İlahi imtahan və bəlaların mömin şəxs üçün nə faydası var?


İlahi imtahan və bəlaların mömin şəxs üçün nə faydası var? Məfzəl nəql edir: “Həzrət Əbu Abdullah (ə) buyurmuşdur: “Ey Məfzəl! Günahlardan çəkin və bizim davamçılarımızı da ondan çəkindir. Allaha and olsun ki, günah sizə yaxın olduğu kimi, heç kəsə yaxın deyildir.
Əgər sultan və ya validən sizə bir əziyyət dəyərsə, mütləq düçar olduğunuz günaha görədir.
Əgər sizlərdən birinizə xəstəlik üz verərsə, mütləq düçar olduğunuz günaha görədir.
Əgər ruzi həbs olunarsa, onun etdiyi günahlara görədir...


Özünü kiminləsə müqayisə etmək niyə pisdir?


Özünü kiminləsə müqayisə etmək niyə pisdir? ...İnsanın bilik öyrənməsinə səbəb olan yollardan biri də müşahidə yoludur. Ancaq insan əgər müşahidə zamanı təfəkkürdən uzaq olarsa, o zaman təcrübə əldə etmək yerinə, ziyana uğrayanlardan olar. Həsəd, kin, həqarət hissi varlığını bürüyər və depresiyyaya düşər. Öz istedad və qabiliyyətlərini görməməzliyə vurar.
İmam Sadiq (ə) buyurub: «Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr, dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək».


Dualarımız niyə qəbul olunmur?


Dualarımız niyə qəbul olunmur? Duanın qəbul olunmasının şərtlərindən biri də onun diqqətlə oxunmasıdır. Bəzən dil “İlahi, bizi bağışla!”, “İlahi, bizə ruzi ver!” və “İlahi, bizim borcumuzu ödə!” kimi cümlələrə vərdiş edir. İnsan on il belə dua edir, lakin qəbul olunmur. Bunun faydası yoxdur. Duanın şərtlərindən biri odur ki, (ürək qafil olmasın). Allah-Taala buyurdu ki, nə istədiyinə və kiminlə danışdığına diqqət yetirməyən qafil ürək sahibinin duasını qəbul etməz. (\"Bihar, 74, səh. 125; hədis Peyğəmbərdəndir (s).) Bəllidir ki, bu xüsusiyyətlərə malik dua qəbul olunmaz. Yalvarmaq və ciddi istəmək lazımdır. Allah-Taaladan israrla diləyin, yenə istəyin. Bu zaman Allah-Taala, sözsüz ki, duaları qəbul edəcək. Duanın həqiqi və onun ardınca cavabın qəti olmasının şərtləri \"Əgər duanın şərtləri mövcud olmasa, dua qəbul olunmaz!\" Rəvayətlərdə göstərilmişdir ki, əgər duanın şərtləri mövcud olmasa, dua qəbul olunmaz. Hər halda, duanın da şərtləri var. -Ayətullah Seyid Əli Xamenei


Hansı günahlar insana ilahi əzabı yaxınlaşdırar?


Hansı günahlar insana ilahi əzabı yaxınlaşdırar? Bir çox günahlar əməllərin cəzasını yaxınlaşdırır, tezləşdirir. “Məanil-əxbar”da nəql olunmuş bir rəvayətdə İmam Səccad (ə) doqquz belə günah sadalayır:
1. Zülm (bəğy); 2. Başqalarının hüququna təcavüz; 3. Allahın bəndələrinə məsxərə etmək;
4. Əhdi pozmaq; 5. Aşkar günah; 6. Yalanı açmaq;
7. Dinə zidd mühakimə; 8. Zəkat ödəməmək; 9. Ölçüdə çəkidə əskiklik.


Hansı üç var insanın dünyada bəxtəvər edər? İmam Sadiqin (ə) hədisi


Hansı üç var insanın dünyada bəxtəvər edər? İmam Sadiqin (ə) hədisi İmam Sadiq (ə) buyurmuşdur: \"Üç şey hər bir dövrdə çətin tapılandır - Allah yolunda qardaşlıq edən şəxs; Din işlərində əri ilə həmkarlıq edən ləyaqətli qadın; Rəşid övlad (atasının meylləri ilə müvafiq olan).
Kim bu üç nemətdən birini əldə etsə, dünya xeyrinə və uca bir bəxtə sahib olar.\"


Namazı batil edən əməllər hansılardır?


Namazı batil edən əməllər hansılardır? On iki şey namazı batil edər və onlara «mubtilat» deyilir:
1. Namazın əsnasında onun şərtlərindən biri pozulsun. Məsələn, namaz əsnasında başa düşsə ki, libası nəcisdir.
2. Namazda ikən qəsdən, səhvən və ya çarəsizlikdən dəstəmaz və ya qüslü batil edən bir şeylə qarşılaşarsa; məsələn, ondan bövl gələrsə namazı batil olur...
3. Təvazö və ədəb qəsdilə əlləri bir-birinin üzərinə qoymaq da namazı batil edənlərdir. Amma namazın bu işlə batil olması ehtiyata əsasəndir.
4. Namazı batil edən növbəti şey, Həmdi oxuyandan sonra «Amin» deməkdir. Bunun namazı batil etməyi, mə`mumdan başqasında ehtiyata əsasəndir...


İblis (lən) Yəhya (ə)-da hansı xasiyyəti təriflədi və o etməyəcəyinə söz verdi?


İblis (lən) Yəhya (ə)-da hansı xasiyyəti təriflədi və o etməyəcəyinə söz verdi? İmam Riza (ə) buyurur: Şeytan, Adəm (ə) peyğəmbərin dövründən İsa ibn Məryəmin (ə) dövrünə qədər ardıcıl olaraq peyğəmbərlərin yanına get-gəl edirdi. O, hamıdan çox həzrət Yəhyanı (ə) incidirdi. Bir gün Yəhya (ə) şeytana dedi: - İndiyə qədər mənə güc gəlib qələbə çalmısanmı? Şeytan cavab verdi: - Xeyr. Lakin səndə olan bir xasiyyəti mən çox sevirəm. Hz Yəhya (ə) soruşdu: - O, hansı xasiyyətidir? Şeytan dedi: - Doyunca yemək yeyirsən və bu da sənin bəzi namazlarına, gecə səhərə qədər tamamilə oyaq qalıb ibadətlə məşğul olmağına mane olur. Yəhya (ə) bu sözü eşidəndən sonra dedi: - Mən elə bu andan Allahla əhd bağlayıram ki, Onunla görüşənə qədər doyunca yemək yeməyim. Şeytan da dedi: - Mən də Allahla əhd bağlayıram Onunla görüşənədək heç bir kəsə nəsihət etməyəcəyəm...


Quran və hədislərdə Qumar oynamağın haramlığı haqda nə deyilmişdir?


Quran və hədislərdə Qumar oynamağın haramlığı haqda nə deyilmişdir? Böyük günahlardan biri də qumardır. Vəsailüş-şiə kitabının 17-ci cildində nəql olunmuş bir rəvayətdə İmam Sadiq (ə) qumarı böyük günahlara aid edir. “Bəqərə” surəsinin 219-cu ayəsində buyurulur: «Səndən məstedici maye və qumar haqqında soruşurlar. De ki, məstedici maye və qumar böyük günahdır.»
Qumar alətlərini düzəltmək, onları düzəltmək üçün haqq almaq, onları satmaq və almaq haramdır. Böyük şiə fəqihlərinin əksəriyyəti hətta udub-uduzmadan bu oyunları oynamağa icazə vermir. Bu alətləri saxlamaq haram, məhv etmək isə vACibdir. Qumar məclisində oturub tamaşa etmək haram və bu məclisdən uzaqlaşmaq vACibdir.


Hz. Əlinin (ə) 300 dirhəmlik sədəqəsinin qəbulu hansı 3 əhvalata görə baş verdi?


Hz. Əlinin (ə) 300 dirhəmlik sədəqəsinin qəbulu  hansı 3 əhvalata görə baş verdi? ... Peyğəmbərin (s) yanına gəlib əhvalatı danışdım. O buyurdu: “Ya Əli! Cəbrail deyir ki, Allah sənin sədəqələrini qəbul edib, işini paka çıxarıb. Birinci gecə yüz dinar verdiyin günahkar qadın evə gedib tövbə qılıb və həmin yüz dinarı dolanışığı üçün sərmayə qərar verib. İndi isə ərə getmək barədə düşünür. İkinci gecə yüz dinar verdiyin oğru tövbə qılıb və sənin verdiyin pulla ticarətə başlayıb. Üçüncü gecə sədəqə verdiyin varlı adam uzun illər idi ki, xüms-zəkat ödəmirdi. Sən yüz dinarı verəndən sonra özünü danlayaraq deyib: “Çox paxıl adamsan! Əli ibn Əbi Talib heç nəyi olmadığı halda yüz dinar infaq etdi. Sən isə varlı olduğun halda vacib zəkat ödəmirsən.” Bunu deyib boynunda qalan bütün zəkatı ödəyib. Bu səbəbdən də Allah sənin haqqında ayə nazil edib. (“Əl-mənaqib”, 2-74)


İmam Hüseyn (ə) qiyam etməsəydi...


İmam Hüseyn (ə) qiyam etməsəydi... ... Əgər İmam Hüseyn (ə) qiyam etməsəydi, tənbəllik və məsuliyyətdən qaçmaq ruhiyyəsi zülmə qarşı barışmazlıq və məsuliyyət hissetmə ruhiyyəsinə çevrilərdimi?! Nə üçün deyirik ki, məsuliyyət hissetmə ruhiyyəsi ölmüşdü? Ona görə ki, İmam Hüseyn (ə) İslam böyüklərinin övladlarının mərkəzi olan Mədinədən Məkkəyə getdi. Abbasın övladı, Zübeyrin övladı, Ömərin övladı, İslamın ilk xəlifələrinin övladları Mədinədə toplaşmışdılar, amma onların heç biri həmin qanlı və tarixi qiyamda İmam Hüseynə (ə) kömək etmədi. -Ayətullah Seyid Əli Xamenei


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter