Kərbəla hadisəsində İslam ümməti tarixdə neçə dəstəyə bölündülər?!


İmam Hüseyn (ə) müsibəti ilə bağlı insanları 3 dəstəyə bölmək olar:
Birinci dəstə o insanlardır ki, İmamın (ə) şəhadətinə sevinirlər (nəuzubillah!). Bunlar o kəslər idi ki, İmamı (ə) qətl etmək üçün Yezidin (lən) ordusuna qoşulmuşdular.
Onların əksər hissəsi Şam əhlindən idi. Şam əhli adətən o insanlar idilər ki, nə İmamı (ə) tanıyırdılar, nə də etiqadları əsil İslam idi. Şam əhli zahirən müsəlman idi, ancaq vəhyin söylədiyi müsəlman deyildilər. Müaviyyə (lən) ağlına gələn-gəlməyən nə deyirdisə, onlar qəbul edirdilər. Müaviyyənin sözlərinə qarşı heç bir şəkkə malik deyildilər. O zaman ki, İmam Əlini (ə) məsciddə şəhid edirlər, Şam əhli deyir ki, məgər İmam (ə) namaz qılırdımı ki?! Bu gün də eyni təfəkkürdə olan insanlara rast gəlmək olur...


İmam Hüseyn (ə) qiyamının əsil səbəbi nə idi?


Tarix nəql edir ki, bir gün Fərzdəq, İmam Hüseynə (ə) deyir: “Ya ibni Rəsulallah! Kufəyə tərəf hərəkət etmə”. Həzrət (ə) cavabında buyurur: “Ey Fərzdəq! Bu qövm şeytana qapılıb, İlahi itaəti tərk edirlər. Yer üzündə fəsad törədirlər, İlahi sərhədləri batil edib, şərab içirlər”. İmamın (ə) bu cavabından onun qiyamının hədəfləri ilə tanış olmaq olar. O Həzrət (ə), insanları əmr-be-məruf və nəhy-əz-munkər etmək üçün qiyam etmişdi. İmamın (ə) zamanında İlahi əhkamları dəyişdirirdilər və müsəlmanları yollarından azdırırdılar. Allahın haramını halal elan edirdilər. Yezid (lən) və tərəfdaşları aşkar şəkildə şərab içirdilər. Ona görə də İmam (ə) üzərinə düşən bu vacibatı yerinə yetirmək üçün qiyam edir və öz etirazını bildirir. İlahi hökmlərin dəyişməsinə imkan vermir. İmam Hüseynin (ə) Kufəyə hərəkət etməsinə etiraz edənlərdən biri də Mərvan olmuşdur. O, İmam (ə) hərəkət etməzdən əvvəl onun yanına gəlir və Yezidə beyət etməsini istəyir. Həzrət (ə) cavabında buyurur: “İslamın “Fatihə”si oxunmuşdur”
Çünki əgər İmam (ə) Yezidə (lən) beyət etsəydi, cəddinin qurduğu bütün hər şeyi əldən vermiş olacaq və İlahi hökmlərin aradan getməsinin qarşısıni almayacaqdı. Həzrət (ə) nə qədər ağır şəraitdə qərar tutsa da, Yezidə (lən) qarşı çıxmağı üstün bilir və bu yolda canını qurban verir ki, din aradan getməsin.


Digər məzhəb alimlərinin nəzərində İmam Hüseynin (ə) qiyamının izahı?!


Digər məzhəb alimləri tarix boyu İmam Hüseynin (ə) qiyamı ilə bağlı müxtəlif nəzərlərə malik olmuşdular. Ümumi olaraq, onları iki dəstəyə bölmək olar:
1. Yezidə (lən) bəraət qazandıranlar. 2. İmam Hüseynin (ə) tərəfdarları.
Birinci dəstəyə aid olan alimlər, daha çox Müaviyyəyə (lən) dəstək vermək üzündən Yezidin (lən) cinayətlərinə müəyyən mənada bəraət qazandırmış, öz yanlış mövqelərini müxtəlif bəhanələrlə əsaslandırmağa çalışmışlar. Təbii ki, onların bu mövqeləri əhli-təsənnünün görkəmli alimləri tərəfindən sərt tənqid edilmişdir. Biz daha çox ikinci dəstəyə aid olan alimlərə nəzər yetirəcəyik.
1. Əbul-Fərəc. Əbül-Fərəc İmamın (ə) tərəfdarlarından olaraq, Yezidin əməlini tənqid etmişdir. O, həmişə Yezidi lənətləyirdi. Onun 12 İmamın (ə), Həzrət Xədicənin (s.ə) və Xanım Fatimənin (s.ə) fəzilətlərini zikr etdiyi kitabı vardır. Bu kitabda Yezidin (lən) fitnə-fəsadlarından bəhs etmiş və onu lənətləməyi caiz hesab etmişdir.
2. Cəlaləddin Süyuti. Bu alim təəssübkeş olmasına baxmayaraq, Yezidin (lən) əməlini cinayət adlandırmış və Kufə əhlinin vəfasızlığından, Kərbəla hadisəsindən öz kitablarında bəhs etmişdir.



İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək ki, hədislərdə gələn savaba çataq


Şeyx Tusi İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Hər kim Hüseyn ibn Əlini (ə) Aşura günü ziyarət edər və onun qəbrinin yanında ağlayar, Qiyamət günü Allah ilə iki min həcc, iki min ümrə və iki min cihad ilə görüşər. Həmin həccin, ümrənin, cihadın savabı Peyğəmbərin (s) və Məsum İmamların (ə) xidmətdə olan həcc, ümrə və cihadın savabıdır”.
Hədisi nəql edən İmama (ə) sual verir ki, o kəs ki, başqa şəhərdə və ya başqa ölkədədir və özünü həmin günü ora çatdıra bilmirsə, savabı nədir?
Həzrət (ə) buyurur: “Əgər belə olarsa, səhraya və ya evin damına qalxsın, Həzrətin qəbrinə işarə edib, salam versin. Həzrətin qatillərini lənətləməkdə ciddiyyət göstərsin və sonra iki rükət namaz qılsın. Bu işi zöhrdən əvvəl etsin və Həzrətin müsibətinə göz yaşı töksün. Ailəsinə də əmr etsin ki, o Həzrətə ağlasın. Evində müsibət məclisi bərpa etsin. Həzrət Seyyidi-şühəda (ə) müsibətinə görə bir-birinə başsağlığı versin. Mən zaminəm ki, hər kim bu işi görər, Allah bütün bu savabları ona inayət edər”...


Su içəndə İmam Hüseyni (ə) yada salmağın savabı haqda hədislərdə nə buyurulmuşdur?!


Davud Rəqqi nəql edir: “Həzrət İmam Sadiqin (ə) xidmətində idim və Həzrət (ə) su istədi. Suyu içən zaman gördüm ki, İmamı (ə) ağlamaq tutdu. Mübarək gözlərinin ikisi də göz yaşına qərq oldu. Sonra mənə buyurdu: “Ey Davud! Allah Hüseynin (ə) qatilinə lənət etsin. Elə bir bəndə yoxdur ki, su içsin, Hüseyni (ə) yada salsın və qatilini lənətləsin, məgər o halda Mənnan Allah onun üçün yüz min həsənə yazar, yüz min günahını məhv edər və dərəcəsini yüz min dərəcə qaldırar. Sanki yüz min qul azad etmişdir. Allah Təala onu Qiyamət günü aram və əmin qəlblə məhşur edəcəkdir”.


Həzrət Peyğəmbər (s) İmam Həsənə (ə) və İmam Hüseynə (ə) nəyi miras qoymuşdu?


Hitəmi “Məcməil zəvaid” kitabında nəql edir: “Həzrət Peyğəmbər (s) xəstə olan zaman ki, bu xəstəlik sonradan onun ölümünə səbəb olmuşdu, Həzrət Fatimə (s.ə) Həsənlə (ə) Hüseyni (ə) Həzrətin yanına aparır və buyurur: “Bu ikisi sənin övladlarındır və bu ikisinə bir şeyi miras et”. Həzrət Peyğəmbər (s) buyurur: “Həsənə (ə) öz üstünlüyümü və səbatımı bağışladım, Hüseynə (ə) isə uzaqgörənliyi, inzibatı, səxavəti bağışladım””. Zəməxşəri nəql edir: “Peyğəmbər (s) Həsəni (ə) götürdü və onu öpüb, sağ dizinin üstündə əyləşdirdi. Buyurdu: “Bu övladıma öz xasiyyət və heybətimi bağışladım”. Sonra Hüseyni (ə) götürdü və onu öpüb, sol dizinin üstündə əyləşdirdi. Buyurdu: “Ona isə öz şücaətimi, səxavətimi bağışladım””. “Kənzul-əmal” kitabında oxuyuruq: “Nəhayət Allahın Rəsulu (s) bu iki sevimli övladını Allaha və saleh möminlərə tapşırır”. Aşura hadisəsindən sonra ki, əsirləri Kufəyə gətirirlər, İbn Ziyadın (lən) məclisində o məlun İmam Hüseynin (ə) mübarək başını məsxərə edir...


İmam Hüseyn (ə) ilə Həzrət Yəhyanın (ə) hansı 10 oxşar cəhəti vardlr?!


Həzrət Zəkəriyyə (ə) Allaha dua edir ki, ona İmam Hüseyn (ə) kimi bir övlad əta etsin. Allah da ona, ahıl yaşında olmasına baxmayaraq, Həzrət Yəhyanı (ə) verir. Yəhyanın (ə) da sonradan İmam Hüseyn (ə) kimi başını kəsib, şəhid edirlər. Əgər bu müqəddəs insanların həyatına nəzər salsaq, görərik ki, aralarında çox oxşarlıqlar vardır. O cümlədən:
1. Allah Zəkəriyyəyə (ə) Yəhyanın doğulacağı müjdəsini verir. Həmçinin Allah Həzrət Muhəmmədə (s) İmam Hüseynin (ə) dünyaya gələcəyi müjdəsini vermişdir. Cəbrayil Muhəmmədə (s) buyurmuşdur: “Allah sənə Fatimədən (s.ə) doğulacaq körpənin müjdəsini verir”.
2. Hər iki dahi insan 6 aylıq olan zaman dünyaya gəlmişdilər. 3. Hər ikisinin adını Allah qoymuşdur. 4. Hər ikisi süd içməmişdir. 5. Hər ikisinin alnı parıldayardı...


Məhərrəm ayının hansı böyük xüsusiyyətləri var?


Həzrət Peyğəmbər (s) buyurur: “Bir ildə 12 ay vardır ki, onun 4 ayı haram aylardır. 3 ay dalbadal gəlir: Zilqədə, Zilhiccə və Məhərrəm aylarıdır. Dördüncü ay isə Rəcəb ayıdır”.
Allah Təala yuxarıdakı ayədə bu dörd aya işarə edərək, buyurur ki, bu dörd ay haram (möhtərəm mənasında) aylardır və hər kim bu ayda günah edərsə, cəzası da böyük olar.
İbni Abbas bu ayə barəsində buyurur: “Allah bu ayədə buyurur ki, bütün aylarda zülm etməyin. Sonra dörd ayı haram elan edir və buyurur ki, hər kim bu aylarda günah edərsə, günahı böyük hesab olunar. Hər kim saleh əməl yerinə yetirərsə, savabı böyük olar”.
İbni Kəsir təfsirində bu ayə barəsində deyir: “Haram aylarda zülm etməyin cəzası böyükdür – baxmayaraq ki, zülm etmək həmişə haramdır. Ancaq bu dörd ayda daha böyük hesab olunur.


İmam Rza (ə) səhabəsi İbn Şəbibə İmam Hüseynə (ə) əza saxlayarkən hansı məsələləri tapşırdı?!


Nəql edilir ki, məhərrəm ayının birinci günü İmam Rza (ə) ibni Şəbibə buyurur: “Oruc tutmusan? Bu gün – o gündür ki, Zəkəriyyə (ə) oruc tutmuşdu. Allah Yəhyanı (ə) ona əta etdi. Əgər hacətinizin yerinə yetməsini istəyirsinizsə, bu günü oruc tutun. Bunun ardınca İmam Rza (ə) İmam Hüseynə (ə) əza saxlamaqla bağlı İbni Şəbibə 5 göstəriş verir və buyurur:
“1. Şəbibin oğlu! Əgər Seyyidüş-şühədaya ağlasan və göz yaşların yanaqlarından axarsa – Allah etdiyin hər bir günahı bağışlayar.
2. Əgər Allahı günahların olmayan halda görmək istəyirsənsə, Seyyidüş-şühədanı (ə) yaxından və uzaqdan ziyarət et.
3. Əgər behişt otaqlarında şad olmaq və Peyğəmbərin (s) yanında olmaq istəyirsənsə, Seyyidüş-şühədanın (ə) qatillərinə lənət etməyi tərk etmə...


Ayətullah Mərəşi Nəcəfi məhərrəmlikdə sinəf vurmaq haqda nə buyurmuşdu?!


Ayətullah Mərəşi Nəcəfinin ən bariz xüsusiyyətlərindən biri bu idi ki, daima Əhli-Beytə (ə) təvəssül edərdi. Alim buyurur ki, nə zaman yeni paltar alsaydım, onu zərihə sirtməklə təbərrük edir və sonra geyinərdim. Alimin evi, kitabxanası və ofusu inşa edilən zaman ilk əvvəl bünövrəyə İmam Hüseyn (ə) türbətindən səpər və sonra inşa edərdilər.
Alim buyurardı ki, mən bu türbətlə bu yerləri sığortalayıram. İştirak etdiyi məclislərdə nə zaman Məsumların (ə) adı çəkilsəydi, alim özündən asılı olmayaraq göz yaşı tökərdi.
Sağlamlığı yol verən zaman əzadarlıq mərasimlərinə gedir və sinə vurardı. Buyurardı ki, mən bu sinə vurmağımla özümü il ərzində sığorta edirəm. Alim buyururdu ki, nə zaman çətinliyim olsa, Həzrət Məsumənin (s.ə) hərəminə gedir və bir neçə saat orada dua edərdim və həmin çətinliyim həll olardı. Alim özünü Əhli-beyt (ə) xidmətçisi sayardı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter