Əgər hamımız Həzrət Adəmin (ə) nəvələriyiksə, niyə rəngimiz və irqimiz fərqlidir?


Həzrət Peyğəmbərə (s) sual verirlər ki, Adəm (ə) bütün gillərdən xəlq olmuşdur, yoxsa vahid bir gildən? Həzrət (s) buyurur: “Bütün gillərdən. Əgər vahid bir gildən xəlq olunsaydı, insanların bəzisi, bəzilərini tanımazdılar. Torpağında ağ, yaşıl, qırmızı və s. rənglər mövcuddur. Bəzi torpaqlar yumşaq və bəziləri də sərtdir. Ona görə də insanların bəzisi ağdır, bəziləri sarı, bəziləri qırmızı və qaradır. Rənglərdəki bu fərq – torpağın rənginə əsasəndir”. İmam Əli (ə) buyurur: “İnsanların arasında olan fərq onların fitrətinin müxtəlifliyinə görədir. Çünki insanın əvvəlki tərkibi şor, şirin, yumşaq və sərt torpaqdan olmuşdur. Biri gözəl və ağılsız, biri uzun qamətli və az hümmətli, biri çirkin və saleh, biri alçaq boylu və xoş fikirli, biri pak fitrətli və pis əxlaqlıdır...”...


Hz İsa (ə) və İmam Əlinin (ə) baxışında Hansı günü bayram adlandırmaq olar?


Həzrət İsanın (ə) nəzərində bayram nə deməkdir? Həzrət İsanın (ə) Qurandakı hekayətləri əsasında demək olar ki, onun üçün bayram – səma lütfü və İlahi kəramətidir ki, süfrə şəklində yerə enmişdi. Bu süfrə Allahın əzəmətini bir daha nümayiş etdirmiş və orada olanları sevindirmişdir. “Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün – həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan»”. (“Maidə” 114).
Bəs Əhli-Beytin (ə) nəzərinə görə, həqiqi bayram hansı gündür? İmam Əli (ə) “Nəhcul-Bəlağə”də buyurur: “O günü ki, Allah Təalanın itaət nuru ilə aydınlandırarsan, böyük Allahın istəyini və göstərişini özünə hakim edərsənsə və o gündə Allah Təalanın günahı edilməzsə - o gün bayramdır”.


İmam Zaman ağa (ə.f) ruzisini haradan qazanır?


İmam Zaman ağanın (ə.f) qeybi zamanında ruzi qazanması iki cür həyata keçə bilər. Biri budur ki, Həzrətin (ə.f) qeybi möcüzə olduğu kimi, ruzisi, qaldığı yer də möcüzə şəklində ona verilər. Yəni, nə zaman Həzrətin (ə.f) bir şeyə ehtiyacı olsa, Allah Təala bunu qeyb aləmindən nazil edər. Bu cür nümunələrə həm tarixdə və həm də Quranda rast gəlmişik. Həzrət Məryəmin (s.ə) İlahi süfrədən bəhrələnməyi kimi. “Zəkəriyyə hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdi. (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandır?». Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir»”. (“Ali-İmran” 37). Bəni-İsrayil üçün nazil olan yeməklər kimi. İkinci variant budur ki, Həzrət (ə.f) öz ruzisini başqa insanlar kimi qazanır. İqtisadi sahədə səy göstərir və ruzisini qazanır. Bu variant da mümkündür. Belə ki, hədislərdə oxuyuruq ki, İmam Zaman (ə.f) sizin aranızdadır, sizin evlərinizə qonaq gəlir və xalçalarınızın üstünə qədəmlərini basır...


190 il ibadət edən rahib, Allahdan nə istədi?


Əbu Talibin zamanında Məsrəm ibn Dəyit ibn Şitqam adlı bir rahib yaşayırdı. Bu insan ibadət etməkdə məşhur olmuşdu. 190 il ibadət etmişdi və Allahdan heç bir şey istəməmişdir. Nəhayət, bir gün Allahdan istəyir: “Allahım! Öz övliyalarından birini mənə göstər!”. Allah Təala Həzrət Əbu Talibi onun yanına göndərir və rahib onu görən kimi ayağa qalxır və başından öpür. Qarşısında əyləşdirir və deyir: “Allah sənə rəhmət etsin, sən kimsən?”. Əbu Talib buyurur: “Təhamə məntəqəsindənəm”. Soruşur: “Abdumənafın hansı tayfasından?”. Deyir: “Bəni Haşimdən”. Rahib yenə ayağa qalxır və onun başından öpüb deyir: “Allaha şükür olsun ki, mənim istəyimi yerinə yetirdi. Məni öldürməyəcəkdir o zamana qədər ki, Öz vəlisini mənə göstərəcəkdir. Sənə müjdə verirəm. Allah sənin müjdəni mənə ilham etmişdir”. Əbu Talib soruşur: “Həmin müjdə nədir?”. Rahib deyir: “Sənin belindən bir övlad dünyaya gələcəkdir ki, Allahın vəlisidir...


Həzrət Musaya (ə) edilmiş dörd vəsiyyət hansı məsələlər haqda idi?!


Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
1. O zamana qədər ki, Allahın səni bağışladığını bilmirsənsə, insanların eybi ilə işin olmasın. Özünün bağışlanmağın üçün vasitə fikirləş.
2. O zamana qədər ki, xəzinələrimdə olan sərvətin bitdiyini bilmirsənsə, ruzi üçün qüssə yemə. Sənə yazılan sənə çatacaqdır.
3. O zamana qədər ki, Mənim hakimiyyətimin sona çatdığını bilmirsən, heç kimə ümid etmə.
4. Təhlükəli düşmən olan şeytanın ölüm xəbəri sənə çatmayıbsa, onun hiyləsindən amanda olma...


Həzrət Musa (ə) hansı keyfiyyətinə görə seçilmişdi?


İmam Baqir (ə) nəql edir: “Həzrət Musaya (ə) 30 gün vəhy gəlməsi kəsilir. Ona görə də Şamın ətrafında olan Əriha adlı dağa qalxır və buyurur: “Ey Pərvərdigar! Nəyə görə vəhyini məndən saxlamısan və həbs etmisən? Düçar olduğum günaha görədir? Mən indi Sənin dərgahına gəlmişəm ki, hansı şəkildə razı olsan, məni cəzalandırasan”. Allah vəhy edir: “Ey Musa! Bilirsənmi ki, niyə Öz vəhy yolumla səni başqa bəndələr içərisindən seçmişəm?”. Musa (ə) deyir: “Bilmirəm, ey Allahım!”. Allah buyurur: “Ey Musa! Bəndələrimə nəzər saldım və onların arasında səndən daha təvazökar olanını görmədim. Ona görə də səni başqa bəndələr arasından seçdim və Öz kəlamıma məxsus etdim”.


Niyə birinə az, birinə çox ruzi verilir?


Quran buyurur: “Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir”. (“Şura” 27). Bu ayədən göründüyü kimi, Allah bilir ki, kimə çox və kimə az ruzi vermək lazımdır. Çünki Allah hər kəsdən bəndələrinə qarşı daha agahdır. Həzrət Musa (ə) yolunun üstündə bir yoxsul insan görür və o, peyğəmbərindən istəyir ki, Allaha dua etsin və ruzisini çoxaltsın. Həzrət Musa (ə) da Allaha dua edir ki, onun ruzisini çoxaltsın...


Hz İsa (ə) ilə çobanın danışığı bəşəriyyət üçün hansı 5 dərsi izah etdi?!


Həzrət İsa (ə) ona çatmaqda olan kişiyə buyurdu: “Ey kişi! Sən ömrünü çobanlığa sərf etmisən, əgər elm təhsil almağa sərf etsəydin, bundan daha yaxşı olardın”.
Həmin kişi dedi: “Ya nəbi! Mən elmdən beş məsələni öyrənmişəm və onlara əməl edirəm.
1. O zaman ki, halal vardır, haram yemirəm. Halal gərək heç bir zaman azalmasın ki, harama ehtiyac olsun.
2. Düz olan yerdə yalan demirəm. Gərək doğru az olmasın ki, yalana ehtiyac olsun.
3. O zaman ki, öz eybimi görürəm, başqalarının elmi ilə məşğul olmuram. Öz eyblərimi islah etməkdən ayrılmadan, başqalarının eybi ilə məşğul olmuram...


Həzrət İsanın (ə) diriltdiyi ölü, ağılsız insana nə dərsini verdi?


Həzrət İsa (ə) buyurur: “Sükut et, diriltmək sənin işin deyildir. Sən o nəfəsə malik deyilsən. Ölünü dirildən nəfəs elə olmalıdır ki, yağış suyundan pak olsun. Səma xəzinəsinin əmini olmalıdır. Fərz edək ki, sən Musanın (ə) əsasını əldə etməyi bacardın. Musanın (ə) əlinin sirrini haradan əldə edəcəksən?”.
Bu insan səfeh, ağılsızın biri idi. İnadkarlıqla dedi: “Əgər mən layiqli deyiləmsə, sən ki, layiqlisən. O adı çək və ölüləri dirilt”. Həzrət İsa (ə) bu sözləri eşidən zaman üzünü göyə tutur və deyir: “Allahım! Bu nə sirdir? Niyə bu ağılsız bu qədər təkid edir? Təəccüblüdür ki, bu ağılsız özünü düşünmür. Öz xəstəliyini düşünmür. Özünün ölməsini buraxıb, başqasının ölüsü barəsində niyə düşünür ki?!”. Allah Təal tərəfdən nida gəldi: “Bu, o insandır ki, ruh aləminə arxa çevirmişdir. Ona görə də nə axtarırsa, bu meylinə görədir. Onun ruhuna tikan əkilmişdir ki, səmərəsi də elə həmin yersiz axtarışdır. O kəs ki, dünyada tikan əkər, gül tikana çevrilər. Əgər üzünü yarına tərəf tutarsa, o yar onun üçün ilana çevrilər. Hər nəyə toxunarsa, onu ilan zəhərinə çevirər...


Bu qısa kəlmədən ibarət moizəyə əməl etsə, insan cəhənnəmdən xilas olar!


Ustad Ayətullah Məkarim Şirazi buyurur: “İnsanın başıaşağı cəhənnəmə atılmasının səbəbi aydındır. Bütün bunlar dilinə görədir. Bu əzab yəqin ki, ona görədir ki, günah edən üzv ilk olaraq yansın və əzab çəksin. İnsan dili ilə günah etdiyi üçün, onu başıaşağı halda cəhənnəm atəşinə atarlar ki, ilk olaraq dili yansın. Çünki məhz bu dili həmin atəşi alovlandırmışdır. Başqa insanlara töhmət vurmuş və zülm etmişdir. Gərək hər səhər yuxudan ayılan zaman Allahdan istəyək ki, bizi dilimizin şərindən amanda saxlasın. Həmçinin gecə yatağa uzanan zaman Allahdan dilimizlə etdiyimiz günahlara görə istiğfar və tövbə edək. Çünki insan həqiqətən dilinə görə daima təhlükədədir”. Əmirəl-möminin (ə) buyurur: “Dil büdrəməsinin cəzası, nizənin vurduğuyaradan daha ağırdır”. Hz Əli (ə) başqa yerdə buyurur: “İnsanın ayağı aldığı zərbədən sağalar, ancaq dilin vurduğu zərbə başları bada verər”. Mərhum Ayətullah Şeyx Muhəmməd Təqi elmi hövzənin dəyərli müəllimlərindən olmuşdur. O, deyirdi: “İnsanlar məndən moizə etməyimi istəyəndə, deyirəm: “Dil, dil! Gərək dilinizə nəzarət edəsiniz”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter