Hansı üç əməl vardır ki, dəyəri bilinsəydi hamı onu etmək üçün can atardı?


Hansı üç əməl vardır ki, dəyəri bilinsəydi hamı onu etmək üçün can atardı? İslam dinində camaat namazının əhəmiyyəti çoxdur. Hədislərimiz də biz müsəlmanları camaat namazı qılmağa təşviq edir və onun fəzilətlərindən bəhs edir. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim camaat namazı qılmaq üçün məscidə tərəf gedər, hər addımına 70 min həsənə yazılar və 70 min dərəcəsi qalxar. Əgər camaat namazına riayət etdiyi halda ölərsə, Allah Təala ona 70 min mələyi hakim edər ki, qəbrini ziyarət etsinlər və ona müjdə versinlər ki, qəbrindən qalxacağı gün onunla birlikdə olacaqlar və onun üçün bağışlanma istəyəcəklər”. Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, əgər ümmətim o üç şeydə nə qədər savabın olduğunu bilsəydilər, onu yerinə yetirmək üçün püşk atardılar: azan demək, cümə namazına gəlmək, namazın ilk sırasında dayanmaq”.


Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtələr hansılardır?


Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtələr hansılardır?Həzrət (s) buyurdu: “Yenə də camaatla qıl, baxmayaraq ki, evdə qılsan belə”. Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtə:
1. Camaat namazında iştirak etmək hamı üçün müstəhəbdir, xüsusilə də məscidlə qonşu olanlar üçün.
2. Müstəhəbdir ki, insan səbir etsin və namazını camaatla qılsın.
3. Camaat namazı əvvəl vaxtda qılınmasa da, əvvəl vaxtda qılınan fərdi namazdan daha yaxşıdır.
4. Qısa qılınan camaat namazı, uzun qılınan fərdi namazdan daha yaxşıdır...


İstiğfar üçün ən yaxşı zaman hansıdır? – Ayətullah Behcətin nəzəri


İstiğfar üçün ən yaxşı zaman hansıdır? – Ayətullah Behcətin nəzəri Əmirəl-möminin (ə) buyurur: “İstiğfar və bağışlanma istəməklə Allahdan özünüzü ətirləndirin ki, günahın pis iyi sizi rüsvay etməsin”. Bəlli olur ki, günah insandan pis qoxunun gəlməsinə səbəb olur. İnsan nə qədər özünü aldatsa da, günahın üfunəti insanı ifşa edir. Dinimiz istətir ki, insan xəta etdikdə, qəflətə düşüb günah etdikdə dərhal tövbə etsin. Hz Peyğəmbər (s) buyurur: “Xoş olsun o kəsin halına ki, Qiyamət günü əməl dəftərində hər günahın altında istiğfar olar”. Bəs istiğfar üçün ən yaxşı zaman hansıdır?
Ayətullah Behcət və mərhum Şeyx Abbas Qumi kimi alimlərin nəzərinə görə, istiğfar üçün ən yaxşı zamanlar cümə gününün səhər çağı, həmçinin sübh və əsr namazlarının təqibatlarından sonra edilən istiğfarlardır...


Namazın savabını artırmaq üçün hansı əməllərə diqqət yetirmək lazımdır?


Namazın savabını artırmaq üçün hansı əməllərə diqqət yetirmək lazımdır?Namaz öncəsi bəzi işlər də vardır ki, onlarə riayət etməklə namazın savabına savab qatmış oluruq.
-Azan və iqamə demək – (mələklərin onun üçün istiğfar etməsinə vəsilə olur)
-Rükunu kamil şəkildə icra etmək – (qəbr sıxıntısını aradan aparır)
-Əqiq üzük taxmaq – (min rəkt namazın xeyir-bərəkətini, savabını qazandırır)
-Dişə misvak vurmaq – (70 rəkət namazın xeyir-bərəkətini, savabını qazandırır)...


Günahdan çəkinmək istəyən insan nə etməlidir?


Günahdan çəkinmək istəyən insan nə etməlidir?... Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir». («Ənkəbut» surəsi, ayə 45.) Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur. Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq, insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «Namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır».


Namazda nəyin üzərinə səcdə etmək olar?


Namazda nəyin üzərinə səcdə etmək olar? Cavab: Səcdə yerə, habelə yerdən göyərib yeyilməli olmayan şeylərə (çubuq, ağacın yarpağı və s.) edilməlidir. Yeyilən və geyilən şeylərə səcdə etmək səhih deyildir. Həmçinin, mədəndən çıxarılan faydalı qazıntılara (məsələn, filizlərə, qızıla, gümüşə, əqiqə, firuzəyə və s.) səcdə etmək batildir. Amma mədəndən çıxarılan daşlara (mərmər daşı, qara daşlar kimi) səcdə etməyin eybi yoxdur. /Ayətullahul-uzma Şeyx Fazil Lənkərani, \"Tovzihul-məsail\",məs.1097/fetva.313news


Namazda əlləri budların üstünə qoymaq vacibdirmi?


Namazda əlləri budların üstünə qoymaq vacibdirmi? Cavab: Namazda qiyam halında əlləri budların üstünə qoymaq müstəhəbdir.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, \"Fiqh təlimləri\",c.1
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, \"Şəriət hökmlərinin izahı\",məs.895
Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət məsələləri\",məs.964
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, \"Tovzihul-məsail\",məs.986


Təşəhhüdü unutsam, nə etməliyəm?


Təşəhhüdü unutsam, nə etməliyəm?Cavab: 1.Əgər namazqılan üçüncü rəkətə ayağa qalxsa və rükuya getməmişdən öncə təşəhhüdü oxumadığı yadına düşsə, əyləşməli, təşəhhüdü oxumalı və sonra ayağa qalxıb namazı davam etdirməlidir. Namazı qılıb qurtardıqdan sonra bir dəfə artıq ayağa qalxdığı üçün ehtiyati-müstəhəbə görə iki səcdeyi-səhv yerinə yetirməlidir...
2.Əgər üçüncü rəkətin rükusuna getdikdən sonra və ya daha sonra təşəhhüdü oxumadığı yadına düşsə, namazı tamamlamalı və salamlardan sonra unudulmuş təşəhhüdün yerinə iki səcdeyi-səhv yerinə yetirməlidir...


Həzrət Muhəmməd (s) buyurub: Hər gün qəbir bu beş kəlmə ilə fəryad edər?!


Həzrət Muhəmməd (s) buyurub: Hər gün qəbir bu beş kəlmə ilə fəryad edər?! Həzrət Muhəmməd (s) buyurub: Hər gün qəbir bu beş kəlmə ilə fəryad edər:
1. Mən yoxsulluq eviyəm, özünlə xəzinə gətir; 1. Xəzinə - La ilahə illəllah
2. Mən tənhalıq eviyəm, özünlə munis gətir; 2. Munis - Quran tilavəti
3. Mən ilanlarla dolu evəm, özünlə padzəhər gətir; 3. Padzəhər - Sədəqə
4. Mən zülmət bir evəm, özünlə çıraq gətir; 4. Çıraq - Gecə namazı
5. Mən torpaqdan bir evəm, özünlə yataq gətir. 5. Yataq - Saleh əməl


Quranda birbaşa və ya işarə ilə 12 qadının adı çəkilmişdir ki, onlar haqda nələr gəlmişdir?


Quranda birbaşa və ya işarə ilə 12 qadının adı çəkilmişdir ki, onlar haqda nələr gəlmişdir? Quranda birbaşa və ya işarə ilə bir neçə qadının adı çəkilmişdir ki, onlarla tanış olaq.
1. Fironun həyat yoldaşı Asya. “Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən. qurtar!»”. (Təhrim/11)
2. Sara. İbrahim (ə) peyğəmbərin həyat yoldaşı. “Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk çıxdıqları üçün) sevincindən güldü”. (Hud/71).
3. Musanın (ə) anası. “(Sənin nicatın barəsində) lazım olanı ananın qəlbinə ilham etdiyimiz zaman. (Ona ilham etdik) ki: “Onu bir sandığa qoy və onu dənizə at”. Sonra gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın”. (“Taha” 38-39)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter