Hansı 7 sifət bəndəni Allaha yaxın edər?


Hansı 7 sifət bəndəni Allaha yaxın edər?Allah tərəfindən Peyğəmbərimizə (s) vəhy edilir: “Ey Əhməd! Bilirsənmi ki, bəndə nə zaman abid olar?”.
Həzrət (s) buyurur: “Xeyr, Allah Təala”. Allah buyurur: “O zaman ki, 7 sifət onda cəm olar:
1. Günaha mane olan təqva. 2. Yersiz sözlərdən sükut etmək. 3. Hər gün ağlamasını artıran qorxu. 4. Tənhalıqda Məndən xəcalət çəkdiyi həyası.
5. Zəruri qədər olan yeməyə qənaət etmək. 6. Dünya ilə düşmən olmaq, ona görə ki, Mən onu düşmən bilirəm. 7. Yaxşılarla dost olmaq”.


Günahları yaxşılıqlara çevirən 4 xüsusiyyət hansılardır?


Günahları yaxşılıqlara çevirən 4 xüsusiyyət hansılardır?İmam Baqir (ə) buyurur: “Əgər kimdəsə (bu) dörd sifət olar, baxmayaraq ki, başından ayağına qədər günah onu əhatə etsə də, Allah o günahları yaxşılıqlara çevirər:
1. Doğru danışmaq. 2. Həya. 3. Gözəl xasiyyət. 4. Şükür etmək ruhiyyəsi”.
Beləliklə, hər kimdə ki, bu 4 sifət cəm olar, onun daxili tutumu olar ki, etdiyi günah əməllərdən dönsün və gözəl insana çevrilsin.


Vəhşət namazı və onun qilinma yeri haradır?


Vəhşət namazı və onun qilinma yeri haradır?Vəhşət namazı dünyadan köçən insanın dəfn olunduğu günün birinci gecəsində qılınan bir namazdır. İslaminSesi.info- Namaz elə bir əməldir ki, insan namazla həm bu dünyada, həm də axirətdə faydalanmış olur. Dünyada yaşadığı müddətdə namaz qılan o namazın və digər dini hökümlin insan həyatına qoyduğu müsbət təsirlərindən, axirətdə isə savabından bəhrələnir. Bəzi namazlar da vardır ki, digərləri tərəfindən dünyasını dəyişən insana hədiyyə olunur. Bunlar ya vaciblərin qəzası, ya da müstəhəb namazlardır. Bu müstəhəb namazlardan biri də vəhşət namazıdır. Vəhşət namazı dünyadan köçən insanın dəfn olunduğu günün birinci gecəsində qılınan bir namazdır...


Məssi-meyit halı namaza maneə yaradırmı?


Məssi-meyit halı namaza maneə yaradırmı?...Vəzifəsi məssi-meyit qüslu almaq olan kəs məscidə gedə bilər, vacibi səcdəsi olan Quran ayələri oxuya bilər, cima edə bilər. Lakin namaz qılmaq üçün qüsl etməlidir. Meyyitə toxunub məssi-meyyit qüslu almayan kəsin namazı səhih deyil. Məssi-meyit qüslu cənabət qüslu kimi alınır. Lakin namaz üçün dəstəmaz da alınmalıdır (İmam Xomeyni). Bir meyitə bir neçə dəfə toxunan, yaxud bir neçə meyitə toxunana bir qüsl kifayət edir...


İlk şəriət sahibi olan Hz. Nuha (ə) qədər hansı şəriət mövcud olub?


Cavab: Xeyir din və şəriət Hz. Nuhun zamanından başlayıb. Necəki bunu aşağıdakı ayə də təsdiq edir:
(Ya Peyğəmbər!) Allah Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!\' – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi (Şura-13).
Bu ayənin mənası budur ki, Hz. Nuhdan qabaq heç bir şəriət hakim olmayıb. Yəni xüsusi şəri qanunlar təyin edilməyib. Camaat ümümi qanunlara əməl edirdi...


Mənəviyyatlı mömin şəxsin dərəcəsi İmam Əsgərinin (ə) hədisi ilə ölçülməlidir?


İmam Həsən Əskəri (ə) öz gözəl hədisində insanların fəzilət və dəyər baxımından dərəcələrini bəyan edərək bu sifətləri bəyan edir:
İnsanların ən imanlısı şübhəli işlər zamanı çəkinən, ehtiyat edəndir.
İnsanların ən abidi vacibatı yerinə yetirəndir.
İnsanlarin ən zahidi haramdan çəkinəndir.
İnsanların ən çalışqanı (ən diqqətlisi) günahları tərk edəndir. (Tuhəful-uqul. S-489)


“Təkbrətul-ehram” zamanı əlləri qaldırmaq vacibdir?


Namazın əvvəlində niyyətdən sonra deyilən birinci təkbirə “təkbirətul-ehram” deyilir. Namaza başlayan zaman niyyətdən sonra deyilən birinci Allahu Əkbər kəlməsinə “təkbirətul-ehram” deyilir. Namazın bir neçə vacibatı vardır ki, bunların 5-i rükündür. Namaz zamanı bu 5 rükünü qəsdən və ya səhvən artırıb azaltmaq namazı batil edir.
Bunlar niyyət, təkbərətul-ehram, qiyam, rüku və iki səcdədir. Namaz əsnasında deyilən təkbirlər müstəhəbdir. Vacib təkbir olan birinci təkbir zamanı (təkbirətul-ehram) əlləri qulaqlqra qədər qaldırmaq vacibdirmi? Cavab: Ayətullah Xameneyi: Təkbirlər zamanı əlləri qaldırmaq müstəhəbdir. yətullah Sistani: Təkbirətul-ehram zamanı əlləri qaldırmamaq namazı batil etməz...


Onlar dünyadan bu üç şeyi sevdilər - Bəs sən?


Bu zaman Cəbrail (ə) nazil olub salam verir və deyir: Mən də 3 şeyi sevdim: Risalət xəbərlərini gətirməyi, əmanəti qorumağı, bir də kasıbları.
Bunları deyib gedir. Bir az sonra yenə nazil olub salam verib deyir: Allah sizə salam göndərir və sizin dininizdən 3 şeyi sevdiyini buyurur: Zikr edən dili, qorxan qəlbi (Allahdan) və bəlalara səbr edən bədəni. Bu hədisin mövzusu ibrət və əxlaqi bir mövzüdadır. İnsanı düşünməyə, nəyə rəğbət bələyəcəyinə diqqət etməsinə çağırır və yoxsulluq, aclıq və xəstəliklər kimi müxtəlif çətinliklər zamanı səbirli olmağı, üsyan etməməyi, hər bir hadisədə ilahi hikmət axtarmağı, hadisələrdən ibrət dərsi almağı öyrədir...


Hansı 4 dəstə insanlara tövbə etmək az qismət ola bilər?


Böyük islam alimlərindən biri qeyd edir ki, ustadımdan soruşdum ki, hansı əməllər Allah Təala tərəfindən bağışlanılmır? Belə cavab vedi:
Ey oğul Allah şahiddir ki, indi insanlar abır aparmaqdan heç çəkinmirlər. Bir neçə günah var ki, Allah onları bağışlamır, hətta bu işi görənlər tövbəyə belə müyəssər olmurlar:
Birincisi namazı tərk etməkdir. (Bu iş insanı Allahdan və dinin hökümlərinə diqətli olmaqdan saxlayır. Nəticədə din onun nəzərində lazımsız olur).
İkincisi ağvalideyn olmaqdır. (Bu əməl ailə əməllərini sarsıdır. Nəticədə ictimai əxlaqsızlıq və pozğunluq geniş vüsət alır).
Üçüncüsü haqsız yerə adam öldürmək. (Bunun nəticəsində insan ölümü adiləşir. Nəticədə oğurluq, zülm, qan tökmək adiləşir)...


İmam Hüseynin (ə) əxlaqından hansı iibrətli nöqtələr vardır?


Mömini sevindirmək: Bir gün İmam itlə oturub çörək yeyən qulam gördü. Səbəbini soruşdu. Qulam dedi: “Ey peyğəmbər oğlu, pərişanlığım var, istəyirəm bu iti sevindirib, qəmdən qurtaram. Dərdim budur ki, yəhudi ağamın əsarətindən qurtarmaq istəyirəm.” İmam Hüseyn (ə) qulamın ağasına iki yüz dinar verib onu azad etmək istədi. Qulamın ağası dedi: “Qulam sənə fəda olsun,... Ağa dedi: “Hədiyyəni qəbul etdim və onu da qulama verirəm.” Hüseyn (ə) də buyurdu ki, mən də qulamı azad edir və bu malları ona bağışlayıram.” Ağanın zövcəsi gördüyü səhnənin təsiri altında İslamı qəbul etdi və dedi: “Mən də öz mehriyyəmi ərimə bağışladım.” Zövcəsinin ardınca ağa da İslamı qəbul etdi və evini zövcəsinə bağışladı. Bəli, bir addım atmaqla qul azad oldu, ehtiyacı ödəndi, kafir İslamı qəbul etdi, ərlə arvad arasında səmimiyyət yarandı! (“Əl-mənaqib”, 4-75)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter