İslam fiqhində məskunlaşma və vətən seçməklə bağlı qaydalar necədir?


Cavab: İnsanın vətəni (yaşadığı yer) iki qismdir: Əsli və əxzi. -Əsli odur ki, insan orada doğula, bir müddət orda yaşaya və orada böyüyüb boya-başa çata. -Əxzi isə sonradan seçilə (məsələn yaşadığı şəhəri dəyişə). Gərək şəxsin orda yaşaması 7 və ya 8 ildən az olmasın. 2)-Elə isə “əxzi” (sonradan seçiln) yerin (vətənin) meyarı nədir?
Cavab: Yaşadığı yerin insan üçün şəri vətən seçilməsi üçün gərək insan ya daimi qalmaq qəsdi edə, yaxud nə qədər burda yaşayacağını bilmirsə orada qalmaq niyyəti etməlidir. Əgər vaxt təyin edəki 10 il, yaxud 15 il burada yaşayacaq bu halda oranın onun üçün şəri vətən olması məlum deyil. Gərək uzun müddət qalmaq qəsdi (niyyəti) etsin. Məsələn 40-50 il qalmağı qəsd etsin. Bir yeri şəri vətən seçmək üçün insanın gərək qəti fikri ola. Əgər bir kəs nə qədər qala bilməyəcəyi bir yerdə yaşaya və camaat onu orada yaşayan hesab edərsə (ən azı 7 il) ora onun vətəni hesab edilir. Ayətullah Xameneinin fətvaları əsasında.


İslam şəriəti baxımından evdə it saxlamağın hökmü nədir?


Cavab: -İt zatən nəcisul-eyindir (bütünlüklə nəcisdir). Etiyac olmadığı surətdə it saxlamaq kərahətlidir. Tıbii ki, paklığa riayət olunduğu halda ov itlərinin və qoruyucu itlərin (həyətdə) saxlanılmasının eybi yoxdur. (Ayətullah Lənkərani)
-İtin alış-verişi caiz deyil. Yalnız ov itndən başqa. Nəcis olsalar belə ov itlərinin qulluğunun heç bir maneəsi yoxdur. İt saxlanılan evdə namaz qılmaq məkruhdur (evdə). Onlara aid bir şeylər almağın öz-özündə işkalı yoxdur. (Ayətullah Sistani)
-Ov itləri ilə, keşik çəkən itlərdən savayı digər itləri saxlamaq məzəmmət olunmuşdur. Xüsusən də özünü qeyri müsəlmanlara oxşatmaq üçün olarsa və onların mədəniyyətinə rəvac verici olarsa haramdır. (Ayətullah Xamenei) Qeyd edək ki, insanın itlə bir mənzil daxilində yaşaması yol verilməzdir.


Hz Peyğəmbər (s) axirəz-zamanda möminin əsas əlamətini hansı əməl ilə tanıtdırır?


...Peyğəmbər (s) buyurub: “Təzliklə bir fitnələr olar ki, iman əhli (möminlər) hadisələri nə əlləri ilə, nə də dilləri ilə dəyişə bilməzlər (təsr edə bilməzlər).”
İmam Əli (ə) soruşdu: “Ya Rəsuləllah (s) o zaman onların arasında mömin olacaq?” Peyğəmbər (s) buyurdu: “Bəli!” İmam (ə): “Bu hadisələr onların imanından bir şey azaldacaqmı?” Peyğəmbər (s) buyurdu: “Xeyr! Necəki yağış damcıları Səfa qayalarından bir şey qopara bilməz, onların imanı da bu cürdür (qaya kimi). Möminlər bu fitnələrə qəlbləri ilə etiraz edərlər!” (Əmali Şeyx Tusi-302) Quran ifadələrinə əsasən möminlər öz dinində və imanında möhkəm olamalıdırlar ki, hadisələr onlara təsir etməsin. Əksinə onlar hadisələrə təsir edə bilib, müsbət istiaqmətdə dəyişə bilsinlər. Çünki Quran buyurur: “Onlar (möminlər) sanki sarsılmaz möhkəm divar kimidirlər”(Saff-4)


Həzrət Əli(ə)-ın suallarına İmam Həsənin(ə) verdiyi cavablar


Bir gün Həzrət Əli (ə), övladının düşüncə və anlayışını yoxlamaq üçün onu yanına çağırdı. Onların arasında baş verən sual-cavabları Əbu Nuaymın əl-Hılyə» adlı əsərindən tərcümə edərək oxuyaq: - Doğru əməl nədir? -Pis əməli yaxşı əməllə aradan qaldırmaq. - Şərəf nədir? -Ailə və qəbiləni yaxşı əməllərə sövq etmək, bu səbəbdən yaranan kədərli hadisələrə dözməkdir. - Mərdlik və insanlıq nədir? - İffətli (günah və haramlardan uzaq olmaq) olmaq, maddi vəziyyətini yaxşılaşdırmaq. - Rəfət (qoruma və halına acıma) nədir? - Aza baxıb qane olmaq, insanı alçaldan əlamətlərin qarşısını almaq və beləliklə həm özünü, həm də ətrafını pisə əməllərdən qorumaqdır...


“Ey Allahın rəsulu (s) axir-zamanda möminlər halı necə olacaq?”- deyə İmam Əli (ə) soruşdu


Möminlərin bu deyilən zamanda mənəvi əziyyət çəkməsi, baş verən fəsadlar qarşısında ürək yanğısı ilə susması daha daha çox kədərvericidir. İman əhlinin axir-zamandakı halına işarə edən hədislərdən biri də Peyğəmbərin (s) İmam Əliyə (ə) dediyi kəlamdir. Peyğəmbər (s) buyurub: “Tezliklə bir fitnələr olar ki, iman əhli (möminlər) hadisələri nə əlləri ilə, nə də dilləri ilə dəyişə bilməzlər (təsr edə bilməzlər).” İmam Əli (ə) soruşdu: “Ya rəsuəllah (s) o zaman onların arasında mömin olacaq?” Peyğəmbər (s) buyurdu: “Bəli!” İmam (ə): “Bu hadisələr onların imanından bir şey azaldacaqmı?” Peyğəmbər (s) buyurdu: “Xeyr! Necəki yağış damcıları Səfa qayalarından bir şey qopara bilməz, onların imanı da bu cürdür (qaya kimi). Möminlər bu fitnələrə qəlbləri ilə etiraz edərlər!” (Əmali Şeyx Tusi-302)


Xurafatın qarşısını necə almaq olar? Dinimizin göstərdiyi 5 yol


Quran buyurur: “Onların bəziləri kitabdan (Tövratdan, bir ovuc) boş xəyal və puç arzulardan başqa bir şey bilməyən savadsızlardır və onlar (kitabın hökmləri barəsində) yalnız zənn və gümana malikdirlər”. (“Bəqərə” 78). Alimlərin bu mövzuda olan fikir və nəzərləri ilə tanış olaraq, belə qərara gəlmək olar ki, beş yolla xurafatın qarşısını almaq olar. Bu beş yolla tanış olaq:
1. Kitab oxumaq və maarifləndirmək mədəniyyətini insanlar arasında yaymaq.
2. Güclü və xatib alimlərdən xahiş etmək ki, xütbə və moizələrində bu mövzuya xüsusi işarə edib, insanları bilikləndirsinlər.
3. İnsanların zehnində yer almış xurafi fikirləri daha güclü dəlillər ilə aradan qaldırmağa çalışaq və qoymayaq ki, az da olsa bu barədə şübhələri qalsın...


Hz Peyğəmbər (s) Əbuzərə tapşırdığı Əməl olunması lazım olan hansı 6 əməli tapşırdı?


Peyğəmbər (s) Əbuzərə nəsihətlərində buyurur:
1. Həmişə səndən aşağıda olana bax, səndən yuxarı olana yox. 2. Yoxsulları sev və onlarla yoldaşlıq et. 3. Acı olsa da haqqı de.
4. Qohumların səndən uzaqlaşsalar da sən onlarla əlaqəni kəsmə. 5. Allaha aid olan işlərdə heç kəsi danlamaqdan qorxma. 6. “La hovlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini çox de, çünki, bu zikr behişt xəzinələrindəndir.


Allahın Rəsulu (s) həzrət Əliyə (ə) neçə illik yol getməyi tapşırdı?


Peyğəmbər (s) həzrət Əliyə (ə) bəzi işlərin vacibliyinin həddini çatdırmaq üçün belə tövsiyə edir: Ey Əli!
1. Ata-anaya yaxşılıq etməkdən ötrü iki illik yol qət et.
2. Qohum-əqrəbaya yaxşılıq etməkdən ötrü bir illik yol qət et.
3. Xəstəni yoluxmaqdan ötrü bir millik yol get.
4. Cənazəni müşayət etməkdən ötrü iki millik yol get.
5. Dəvəti qəbul etməkdən ötrü üç millik yol get.
6. Mömin qardaşını ziyarət etməkdən ötrü dörd millik yol get...


Ramazandan sonra gələn Şəvval ayı sözünün mənası nədir?


Bu aya niyə şəvval deyilir? Bu haqda Məhəmməd peyğəmbərdən (s) nəql edilmiş hədisə diqqət yetirmək lazımdir.
İlk növbədə onu demək lazımdır ki, şəvval ərəb dilində “şəul” “ət-Təşvil” kökənli kəlmə və aradan qalxmaq, qaldırmaq, anlamındadır. Lüğət kitablatında deyilir ki bu ifadə daha çox dəvə ac olarkən quyruğunu qaldırmaq halına itlaq olunur. əl-Muraqibat əsərində gələn hədisdə deyilir. “O şəvval adlanır, çünki həmin ayda möminlərin günahları aradan qalxar” Hədislərə əsasən möminlər Ramazanda tutduqları orucun mükafatını Fitr bayramında yəni şəvvalın birində alarlar. Onların mükafatları da günahlarının aradan qalxıb məhv olmasıdır. Bu şəvvalın ilk günündə baş tutur...


Borclu adam fitrə zəkatını verməlidirmi?


Özlüyündə borclu olmaq, insanı fitrə zəkatından azad etmir. İnsan edə bilər ki, borclu olsun, amma rifah durumuna xas həyat tərzi keçirsin. Fitrə zəkatından azad olmağın meyarı – insanın fəqir olmasıdır. Yəni, öz aylıq dolanışığını təmin etməkdə böyük çətinlik çəkməsidir. Başqa sözlə desək, insan zəruri həyat ehtiyaclarını qarşılamaqda çətinlik çəksə, fəqir hesab edilir və fitrə zəkatından azad olur. Fitrə zəkatı aqil (psixiki baxımdan normal), baliğ (həddi-büluğa çatmış), huşu başında olan, eyni zamanda fəqir və miskin olmayan insana vacibdir.
Fitrə zəkatı olaraq, 1 sa (təqribən 3 kq) çörək, buğda, düyü və s. və yaxud onların pulu götürülür. Bayram axşamı (Ramazan bayramından öncəki gecə) şam azanından sonra çıxılan fitrə zəkatı, bayram günü bayram namazınadək verilir. Bayram namazını qılmayan şəxs, fitrə zəkatının verilməsini günorta azanınadək təxirə sala bilər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter