Bərzəx həyatı necə olur?


Dünya həyatı sona çatan kimi, ruh lətif bir cismə girər. Maddi cismin bəzi çatışmamazlıqlarından uzaqdır. O, maddi cismə bənzədiyi üçün ona misal bədəni deyirlər. O, nə kamilən mücərrəddir və nə də maddi. Bərzəx aləmini dərk etmək, maddi dünyanın əsiri olan bizlər üçün çətindir. O, bu dünyadan daha üstün bir dünyadır. (Əndişeyi-Qum saytı)


Vəsİyyətdə nəyİ qeyd etmək lazımdır?


Allah Təala buyurur: “Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır”. ( “Bəqərə” 180).


Məsumların (ə) elmİnİ kİmlər dİrİ saxlayar?


İmam Rza (ə) buyurur: “Allah rəhmət etsin o bəndəyə ki, bizim əmrlərimizi dirildər”. Hədisi nəql edən soruşur: “Sizin əmrləri necə dirildər?”. Həzrət (ə) buyurur: “Bizim elmimizi öyrənər və insanlara öyrədər. Əgər insanlar bizim kəlamlarımızın gözəlliyini bilsələr, bizim ardımızca gedərlər”.


HANSI ŞƏXSLƏRDƏN MƏSLƏHƏT ALMAQ OLAR?


Şübhəsiz ki, hər adamla məsləhətləşmək insana xeyir gətirməz. Xaraktercə zəif və nöqsanlı məsləhətçinin göstərdiyi yol, insanı uçuruma apara bilər. Əli (ə) buyurur: «Üç qəbil insanla məsləhətləşmə: Paxıl, qorxaq və tamahkar insanlarla. Paxıl səni kasıbçılıqla qorxudub, başqalarına əl tutmaqdan çəkindirər.


FASİQ KİMDİR? FASİQDƏN NİYƏ UZAQ OLMAQ LAZIMDIR?


Fasiq insan o kəsə deyilir ki, açıq-aşkar və heç kimdən çəkinməyərək, əxlaqın, qanunun ziddinə olan rəftar nümayiş etdirir.
Fasiqliyin kükünü həmin şəxsin imanının kamil büluğa çatmamasında axtarmaq lazımdır. Ona görə də ola bilsin ki, həmin şəxs müsəlman olsun, ancaq fasiq olsun. Çünki onun imanı və İslamı elə həddə çatmamışdır ki, onu bu rəftarlardan saxlasın. Təqvaya tərəf hidayət etsin. Şübhəsiz ki, fasiq insan cəmiyyətə çox sayda ziyanlar vurar.


QİYAMƏT GÜNÜ AZYAŞLI UŞAQLAR VƏ DƏLİLƏR HESABA ÇƏKİLƏCƏKMİ?


İlk növbədə bunu bilmək lazımdır ki, dini vacibatları yerinə yetirmək üçün insan ağla və həddi-büluğa malik olmalıdır. O zaman ki, insanın üzərində vacibatları olmaz - o, hesaba çəkilməz və savab və cəza almaz.


KƏBƏ HAQQINDA BUNLARI BILİRSİZMİ?


Kəbə ərəbcə \"əl-Kəb”(الكعب) sözündən götürülüb mənası \"kub\" deməkdir. Kəbənin şimal-şərq divarıının eni 12,63 m, şimal-qərb divarının eni 11,03 m, cənub-qərb divarının eni 13,10 m, cənub-şərq divarının eni 11,22 m və hündürlüyü 13,10 m-dir. Müqəddəs tikilinin sahəsi 128,4 kv.m-dir. Kəbə binasının küncləri Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.


QƏBİR ÖZ SAHİBİNƏ NƏ DEYİR?


Mömin bəndə qəbirə daxil olan zaman qəbiri ona deyər: \"Mərhəba! Xoş gəlmisən. Allaha and olsun ki, mən səni sevdim. Mənim üzərimdəki torpaqda yol getdiyin vaxtdan, indi ki, qarnımdasan, səni daha çox sevdim”.


ÖZÜNÜ İNSAN ADLANDIRAN VARLIQ HEYVANİ HİSSLƏRƏ NECƏ TƏSLİM OLA BİLƏR?!


İnsan yaranmışların şərəflisi olduğuna diqqət etsə, çirkin əxlaq və günahdan qaçar. Özünü insan adlandıran varlıq heyvani hislərə necə təslim ola bilər?!
Həzrət Əli (ə) buyurur: \"Özünü əziz tutan insan üçün şəhvətlər ləyaqətsiz görünür.”


ŞEYTANDAN QABAQ KAFİR OLUBMU?


Bəqərə surəsinin 34-cü ayəsində oxuyuruq: \"(Ya Peyğəmbər!) Biz mələklərə: \"Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) O, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.” Ayədən belə görünür ki, şeytandan qabaq kafirlər olub. Qeyd edək ki, şeytan cin növündəndir. Kəhf, 50


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter