Hz. Peyğəmbər (s) qiyamətin gəlişi haqda hansı nişanələrə işarə etmişdir?


Hz. Peyğəmbər (s) qiyamətin gəlişi haqda hansı nişanələrə işarə etmişdir? Peyğəmbərin (s) dilindən qiyamətin beş əlaməti: Əliyyibni İbrahim deyir: Atam, İbrahim ibn Haşim və o da ... Abdullah ibn Abbasdan nəql edir: Vida həccində Peyğəmbərlə (s) bir yerdə həccə getmişdim. Peyğəmbər (s) Kəbə qapısından tutdu və mübarək üzünü bizə tərəf tutub buyurdu: Sizə qiyamətin əlamətindən xəbər verimmi? Salman hamıdan daha yaxın olduğu üçün dedi: \"Bəli, ya Rəsuləllah\". Peyğəmbər (s) buyurdu: \"Qiyamətin əlaməti:
1. Namazı zay etmək.
2. Şəhvətin ardınca getmək.
3. Nəfsi istəklərə mely etmək.
4. Malı əziz tutmaq.
5. Dini dünyaya satmaqdır.
Bu zaman möminin qəlbi duzun suda əridiyi kimi əriyər. Çünki o münkər və pislikləri gözü ilə görür, amma onu islah etməyə gücü yoxdur\".


İstədiyiniz vaxt yuxudan oyanmağın qəribə sirri nədədir?


İstədiyiniz vaxt yuxudan oyanmağın qəribə sirri nədədir? Şeyx Bəhai (r.ə) \"Miftahul-fəlah\" kitabında İmam Cəfər Sadiqin (ə) belə buyurduğunu nəql etmişdi: \"Hər kəs yatan vaxtı \"Kəhf\" surəsinin sonuncu ayəsini oxuyarsa, niyyət etdiyi istənilən saatda yuxudan oyanar\".
Şeyx Bəhai (r.ə) buyurmuşdur: \"Bu, təcrübə olunmuş və haqqında heç bir şübhə olmayan qəribə sirlərdən sayılır\".
Ayə belədir: Oxunuşu: \"Qul innəma ənə bəşərun mislikum. Yuha iləyyə ənnəma ilahukum ilahun vahid. Fəmən kanə yərcu liqaə Rəbbihi fəl-yəməl əmələn salihən və la yuşrik biibadəti Rəbbihi əhəda\".
Tərcüməsi: \"De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”


Öləndən sonra da insanın faydalana biləcəyi altı əməl hansılardır?


Öləndən sonra da insanın faydalana biləcəyi altı əməl hansılardır? İmam Sadiq (ə) buyurur: “Altı əməl vardır ki, insan öləndən sonra da ondan faydalana bilər:
1. Onun üçün Allahdan bağışlanmaq istəyən saleh övlad;
2. Özündən sonra oxunan Quran (Quran oxumağı öyrətdiyi tələbələrin Quran oxuması);
3. Camaatın istifadəsi üçün qazdığı və ya qazdırdığı quyu;
4. Əkdiyi ağac;
5. Ehsan niyyəti ilə çəkdiyi və ya çəkdirdiyi su;
6. Özündən sonra (yadigar qoyduğu və) camaatın əməl etdiyi gözəl sünnət (adət-ənənə)”


İmam Rza (ə) əsəb xəstəsinə necə əlac etdi?


İmam Rza (ə) əsəb xəstəsinə necə əlac etdi? Rəvayət olunub ki, Həzrət İmam Rza (ə) bir şəxsin əsəb xəstəliyinin təsirindən bihuş olduğunu gördü.
İmam qabda su gətirilməsini tələb etdi. Sonra həzrət Həmd, İxlas, və Muəvvəzətəyn (Fələq və Nas) surələrini o suya oxudu və suyu onun başına səpdi, beləliklə də o kişi ayıldı.
Əgər bir şəxs əsəb xəstəliyinə düçar olsa, bu surələri (Həmd, İxlas, Fələq, Nas) yazıb özündə saxlasa şəfa tapar. (\"Quranla dərman\" kitabından)


Ticarət zamanı mal satarkən qiymətin üstünə neçə faiz əlavə etməyə icazə verilir?


Ticarət zamanı mal satarkən qiymətin üstünə neçə faiz əlavə etməyə icazə verilir? Bunun üçün şəriətimizdə hər hansı konkret məbləğ və ya faiz miqdarı nəzərdə tutulmayıb. İslam qanunlarının hamısının mahiyyətində əxlaq və insaf meyarı durur. Satılan malın qiymətinin təyin edilməsi məsələsi də bu meyara tabedir. Qiyməti təyin edərkən insaf amili mütləq nəzərə alınmalıdır. Əlbəttə, qiyməti təyin edərkən bazarın vəziyyəti, qiymətlərin ümumi məzənnəsi də gözdən qaçmamalıdır. Eləcə də, möhtəkirlik, süni qiymət artımı bəyənilməzdir. İnsanların əlacsızlığından, qıtlıqdan, defisitdən istifadə edərək, malın üstünə yüksək faiz qoyub satmaq insafa ziddir və dinimizdə yolverilməz sayılır.
Ticarətdə Əgər Suni bahalandırma müsəlmanların güzaranına təsir etsə və onların haqqı olan birinci dərəcəli ehityaclarından məhrum olmasına gətirib çıxarsa bu ticarət haram həddinə çata bilər.


Kəbin kəsdirmək üçün uğurlu və uğursuz sayılan günlər varmı?


Kəbin kəsdirmək üçün uğurlu və uğursuz sayılan günlər varmı? Hər şeydən əvvəl bunu qeyd edək ki, dinimiz bu kimi məsələlərdə çox dərinə getməməyi, baş verən hadisələri əlamətlərə görə dəyərləndirməməyi tövsiyə edir. Kəbinin uğurlu ya uğursuz olması onun hansı gündə, hansı bürc altında kəsilməsindən asılı deyil. Hərçənd ki, bəzi rəvayətlərdə Ay Əqrəb bürcündə olarkən kəbin kəsdirmək məsləhət görülməyib. Amma əvvəla, bu rəvayətlər tövsiyə xarakterlidir.
İkincisi, rəvayətlərdə buyurulur ki, bəzi tədbirlərlə, məsələn, sədəqə verməklə bunun ziyanının qarşısını almaq olar. Məsləhət görürük ki, kəbin kəsdirərkən, ümumiyyətlə, hər hansı şadlıq mərasimi keçirərkən, əvvəla, bunu dini qaydalar daxilində, haramlardan uzaq formada təşkil etməyə diqqət yönəldilsin. Kəbinin uğurlu ya uğursuz olması bundan asılı ola bilər. İkincisi, dini matəm günlərində, yəni İslam müqəddəslərinin şəhadət günlərində şadlıq məclisləri keçirmək bəyənilmir. Ona görə də, şadlıq mərasiminin gününü təyin edərkən dini təqvimə baxmaq və hər hansı matəm günü ilə üst-üstə düşmədiyini yoxlamaq məsləhətdir./islam.az


İstixarə mahiyyət baxımdan fal açmaqla eyni deyilmi?


İstixarə mahiyyət baxımdan fal açmaqla eyni deyilmi? İstixarə ilə fal fərqli məfhumlardır. Əvvəla, fal açmaq dinimizdə günah sayılır və bu işlə məşğul olmaq haramdır. İstixarə barədə isə dini mənbələrimizdə mötəbər rəvayətlər mövcuddur, böyük alimlərimiz istixarə etmiş və bu barədə öz kitablarında tövsiyələr vermişlər. İkincisi, istixarə ilə falın mahiyyəti fərqlidir.
Fal açan şəxs heç bir mənası olmayan, bəzən isə şəriətdə qadağan edilən üsullardan istifadə edir. Məsələn, kart, kofe, ovuc falı və s. Amma istixarə zamanı ya Allahın kitabına müraciət edilir, ya da Allahın adların zikr edilən təsbehdən istifadə olunur.
Fal açan şəxs gələcək barədə biliyi müəyyən yollarla əldə etdiyini iddia edir. İstixarə zamanı isə insan yalnız hər hansı əməli edib-etməmək barədə Allahdan məsləhət alır, hə-yox cavabı gözləyir, gələcəkdə baş verəcək hadisənin detalları haqqında informasiya tələb etmir, çünki bunun mümkün olmadığını qəbul edir.


Hәr kәs Аllаh dәrgаhındа hаzır оlmаqdаn qоrхsa hansı addımı atardı?


Hәr kәs Аllаh dәrgаhındа hаzır оlmаqdаn qоrхsa hansı addımı atardı? Nә qәdәr ki, vахt vаr, fürsәti qәnimәt bil!
1-“Hәr kәs Аllаh dәrgаhındа hаzır оlmаqdаn qоrхdu vә hәvаyi-nәfsdәn uzаq оldu, hәqiqәtәn, оnun yеri cәnnәtdir.” (“Nаziаt” surәsi, аyә: 40-41.)
2-Pеyğәmbәr (s) buyurmuşdur: “İnsаn öz nәfsini sоrğu-suаlа çәkmәsә, mömin оlmаz. Bu sоrğu-suаl gәrәk şәrikin şәrikә qаrşı vә аğаnın qulа qаrşı rәftаrındаn çәtin оlsun.” (“Bihаrul-әnvаr”, c. 77, sәh. 88.)
3- İmаm Хоmеyni (r) “Cihаdi-әkbәr” kitаbındа yаzır: “Еy әziz! Qәflәt yuхusundаn оyаn, himmәt göstәr. Nә qәdәr ki, vахt vаr, fürsәti qәnimәt bil, nә qәdәr ki, sаğsаn, güclüsәn, cаvаnsаn, pis әхlаqlаr sәnә qаlib gәlmәyib, özünә bir çаrә qıl. Pis әхlаqı аrаdаn qаldırmаq üçün dәrmаn tаp. Şәhvәt vә qәzәb оdunu söndürmәk üçün yоl ахtаr.” (“Cihаdi-әkbәr”, sәh. 257.)


Peyğəmbər (s) İmam Əliyə (ə) Аltı kәlmәdә hansı аltı yüz min kәlmәni öyrətdi?


Peyğəmbər (s) İmam Əliyə (ə) Аltı kәlmәdә hansı аltı yüz min kәlmәni öyrətdi? Pеyğәmbәr (s) buyurub: “Еy Әli! Аltı yüz min qоyun istәyirsәn, yа аltı yüz min dinаr, yахud, аltı yüz min kәlmә? Әrz еtdi: Аltı yüz min kәlmә istәyirәm. Pеyğәmbәr (s) buyurdu: Аltı yüz min kәlmәni аltı kәlmәdә хülаsә еdirәm.
Еy Әli! Cаmааt müstәhәb işlәrlә mәşğur оlаrkәn, sәn vаcib işlәri yеrinә yеtir. Cаmааt dünyа üçün çаlışаrkәn, sәn ахirәt üçün çаlış. Cаmааt bаşqаlаrının еyiblәrini ахtаrаrkәn, sәn öz еyiblәrinlә mәşğul оl. Cаmааt dünyаsını bәzәyәrkәn, sәn ахirәtini bәzә. Cаmааt әmәllәrini аrtırаrkәn, sәn хаlis әmәl üçün zәhmәt çәk. Cаmааt mәхluqа әl аçаrkәn, sәn isә Хаliqә әl uzаt.” (“Әl-Mәvаizül-әdәdiyyә”, sәh. 293.)


İmam Rizanın (ə) hədisinə əsasən Məzəmmət оlunаn yеddi əxlaqi xasiyyət hansılardır?


İmam Rizanın (ə) hədisinə əsasən Məzəmmət оlunаn yеddi əxlaqi xasiyyət hansılardır? Məzəmmət оlunаn yеddi şеy: İmаm Rizа (ә) buyurub: “Yеddi şеy məzəmmət оlunur:
1. Dildә tövbә еdib әmәldә tövbә еtmәyәn şәхs;
2. Аllаhdаn uğur istәyib, tәlаş еtmәyәn şәхs;
3. Cәnnәt müştаğı оlub, bәlаlаrın vә çәtinliklәrin qаrşısındа sәbir еtmәyәn şәхs;
4. Cәhәnnәm оdundаn Аllаhа pәnаh аpаrаn, аmmа dünyаnın qеyri-şәri lәzzәtlәrini еdәn şәхs;
5. Ölümü хаtırlаyıb, оnа hаzır оlmаyаn şәхs;
6. Аllаhı yаd еdib, оnun görüşünә müştаq оlmаyаn;
7. Günаhı isrаr еdib, tövbә еtmәdәn Аllаhdаn әfv tәlәb еdәn şәхs.” (“Nәsаyih”, sәh. 272.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter