Yatmazdan əvvəl dəstəmaz almağın savabları haqqında məsumlar nə buyurmuşlar?!


İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Dəstəmaz və təyəmmüm alaraq yatağına girən şəxsin savabı məsciddə namaz qılan mö\'minlərin savabı ilə bərabər olar.Bu gözəl sünnəti tərk etməyin və Allah-təalanın razılığını qazanmağa çalışın. Allahı hər zaman yad edin ki, O da sizi yad etsin.
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: Cünüb halında yatağınıza girməyin. Qüsl və ya dəstəmaz almağa su tapmasanız torpağa təyəmmüm edin. Cünki, mö\'min bir şəxs yatdığı zaman ruhu bədənindən ayrılıb Allah-təalanın dərgahına ucalar. Allah onun ruhunu qəbul edib bərəkətləndirər. Əgər onun əcəli çatarsa Allah-təala onun mübarək ruhunu Öz rəhmət dərgahına daxil edər, yox əgər əcəli çatmasa ona yaxın olan mələklərdən bir neçəsi onun ruhunu bədəninə qaytarar. ...


Cəhənnəm əhli qəbirə aparılanda hansı məsələlərdən şikayətlənər?!


\"Biharul-ənvar”ın 3-cü cildində \"Kafi” kitabında nəqlən yazmışlar ki, Həzrət Əliyyibnil Hüseyn əleyhis-salam buyurdu: ...
Cənazəni aparanlara deyir ki, mən sizə şikayət edirəm məni aldadan düşmənimdən ki, məni fəlakət vadisinə atdı. Və mənim dadıma çatmadı; mən şikayət edirəm sizə, məni tək qoyub gedən dost və rifqlərimdən; mən sizə şikayət edirəm, öz malımla, zəhmət və xərcimlə düzəltdiyim evdən ki, hal-hazırda başqası onu tutubdur. Mənimlə mehribançılıq edin, məni qəbrə tərəf aparmaqda tələsməyin.” Zəmrə dedi: Əgər meyyit belə sözləri deyirsə, az qalar ki, cənazəni aparanların çiynindən yerə düşüb qaçsın...


Şiə məzhəbinə olunan hücumlarda hansı puç iddialar önə sürülür?!


Tarix boyu şiə məzhəbi saysız-hesabsız hücumlara, böhtan və iftiralara məruz qalmışdır. Müsəlman qardaşlar arasında ədavət toxumu səpməyə çalışan qərəzli alimlər, bəzi hallarda isə məlumatsız müsəlmanlar bu məzhəb haqda əsassız sözlər söyləmişlər.
Biz burada yalnız bir neçə məşhur alimin kitablarına nəzər salır, onların şiə məzhəbi barəsində söylədikləri cümlələrlə tanış oluruq: ‒Şəhabuddin Әbu Ömər Әhməd ibni Məhəmməd ibni Әbdi-rəbbih Qurtəbi Maliki (H.Q. 4-cü əsr) «Әqdul-fərid» adlı kitabının birinci cildində şiələri İslam ümmətinin yəhudiləri adlandıraraq yazır: «Şiələr yəhudilər kimi təlaqdan sonra iddə saxlamağı lazım bilmirlər.» (Təlaq – boşanma və boşama, iddə isə boşanmış və ya əri ölmüş qadının yenidən ailə qurmasına qadağa qoyulan müddətdir.)
«Şiələr yəhudilər kimi Allahın vəhy mələyi Cəbraili özlərinə düşmən hesab edirlər. Onların etiqadına görə Cəbrail Qurani-Kərimi həzrət Әliyə nazil etməli idi, lakin xəyanət edərək onu həzrət Məhəmmədə (s) nazil etdi»...


Şiə sözünün mənası və yaranma tarixi hansı dövrə qayıdır?!


Məşhur Әhli-sünnə lüğət və ədəbiyyatçıları Firuzabadi «Qamusul-lüğət» və İbni-Әsir «Nihayətul-lüğət» kitabında şiə sözünün mənası haqda belə yazırlar:
«Həqiqətən bu ad (şiə) Әli (ə)-ı və onun Әhli-beytini sevənlərə şamil olurdu. Daha sonra bu ad onrlar üçün xüsusiləşdi».
Şiə məzhəbi ardıcılları Әli (ə)-ın tabeləri olduqları üçün onlara aid edilən bu ad sonradan xüsusiləşdi. Belə bir sual ortaya çıxır: Nə üçün bu məzhəb Həzrət Məhəmmədin (s) ümməti kimi müsəlman deyil, sonradan qondarılmış şiə adını daşıyır?
Cavab: 1.Biz insanlar yalnız və yalnız öz yaradanımıza baş əyir, Ona itaət edirik. Allahdan başqa heç bir kəsin əmrinə itaət etmək bizim vəzifəmiz deyildir. Fiziki və ya mənəvi gücündən asılı olmayaraq, kimsənin bizlərə göstəriş vermək hüququ yoxdur. Lakin əmr və itaət sahibi olan Allah-taala bizlərə müəyyən bir şəxsə itaət etməyi əmr edərsə, bu şəxsin itaəti bizim üçün vacib sayılır. Bu şəxsin itaəti, onun əmrlərinə tabe olmaq bilavasitə Allah-taalanın əmrinə itaət etmək deməkdir...


Heyvanların dilini bilən Hz Suleyman (ə) Bayquşda hansı sualları soruşdu və hansı cavabları eşitdi?!


Bütün heyvanların və quşların dilini bilən Süleyman peyğəmbərlə (ə) bayquş arasında hikmət dolu bu dialoqun yaşandığını rəvayət edirlər.
- Niyə buğda yemirsən?
- Adəm əleyhissalam ona görə cənnətdən çıxarıldığı üçün.
- Niyə su içmirsən?
- Nuh əleyhissalamın qövmü suda boğulduğu üçün.
- Niyə həmişə xarabalıqlarda olursan?
- Xarabalıqlar Allah-təalanın mirasıdır...


Xalid İbn Vəlidin İmam Əli (ə) tərəfindən nəfəsinin kəsilməsindən kim və necə xilas etdi?!


Xalidin müqabilində Hz Əli (ə)-ın əksul əməli: Həzrət (ə), Xalidə üz tutub, buyurdu: Ey Xalid! Əbubəkr sənə nə göstəriş vermişdi?
Xalid dedi: Əmr etmişdi ki, sənin boynunu vuram! Buyurdu: Bu işi edəcəkdinmi? Dedi: Bəli, and olsun Allaha!Əgər namazın salamından qabaq o sözləri deməsəydi, səni öldürəcəkdim. Həzrət buyurdu: Ey anasız! Yalan deyirsən! Bu işi görən gərək səndən şücaətli olsun.
Sonra həzrət yerindən qalxdı. Yalnız iki barmağı ilə Xalidin boğazından yapışıb,elə sıxdı ki,o dəhşətli bir fəryad çəkdi. Az qaımışdı gözləri hədəqəsindən çıxsın.Camaat vəhşətə düşdü. Hər kəs öz fikrində idi. Xalid də Əli (ə)-ın əlində çabalayır və danışmağa qüdrəti yox idi. Sonra Əli (ə) Xalidin yaxasından tutub divara çırpdı. Əli (ə) Ömərə xitab edib buyurdu: Ey Səhhakın oğlu! And olsun Allaha! Əgər Peyğəmbər (s) tərəfindən əhd-peyman və Allah tərəfindən yazılmış yazı olmasaydı, görərdin ki, bizim hansımızın zəif və az qoşunu vardır.


Hz Əli (ə)-ın məsciddə Əbubəkr və Ömər üçün geniş surətdə dəlil və sübut gətirməsi Fədəkin kimə aid olmasını sübut etdi?!


... Qəsbkar qəzavət hökmlərindən xəbərsizdir! Həzrət Əli (ə) buyurdu: Müsəlmanların barəsində etdiyin hökmü üçün bizim üçün edirsən?
Əbubəkr dedi: Yox. Əli (ə) buyurdu: Əgər müsəlmanların əlində bir şey olsa və mən onu özüm üçün iddia etsəm, hansımızdan şahid tələb edəcəksən?
Əbubəkr dedi: Səndən şahid istəyərəm.
Əli (ə) buyurdu: Əgər mənim əlimdə bir şey olsa və müsəlmanlar onu özləri üçün iddia etsələr, məndən şahid istəyəcəksən?! Nə üçün Fatimədən şahid istəyirsən? Halbuki, Fədək onun əlində və ixtiyarındadır. Peyğəmbərin (s) həyatında və ondan sonra Fatimə (s.ə) onun maliki olubdur. Niyə müsəlmanlardan şahid istəmirsən?!
Əbubəkr susdu.Ömər dedi: Bu müsəlmanların qənimətidir. Biz sənin kəlamınla müqabilə edə bilmərik. Əgər ədalətli bir şahid gətirsəz, Fədək sizindir. Yox əgər gətirmədiniz, bu diyar müsəlmanların qənimətidir. Sənin və Fatimənin onda haqqı yoxdur!!! Mənbə: \"Fatimə Zəhra (s.ə) xütbəsi\" kitabı


Qurani Kərimdə günahlarla ömrünü keçirən insanlar verilən cavabsız suallar nələrdir?!


Cavabı olmayan suallar - Mübarək \"Tur” surəsində 15 dənə sual zikr olunmuşdur. Bunlar danlaq və ilzam üçündür ki, cavabları yoxdur. Məsələn bəzən sizlərdən biri kağız səhifəsini uşağın əlinə verirsiniz ki, yazsın. Sonra evə qayıdanda görürsünz ki, əyri-əyri xətlər çəkmişdir. Ona deyirsiniz: Sənə qələm vermədimmi? Sənin üçün nümunə yazmadımmı ki, bu cür pis xətlərlə yazmısan? Bunlara cavabı olmayan suallar deyilir. Allah-Taala on beş dənə bu cür suallarla buyurur: \"Yoxsa səbəbsiz yerə yaradıblar?! Yoxsa özünüz özünüzü yaradıbsız?!”
Bəhlul barəsində yazıblar ki, günlərin birində qəbiristanlıqda oturub bir insan kəlləsinin sümüyünü tapmışdı. Onu torpaqla doldurub sonra boşaldırdı. Bir nəfər gəlib soruşdu: Nə üçün bu cür edirsən? Dedi: İstəyirəm bildirəm ki, bu dünyada bu qədər iddialar edən bəşərin beyni necə də torpağa dönmüşdür!
Bir neçə il bundan qabaq Şiraz şəhərinin sursat anbarına od düşmüşdü. Hamı Allahın dərgahına pənah apardı, hətta ömrü boyu bir namaz qılmayan bir dəfə \"ya Allah” deməyən kəslər də. Nədən pənah aparmışdılar...


Ücb (Özündən razılıq) haqda Allah-Taala (c.c) Hz Davuda (ə) nə buyurmuşdur?!


...İslam Peyğəmbəri (s) buyurur: «Allah-Taala Davuda buyurdu: Ey Davud! Günahkarlara müjdə ver, siddiqləri (möminləri) qorxut. Davud ərz etdi ki, günahkarlara müjdə verim siddiqləri qorxudum? Allah-Taala buyurdu: Ey Davud! Günahkarlara müjdə ver ki, tövbələrini qəbul edər, günahlarını bağışlayaram. Siddiqləri qorxut ki, əməllərini bəyənib lovğalanmasınlar. Çünki mənə hesab verən bəndə (bağışlamasam) həlak olar». Mənbə: \"Kumeyl duasının şərhi (1-ci cild)\" kitabı.


Hansı üç dəstə insanlar qiyamətdə daha çox həsrət çəkəcəklər?!


Qiyamət günü – həsrət günüdür. İnsanların əksər hissəsi həmin günü hansısa əməli yerinə yetirmədiklərinə və ya yerinə yetirdiklərinə görə həsrət çəkəcəklər. Ancaq bu günü ən çox həsrət çəkənlər üç dəstə olacaqdır. Onlarla tanış olaq:
1. O kəs ki, axirətini başqasının dünyası üçün satacaqdır. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bütün insanlardan ən peşman olanı o kəsdir ki, axirətini başqasının dünyası üçün satmışdır”.
2. O kəs ki, ədalətdən dəm vurar, ancaq özü ədalətə riayət etməz. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü ən peşman olan şəxs o kəsdir ki, insanlar üçün ədalətdən danışar, ancaq özü başqalarına qarşı ədaləti rəva bilməz”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter