Namazların qəbul olmasını bilməyin sadə üsulubü necə əldə etmək olar?


Namazların qəbul olmasını bilməyin sadə üsulubü necə əldə etmək olar? İslaminSesi.info – Ayətullah Cavadi Amuli dərslərinin birində Əhzab surəsinin təfsirini edərkən deyib: \"Əgər bir şəxs zöhr və əsr namazını qıldı və ta axşam azanına qədər günah etmədisə deməli namazı qəbul olubdur. Amma məsciddən çıxandan sonra bir günah edibsə deməli namazı qəbul olmayıb”
Bu həqiqət Quran ayələrində də gəlib. Allah taala buyurur ki, namaz insanı pis işlərdən çətindirməlidir. Amma namazlardan sonra insandan bir günah iş baş verirsə deməli az öncə onun qıldığı namaz deyilmiş, sadəcə əyilib, qaxmaqdan ibarət bir formal ibadət imiş.


Allahın dininə qarşı pusquda duran “müsəlman” hansı əməl sahibidir?


Allahın dininə qarşı pusquda duran “müsəlman” hansı əməl sahibidir? Möminin izzəti, abrı, həyası, adı və sanı Kəbə evinin ehtiramından da üstündür. Bu, hədislərdən əxz olunub. O qədər onun ehtiram və abır-həyası mühümdür ki ona böhtan atılanda Allahın ərşi titrəyər. Məsələn Quranda gələn bəzi hökmlərdə möminin ad-sanının qorunub saxlanılmasının nə qədər vacib olduğunu görürük. Xüsusilə də bu bir möminə xanım qarşı həyata keçirilərsə. Kimsə bir müsəlman və möminə xanıma iftira atarsa 4 şahid gətirmək məcburiyyətindədir. Hal bu ki bir şəxsin qatil olduğunu göstərmək üçün 2 şahidin gətirilməsi kifayət edər.
Buna görə mömin, şəxsiyyət baxımından terror edilərsə Allahın ərşi titrəyər sanki. Peyğəmbərdən belə bir hədis gəlibdir: “Peyğəmbər buyurub: Mütəal Allah buyurub ki, mənim dostlarımdan birinə (möminlərə) böhtan və iftira yağdıran şəxs elə bil mənimlə döyüşə qalxır və pusquda durmuş sayılır. Mən o zaman dostlarımın yardımına gedərəm”


Şəriət baxımından falçıya getmək olarmı?


Şəriət baxımından falçıya getmək olarmı? Sualda deyilir: “Camaatın bəzisi kimlərinsə arasında məhəbbət yaratmaq və kimlərinsə arasında kin-küdurət yaratmaq üçün və ya itən bir əşyanı tapmaq üçün dua yazana müraciət edir. Ondan istəyilər ki problemlərini həll etsin. Bu iş şəriətdə düzgündürmü?” Cavab: “ Adətən bu işlər digərlərinə zərər yetirməklə nəticələnir. Ona görə haramdır. Həmçinin sehrdən istifadə edib, kiminsə sirrini açmaq və digər fəsadlar törətmək haramdır. Hətta belə olmasa da bu işlər tövsiyə olunmur və onlardan uzaq durmaq lazımdır. Möminlər də preoblemlərin aradan qaldırılması və bəlaların gəlməməsi üçün Allah təvəkkül etməklə, məsumları vasitə qərar verməklə və habelə yalnız məsumlardan nəql edilən dualardan istifadə etməklə bunu edə bilərlər.”


Qeydiyyata düşmək üçün ailə qurmaq günahdırmı?


Qeydiyyata düşmək üçün ailə qurmaq günahdırmı? İslaminSesi.info - Oxucu sual verir: Qeydiyyata düşmək və ya xarici ölkənin vətəndaşı olub orada qala bilmək üçün ailə qurmaq günahdırmı?
Öz-özlüyündə bu işin haram olduğunu söyləmək olmaz. Əgər bu evliliyin şərtləri və ayinləri İslam qanunlarına zidd deyilsə və tərəflərin haqqı aradan getmirsə, icazəlidir. Amma bu hərəkəti bəyənmək və təşviq etmək də mümkün deyil. Çünki dinimiz ailəyə müqəddəs və mübarək bir ocaq kimi baxır. Ailə qarşılıqlı sevgi və hörmət əsasında qurulmalıdır. Hər hansı maddi mənfəət və ya başqa səbəb üzündən ailə qurmaq haram olmasa da, bu işdə Allahın razılığını axtarmaq düzgün deyil. Ailə möhkəm təməllər üzərində qurulmalıdır ki, davam etsin və öz funksyalarını yerinə yetirsin. Ona görə də ailə qurarkən bu cür təmənnalı məqsədlərdən uzaq olmağı müsəlmanlara tövsiyə edirik.


İmam Əli (ə) ardıcılları olan şiələrin gələcəyi haqda nə deyib?


İmam Əli (ə) ardıcılları olan şiələrin gələcəyi haqda nə deyib?İmam Əlinin(ə) şiələrin gələcəyi, onların bəzi çətin imtahanlarla üzbəüz qalacağı haqda maraqlı hədisini təqdim edirik: “Ey şiələr siz sevdiyinizə və arzu etdiyinizə bir-birinizin üzünə tüpürməyənə və bəzilərinizi yalançı adlandırmayana qədər, çata bilməyəcəksiniz. Yalnız gözdə qalan az sürmə və yeməyin içində qalan az bir duz kimi. Bu haqda sizə bir misal gətirim: Bu, bənzəyir anbarına buğda azuqəsi yığmış bir kişiyə. Həmin azuqə ki, onu küləyə verib, onu təmizləyib və yığıb. Bir müddətdən sonra gəlib görər ki, onun içində qurdalr və böcəklər var. O azuqəni çıxarar yenidən küləyə verib təmizləyib, yığar. Bir müddət sonra yenidən ona baş çəkər görər ki, içində bəzi böcəklər və qurdlar var. Yenidən onu çıxarıb təmizləyər və təmizi yerinə yığıb qapını bağlayar. Sonra yenidən baş çəkər həmin böcəkləri yenə görər. Öncə etdiyini o qədər təkrarlayar ki, yerdə cəmi bir tay buğda qalar. O azuqəyə böcək dəyməyib. Baxın sizlər də belə imtahana çəkiləcəksiniz və fitnələr sizi ələyəcək. O yerə qədər ki, sizdən yalnız kiçik bu qrup qalacaq. O qrup ki, fitnələr ona zərbə vura bilməz.”


Ayətullah Behcətin nadir tövsiyələri nə haqda olmuşdur?


Ayətullah Behcətin nadir tövsiyələri nə haqda olmuşdur? İslaminSesi.info Ayətullah Behcətin tövsiyələrini ehtiva edən “Be Suye Məhbub” əsərindən iqtibas edilmiş 6 irfani nəsihətləri təqdim edir:
1. Bildiyinizə əməl edin, bilmədiyinizdə isə ehtiyatlı davranın. İmkan verin məsələ aydınlaşsın. Əməl etməyən insandan möcüzə gözləməyin.z
2. Bəzi insanlara inanırsınız (Bəzi alimlərin müridisiniz). Əsas onların əməllərini diqqətdə saxlamaqdır.
3. Məlumdur ki, hər gün Quran oxumaq, dualar oxumaq, namazların təqibatını oxumaq məscidlərə getmək, alim və salehləri ziyarət etmək Allah razı salar.
4. Hədəfiniz gərək, bütün ömrünüzü Allahı yad etməyə, ona itaət və ibadət etməyə sərf etmək olsun...


Kimdir o ən istədiyi ki, insan ona hamıdan çox zülm edir?


Kimdir o ən istədiyi ki, insan ona hamıdan çox zülm edir? “Şübhəsiz, Allah insanlara heç bir zülm etmir, lakin insanlar özləri özlərinə zülm edirlər”. “Yunus/44 Bəs necə ola bilir ki, insan özünə zülm edir? İnsanın özünə zülm etməsinin səbəblərindən biri – qəflət və cahilliyidir. Cahilliyi üzündən belə xəyal edir ki, özünə fayda verəcəkdir, ancaq əskinə - ziyan vurar. Bir nəfər Peyğəmbərin (s) səhabələrindən birinə məktub yazıb nəsihət istəyir. Səhabə də cavabında yazır: “O kəsə ki, hamıdan çox sevirsən, pislik etmə”. Həmin kişi bu cümlənin mənasını başa düşmür və xahiş edir ki, bu cümləni onun üçün şərh etsin. Deyir: “Məgər bu mümkündürmü ki, mən bir kəsi çox istəyəm və ona pislik edəm?”. Səhabə cavabında yazır: “Bəli, mümkündür. O kəsi ki, hamıdan daha çox istəyirsən – sənin özünsən. Cəhalətliyin üzündən özünə xeyir vermək xəyalı ilə özünə pislik edirsən. Bütün günahlara batırsan və elə bilirsən ki, özünə fayda verirsən. Halbuki, bu əməl özünə qarşı düşmənçilik və xəyanətdən başqa bir şey deyildir”...


Dilin aşkar etdiyi 10 xasiyyət hansılardır?


Dilin aşkar etdiyi 10 xasiyyət hansılardır? İmam Əli (ə) buyurur: “İnsanda 10 sifət vardır ki, dil onları aşkar edər:
1. Vəsf edəndir ki, onunla əşyalar tanınar.
2. Rəhbərdir ki, yaxşılıqlara əmr edər.
3. Nəsihət verəndir ki, pisliklərdən saxlayar.
4. Təskinlik verəndir ki, qəmlər onunla təskinlik tapar.
5. Onun vasitəsilə kinlər aradan gedər.
6. Ürəkləri oğurlayandır ki, qulaqlar onun vasitəsilə ləzzət alar”...


İmam Zaman ağanın (ə.f) diqqətini necə cəlb edək?


İmam Zaman ağanın (ə.f) diqqətini necə cəlb edək? İmamın (ə.f) intizarında olan bir cəmiyyət, xalis və sağlam əmələ malik olan cəmiyyət olmalıdır. O cəmiyyət ki, fəsada düçar olar, İmamın (ə.f) zühuruna hazır olduğunu iddia edə bilməz. Alimlərdən biri deyir: Həzrət İ. Zaman (ə.f) üzünə mənə çevirib buyurur: “Ey əziz! Bu mənzərəni gördün? Buna görədir ki, biz sizin sorağınıza gəlirik. Lazım deyildir ki, əziyyət çəkəsən, sağlam əməlin olmalıdır. Gərək müsəlman olasan ki, səninlə həmkarlıq edim. Bu şəhərdə mən bu qocanı seçmişəm. Çünki dindardır və Allahı da tanıyır. Bu da verdiyi imtahanlardan biri idi. Bu qoca qarı bazarın əvvəlindən ehtiyacı olduğunu elan etmişdi. Onu ehtiyaclı görən zaman əlindəkini ucuz almaq istəyirdilər. Heç kəs ona üç dirhəm belə verməyə hazır deyildi. Ancaq bu kişi onu səkkiz dirhəmə aldı. Mən hər həftə onun sorağına gəlirəm. Onun halını soruşuram”. Bəli, İmamın (ə.f) diqqətini cəlb edən şey – ancaq saleh və xalis əməldir. Ona görə də hər bir müsəlman öz əməlinə diqqət etməli, ictimai və iqtisadi haqları düzgün yerinə yetirməlidir.


Əməllər necə batil olur? Nə edək ki, əməllərimiz heçə getməsin?


Əməllər necə batil olur? Nə edək ki, əməllərimiz heçə getməsin? \"Ey iman gətirənlər Allaha itaət edin, Onun peyğəmbərinə itaət edin və öz əməllərinizi batil etməyin”. (“Muhəmməd (s)” 33). Ayə və hədislərdən belə nəticəyə gəlmək olur ki, bəzi əməllər insanın saleh əməllərini batil edir. Onlarla tanış olaq:
1. Ehtiyacı olanlara minnət qoymaq və onlara əziyyət vermək – infaqın savabını batil edər.
2. İlahi rəhbərlərə qarşı ədəbsizlik etmək – əməlləri batil edər.
3. Təkəbbür və həsəd əməlləri batil edər. İmam Sadiq (ə): “Həsəd yaxşılıqları məhv edər, necə ki, atəş odunu yandırar”.
4. Allaha şirk etmək. 5. Şirkin bir növü olan riya da əməlləri batil edər.
Hz Peyğəmbər (s): “Hər kim bir “Sübhənallah” deyər, onun üçün behiştdə ağac əkilər”. Bir nəfər deyir: “Deməli, bizim behiştdə çoxlu ağaclarımız vardır”. Həzrət (s) yuxarıdakı ayəni oxuyur və buyurur: “Ehtiyatlı olun və ondan sonra atəş göndərməyin ki, onları yandırsın”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter