Pulla alınması mümkün olmayan şeylər nələrdir!?


Pulla alınması mümkün olmayan şeylər nələrdir!? Pulla alınması mümkün olmayan doqquz şey:
1-Zaman, bulud kimi keçər qayıtması mükün olmaz, 2-Sağlıq, insan xəstələnəndə onun qədrini bilər. 3-Xoşbəxtlik, qara günlərdə onun dəyəri bilinər. 4-Dostluq, yalnız əmanətdarlıqla qazanılan bir rabitədir, 5-Sevgi və məhəbbət, üstün dəyərli olanlar arasında davamı olaraq qurulur. 6-Etibar, insanın çox çalışması və əziyyətlə qazanacağı bir həyat hədiyyəsidir. 7-İnam, yalnız insaflı olmaqla qazanılır. yəni özünə bəyəndiyini başqalarına da bəyənəcəksən, xoşlamadığını başqalarına rəva bilməyəcəksən, 8-Bacarıq, özünə inanaraq daxili güclərini üzərə çıxaracaqsan, həyatda səhvlərindən təcrübə alaraq düzgün addımlar atacaqsan. 9-Sakit yaşayış, insanın qəlbi və həyatı o zaman təskinlik tapar ki sonsuz qüvvəyə güvənmiş olsun. O da yalnız kamil elmə və qüdrətə sahib olan Allaha inanmaqla mükündür!


Kafir olmağın səbəbləri nələrdir?


Kafir olmağın səbəbləri nələrdir? İmam Sadiq (ə) buyurur: اُصُولُ الْكُفْرِ ثَلاثَةٌ: اَلْحِرْصُ وَالاْسْتِكْبارُ وَالْحَسَدُ
Kafir olmağın bünövrələri üçdir: 1. Dünya həyatına həddən artıq vurğun olmaq. 2. Təkəbbürlü olmaq. 3. Başqalarına həsəd aparmaq.
Sonra Həzrət buyurdu: Dünya həyatına vurğun olmaq, Adəm peyğəmbəri - qadağan olunmuş ağacın meyvəsini yediyi üçün behiştdən çıxardı. Təkəbbür, Şeytana Allahın əmrinə itaət edib Adəmə səcdə etmək icazəsini vermədi. Həsəd isə Adəm peyğəmbərin oğlanlarından birinin (Qabil) o birisini (Habili) öldürməsinə səbəb oldu. \"Məhəmməd Yəqub Kuleyni, Usul əl-Kafi, cild: 2, səh: 289\"


Başqa günahlar üçün açar rolunu oynayan günahlar hansılardır?


Başqa günahlar üçün açar rolunu oynayan günahlar hansılardır? Bəzi eyblər və günahlar başqa günahlar üçün açar rolunu oynayar. Bu günahlarla tanış olaq:
1. Həsəd. Həsəd insanları bir çox günahlara, o cümlədən: töhmətə, yalana, sui-zənnə vadar edər.
2. Hərislik və simiclik. Simic insan zəkat verməkdən boyun qaçırdar. İnsanlar adətən simic insanlardan narahat olarlar, bu da sui-zənnə səbəb olar.
3. Yalan. İnsan yalan danışaraq, günahlarının üzərini örtmək istəyər. Bu yolla başqa günahlara düçar olmuş olar.
4. Qəzəb və pisəxlaqlılıq. Qəzəb elə bir eybdir ki, haqq basmağa, söyüşə, qeybətə, kinə və başqa günahlara səbəb olar.


Məbada müxalifləri hörmətdən salasınız!


Məbada müxalifləri hörmətdən salasınız! Ayətullah Seyid Əbülhəsən İsfahani haqqında
Mərhum Ayətullah-üzma Seyid Abdullah Şirazinin oğlu Seyid Məhəmmədbaqir Şirazi deyir: 15 yaşım olardı, atam və bir qrup tələbə ilə Kufə çayı sahilinə getmişdik. O zaman alimlər tətildə istirahət üçün Nəcəfdən çıxıb, Kufə çayı kənarına gələrdilər. Ayətullah Seyid Əbülhəsən İsfahani də orada idi. Alim tələbələrdən xahiş edir ki, ağzı bağlı ağır kisəni çayın kənarına gətirsinlər. Sonra kisənin ağzını açıb, məktublar çıxarır, onları iki bölüb suya atmağa başlayır. Hamı bu məktubların sirri ilə maraqlanır. Ayətullah Seyid Əbülhəsən İsfahani buyurur: “Bu məktubları müxaliflərim yazıb. Məktublarda məni təhqir ediblər. Qorxuram ki, məndən sonra başqalarının əlinə düşər, məktub yazanlara əziyyət olar...”


Rəhbərin qədr gecəsi ilə bağlı 12 tövsiyəsi nələrdir?


Rəhbərin qədr gecəsi ilə bağlı 12 tövsiyəsi nələrdir? İslam dünyasına dua edin...
Mübarək ramazan ayının misilsiz fəzilətə malik qədr gecəsinin çatması münasibəti ilə cənab Ayətullah Xameneinin bəzi tövsiyələri yada salınır. Bu tövsiyələrdən istifadə etməklə qədr gecəsindən daha çox faydalana bilərik. Tövsiyələr ibarətdir: 1. Qədr gecəsinə mənəvi hazırlıqla daxil olun, 2. Qədr gecəsinin saatlarını qənimət sayın, 3. Maddi rəzalətlərdən uzaq olun, 4. Bu gecə ən yaxşı əməl duadır, 5. Duanın mənasına diqqət yetirin. 6. Allahla söhbət edin, 7. Allahdan üzr istəyin, 8. Qəlbinizi Əmirəlmömininin (ə) uca məqamı ilə tanış edin, 9. İmam Zamana (əc) diqqətli olun, 10. Yaranış və tale ayələri barədə düşünün, 11. Məmləkət və müsəlmanlara dua edin, 12. Öz istəkləriniz və möminlərin istəyini Allahdan diləyin


Müaviyənin İslam ümmətinə etdiyi ən böyük xəyanəti nə oldu?


Müaviyənin İslam ümmətinə etdiyi ən böyük xəyanəti nə oldu? Müaviyə İslam ümmətinə böyük nemət olan Xilafəti səltənətə çevirməklə müsəlmanlara ən böyük xəyanəti etdi!
Qırxıncı hicri ilində Müaviyyə İslam xilafətini ələ keçirdi, fasiləsiz olaraq İraqa gəlib, moizə etdi, camaata xədərdarlıq edib, dedi: \"Mən sizinlə namaz, oruca görə döyüşmürdüm, bəlkə sizə hökumət etmək istəyirdim və öz məqsədimə çatdım\". O yenə deyirdi: \"İmam Həsənlə (ə) bağladığım sülh peymanı mənim ayağım altındadır\"
Müaviyyə bununla işarə edirdi ki, dini öhdəliklərə əməl etməyəcək və bütün qüvvəsini öz hökumətini saxlamağa sərf edəcək. Əlbəttə, mə’lum idi ki, o dini işlər, İslamın irəliləyişi və xalqın rifahı barəsində fikirləşsəydi, heç vaxt xilafəti İmam Həsənin (ə) əlindən almazdı. Çünki Müaviyyə də yaxşı bilirdi ki, xilafəti idarə etməyə ən layiqli şəxs, İmam Həsəndir (ə). Müaviyyə xilafəti şahlığa çevirdi və hətta onun hüzuruna gələnlərin bəziləri ona padşah ünvanı ilə salam verirdilər. Özü də bəzi xüsusi məclislərdə öz hökumətindən şahlıq təbir edirdi. Bu minvalla özündən sonra insanda ola biləcək bütün çirkin xüsusiyyətli övladını müsəlmanların üstünə başçı olaraq təyin etdirdi. ...


Əllamə kimə deyilir?


Əllamə kimə deyilir? Əllamə (علّامه) lüğətdə ərəbcə mübaliğə siğəsində çox bilən, çox məlumatlı şəxs mənasındadır. Terminoloji baxımından İslam elmlərinə dərindən bələd alimə əllamə deyilir. Ayətullah adı kimi əllamə adı da bəzi müsəlman alimlərə verilən xüsusi addır. Əllamə sayılan alim ensiklopedik məlumata malik olur, bir neçə ixtisas üzrə mütəxəssis kimi tanınır. Əllamə rəsmi hövzə titulu, dərəcəsi deyil. Bu ad kiçik bir qrup İslam alimlərinə verilmişdir. Bəzən fəlsəfə, bəzən fiqh, bəzən də ədəbiyyat sahəsində söz sahibi olan böyük alimlər əllamə adlandırılır. Hazırda İslam dünyasında, şiə cameəsində əllamə deyərkən Əllamə Təbatəbai nəzərdə tutulur. Ötən dövrdə böyük fəqih Əllamə Hilli bu adla yad edilib. Əllamə adlandırılan alimlər öz biliklərini dəlillərlə əldə etdiklərindən adətən filosoflar əllamə adlandırılıb.
Əllamə adı ilə məşhur alimlər: 1-Əllamə Təbatəbai, 20cildli Əlmizan təfsirinin müəllifi. 2-Əllamə Məclisi - 110 cildli Biharul-ənvar hədis kitabının müəllifi. 3-Əllamə Hilli – fiqhdə təkcə əllamə deyəndə Əllamə Hilli nəzərdə tutulur. 4-Əllamə Əmini – Əlqədir (Əhli Beyt məktəbini isbatçısı) kitabının müəllifi. 5- Əllamə Həsənzadə Amuli ...


İmam Həsən Muctəba (ə)-ın qoşunu hansı dəstələrdən təşkil tapmışdı?!


İmam Həsən Muctəba (ə)-ın qoşunu hansı dəstələrdən təşkil tapmışdı?! İmam Həsənin(ə) qoşununa yığılmış dəstələr ibarət idi:
1) Hz.Əlinin(ə) şiələrindən ibarət tərəfdarları; 2) Xəvaric; (Onlar Müaviyə ilə döyüşmək üçün bütün yollara əl atmışdılar. Onların İmam Həsənin(ə) dəstəsinə qoşulmasına səbəb Müaviyə ilə düşmənçiliklərinə görə idi.) 3) Dünyapərəst və mənfəətpərəst şəxslər; Bunlar da özlərinə maddi mənfəət əldə etmək üçün İmam Həsənin(ə) ordusuna qoşulmuşdular. 4) İki ürəkli və şəkk edən insanlar; Onların nəzərincə İmam Həsən(ə) kimi böyük bir şəxsiyyətin Müaviyədən elə bir üstünlüyü yox idi. 5) Nəhayət, din xatirinə deyil, əksinə qəbilə düşmənçiliyinə görə və sadəcə öz qəbilə başçılarından itaət edib mübarizəyə qoşulanlar.


Kimlər Qiyamət günü ən çox həsrət çəkər?


Kimlər Qiyamət günü ən çox həsrət çəkər? Quran ayələri insanların həm dünyada və həm də axirətdə çəkəcəkləri həsrətlə bağlı bəzi işarələr etmişdir. (Tebyan)
1. Dünyada olan zaman yaxşı dosta malik olmağın həstərini çəkmək. “Furqan” 28.
Həzrət Peyğəmbər (s) yaxşı dost üçün bəzi meyarlar müəyyən etmişdir. a). Onunla görüşmək sizə Allahı yada salsın. b). Danışığı elminizi artırsın. c) Əməli sizə axirəti xatırlatsın. 2. Həzrət Peyğəmbərin (s) davamçısı olmamağın həsrəti. “Furqan” 27. 3. Kafirlərin möminlərə qələbə çalmaq həsrəti. “Ənfal” 36. 4. Allahın əmrlərinə əməl etmədiklərinin həsrəti. (“Zumər” 56). 4-1. O kəs ki, axirətini dünyasına görə satar. 4-2. O kəs ki, ədalətdən danışar və özü ona əməl etməz. 4-3 O kəs ki, malı haram yolla əldə edər. ...


Ayə və rəvayətlərdə Ustada hörmət haqda nələr tövsiyə olunur?


Ayə və rəvayətlərdə Ustada hörmət haqda nələr tövsiyə olunur? Elm öyrənmək üçün soruş, əziyyət vermək üçün soruşma!
İmam Sadiq (ə) təvazökarlığı tələbə və şagirdin vəzifəsi sayaraq buyurur: “Elm öyrəndiyiniz şəxsə münasibətdə təvazökar olun.” Şəhid Sani bu barədə maraqlı bir hekayət söyləyir: “Həmdan İsfəhani deyir ki, Şərikin hüzurunda olduğum zaman xəlifənin övladlarından biri otağa daxil oldu və divara söykənərək bir hədis barədə Şəriklə sual-cavaba başladı. Şərik ona diqqət yetirmədi və üzünü bizə tərəf çevirdi. Xəlifənin oğlu sualı təkrarladı. Şərik yenə də ona cavab vermədi. Nəhayət xəlifənin oğlu etiraz etdi ki, mənim sualıma cavab verməməyin mənə qarşı təhqirdir. Şərik dedi ki, elm Allahın yanında o qədər əzəmətlidir ki, mən onu kiçiltmək səlahiyyətinə malik deyiləm. Bu sözdən sonra xəlifənin oğlu Şərikin qarşısında iki dizi üstə əyləşdi. Şərik buyurdu ki, elmi bu vəziyyətdə öyrənərlər.” ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter