Ramazan ayında şeytanın fəaliyyəti nəyə yönəlib?


Şeytanın (lən) bu mübarək aydakı ən çox fəaliyyəti - bu ayın feyz və bərəkətini bizdən almağa çalışmaqdır. Əgər bir qədər diqqət etsək, görərik ki, bu ayda münaqişələrin və yersiz vaxt öldürməklərinin sayı kifayət qədər olur. Şeytan öz dostlarının yardımı ilə fitnə və münaqişə hazır edər və çalışar ki, insanlar bu mübarək aydan az tövfiq əldə etsinlər. Ramazan ayı demək, İlahi ziyafətə daxil olmaq deməkdir. İnsan nəfsinə deyər ki, bəsdir yedin, indi Allaha diqqət etmək, ibadət etmək zamanıdır. Biz Məhbubumuzla xəlvət etmək istəyirik və ancaq yediklərimiz bizi Ondan qafil edir. Ancaq Ramazan ayı bizə o fürsəti verir ki, bütün diqqətimiz Məhbubumuzda olsun, Ona yaxınlaşmağa çalışaq. Həzrət Peyğəmbər (s) buyurur ki, dolu mədə - şeytanın otlağıdır. Ona görə də şeytanın otlağını qurudub, onun təhriklərindən uzaq olaq...


Oruc tutan hansı 7 nemətə çatacaqdır?! Ayə və hədislər


İmam Həsən Müctəba (ə) nəql edir: “Bir dəstə yəhudi Peyğəmbərin (s) yanına gəlmişdi. Həzrətə (s) sual verirdilər və suallarından biri bu idi: “Nə üçün Allah Təala 30 gün oruc tutmağı ümmətinə vacib buyurmuşdur? Ancaq keçmiş ümmətlərə bundan çoxunu vacib buyurmuşdur?”. Peyğəmbər (s) buyurdu: “O zaman ki, Adəm (ə) o meyvədən yedi, onun təsiri mədəsində 30 gün qaldı. Ona görə də Allah Təala 30 gün aclıq və susuzluğu onun nəslinə vacib etdi. Ona görə də Allah onu mənim ümmətimə də vacib buyurmuşdur”. Sonra yuxarıdakı ayəni (“Bəqərə” 183) tilavət edir. Və yəhudi deyir: “Ey Muhəmməd! Düz deyirsən. Bəs bu əyyamda oruc tutanın muzdu nədir?”.
Buyurdu: “Elə bir mömin yoxdur ki, Ramazan ayını qürbət qəsdi ilə oruc tutar, məgər o halda ki, Allah Təala onda yeddi sifəti vacib edər:
1. Haramı bədənindən əridər. 2. Onu Allah Təalanın rəhmətinə və Allaha yaxınlaşdırar. 3. Atası Adəmin (ə) xatasını aradan qaldırar...


İmam Rza (ə) iftar zamanı Allah-Taala (c.c) ilə necə münacat edərdi?!


... İmam Rzadan (ə) nəql edilir ki, buyurub: “Hər kim iftar zamanı desə: “Allahım! Sənin tövfiqinlə Sənə xatir oruc tutdum. Sənin əmrinlə verdiyin ruzi ilə iftar etdim. Ona görə onu bizdən qəbul et və bizi bağışla. Həqiqətən, Sən çox bağışlayan və mehribansan” - Allah da hər bir eyb və ya nöqsanına görə orucuna təsir edən günahları bağışlayar”. Muhəmməd ibni Sənan İmam Rzaya (ə) orucun fəlsəfəsi haqqında sual verir və Həzrət (ə) buyurur: “Orucun səbəbi - aclıq və susuzluq ağrısını dərk etməkdir ki, bəndə zəlil, yalvaran və səbirli olsun. Axirətin şiddətini başa düşsün. Bununla yanaşı, oruc zamanı nəfsani meyillər sınar. Axirət üçün bir moizədir və dünya və axirətdə yoxsul insanların halından agah olmaqdır”.


Bütün gecə ibadətlərinin savabı, xəstəyə 1 gecə qulluq etməyin savabından kiçikdir?


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bir gecə və gündüz xəstəyə qulluq edərsə Allah onu İbrahim Xəlil (ə) ilə məhşur edər və Sirat körpüsündən işıq sürəti ilə keçər”.
Xəstəyə bir gün baxmaq – insanı Siratdan keçirən əməllərdəndir. Hər kimin bu körpüdən sağ-salamat keçmək qorxusu vardırsa, onda bu əməl ilə özünü sığortalaşmış olar.
Xəstəyə qulluq etmək asan bir iş deyildir, ancaq insan əgər bu işi boynuna götürürsə, onu gərək canla-başla yerinə yetirsin. Sadəcə axirət niyyətilə deyil, həm də xəstəni şad edib, sevindirmək niyyətilə yerinə yetirməlidir. Çalışmalıdır ki, onun könlünü alsın və dərdini kiçik də olsa, azaltsın. Xəstəyə xidmət etmək o qədər əhəmiyyətli bir mövzudur ki, Əllamə Təbatəbai buyurmuşdur: “Mən, bütün gecə namazlarımın savabını bir gecə xəstəyə qulluq etməyin savabı ilə dəyişməyə hazıram”.


Ramazan ayının hansı 7 xüsusi fəzilət və təsirləri vardır?!


O zaman və məkan ki, Uca Allahın adına aid olar – xüsusi əzəmət və məqama malik olar. Kəbəni, Allahın evi adlandırırlar. Ona görə də ora xüsusi əzəmətə və müqəddəsliyə malik olan məkandır. Ramazan ayı Allaha məxsus olduğu üçün, xüsusi əzəmətə malikdir. Bu ayın fəzilətləri başqa aylardan fərqlənir.
Bu mübarək ayın fəzilətləri ilə tanış olaq: 1. Günahların məhv olduğu aydır. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayı ona görə belə adlandırılmışdır ki, günahları yandırar”.
2. Atəşdən nicat ayıdır. Peyğəmbər (s) buyurur ki, Ramazan ayı elə aydır ki, əvvəli – rəhmət, ortası – bağışlanma və sonu –cəhənnəm atəşindən nicatdır. İmam Sadiq (ə) buyurur ki, bu ayın hər gecəsində cəhənnəmdən günahkar bəndələr nicat taparlar...


Ramazan ayında yemək və içməkləri tənzimləmək üçün hansı 5 məsləhətə diqqət etmək lazımdır?!


Ramazan ayında yemək və içməkləri tənzimləmək üçün bir neçə tövsiyətə diqqət edək:
1. Çay və qəhvə içəcəklərinin sayını azaltmaq. İftar və obaşdanlarda bu nöqtəyə diqqət etsək, bədənimizi susuzluğa vərdişetdirmiş olarıq. Həmçinin həkimlər tövsiyə edir ki, Ramazan ayı boyunca çaydan daha çox, su içməyə meyil edilsin. Çünki çayın və qəhvənin tərkibində olan kofein insanı gün ərzində daha çox susuzlada bilər.
2. Yeməyin həcmini azaltmaq. Çalışmaq lazımdır ki, Ramazan ayı müddətində bədənə daxil olan qidanın həcminə nəzarət edək. Çünki gün ərzində ac qalan mədə, çox həmcli qida ilə qarşılaşan zaman çox əziyyət çəkir və insan sağlamlığı üçün əmin deyildir. Bizi doyuzduracaq və gümrah saxlayacaq həddə yesək, kifayətdir.


Oruc tutduqda insan bədənində nə baş verir? İzahlı


Bədən kənardan ərzaq qəbul etmədikdə toplamış olduğu şəkəri istifadə edir, eyni zamanda bədən orucu təhlükə kimi qəbul edərək adrenalin ifraz edir. Adrenalin sayəsində ağrılar yavaşıyır və orqanizm iltihablarla mübarizə apara bilir. Həmçinin beyin böyük miqdarda enerjiyə ehtiyac duymağa davam edir, bunu da bədən tamamilə ödəyir. Şəkər ehtiyatı bitdikdən sonra növbə zülal anbarına gəlir və ən nəhayət piy ehtiyatlarını işə salır. Qaraciyər yağ turşularından yüksək enerjiyə malik keton elementləri ifraz edir. Keton elementləri qan dövranı sayəsində beyinə qədər çatır. Eyni zamanda əhəmiyyətli hüceyrə prosesi başlayır, beləcə, hüceyrələr təmizlənir. Bu, proses autofagiya adlanır və hüceyrələrin öz-özünü yeməsi mənasını verir. Bədən süni zülalları və ölü hüceyrələri qida olaraq qəbul edir və onları bir membran içinə alaraq bağırsaqdakı həzm enziminə göndərir. Son olaraq burada bədən üçün lazımlı enerjiyə çevrilməsini təmin edir. Autofagiya prosesinin başlaması üçün 12 və 16 saatlıq oruc kifayət edir...


Qurani Kərimin insana verə biləcəyi faydalar haqda İmam Əlinin (ə) hədisi


Hz Əli (ə) Qurani Kərimin faydaları haqda bu ilahi kitabı belə tanıtdırır: Bilin ki, bu Quran elə bir kitabdır ki, nəsihət edər, xəyanət etmədən!
Bilin ki, Bu Quran elə bir kitabdır ki, yol göstərər, azdırmadan! Bilin ki, Bu Quran elə bir kitabdır ki, danışandır, yalan demədən!
Bilin ki, Bu Quran elə bir kitabdır ki, Onunla oturan şəxs qalıxarkən onun hidayət və xoşbəxtliyi artar! Və ya diqqətsizliyi və azğınlığı azalar!
Nəticə olaraq: Öz dərdlərinin yaxşılaşmasını ondan istəyin. (Onda olan yollarda tapın!) Çətinlik və çıxılmaz vəziyyətlərdə ondan kömək istəyin. Çünki Qurani Kərimdə ən böyük dərdlər ki, küfrə, münafiqliyə, məhv olmaq və yolunu azmaq olmuş olsun, əlac və şifa vardır!”


Ramazan ayının ikinci günündə Allah-Taaladan (c.c) hansı diləyi arzu edək?!


Ramazan ayının ikinci gunu oxunan dua: İlahi! Bu gündə Səni razı salacaq əməlləri etməyi mənə nəsib et! İlahi! Səni qəzəbləndirəcək, hayif çıxacaq və əzab verəcək əməllərdən məni uzaq saxla! İlahi! (Bu gündə) Sənin göndərdiyin Qurani Kərimin ayələrini oxumağı mənə nəsib et! Ey mərhəmətli və mehribanların mehribanı.
Qurani Kərimi oxumağın faydaları nələrdir? Məsumlardan hədislər İslam Peyğəmbərinin (s) və Əhli-beytin (ə) hədislərinə əsasaən Quran oxumağın fayda və bərəkətləri:
1- İslam Peyğəmbəri (s) buyurmuşdu: “ Sizlərdən hər kim Allahla danışmaq istəsə, gərək Quran oxusun.” (1) Allahın razılığını qazandıran əməlləri yalnız Quranın ayələrində tapmaq olar.
2- İmam Əli (ə) buyurmuşdu: “Quran oxunuşu imanın inkişafıdır.” (2) Quranın uca maarifi insanın imanının möhkəmlənməsinə səbəb olar!
3-İslam Peyğəmbəri (s) buyurmuşdu: “Qurani Kərimin oxunuşu günahların kəffarəsidir.” (3) Quran oxuyan günahlarının mənfi təsirlərini həyatından uzaqlaşdıra bilər!


Ramazan ayının fəziləti haqda məsumlardan bir neçə hədis


1-İmam Baqir (ə) buyurur: “Hər bir şeyin baharı vardır, Quranın da baharı (savabı və...) ramazan ayıdır.” (1)
2-İslam Peyğəmbəri (s) buyurur: “Əgər bəndə (insan) biləsydi ki, ramazan nədir! Arzulayardı ki, ramazan ayı bir il olsun!” (2)
3-Hz Muhəmməd (s) buyurur: “Göylərin qapıları (rəhmət) ramazan ayının birinci gecəsində (insanların üzərinə) açılar və onun sonuncu gecəsinə qədər bağlanmaz!” (3)
4-İmam Rza (ə) buyurur: “Hər kim bu ayda bir ayə Qurani Kərimdən oxuyarsa, (Allah-Taala (c.c) ona) başqa aylarda bir Qurani xətm miqdarında (savabını) hesaba vurar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter