Yеddi yüz аlimdәn bеş suаl nələr haqda olmuşdur?


Yеddi yüz аlimdәn bеş suаl nələr haqda olmuşdur? Şәqiq ibn İbrаhim dеyir: Yеddi yüz аlimdәn bеş suаl sоruşdum. Hаmısı еyni cаvаbı vеrdi.
-Sоruşdum: Аğıllı kimdir? Dеdilәr: Dünyаyа mәhәbbәt bәslәmәyәn şәхs.
-Dеdim: Әn çеvik insаn kimdir? Dеdilәr: Dünyаyа аldаnmаyаn şәхs.
-Dеdim: Әn vаrlı kimdir? Dеdilәr: Аllаhın vеrdiyinә rаzı оlаn şәхs.
-Sоruşdum: Kаsıb kimdir? Dеdilәr: Hәmişә аrtıq istәyi оlаn şәхs.
-Sоruşdum: Pахıl kimdir? Dеdilәr: Аllаhın hаqqını ödәmәyәn şәхs. (“Әlmәvаziul-әdәdiyyә”, sәh. 278.)


Hansı Altı işdə tələsmək lazımdır?!


Hansı Altı işdə tələsmək lazımdır?! İşlərdə tələsmək pislənsə də altı işdə tələsmək lazımdır:
1. Günah baş versə, tövbə etməkdə.
2. Borcun ödənmə vaxtı çatıbsa, onu qaytarmaqda.
3. Büluğ həddinə çatıbsa, qızı ərə verməkdə.
4. Qonaq gəlibsə, ona yeyib-içmək verməkdə.
5. Meyitin qüsl, kəfən və dəfnində.
6. Namazın vaxtı çatıbsa, onu qılmaqda.


Həzrət Məsumənin hərəmi tarix boyu kimlər tərəfindən bərpa edilib?


Həzrət Məsumənin hərəmi tarix boyu kimlər tərəfindən bərpa edilib? İslaminSesi – Həzrət Məsumə xanım hicri-qəməri tarixi ilə 201-ci ildə Quma daxil olub. O həzrət Quma gəldikdən cəmi 17 gün sonra vəfat edib. Həzrət Məsumə Quma gələndə o zaman Qum kiçik bir kənd idi. Həzrət Məsumə hazırda Mir meydanı adlanan və o zaman Musa ibni Xəzrəcin evində məskunlaşır.
Qardaşı İmam Rza kimi qürbətdə vəfat edən həzrət Məsumə qumlular tərəfindən kəndin kənarında yerləşən Babilan bağında dəfn edilir.
Musa ibni Xəzrəc birinci şəxs idi ki Məsumə xanımın məzarı üzərində bir kiçik dam tikdi. İmam Cavadın qızı həzrət Zeynəb 256-cı ildə Məsumə xanımın məzarı üstündə günbəz (türbə) tikir. Məzar bu şəkildə 4 əsr Əhli-beytsevərlərin ziyarətgahına çevrilib.
Hicri ilinin 605-ci ilində Ali-Müzəffər xanidanının böyüyü Əmir Muzəffar Əhməd bin İsmailin dəstəyi ilə dövrün ən yaxşı ustaları və bənnaları cəlb edilir. Burada həzrətin məzarının gümbəzinin ətrafında əlavə tikililər ucaldılır. Gümbəzin içi kaşi və mərmərlə bəzədilir...


Nəyə görə hicri ilinin 11-ci ayı Zul-Qədə adlanır?


Zul-Qədə ayının mənası nədir? İslaminSesi – Zul-Qədə hicri-qəməri tarixinin 11-ci ayıdır. Ondan öncə şəvval sonra isə Zu-Hiccə ayı gəlir.
Zul-Qədə Qurani-Kərimdə buyurulmuş 4 haram aydan biridir. Qurani-Kərimə görə ərəblərin islamdan öncə xüsusi şəkildə ehtiram etdikləri Zil-Qədə, Zil-Hiccə, Məhərrəm və Rəcəb ayları müsəlmanlar tərəfindən də ehtiramla yad edilməlidir və islamdan öncə bu aylarda yerinə yetirilən adətlər islamdan sonra da riayət edilməlidir. Məsələn döyüşlərin və müharubələrin qadağan olduğu kimi.
Lüğətşünas alimlər Zil-Qədə sözünün mənasını oturmaq kimi mənalandırırlar. Yəni döyüşləri bitirmək və oturmaq. Bu ay daxil olduqda insanlar döyüşlər və muharibələrə artıq qatılmır evlərində oturmağı üstün tuturlar...


Niyə İmam Mehdi (ə) Kəbə evinə bənzədilib?


Niyə İmam Mehdi (ə) Kəbə evinə bənzədilib? İmam gəlməlidir ya biz ona sarı getməliyik? İslaminSesi – Dünya zülm və fəsadla dolduğu zaman bir xilaskar zühur edib fəsadı aradan qaldırar və dünyanı ədalətlə doldurar. Bütün səmavi dinlər bu həqiqəti qəbul edir. Sağlam düşüncəli insanın fitrəti və mənəviyyatı da bu ədaləti Allahdan tələb edir.
Həzrət Peyğəmbər buyurur: Dünyanın axırına bir gün qalsa belə Allah o günü o qədər uzadar ki Fatimənin övladından adı və künyəsi mənimki kimi olan biri zühur edib, dünya zülmlə dolduğu halda onu ədalətə bürüyər” On ikinci İmam İmam Mehdi qeybdə olsa da əlçatmaz deyil. Möminlər ondan bəhrələnə bilər. İmam Mehdi buyurur:
“Mən qeybdə olan zaman məndən bəhrələnmək günəş buludun arxasında gözlərdən gizlin olanda ondan bəhrələnmək kimidir. Ulduzlar göy əhlinin əmin-amanlıq amili olduğu kimi mən də yer əhlinin əmin-amanlıq amiliyəm”...


Hәr kimdә bu üç şеy оlsа, о, böyük insаndır?


Hәr kimdә bu üç şеy оlsа, о, böyük insаndır? İmаm Sаdiq (ә) buyurub: “Üç şәхs üç hаldа tаnınаr:
1. Sәbir - qәzәbli hаldа;
2. Şücаәt - mühаribәdә;
3. Hәqiqi qаrdаşlıq - lаzım оlаn zаmаndа.” (“Tuhәfül-üqul”, sәh. 316.)
“Hәr kimdә üç şеy оlsа, о, böyük insаndır.
1. Qәzәbi udmаq;
2. Bаşqаlаrının günаhlаrını bаğışlаmаq;
3. Mаlı vә cаnı ilә möminlәrә kömәk еtmәk.” (“Tuhәfül-üqul”, sәh. 317.)


Namazın müxtəlif vaxtlarda qılınmasının fəlsəfəsi nədədir?


Namazın müxtəlif vaxtlarda qılınmasının fəlsəfəsi nədədir? Cavab: Namazın əsl hədəfi zikrdir və zikr günahların tərk olunması, həmçinin ibadi əməllərin yerinə yetirilməsi ilə bağlıdır. Bu cəhətdən də vacib namazlar üçün günün müxtəlif vaxtları təyin edilmişdir ki, beş vaxtda Allahı yad etməklə dünyaya və həvayi-nəfsimizə bağlılıqdan nicat tapaq.
Sübh çağı yuxudan oyanıb namaz vasitəsilə bizi Yaradanı yad edirik. Sonra dünyəvi işlərə başımız qarışır. Get-gedə qəlbimiz Allahı yad etməkdən uzaqlaşır, şeytan və nəfsi istəklər bizə üz tutur.
Günorta vaxtı çatdıqda mömin yenidən namaz vasitəsilə qəlbə daxil olmuş həvayi-həvəsi və şeytanın torlarını parçalayır, onları qəlbindən çölə atır və qəlbini Allaha ev qərar verir...


Bu qadınlarla ailə qurmayın?!


Bu qadınlarla ailə qurmayın?! Axmaq qadınla ailə qurmayın. Onunla oturub-durmaq ömrü zay etmək deməkdir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Axmaq qadınla ailə qurmayın. Onunla oturub-durmaq ömrü zay etmək deməkdir. Ondan doğulan övlad isə zülmkar və təcavüzkardır”. O həzrət (s) yenə buyurur: “Zibillikdə bitən çiçəkdən çəkinin”. Zibillikdə bitən çiçək hansıdır? -deyə soruşulan suala Peyğəmbər (s) “səviyyəsiz ailədə böyüyən gözəl qızdır”-deyə buyurdu. Rəsulullah (s) dua edərkən Haqq Taalaya ərz edərdi: “İlahi! Mənim əmrlərimə tabe olmaq əvəzinə mənə əmr edən övladdan xeyir vermədən məhv olan maldan, axmaqlığı ucbatından məni vaxtından tez qocaldan qadından və hiyləgər dostdan Sənə sığınıram”.
Peyğəmbəri-əkrəm (s) buyurur: “Sizin qadınlarınızın ən xeyirsizi doğmayan, təmizliyə riayət etməyən, inadkar, sözə baxmayan, qohumlarının gözündə səviyyəsiz, öz gözündə hörmətli, ərinə itaətsizlik göstərən, digərlərinə isə təslim olan qadınlardır”. “Qadında uğursuzluq mehriyyəsinin çoxluğu və doğmamazlığıdır”.


Qəbr əzabından amanda qalmaq üçün Peyğəmbər (s) hansı əməlləri tövsiyə edir?


Qəbr əzabından amanda qalmaq üçün Peyğəmbər (s) hansı əməlləri tövsiyə edir? Həzrət Muhəmməd(s): \"Ölünün bədənini qəbirə qoyan zaman başı tərəfindən əzab onu bürümək istəyədə Quran oxumağı əzabaın qarşısını alır. Əzab qarşı tərəfdən yaxınlaşdıqda sədəqə və xeyr əməlləri onun qarşısını kəsır. Əzab ayağı tərəfdən gəldikdə isə məscidə getməyi ona maneə olur.
-İmam Sadiq (ə): \"Ölüdən qəbrdə beş şey barədə soruşarlar: namazı, zəkatı, həcci, orucu və bizim ailəmizə vilayəti.
-Vilayət qəbrin küncündən qalan dörd şeyə deyər: Sizlərin hər birinizin əgər əksiyi olsa, onları təkmilləşdirmək mənim boynuma.\"əl-Kafi, c. 3, səh. 241, hədis 15


Qiyaməti unudanlar üçün Qurani Kərimin tövsiyələri nələrdir?


Qiyaməti unudanlar üçün Qurani Kərimin tövsiyələri nələrdir? Quranın qiyaməti unudanlar üçün tövsiyələri:
1- O gün ki nə mal dövlət, nə övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa\" (Şüəra/88-89).
-«Qiyamətin qəfil başlarının üstünü almasınımı gözləyirlər? Hər an qiyamətin gəlməyinin nişanələri aşkar görünür. Qiyamət qopduqda nəsihət götürməyin nə faydası?» (Muhəmməd, ayə 18)
2-«Sur çalınacaq. Sonra yalnız Allahın istədiklərindən savayı göylərdə və yerlərdə olanlar hamısı bihuş olacaqlar (öləcəklər). Sonra bir daha Sur çalınacaq və yerlərindən dərhal qalxıb baxacaqlar.» (Zümər, ayə 68)
3-«Yer üzü ən ağır titrəyişlərlə titrədildiyi vaxt… » (Zəlzələ , ayə 1)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter