Dül-dülü Peyğəmbərə (s) kim bağışlayıb?


Dül-dülü Peyğəmbərə (s) kim bağışlayıb? Həzrət Peyğəmbər (s) İslamı yaymaq əmri alanda 6 ölkəyə 6 səfir göndərdi. 4-cü səfir Misirə, İsgəndəriyyəyə göndərilmişdi. Qibti məsihilər İslama dəvət edildi. Qibtilərin şahı Muqəvqis (مقوقس) adı ilə tanınırdı. Muqəvqis son peyğəmbər haqqında eşitmişdi. Məktubu hörmətlə alıb oxudu və İslamı qəbul etdi. Cavab məktubu ilə birlikdə Peyğəmbərə Dül-dülü hədiyyə göndərdi...


Qadınla kişi əl görüşə bilər?


Qadınla kişi əl görüşə bilər?Cavab: Caiz deyildir. Yalnız paltarın üstündən eybi yoxdur ki, bu halda da ehtiyat-vacibə görə onun əlini sıxmamalıdır.
Ayətullah Xamenei: Naməhrəmlə əl verib görüşmək haramdır və arada paltar olmaqla əl verib görüşmək əgər fəsada səbəb olmazsa və bir-birinin əlini sıxmazlarsa caizdir.
Amma fəsada səbəb olarsa haramdır.
Ayətullah Sistani: Naməhrəmlə əl verib görüşmək caiz deyil, yalnız paltar üstündən eybi yoxdur.


Kişi öz həyat yoldaşına hicab və zinətlənmə mövzusunda hansı həddə göstəriş verə bilər?


Kişi öz həyat yoldaşına hicab və zinətlənmə mövzusunda hansı həddə göstəriş verə bilər? Məhəmməd Hüseyn Fəllahzadə hicab mövzusunda sualları Ayətullah Xameneinin nəzəri əsasında cavablandırır. Cavab: Hicab və zinətlənmə ərin münasibəti ilə şərtlənməyib. Bu, Allahın əmridir və xanımlar bu əmrə itaət etməlidir. Hətta ər hicaba müxalif olsa, qadın Allahın əmrinə itaət edib, hicabını gözləməlidir. Hicab vacib olmayan yerdə ər hicab bağlamağı əmr etsə qadın üçün hicab vacib olmaz. Amma belə vəziyyətlərdə ailədə dava-dalaş yaranmasın deyə qadın hicab örtə bilər.


Diqqəti çəkən hicabın hökmü nədir?


Diqqəti çəkən hicabın hökmü nədir?Məhəmməd Hüseyn Fəllahzadə hicab mövzusunda sualları Ayətullah Xameneinin nəzəri əsasında cavablandırır. Cavab: Naməhrəmin gözü qarşısında olan xanımlar ayaqlarını da örtməlidir. Qadın yalnız üzü və əllərini açıq saxlaya bilər. Üz və əllərdə diqqəti çəkən zinət olsa, üz və əllər də örtülməlidir. Amma naməhrəm olmayan yerdə əllər, üz və ayaqlar açıq vəziyyətdə namaz qılmaq olar.


Məcazi fəzada (internet) naməhrəmlə söhbət etmək olar?


Ayətullah Cavadi Amuli: Biz düşmənin caynağından, onun əhrimən planlarından qurtulmaq üçün böyük baha ödəmişik. Bu yolda: Böyük Peyğəmbərlər (ə) çox əzab çəkib... Məsum İmamlar (ə) çox əzab çəkib... Pak insanlar, təqvalı insanlar, iffətli-hicablı xanımlar çox əzab çəkib... Təqvalı alimlər, ariflər, Əhli-beyt təbliğatçıları çox əzab çəkib... İslam mücahidləri, yüksək məqamlı şəhidlər çox əzab çəkib... Belə rabitələr barədə hədislər çoxdur... Ləzzət məqsədi olmasa belə naməhrəmlə söhbətə kimsə icazə verməyib. Qadınlarımız və qızlarımız özlərini naməhrəmdən qorumalı, iffət gövhərini puça çıxarmamalıdır...


Yatmaq üçün məkruh olan vaxtlar hansı saatlardadır?


Yatmaq üçün məkruh olan vaxtlar hansı saatlardadır?Peyğəmbər (s.v.s)-dan rəvayət edilmişdir ki, gün ərzində yatmaq 5 qisimdir.
1. Əylulə yuxusu: Bu yuxu yuxarıda deyildiyi kimi, yəni sübh namazı ilə günəş çıxan zaman arasında olan fasilədə yatmaqdır. Bu yuxu məkruhdur.
2. Fəylulə yuxusu: Bu günəş çıxandan sonra günün əvvəlində yatmaqdır. Hədisdə deyilmişdir ki, bu yuxu insanın zəifliyinə səbəb olur.
3. Qəylulə yuxusu: Bu zöhr namazından qabaq yatmaqdır. Hədisdə bu yuxu bəyənilmiş və faydalı olduğu bildirilmişdir...


Haqqı nahaqdan necə fərqləndirmək olar?


Haqqı nahaqdan necə fərqləndirmək olar?... Həqiqət həmişə saf su kimi həyatvericidir. Batildə isə heç bir fayda yoxdur. Batil zahirdə təkəbbürlü, məqmpərəst, səs-küylü, daxildə isə puçdur. Həqiqət özünə güvəndiyi halda, batil həqiqətin hörmətindən istifadə edir. Batil həmişə həqiqət libası geyir. Əgər dünyada doğru söz olmasaydı, yalana kim inanardı?! Əgər qızıl olmasaydı, qızıl suyuna salınmış dəmirə kim aldanardı?! Həzrət Əli (ə) «Nəhcül-bəlağədə» buyurur: «Əgər batil həqiqət qatqısından ayrılsa, həqiqət sevərlər üçün aşkarlanacaq. Əgər həqiqət batil qatqısından qurtulsa, sözbazların ağzı yumulacaq». Batil qatışıqlığa, özbaşınalığa tərəfdardır...


Həcc ziyarəti kimlərə vacibdir?


Həcc ziyarətinin vacib olması üçün aşağıdakı şərtlər ödənməlidir:
1. Yol azuqəsi və səfərdə ehtiyac duyulan şeylər, eləcə də nəqliyyat mövcud olmalıdır;
2. İnsan sağlam olmalı və həcc ziyarətini yerinə yetirməyə qüdrəti çatmalıdır.
3. Yolda maneə olmamalıdır;
4. Həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxt olmalıdır; ...


Gözəlliyin zəkatlnı nə ilə ödəmək mümkündür?


“İmam Əli (ə) buyurub: “Gözəlliyin zəkatı iffətli (və nəcib) olmaqdır. \"Qürər əl-hikəm”, c. 4, səh. 105.
Əgər nemətdən düzgün və nemət sahibinin istədiyi kimi istifadə olunmazsa, o, problemlərə və başağrısına çevriləcəkdir. Gözəllik və yaraşıqlı olmaq Allahın bəxş etdiyi nemətdir. İffətli olub günahdan çəkinmək isə bu nemətin qarşılığında təşəkkür və zəkat hesab olunur. Bir çoxları öz “gözəllik”lərinin əsiridirlər....


ٍElm (dini) öyrənmək vacibdirmi?


Həzrət Məhəmməd (s) buyurur: «Elm öyrənmək bütün müsəlmanlara vacibdir», «Beşikdən qəbrədək elm öyrənin», «Elm Çində də olmuş olsa, onu öyrənin», «Hikmət möminin itkisidir…». Cəhalət dövrünün insanı «elm faydasız bir şeydir» deyə bilərdi. Amma bu günkü insan elmə biganə qala bilərmi?! Ətrafımıza nəzər salaq;
Mexanikləşdirilmiş kənd təsərrüfatı, avtomatlaşdırılmış yüngül və ağır sənaye, kompüterləşdirilmiş tibbi diaqnostika, atom energetikası və s. Əgər «elm faydasız bir şeydir» deyən tapılsa, onu sadəcə bir neçə gün elektrik enerjisindən məhrum etmək lazımdır. Qoy bu insan qaranlıq dünyada cəmi bir neçə gün nəqliyyatsız, rabitəsiz, informasiyasız yaşasın. Onda elmin faydasını yaxşıca anlayar!...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter