Ən böyük ilahi cəza hansıdır?!


... Hədisdə nəql olunur ki, Həzrəti Musa (ə) Turdağına gedərkən qarşısına imansız bir kişi çıxır və Həzrət Musaya (ə) kinayə ilə deyir: Ey Musa! Səndən bir istəyim var. Öz Rəbbinlə görüşəndə de ki, mən heç Onu yad etmirəm. Lakin dünya həyatım çox yaxşıdır. Heç bir çətinliyim yoxdur. Həzrət Musanın (ə) razu niyazından sonra Allahdan nida gəlir: Ey Musa, bəndəmin sifarişini söylə! Həzrət Musa (ə) utanaraq kişinin sözlərini deyir. Allahdan nida gəlir: Bəndəmə de: Sən elə bir əzaba giriftar olmusan ki, ondan xəbərin belə yoxdur! Öz zikrimin və ibadətimin şirinliyini səndən almışam! Sən Məndən qəflətdəsən! Ayə və hədislərə nəzər saldıqda görürük ki, insanı rüşdə (mənəvi yüksəlişə) aparan iman nuru ilahi bir rəhmət, bu nurun olmaması isə zəlalətdir. Bunu görmək, bəhrələnmək, öz nəsibini almaq isə yalnız insanın səyini təşkil edən düşüncə, əməl və niyyətinə bağlıdır: “İnsan üçün etdiyi səy və təlaşdan başqa bir şeyi yoxdur” (Nəcm-39) Səy və təlaş insandan, rəhmət isə Allahdandır!


Mömin şəxsin həyatında problemlərin hikmət və fəlsəfəsi nədir?


Allah-Taala bəndələrinin həyatın müxtəlif şəraitlərində əhval və tutumlarından xəbərdardır!
\"Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdardır, Görəndir.\" (Şura, 27). İzah: Əksər insanlar rifah və zənginlik zamanı qəflət və qürura düçar olduqları üçün Allah bəzi bəndələrini dünya zinətlərindən və dəbdəbəsindən uzaq tutur ki, onların hidayət yolundan sapmasına mane olsun. Başqa sözlə, Allah-Taala bəndələrinin həyatın müxtəlif şəraitlərində əhval və tutumlarından xəbərdardır və bilir ki, əgər bəzi bəndələrinə bol nemət versə, onlar öz dini vəzifələrinə əməl etməyəcək, təkəbbür və asilik yolunu tutacaqlar...


Günahkar seyyidlərə cəhənnəmdə əzab verərlərmi?


...Hədislərimiz buyurur: “Allah cəhənnəmi günahkarlar üçün hazırlamışdır, baxmayaraq ki, o günahkar Qureyş seyyidi olsa belə”. Qurani-Kərim də Qiyamət barəsində buyurur: “Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar”. (“Muminun” 101). Cabir ibni Abdullah görür ki, İmam Səccad (ə) çox ibadət etməklə özünü yorur. Bu səbəbdən Həzrətə deyir: “Ey Rəsulallahın oğlu! Siz Peyğəmbərin (s) övladlarısınız və bu qədər ibadət etməyə ehtiyac yoxdur”. Həzrət Səccad (ə) da yuxarıdakı ayəni tilavət edir və işarə ilə demək istəyir ki, Qiyamət günü insanları əməlləri ilə bir-birindən fərqləndirəcəklər, mənsəbləri ilə deyil.


Bu namaz insanı hacıların savabına şərik edər?!


Zilhiccə ayının ilk on gününün çox böyük fəzilətləri vardır. Bu ayda edilən ibadətlərin xüsusi əcri vardır. Bu ibadətlərdən biri də həmin tövsiyə etdiyimiz namazdır.
Bu namazı Zilhiccə ayının ilk on günündə qılmaq lazımdır. Hər kim bu namazı qılarsa, hacıların əməllərinə şərik olar. Zilhiccə ayının ilk gecəsindən başlayaraq məğrib və işa namazları arasında iki rükətli namaz qılırsan ki, qılınma qaydası belədir: - Hər rükətdə “Həmd” (“Fatihə”) surəsindən sonra “Tövhid” (“İxlas”) surəsi oxunur, sonra “Əraf” surəsinin 142-ci ayəsini oxunur:وَوَاعَدْنَا مُوسَى ثَلاَثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً وَقَالَ مُوسَى لأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلاَ تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ
(“Və və \'ədnə Musə sələsinə ləylətən və ətməmnəhə bi\'əşrin fətəmmə miqatu rabbihi ərbə\'inə ləylətən və qalə Musə liəxihi Hərunəxlufni fiqavmi və əslih və lə təttəbi\'(axırı sakin \'ayn) səbiləl-mufsidin”).



Qədir-Xumun daimiliyinin zəmanəti nədədir?


Allah Təala bir hadisəni tarixin yaddaşında qalmasını qərar verirsə, o hadisəni müxtəlif fraqmentlərlə tarixə həkk edir. Qədir-Xum – məhz bu cür hadisələrdəndir. Bu mübarək hadisə insanlıq tarixinə bir neçə cəhəti ilə qeyd edilib. Hadisənin reallaşması insanlıq üçün kifayət qədər mühümdür. Məhz bu səbəbdən bu mübarək gün öz yerini ən çətin zaman kəsiklərində belə, qoruya bilib. Bu hadisəni yaddaşlarda saxlayan fraqmentlərin bəzilərini gözdən keçirək:
1. Vida həcci. 23-illik peyğəmbərlik yolunun sonu. Dünyaya gəlib-gedəcəklərin hamısının arasında ən üstün bir şəxsin son həcci – çox mühüm və hüznlü bir hadisədir. Yer ilə göy arasında vəhy rabitəsinin qırılmasının və 124 min peyğmbər zəncirinin kamala çatmasının tarixdə təkrarı olmayacaq...


Vay olsun işində səhlənkarlıq edənlərə!!


Nəql edirlər ki, Əmirəl-möminin (ə) bir dərzini müşahidə edirdi ki, dərziliklə məşğul idi. Həzrət (ə) görür ki, dərzi tikişləri çox aralı vurur və parçanın qalan hissəsinə israf edirdi. Vurduğu tikişlər də möhkəm və sabit deyildi. Əziz İmam (ə) üzünü ona çevirir və buyurur: “Ey dərzi! Tikişlərini möhkəm vur. Tikişlərini də yaxın və nazik vur. Çünki mən Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Xain dərzi (paltarı yaxşı tikməyən və parçanın qalıqlarını sahibinə qaytarmayan) o halda məhşur olacaqdır ki, əynində atəşli libaslar və tikdiyi və xəyanət etdiyi qəbalar olacaqdır”.


Hansı insanlar şəfaətdən faydalana biləcəklər?


İmam Sadiq (ə) həyatının son anlarında həyat yoldaşı Ümmi Həmidədən istəyir ki, bütün qohumlarını başının üstündə hazır etsin. Hamı gəldi ki, İmamın (ə) son buyuruşunu eşitsin. İmam (ə) onlara nəzər saldı və buyurdu: “O kəs ki, namazı yüngül hesab edər, bizim şəfaətimizə layiq deyildir”.
Bəzi hədislərdə oxuyuruq ki, hər kimdə bu dörd sifət olar, şəfaətə daha yaxın olar: 1. Doğru danışmaq. 2. Əmanətdarlıq. 3. Xoş əxlaq. 4. İnsanları sevmək”.
Hədislərimizdə şəfaət olunanların bəzi şərtləri bəyan edilmişdir ki, onlara nəzər salaq: 1. Allaha şirk bəsləməmək. 2. Əhli-Beytlə (ə) düşmən olmamaq...


Kimlər hesabsız behiştə və kimlər cəhənnəmə gedərlər?


Qiyamət günü hesab vermədən behiştə gedəcəklər. Belə ki, Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Allah Təala buyurur: “Ey o bəndələr ki, Mənim yolumda düşmənləri öldürmüsünüz və öldürülmüsünüz, Mənim yolunda sizə əziyyət və çətinlik çatmışdır, Mənim yolumda cihad etmisiniz – behiştə daxil olun. Onlar hesab vermədən və əzab olmadan behiştə daxil olarlar””.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, buyurur: “6 dəstə hesab vermədən atəşə daxil olacaqdır: 1. Zülm edən əmirlər və hakimlər. 2. Təəssübkeş ərəblər. 3. Təkəbbür edən kəndlilər. 4. Yalan danışan tacirlər. 5. Həsəd aparan alimlər. 6. Simiclik edən zənginlər”.


Həzrət Musanın (ə) elçiliyi necə olmuşdur?


Qurani-Kərimdə Həzrət Şuəybin (ə) qızlarının iffətli və pak ətəkli olmasını təsdiq edən ayələr mövcuddur. Bu ayələr həmin xanımların gözəl əxlaqından və iffətə riayət etməklərindən bəhs edir. O zaman ki, Həzrət Musa (ə) Mədayinə qaçır, bu iki xanımı bulaq başında gözləyən zaman görür. Onlara yardım edib, heyvanları üçün su daşımalarına kömək edir. Onun bu rəftarı həm xanımların və həm də onların atası olan Şuəybin (ə) xoşuna gəlir. Şuəyb (ə) Musanı (ə) görmək istəyir və qızlarından biri dilə gəlib deyir ki, onu özünə xidmətçi götür, çünki həm güclüdür, həm də etimad ediləsidir. Şuəyb (ə) də Musa (ə) ilə müqavilə bağlayır. Ona deyir ki, qızlarımdan birini sənə ərə verəcəyəm. Ancaq şərtim vardır. Budur ki, mənə səkkiz il xidmət edəcəksən və əgər on il tamam olarsa, səninlə işim olmayacaqdır. Musa (ə) da bu təklifi qəbul edir.


İnsanlara rəhbərlik etmək nə üçündür?


Rəhmətlik İmam (r) bu barədə buyurur: “Hökuməti öhdənə götürmək – öz-özlüyündə şən və məqam deyildir. Əslində əhkamı vəzifəni icra etmək və ədalətli İslam dövləti bərqərar etmək üçün vasitədir”. Dahi və İlahi insanlar rəhbərlik etməyi dəyərsiz hesab edib, onun heç bir məqam olmadığını dəfələrlə vurğulamışdılar. Onlar üçün hökumət ancaq Allahın qoyduğu qanunları bərqərar edib, ədaləti bərpa etmək üçün vasitə olmuşdur. O, səbəbdən Həzrət Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “Əgər hüccət mənə tamam olmasaydı və bu işə vacib buyurulmasaydım, onu boş buraxardım”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter