmaqdan) saxlayanadək, heç vaxt zina etməzsən. Əgər naməhrəm qadının hətta libasına baxmamağı bacarsan, belə et.»
2-Allahın Peyğəmbəri (s.): «İnsanın bədən üzvlərinin hər birinə zinadan bir bəhrə yazılmışdır ki, istər-istəməz ona yetişər. Məsələn, gözün zinası (naməhrəmə) baxmaq, ayağın zinası günaha tərəf getmək və qulağın zinası haram səslər eşitməkdir.»
3-Allahın Peyğəmbəri (s.a.v) :«Əgər ərli qadın öz gözünü ərindən başqa bir kişi, ya naməhrəmlə doldurarsa, Allah-taala ona qəzəblənər və onun bütün əməllərini batil edər. Əgər öz ərinə xəyanət edərsə, ona qəbr əzabı verdikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır.»
4-Allahın Rəsulu (s.a.a.) buyurur: \"Tövratda belə yazılmışdır ki, Allah buyurur: Mən qatillərin qatili, zina edənləri fəqir və pərişan edən Allaham!”


Hansı 3 dəstə İmam Zaman (ə.f) ağaya yardım edəcək?


Hansı 3 dəstə İmam Zaman (ə.f) ağaya yardım edəcək? İmam Zaman ağanın (ə.f) qiyamı zamanı üç dəstə yardım edəcəkdir:
-Birinci dəstə. İmam Zaman ağanın (ə.f) ətrafında toplanıb ilk ona yardım edəcək kəslər – 313 nəfər xüsusi dostlarıdır ki, Həzrətin (ə.f) ordusuna rəhbərlik edəcəklər. İmam Cavad (ə) bu haqda buyurur: “Bədr səhabələrinin sayı qədər 313 nəfər səhabələr, Yer kürəsinin uzaq nöqtələrindən onun ətrafında hazır olacaqlar”.
-İkinci dəstə. On min nəfərlik ordudur ki, İmamın (ə.f) ən yaxın tərəfdaşlarından təşkil ediləcəkdir. Bu ordu toplanan kimi, İmamın (ə.f) qiyamı başlayacaqdır. İmam Cavad (ə) buyurur: “On min kişidən ibarət olan əqd kamil olan kimi, Əziz və Cəlil Allahın izni ilə qiyam edəcəkdir”.
- Üçüncü dəstə. Zülmdən yorulmuş insan toplumudur ki, İmama (ə.f) yardım etmək üçün ona qoşulacaqlar. Həzrət Peyğəmbər (s) buyurur: “Yer üzü nuru ilə aydınlanar və hökuməti dünyanın şərq və qərbinə çatar”.


İmam Zamanın (ə) xüsusi 313 səhabəsi hansı xüsusiyyətə malik olacaqlar?


İmam Zamanın (ə) xüsusi 313 səhabəsi hansı xüsusiyyətə malik olacaqlar? Bu 313 nəfərin ən mühüm xüsusiyyətləri.
1. Allah Təalaya olan dərin elmi. İmam Sadiq (ə) buyurur: “Onlar o insanlardır ki, ürəkləri dəmir parçası kimidir. Allahın müqəddəs zatına qarşı heç bir şübhələri yoxdur...”.
2. İmama (ə.f) olan dərin elm. İ. Səccad (ə) buyurur: “Onlar İmam Məhdinin (ə.f) İmamətliyinə inanırlar”. Bu dərin elmin nəticəsi – İmama (ə.f) olan sonsuz eşqdir.
3. İxlaslıdırlar. İ. Cavad (ə) buyurur: “O zaman ki, onun üçün bu 313 ixlas əhli cəm olacaq, Allah onun əmrini zahir edəcəkdir”.
4. Şücaətlidirlər. İ. Sadiq (ə) buyurur: “Sanki mən Kufədə Qaimə (ə.f) və səhabələrinə nəzər salıram. Səcdələr alınlarına təsir etmişdir, gündüzün şirləri və gecənin rahibləridirlər”.


Niyə vərəyə malik olan insanın dərəcəsi təqvadan da ucadır?


Niyə vərəyə malik olan insanın dərəcəsi təqvadan da ucadır? Çox vaxt “vərə” sözünü “təvqa” sözü kimi mənalandırırlar. Ancaq vərə təqvanın xüsusi mərhələlərindəndir.
Təvqa insanın özünü günahdan saxlamasına deyilir. “Nəhcül-bəlağə”nin nəzərinə görə, təqva nəfsani bir mələkədir ki, ruha qüvvət və güc verər. Əmmarə nəfsi ram edər və üsyankar hissləri yatızdırar. Əlbəttə təqvanın mərhələləri vardır. Əmirəl-möminin (ə) vərənin mənası barəsində belə buyurur: “Vərə - şübhənin yanında dayanmaqdır”. Təqvalı insan özünü günahdan saxlayar. Ancaq vərəyə malik olan insanın dərəcəsi təqvadan da ucadır. Çünki bu mərhələdə nəinki günahdan çəkinməlisən, həm də günaha səbəb ola bilən şübhələrdən, halallardan da çəkinməlisən.
Merac hədisində oxuyuruq: “Ey Əhməd! Malik olduğun vərəyə eşq olsun. Həqiqətən, vərə - dinin əvvəli, ortası və axırıdır. Vərə - iman və dininin sütununun başıdır. Vərə - gəmi kimidir. Dənizdə heç kəs nicat tapmaz, məgər o halda ki, həmin gəmidə olar, (eləcə də) zahid insanlar ancaq təqva ilə nicat taparlar”...


Zəkat və Fitrə zəkatı hansı yerlərə xərclənə bilər?


Zəkat və Fitrə zəkatı hansı yerlərə xərclənə bilər? Cavab: Zəkat və fitrə zəkatı səkkiz yerdə xərclənir:
1. Fəqir; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir.
2. Miskin; fəqirdən daha çətin bir halda olana deyilir.
3. İmamın (ə), ya onun naibi tərəfindən zəkatları toplamaq üçün məmur edilmiş şəxs.
4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.
5. Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir).
6. Borcunu verə bilməyən borcluya;...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter