Həzrət Fatimə nə üçün “Fatimə” adlandırılıb?


Həzrət Fatimə nə üçün “Fatimə” adlandırılıb? Cabir nəql edir ki, mən Əbu Əbdillahdan (ə) soruşdum: Nə üçün Həzrət Fatimə “Fatimə” adlandırılmışdır? Həzrət buyurdu: Çünki Allah Fatiməni Öz nurunun əzəmətindən xəlq etmişdir. Onun nuru parlayan zaman asimanlar və yer onun vasitəsi ilə nurani olub parlamağa başladı, məlaikələrin gözləri o nuru müşahidə etməkdən qamaşdı və Allah dərgahında səcdəyə düşüb dedilər: Ey Allah, ey bizim mövlamız, bu nə nurdur? Allah onlara belə vəhy etdi: Bu, Mənim nurumdandır. Mən onu asimanlarda müstəqər edib onu Öz əzəmətimdən yaratmışam. Mən bu nuru, peyğəmbərlərimdən birinin sülbündən çıxaracağam və o peyğəmbəri bütün peyğəmbərlərdən fəzilətli edəcəyəm...


Həyat çətinliklərinin fəlsəfəsi nədir?


Həyat çətinliklərinin fəlsəfəsi nədir? Bir çox çətinliklər insanın diqqətsizliyindən yaranır. Əgər bir şəxs öz iqtisadiyyatını düzgün tənzimləməyib iflasa uğrayırsa, özü müqəssirdir. Körpəni nəzarətsiz buraxdığımız üçün o, suda batırsa özümüz günahkarıq. Sağlamlığına biganə qalıb xəstələnən, yol hərəkəti qanunlarını pozub qəzaya uğrayan, özünü intizamlı apara bilmədiyi üçün təhqir olunan insanların hər biri özü təqsirkardır. Bir çox günahların kəffarəsi məhz acı hadisələrdir. Bu acı hadisələr insan ruhunu möhkəmləndirir. Hz Peyğəmbər (s) buyurmuşdur: “Xəstəlik, kasıblıq və ölüm olmasaydı, insanın qüruru sınmaz, o heç zaman baş əyməzdi.” (Bihar, c. 6, s-118.) Başına hadisə gəlmiş insanın kamalı artır ...


İslam maarifinə görə kimlərin qarşısında təvazökarlıq zəruridir?


İslam maarifinə görə kimlərin qarşısında təvazökarlıq zəruridir?Kimlər qarşısında təvazökarlıq etməliyik:
1. Sübhan Allahın qarşısında. “Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər – ... (“Hud” 23).
2. Möminlərin qarşısında təvazökarlıq etmək. “Öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər”. (“Hicr” 88).
3. Yoxsullar qarşısında. “Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək, səhər-axşam Onu çağıranları öz yanından qovma!”. (“Ənam” 52)...


İmam Sadiqin (ə) hədisinə əsasən təvazökar insanın 3 xüsusiyyəti hansılardır?


İmam Sadiqin (ə) hədisinə əsasən təvazökar insanın 3 xüsusiyyəti hansılardır? İmam Sadiqin (ə) verdiyi tərifdə isə təvazökarlığın sifətləri haqqında bunları oxuyuruq: “ 1. Hər kəsə salam versin.
2. Mübahisə etməyi tərk etsin, baxmayaraq ki, haqlıdır.
3. Gördüyü yaxşı işə görə təriflənməyini sevməsin”.
Allah Təala Həzrət Peyğəmbərinə (s) buyurur: “Və öz mehr (məhəbbət) və təvazökarlıq qanadını möminlərdən sənə tabe olan hər bir kəsin üzərinə endir; cəzbedici çətirini onların başları üzərində aç”. (“Şuəra” 215).


Allah Öz ruhundan üfürdü – nə deməkdir?


Allah Öz ruhundan üfürdü – nə deməkdir?Bu ruh Həzrət Adəmdə (ə) olmuşdur. Bu ruh haqqında nəzərlər müxtəlifdir.
İmam Sadiq (ə) başqa yerdə buyurur: “Peyğəmbərlərdə və vəsilərdə beş ruh vardır: bədən ruhu, ruhul-qudus, ruhul-qüvvə, ruhu-şəhvət, ruhu-iman. Beləliklə aydın olur ki, Allahın Öz ruhu dedikdə məhz ruhul-qudus nəzərdə tutulmuşdur ki, bu ruh da ancaq peyğəmbərlərdə və onlarınvəsilərində olur. Onlar isə heç bir zaman cəhənnəmə düşmürlər.


Məsumların (ə) tövbə və istiğfarı nə məna daşıyır?


Məsumların (ə) tövbə və istiğfarı nə məna daşıyır? Məsumlar (ə) – Allahın Cəmil zatında qərq olmuş insanlardır ki, Allahın rübubi məqamına kamil şəkildə diqqət edirlər. O zaman ki, öz əməllərinə nəzər salarlar, Allahın əzəməti qarşısında onu kiçik görüb, xəcalət çəkərlər. Sanki ona bənzəyir ki, bir qədər torpağa qarışmış suyu padşah üçün hədiyyə gətirmişdir. Ancaq onun əzəmətini gördükdən sonra gətirdiyi bu hədiyyədən xəcalət çəkər. Rəhmətlik İmam (r) “Adabus-salat” kitabında yazır: “... Məsumlar günahkarlı görüncə yaranan daxili nəticələri təmizləmək üçün istiğfar edərdilər...


Peyğəmbərdən (s) sonra Allah qatında ən çox sevimli şəxs kimdir? - Əhli-sünnə mənbələri


Peyğəmbərdən (s) sonra Allah qatında ən çox sevimli şəxs kimdir? - Əhli-sünnə mənbələri Bu mübarək hədisi Əhli-sünnə mənbəyinə əsasən nəql edirik: “Peyğəmbərin (s) azad etdiyi köləsi Səfinəh nəql edir: \"Peyğəmbərə (s) yemək üçün quş əti gətirildi. Peyğəmbər (s) buyurdu: \"İlahi! Ən çox sevdiyin şəxsi mənə yetir ki, bu quş ətindən mənimlə birgə yesin\". Bu zaman Əli (ə) gəldi. Həzrət Peyğəmbər (s) buyurdu: \"İlahi, o, mənim də (ən çox) sevdiyim şəxsdir\"”. (Mənbə: Ət-Təbərani, \"əl-Mucəmul-kəbir\", c. 7, s. 96, hədis 6437).


Ölümdən öncə hansı məsələlər haqda vəsiyyət etmək yaxşıdır?


Ölümdən öncə hansı məsələlər haqda vəsiyyət etmək yaxşıdır?Allahın Rəsulu (s) buyurur: “Vəsiyyət etmək - hər bir müsəlmanın vəzifəsidir”. Həzrət (s) başqa yerdə buyurur: “Yaxşı deyildir ki, müsəlman kişi başının altına vəsiyyətini qoymadan gecəni səhər etsin”. Başqa yerdə buyurur: “O kəs ki, vəsiyyət yazmadan ölərsə, dünyadan nadan getmiş deməkdir”. Vəsiyyətdə bunları qeyd etmək yaxşı olardı: 1. Dəfn yeri. 2. Vəhşət namazı. 3. Xüms. 4. Zəkat. 5. Kəffarə.


Hansı səbəblərə görə öləndən sonra cəsəddən pis iy gəlir?


Hansı səbəblərə görə öləndən sonra cəsəddən pis iy gəlir? Allah buyurur: “Mən bəndələrimə üç nemətə görə minnət qoymuşam:
1. Onların bədənini ruhu çıxan zaman pis iyli edirəm. Əgər belə olmasaydı, heç kəs (qohumlarının və ya ) dostunun cənazəsini dəfn etməzdi.
2. Müsibət və bəladan sonra unutmağı onlara hakim etdim. Əgər belə olmasaydı, heç kimin xoş bir həyatı olmazdı.
3. “Bu hərəkət edənləri xəlq etdim və buğda və arpaya hakim etdim, əgər belə olmasaydı, onların rəhbərləri bu buğda və arpanı qızıl və gümüş kimi toplayardılar”.


Həyatın sonunda çəkilən 5 həsrət nələr haqda olacaq?


Həyatın sonunda çəkilən 5 həsrət nələr haqda olacaq? Quran ayələrinə nəzər salan zaman görmək olur ki, həyatda böhrana düçar olan insanlar ömürlərinin son anında beş həsrət çəkər:
1. Ey kaş, şeytanla oturub-durmazdım. (“Zuxruf” 36).
2. Ey kaş, Allahın və Peyğəmbərin (s) əmlərini yerinə yetirərdim. (“Əhzab” 66).
3. Ey kaş, yaxşı dostlar tapardım. (“Furqan” 27-28)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter