Günah haqqında hansı tövsiyəyə daha çox əməl edək?


Günah haqqında hansı tövsiyəyə daha çox əməl edək? Əmirəlmöminin İmam Əlinin (ə) buyuruqlarından...
-«İnsana ona üz vermiş müsibət qədər səbr verilir. Çətinliyə düşəndə dizinə döyən insan savabı əldən verir».
-«Günahın tərki tövbədən daha asandır».
-«Ən böyük günah odur ki, insan onu kiçik saysın».
-«Ləzzətlərin ötüb keçəcəyini, onların cəzasının isə qalacağını yadda saxlayın».
-«Kiçik müsibəti böyük sayan şəxsi Allah böyük müsibətə düçar edər».


Hansı əmələ diqqət etməməklə mələklərinə gəlməsinə mane olunar?


Qonaq gəlməyən evə mələk daxil olmaz:
1. Peyğəmbər (s) buyurmuşdur: “Allaha və qiyamət gününə iman gətirən şəxs öz qonağına hörmət etməlidir”.
2. Peyğəmbər (s) buyurmuşdur: “Qonaq gəlməyən evə mələklər daxil olmaz”.
3. Peyğəmbər (s) buyurmuşdur: “Qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar”.
4. İbn Əbi Yəfur deyir: “İmam Sadiqin (ə) evində bir qonaq gördüm. Bir gün o, durub iş görmək istədi. Həzrət (ə) ona icazə vermədi və şəxsən özü o işi yerinə yetirərək buyurdu: Allahın Rəsulu (s) qonağa iş gördürməyi qadağan etmişdir”.


Hansı əmələ diqqət etməməklə mələklərinə gəlməsinə mane olunar?


Hansı əmələ diqqət etməməklə mələklərinə gəlməsinə mane olunar? Qonaq gəlməyən evə mələk daxil olmaz:
1. Peyğəmbər (s) buyurmuşdur: “Allaha və qiyamət gününə iman gətirən şəxs öz qonağına hörmət etməlidir”.
2. Peyğəmbər (s) buyurmuşdur: “Qonaq gəlməyən evə mələklər daxil olmaz”.
3. Peyğəmbər (s) buyurmuşdur: “Qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar”.
4. İbn Əbi Yəfur deyir: “İmam Sadiqin (ə) evində bir qonaq gördüm. Bir gün o, durub iş görmək istədi. Həzrət (ə) ona icazə vermədi və şəxsən özü o işi yerinə yetirərək buyurdu: Allahın Rəsulu (s) qonağa iş gördürməyi qadağan etmişdir”.


Əməllərimizi nələr puça çıxarır?


Quran ayələrinə və hədislərə əsasən bəzi əməllər və deyilmiş sözlər vardır ki, insanın yaxşı əməllərini batil edir.
1. Ehtiyacı olanlara minnət qoymaq və onları incitmək. (“Bəqərə” 264).
2. İlahi rəhbərlərə ədəbsizlik etmək. (“Hucurat” 2).
3. Təkəbbür və həsəd. İmam Sadiq (ə) buyurur: “Həsəd yaxşılıqları məhv edər, necə ki, atəş odunu yandırar”. (“Zumər” 45).
5. Riya. “Həmin o kəslər ki, mallarını riya və camaata göstərmək xatirinə xərcləyirlər və Allaha və axirət gününə imanları yoxdur. (“Nisa” 38).
6. Peyğəmbərə (s) minnət qoymaq. (“Hucurat” 17)...


Hansı surəni oxumaq körpəni bəladan və insanı tənəffüs xəstəliyindən qoruyar?


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Bələd” surəsini oxuyar, Allah onu Qiyamət günü Öz qəzəbindən amanda saxlayar”. Bu surənin bərəkətləri.
1. Körpənin amanda olması. Hər kim bu surəni yazar və və təzə dünyaya gələn körpənin boynundan asar, körpənin düçar olduğu şeylərdən ona aman verər. Uşağın çox ağlamasına da nicat verər.
2. Tənəffüs xəstəliklərinin yaxşılaşması. İmam Sadiq (ə) buyurur: “Əgər “Bələd” surəsi yazılmış su ilə inhalyasiya etsə və burnu ilə yuxarı çəksə, tənəffüs yollarının ağrıları yaxşılaşar”.


İnsanı qəbir əzabından qoruyan əməllər hansılardır?


Hədislərimizdə oxuyuruq ki, o insanlar ki, cümə günündə və ya gecəsində ölərsə, qəbir əzabı onlardan götürülər.
Həzrət Peyğəmbər (s) buyurur: “Mənə çoxlu salavat göndərin ki, mənə salavat göndərmək qəbrinizdəki nurdur və Sirat zamanı olan nurdur, behiştdəki nurdur”.
Həzrət Peyğəmbərə (s) çoxlu salavat göndərmək insanı qəbir əzabından qoruya bilər. Həmçinin gecə namazı insanın qəbir əzabından xilas olmasına səbəb ola bilər.
Allah Təala Musaya (ə) vəhy edir: “Gecənin qaranlığında ayağa qalx və gecə namazı qıl ki, bu (əməl) bais olar ki, qəbrin behişt bağlarından olsun”...


“Salehlər səhərlər istiğfar edərlər” nə deməkdir?


Salehlərin istiğfarı: “Onlar gecənin az bir hissəsini yatırdılar. Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər”. (Zariyat/17-18). Allah bu ayələrdə salehlərin nişanələrindən söz açmışdır. Salehlərin ilk nişanəsi budur ki, gecəni az yatarlar. Bu ayə onu demək istəyir ki, saleh insanlar çox az hallarda gecənin hamısını yatarlar. Daha çox oyaq qalar və ibadətlə məşğul olarlar. Bu insanlar dua edər və gecə namazı qılarlar. Salehlərin ikinci nişanəsi budur ki, onlar səhər çağı istiğfar edərlər. Səhər çağı o zamana deyilir ki, gecə artıq sona çatmaqdadır və bu, elə zamandır ki, insanların əksər hissəsi yuxuda olurlar. Hər yerdə sakitlik hakim olur və heç bir səs-küy yoxdur ki, insanın diqqətini dağıtsın. Salehlər məhz bu zamanı Allahla münacat üçün seçiblər. Çünki çox fəzilətli və bərəkətli bir zamandır. Bəzi təfsirçilərin nəzərinə görə, bu ayədə istiğfar dedikdə gecə namazı nəzərdə tutulur. Çünki namazqılan vitr namazının qunutunda istiğfar edər.


Cəfəri məktəbinin ilk mötəbər kitabı hansı kitabdır?


Kərbəla faciəsindən sonra cəmiyyətdə ictimai-siyasi durum elə ağırlaşdı ki, sanki ilkin İslam dövrünə dönüş baş verdi. Peyğəmbərin rehlətindən cəmi 50 il sonra onun əziz nəvəsi İmam Hüseyni (ə) qətlə yetirdilər. İmam Səccad (ə) çox qərib oldu. Mədinə o qədər yoldan azdı ki, xalq xanəndə, rəqqasə qadınların ardınca gəzirdi. Cəmiyyətdə hakimiyyət qorxusu həqiqətə yolu qapamışdı. İslam maarifini yaşatmaqda israrlı İmam Səccad (ə) öz inqilabı üçün duanı vasitə seçdi. İmam (ə) qul alıb ona İslamı öyrədir, sonra onu azad edirdi. İmam Baqir (ə), İmam Sadiqin (ə) tədris fəaliyyətlərinin bünövrəsini əslində İmam Saccəd (ə) qoymuşdu. İmam İslam maarifini, zülmə etirazı, ədalətə çağırışı duaların mətnində çatdırırdı. Beləcə ilk şiə kitabı, “Səhifeyi-Səccadiyyə” ərsəyə gəldi. Bu kitab əhəmiyyətinə görə “Zəburi-Ali-Muhəmməd”, adını qazandı...


Axirətdə korluq deyəndə nə başa düşülür?


“İsra” surəsinin 72-ci ayəsində oxuyuruq: “Bu dünyada kor olan, axirətdə qəlbikor və azğındır.”
Əgər ayənin zahiri mənası ilə kifayətlənsək, belə bir qənaətə gəlməliyik ki, bu dünyada gözü kor olan insan axirətdə də kor olacaq. Amma peyğəmbərlər və İmamlar tərəfindən böyük ehtiramla qarşılanmış kor insanlar olmuşdur. Əgər ayədə zahiri korluq nəzərdə tutulardısa, belələri iman və saleh əməllərinə baxmayaraq Qiyamətdə məhrum qalası idilər. Hansı ki, Quranda buyurulur: “Orada (behiştdə) qəlblərin arzuladığı, gözlərin ləzzət aldığı hər nə hazırdır...” (“Zuxruf”, 71) Bəli, dünyada fiziki korluğun axirətdə korluqla sonunclanması Qurana müxalifdir. Demək, Əhli-beytdən nəql olunmuş mənaya, yəni qəlbin korluğu mənasına əsaslanmalıyıq.


Hər gün günəş çıxan zaman 4 mələk nə haqda nida çəkərlər?


Günəş doğan zaman dörd mələk onunla birlikdə olar. Onların hər birinin öz vəzifəsi vardır:
Birinci mələk səslənərək deyər: “Ey xeyirxahlar, öz işlərinizi sona çatdırın və sevinc içində olun”.
İkinci mələk: “Ey şər insanlar, (öz şər əməlinizdən) əl çəkin və tərk edin”.
Üçüncü mələk deyər: “İlahi, infaq edənlərin savabını ver, simiclik edənləri isə tələf et”.
Dördüncü mələk isə Günəşin istiliyindən azaldar. Çünki, əgər azaltmasa Günəş yeri yandırar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter