Həzrəti Peyğəmbər (s) İmam Hüseynə (ə) olan məhəbbəti haqda nə buyurmuşdu?!


Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) həmişə xüsusi diqqət göstərərdi. Çünki Peyğəmbərin (s) öz əziz nəvələri ilə xüsusi rabitəsi var idi. Nə zaman bu azyaşlı balaları müşahidə etsə idi, onları qucağına alar və çoxlu öpərdi.
Bu haqda çox sayda hədis bəyan edilmişdir. İbni Quluyə nəql edir: “İmam Baqir (ə) bəyan etmişdir: “Nə zaman Seyyidi-şühəda (ə) Peyğəmbərin (s) yanına gələrdi, Həzrət qucağını böyük açardı””.
Mühüm nöqtə budur ki, Həzrət (s) harada olursa-olsun, istər qızının evində, istər məsciddə, ya öz evində - nəvəsini görən kimi onu qucağına alar və sevinərdi.
Nəql edilir ki, Həzrət (s) onu qucağına ala bilməyəndə, İmam Əliyə (ə) buyurardı ki, onu gətirib onun qucağına versin...


Əhli-sünnə mənbələrində İmam Hüseynin (ə) fəzilətləri barədə 20 qaynaq...


1. Əbu Səid əl-Xudri nəql edir: \"Allahın Rəsulu (s) belə buyurub: \"Həsən və Hüseyn (ə) cənnət cavanlarının seyyidləridir (ağalarıdır)””. Tirmizi deyib: \"Bu hədis – həsən səhihdir\".(Mənbə: \"Sünən Tirmizi\", 5/656, hədis 3768)
2. Üsəmə ibn Zeyd nəql edir: \"Həzrət Peyğəmbər (s) buyurub: \"Həsən və Hüseyn (ə) mənim oğullarım və qızımın oğullarıdır. İlahi, mən onları sevirəm, sən də onları sev və onları sevənləri də sev\"”. Tirmizi deyib: \"Bu hədis – həsəndir (mötəbərdir)”. (Mənbə: \"Sünən Tirmizi\", 5/656, hədis 3769)
3. Yalə ibn Murra nəql edir: \"Allahın Rəsulu (s) belə buyurub: \"Hüseyn (ə) məndən və mən də Hüseyndənəm. Allah Hüseyni (ə) sevəni sevsin\"”. Tirmizi deyib: \"Bu hədis – həsəndir (mötəbərdir)”. (Mənbə: \"Sünən Tirmizi\", 5/658, hədis 3775)...


Allahın Rəsulu (s) gecə qıldığı vitr namazında neçə dəfə istiğfar edərdi?


Təqva əhlinin hansı xüsusiyyətləri var? Ümumi nəzərə görə, təqvalı insanların xüsusiyyətləri bunlardır:
- Çətinlik qarşısında səbir edərlər. - Rəftar və danışıqlarında sadiqdirlər. - Allahın onlara verdiyi ruzidən infaq edərlər. - Vacibatları yerinə yetirən zaman mütidirlər və təkəbbürdən uzaqdırlar. - Gecəni oyaq qalar və ibadətlə, bağışlanma istəməklə məşğul olarlar.
İmam Sadiq (ə) buyurur: “Səhər çağı istiğfar dedikdə, məqsəd – o vaxt qılınan namazdır”. Əbu Bəsir, İmam Sadiqdən (ə) “səhərlər bağışlanma diləyənlərdirlər” (“Ali-İmran” 17) barəsində soruşur. Həzrət İmam Sadiq (ə) buyurur: “Allahın Rəsulu (s) vitr namazında 70 dəfə istiğfar edərdi”...


Hz Peyğəmbərə (s) Allah-Taala (c.c) tərəfindən hansı beş hədiyyə verillmişdir?!


İlahi hədiyyədir. Həzrət Peyğəmbər (s) buyurur: “Beş şey mənə əta edilmişdir ki, məndən əvvəlki peyğəmbərlərin heç birinə verilməmişdir:
1. Mən bütün aləmlər üçün göndərilmişəm.
2.Torpaq mənim üçün pak və səcdəgah qərar verilmişdir.
3. Qorxu ilə yardım edilmişəm (düşmənlərin qəlbinə qorxu salınaraq).
4. (Döyüş) qəniməti mənim üçün halal hesab olunmuşdur. Halbuki, məndən əvvəl heç kəsə halal deyildi.
5. Mənə Allah tərəfindən bütün sözlər hərtərəfli verilmişdir”.


Hz Peyğəmbərin (s) zöhd və ibadətini nə həddə tanımaq mümkündür?! Tarixi hadisələr


Cəfər ibn Əhməd Qumi \"Zuhdun-Nəbi\" kitabında rəvayət edir ki, Allahın Rəsulu (s) namaza duranda Allahın qorxusundan rəngi qaçardı, ondan sızıltılı səs eşidilərdi. Həmçinin namaz qılanda yer üzərinə sərilmiş paltar kimi olardı. Əllamə Məclisi özünün \"Biharul-ənvar\" kitabında Aişədən belə nəql edir: \"Allahın Rəsulu (s) bizlə söhbət edər, biz də onunla danışardıq, amma namaz vaxtı gələndə elə bir halda olardı ki, sanki nə o bizi tanıyır və nə də biz onu tanıyırıq.\" Əbu Bəsir İmam Məhəmməd Baqir (ə)-dan rəvayət edir ki: \"Allahın Rəsulu (s) bir gecə Aişənin yanında idi. Aişə dedi: Nə üçün ibadət etməyə görə özünə bu qədər əziyyət verirsən, bir halda ki, Allah Taala sənin keçmiş və gələcək günahlarını bağışlamışdır? Həzrət buyurdu: Mən şükr edən və minnətdar bəndə olmayımmı?\"
\"Üsuli-kafi\" kitabında İmam Cəfər Sadiq (ə)-dan rəvayət olunmuşdur ki, Allahın Rəsulu (s) buyurmuşdur: \"İnsanların ən üstünü o kəslərdir ki, ibadətə aşiq olmuş, onu qucaqlamış, qəlbi və canı ilə sevmiş, cismi və bədən əzaları ilə onu yerinə yetirmiş, ibadət üçün hər şeydən əlini çəkmişlər. Belə bir halda bu insan üçün dünyada çətinliklə yaxud asanlıqla yaşamağın heç bir fərqi yoxdur...\"


İmam Əli (ə) özünü Zülqərneynlə hansı məsələ oxşar olaraq tanıtdırır?!


Əmirəl-möminin (ə) minbərdə olan zaman İbni Kəvva qarşısında dayanır və Həzrətdən (ə) soruşur: “Mənə Zülqərneyndən xəbər verin ki, peyğəmbər idi, yoxsa sultan?”.
Həzrət (ə) buyurur: “Zülqərneyn nə peyğəmbər idi və nə də sultan. O, elə bir bəndə idi ki, Allah Təalanı sevirdi və Allah da onu sevirdi. Allah üçün xeyirxahlıq edərdi və Allah da ona xeyirxahlıq edərdi. Ona Zülqərneyn deyilməyinin sirri budur ki, o, öz qövmünü Allah Təalaya tərəf dəvət edir. Ancaq onlar başına vurub, onu yarırlar. Ona görə də bir müddət onlardan qaib olur. Sonra yenə yanlarına gəlir və onları yenə dəvət edir. Onlar bu dəfə başının o biri tərəfinə vururlar və onu şikəst edirlər.
Həzrət (ə) sonda buyurur: Sizin də aranızda onun kimisi vardır”...


Əmirəl-möminin (ə) niyə öz fəzilət və üstünlüklərini bəyan etməyə məcbur oldu?


Əmirəl-möminin (ə) xüsusi fəzilətlərindən biri də budur ki, Həzrət Xatəmül-ənbiyadan (s) başqa, qalan İlahi peyğəmbərlərdən (ə) üstünlüyə malikdir. Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: “Allah, Öz peyğəmbərlərini (ə) yaxın mələklərindən üstün etmişdir. Məni bütün peyğəmbərlərdən (ə) üstün etmişdir.
Ey Əli! Üstünlük məndən sonra səndə və səndən sonrakı İmamlardadır (ə)”. Nəql edilir ki, bir gün Səsəhə ibni Suhan İmam Əliyə (ə) onun digər peyğəmbərlərdən (ə) üstünlükləri ilə bağlı sual ünvanlayır. Həzrət (ə) cavabında buyurur: “İnsanın özünü tərifləməsi yaxşı iş deyildir. Ancaq Allah buyurmuşdur: Sənə verilən nemətləri bəyan et””. Sonra Həzrət Əli (ə) öz fəzilət və üstünlüklərini bəyan etdi. Məlum oldu ki, Həzrət Adəmə (ə) behiştdə buğda yemək yasaqlanmışdı, ancaq ondan yedi. Ancaq Həzrət Əliyə (ə) buğda yemək qadağan olunmamışdı, amma buna baxmayaraq, o Həzrət (ə) heç bir zaman buğda çörəyi yeməmiş, arpa çörəyi ilə kifayətlənmişdi...


İmamətliyin nişanəsi sayılan Mushəfi-Fatimə nədir?


Mushəfi-Fatimə o kitabın adıdır ki, İmam Əlinin (ə) vasitəsilə yazılmışdır. Bu kitabın içində olanlar isə vəhy mələyi vasitəsilə Xanıma (s.ə) təlqin edilmişdir. Bu kitabda qeyb hadisələri və Ali-Muhəmmədin (ə) sirləri bəyan edilmişdir. Bu kitab İmamətliyin nişanəsi sayılır və İmamların (ə) yanında əldən-ələ ötürülür. Hal-hazırda İmam Zaman ağanın (ə.f) əlindədir.
Əksər hədislərə görə, Peyğəmbərdən (s) sonra nəşr edilmişdir. Həzrət Peyğəmbər (s) onun haqqında məlumat verməmişdir. Lakin bu, o demək deyildir, ki, Həzrət (s) həmin kitabdan xəbərsiz idi. Bizim əqidəmiz belədir ki, Allahın izni ilə onun gələcəkdən xəbəri var idi. Bu kitab İmamətliyin nişanəsi olduğu üçün, tərkibində olanlar insanlara açıqlanmamışdır. Ona görə də ümumi insanların ondan xəbərləri yoxdur və onların ixtiyarına qoyulmamışdır.


Peyğəmbərin (s) vəziri, köməkçisi, qardaşı və dayağı kim olmuşdur?


İmam Əlinin (ə) fəziləti ilə bağlı bir hədisə nəzər salaq. Bu mübarək hədisdə Həzrət Rəsuli-Əkrəm (s) Musa peyğəmbər (ə) kimi Allaha dua etmişdir. Musa peyğəmbər (ə) qardaşı Harunla (ə) bağlı Allahdan nələri istəmişdirsə, əziz Peyğəmbərimiz (s) də Həzrət Musa peyğəmbər (ə) kimi İmam Əli (ə) ilə bağlı Allaha o cür dualar etmişdir.
Elə bu səbəbdəndir ki, başqa bir hədisdə də Peyğəmbərimiz (s) buyurmuşdur: \"Əlinin mənə olan nisbəti – Harunun Musaya olan nisbəti kimidir və (lakin) məndən sonra peyğəmbər yoxdur\". Qeyd olunan hədislərə və Quran ayələrinə əsasən deyə bilərik ki, İmam Əli (ə) Peyğəmbərin (s) vəziri, köməkçisi, qardaşı, arxası və təbliğ işlərində Onun (s) şərikidir. Bu fəzilət Allah tərəfindən fəqət İmam Əliyə (ə) verilmişdir. Abdullah ibn Cəfər əl-Himyəri mötəbər sənəd ilə İmam Baqirdən (ə) nəql edir: \"Peyğəmbər (s) Ərəcdə olarkən belə buyurmuşdur: \"İlahi, Sənin bəndən Musa (ə) dua etdi və Sən onu cavablandırdın. Öz tərəfindən ona sevgi yaratdın. Səndən istədi ki, onun sinəsini genişləndirəsən, işini asanlaşdırasan, ailəsindən onun üçün bir vəzir qərar verəsən və dilindəki düyünü açasan.


İmamların (ə) malik olduqları elm, hamısında eyni səviyyədədirmi?


Məsum İmamlar (ə) da Peyğəmbər (s) kimi, insanları hidayət etmək yolunda xüsusi İlahi elmə malik olarlar. Bu elmi ladoni adlandırırlar. Yəni, qeyb elmidir, bəşər elmi deyildir.
Onlar hər zaman dua edərlər ki, Allah bu elmlərini artırsın. Hətta Həzrət Peyğəmbər (s) belə dua edən zaman buyurardı:“Allahım, mənim elmimi artır”.
Hədislərdən belə qənaətə gəlmək olur ki, bütün İmamların (ə) qeyb elmi vardır. Bu elmi Allah Təala ancaq mələklərə və peyğəmbərlərinə (ə), vəsilərinə (ə) öyrətmişdir.
İmam Sadiq (ə) buyurur: “Allah Təalanın iki cür elmi vardır: birincisi o elmdir ki, Onun yanındadır və heç bir məxluqunu ondan agah etməmişdir. İkincisi isə o elmdir ki, mələklərinə və peyğəmbərlərinə (ə) vermişdir. O şeyi ki, mələklərə və peyğəmbərlərə (ə) vermişdir – bizə də gəlib çatmışdır\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter