Hz. Məhdinin (ə.c) qiyamı zamanı ona dəstək olacaq əsas 3 dəstə insanlar kimlərdir?


Hz. Məhdinin (ə.c)  qiyamı zamanı ona dəstək olacaq əsas 3 dəstə insanlar kimlərdir? İmam Zaman ağanın (ə.f) qiyamı zamanı üç dəstə yardım edəcəkdir: -Birinci dəstə. İmam Zaman ağanın (ə.f) ətrafında toplanıb ilk ona yardım edəcək kəslər – 313 nəfər xüsusi dostlarıdır ki, Həzrətin (ə.f) ordusuna rəhbərlik edəcəklər. İmam Cavad (ə): “Bədr səhabələrinin sayı qədər 313 nəfər səhabələr, Yer kürəsinin uzaq nöqtələrindən onun ətrafında hazır olacaqlar”.
-İkinci dəstə. On min nəfərlik ordudur ki, İmamın (ə.f) ən yaxın tərəfdaşlarından təşkil ediləcəkdir. Bu ordu toplanan kimi, İmamın (ə.f) qiyamı başlayacaqdır. İmam Cavad (ə): “On min kişidən ibarət olan əqd kamil olan kimi, Əziz və Cəlil Allahın izni ilə qiyam edəcəkdir”.
- Üçüncü dəstə. Zülmdən yorulmuş insan toplumudur ki, İmama (ə.f) yardım etmək üçün ona qoşulacaqlar. Hz Peyğəmbər (s): “Yer üzü nuru ilə aydınlanar və hökuməti dünyanın şərq və qərbinə çatar”...


İmam Zaman ağa (ə.f.) harada yaşayır?


İmam Zaman ağa (ə.f.) harada yaşayır? İmamın (ə.f.) hər yerdə yaşayıb və hər şeydən xəbərdar olması cismi varlığına aid bir məsələ deyildir. Bəlkə bu, İmamın (ə.f.) elmidir ki, insanların halından və aləmdə baş verənlərdən xəbərdar olur. Bu, həmin qeyb elmidir ki, Allah Məsumlara (ə) əta etmişdir. Əgər İmam (ə.f.) buyurursa ki: “Bizim sizin halınızdan xəbərimiz var və sizin vəziyyətinizin heç bir şeyi bizdən gizli deyildir”, o deməkdir ki, burada onun elmi nəzərdə tutulur.
İmam (ə.f.) buyurur: “Biz zalımların evindən uzaqda sükunət edirik, Allah hökumətin Qasiqinlərin əlində olduğu müddətdə bunu bizə məsləhət görmüşdür. Ancaq sizin işlərinizdən agahıq. Sizin xəbərlərin hətta bir zərrəsi belə bizdən gizli deyildir”...


Hər gün sədəqə vermək mümkündürmü?


Hər gün sədəqə vermək mümkündürmü? Sədəqə vermək ilahi bir lütfdür! Rəvayətlərdə vardır ki, bir gün peyğəmbər Əkrəm (s) buyurdu: Hər bir müsəlman gərək hər gün sədəqə versin. Soruşdular ya Rəsuləllah (s) hərgün bunu kim edə bilər?
Allah Rəsulu buyurdu: Yola düşmüş bir maneəni götürmək sədəqədir, bir kəsə yol göstərmək sədəqədir, xəstəni ziyarət etmək sədəqədir, yaxşılığa dəvət sədəqədir, pislikdə cəkindirmək sədəqədir, salamın cavabını vermək sədəqədir. ( Biharul- ənvar. Cild 96. Səh. 134 ) Həqiqətən İlahinin rəhmət qapıları daima insanlar üçün daima açıqdır.


Xızır Peyğəmbərin (ə) Musaya (ə) son vəsiyyəti nə haqda oldu?


Xızır Peyğəmbərin (ə) Musaya (ə) son vəsiyyəti nə haqda oldu? İmam Səccad buyurur: \"Xızır Musa ibni İmrana verdiyi ən son vəsiyyətində belə buyurdu: Heç vaxt kimsəni günahına görə xar edib abrını aparma!\" (əl-Xisal, səh-111)
Mütəal Allah səttardır. Səttar yəni eybləri örtülü saxlayan. O, o qədər kəramət sahibidir ki bəndəsini günahlarının üstünün açılması ilə dərhal cəzalandırmaq istəmir. O, insanların günahlarını gizlin saxlayır. O dünyada isə onlar cəzalarını alacaqlar. Buna görə hər bir insan öz eyblərini nəzərə alaraq, digərlərini xar etməkdən çəkinməli, az da olsa səttarlıq xislətinə malik olmalıdır.


Peyğəmbərin öpdüyü və cəhənnəm odunda yanmayacaq əl hansı əməl sahibidir?


Peyğəmbərin öpdüyü və cəhənnəm odunda yanmayacaq əl hansı əməl sahibidir? Halal ruzi qazanan əl, Peyğəmbərin öpdüyü və cəhənnəm odunda yanmayacaq əldir. Hədislərə görə halal ruzi qazanan ibadət etmiş hesab edilir. Bəndə bu halda ölərsə ona şəhidin savabı verilər. -Məhəmməd Peyğəmbər buyurur: Allah istəyir ki, bəndəsini halal ruzi qazanmaqdan yorğun halda görsün\" (Kənzul-Ümmal, hədis-9200)
-Peyğəmbər yenə buyurub: \" Ailəsi üçün halal ruzi qazanan Allah yolunda hərəkət edənlərdən sayılır\"
-Halal ruzi qazanmaq üçün insan sübh tezdən oyanmalıdır. Peyğəmbərin hədisində buyurulduğu kimi: \"Ehtiyaclarınızı aradan qaldırmaq və ruzini əldə etmək üçün sübh tezdən qalxın! Çünki sübh çağında bərəkət və tövfiqat var.\"


Bəndə üçün günahdan daha pis olan nədir?


Bəndə üçün günahdan daha pis olan nədir? Günühdan sonra peşmançılıq çəkməmək isə bəndənin mənəvi uçuruma getdiyinin göstəricisidir.
Ən pis hal isə odur ki biri dinlə düşmənçilik, Peyğəmbər və Əhlibeytlə düşmənçilik və ya din xadimləri və möminlərə qarşı olan kin-küdürətə görə hansı bir günaha əl atır və bundan sonra şad olduğunu hiss edir.
İmam Səccad buyurub: \"Günahla sevinməkdən çəkin! Bu günahla sevinmək onu etməkdən daha pisdir və daha böyük günahdır\" (Kəşful-ğimmə cild-2, səh-108)


Xəstəliklərə əlac tapan İsa peyğəmbərin (ə) müalicə edə bilmədiyi xəstə kimdir?


Xəstəliklərə əlac tapan İsa peyğəmbərin (ə) müalicə edə bilmədiyi xəstə kimdir? Axmaq insan ən ağıllı olduğunu sanandır. O dünya ilə qürurlanar, dünyanın və malının dəyişiklikləri ilə dəyişər. Axmaqlıq, bütün xəstəlikləri müalicə edən İsa Məsihin müalicə edə bilmədiyi xəstəlikdir. Necə ki peyğəmbərin özü bunu etiraf edir.
İmam Sadiq buyurur ki, İsa Peyğəmbər belə bir insanın və onun axmaqlığının müalicə edilməsi haqda buyurur: \"Xəstəlikləri müalicə edib, Allahın izni ilə şəfa verdim.Karı, koru müalicə etdim, ölünü belə müalicə etdim və Allahın izni ilə onu diriltdim, Axmağı da müalicə etməyə çalışdım amma islah edə bilmədim\" (əl-İxtisas səh-221)...


Vədəyə əməl etməklə duanın qəbul olunmasının nə əlaqəsi var?


Vədəyə əməl etməklə duanın qəbul olunmasının nə əlaqəsi var? İmam (ə) buyurur: “Məgər Allahı görmüsənmi ki, hansısa vədinə xilaf çıxsın?”. Deyir: “Yox”. Buyurur: “Bəs nə?”. Deyir: “Bilmirəm”. Buyurur: “Ancaq mən səni xəbərdar edim ki, o kəs ki, Allahın əmr etdiklərinin ardınca olar, bu zaman Ona yolu və cəhəti ilə dua edərsə, (Allah mütləq) qəbul edər”.
Bu hədisdən iki nəticə çxıartmaq olar: 1. Allaha və vədinə iman bəsləmək. 2. Allahın Öz əhdinə əməl etməsinə səbəb olan şərt.
Bir nəfər gəlir və duasının qəbul olmamasından şikayət edir və İmam (ə) ona buyurur ki, siz Allahla bağladığınız əhdinizə vəfa etməmisiniz. Çünki Böyük Allah buyurmuşdur ki, siz mənim əhdimə vəfa edin ki, Mən də öz əhdimə vəfa edəm. Allaha and olsun ki, əgər siz Allaha vəfadar olsaydınız, O, da sizə qarşı vəfadar olar və dualarınızı qəbul edərdi.


İri addımlarla Allahdan uzaqlaşmağa səbəb olan günah hansıdır?


İri addımlarla Allahdan uzaqlaşmağa səbəb olan günah hansıdır? ALLAH DÜŞMƏNLƏRİNƏ MƏHƏBBƏT: Allah düşmənlərinə sevgi qəlbin xəstəliyindən doğur. İnsan yaxşı insanları və yaxşı işləri sevməli, pis işlər və pis insanlara düşmən olmalıdır. Əgər qəlb bunu istəmirsə, deməli xəstədir. Əgər bu xəstəlik ayə və rəvayətlərlə müalicə olunmazsa, böyük çətinliklərə səbəb olar.
Qurani-Kərimdə Peyğəmbər (s) və möminlər kafirlərə qarşı amansız, öz aralarında isə mehriban tanıtdırılırlar. «Fəth/ ayə 29: «Məhəmməd (s) Allahın rəsuludur. Onunla olanlar kafirlərə qarşı amansız, öz aralarında isə mehribandırlar». Möminlərə belə buyurulur: «Nə mənim düşmənimi, nə də öz düşməninizi dost tutun. Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz». (Mumtəhinə/ ayə 1.)


Şeytan (lən) İmam Səccadın (ə) ibadətindən necə sarsıldı?


Şeytan (lən) İmam Səccadın (ə) ibadətindən necə sarsıldı? İmam Rza (ə) buyurur: “Atam öz atalarından nəql edir ki, buyurublar: “Bir gün Əli ibn Hüseyn (ə) namazla məşğul idi. Qəflətən şeytan dəhşətli əfi ilan şəklində və qırmızı gözləri ilə yerin altından çıxır. Özünü Həzrətin ibadət mehrabına yaxınlaşdırır. Ancaq İmam o dəhşətli varlıq qarşısında ən az həssaslıq belə, göstərmir. Allah Təala ilə olan rabitəsini kəsmir. Əfi ilan dişlərini İmamın ayaq barmaqlarına yaxınlaşdırır və ağzından atəş çıxardır. Ancaq İmam namazdakı aram halını pozmur və ona diqqət etmir. Şeytan bu halda ona əziyyət verməklə məşğul olur. Anidən səmadan yanar ox gəlir və o məluna dəyir. Ox ona dəyən kimi fəryad çəkir və əvvəlki halına qayıdır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter