Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin sirri nədir?


Hədisdə gəlmişdir:
Əmirəl-möminin (əleyhis-səlam) Həzrət Fatimeyi-Zəhraya (əleyha-səlam) buyurdu ki, getsin və Peyğəmbərdən bir xidmətçi (qulluqçu) istəsin. O xanım getdi və əlinin qabarlarını göstərdiyi əsnada dedi: «Asyabı (dəyirman daşını) dolandırmaq məni zəhmətə salmışdır» bir xidmətçi istədiyini bildirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi) cavabında buyurdu: Xidmətçi əvəzinə bütün dünyadan daha qiymətli bir hədiyyəni sənə verməyimi istəmirsənmi?


Hansı əsasa görə imamət nübüvvət məqamından yüksəkdədir?


Sual: Hansı əsasa görə İmamət nübüvvət məqamından yüksəkdədir?


Doğrudanmı, İmam Hüseyn (ə) və onun ətrafındakılar Kərbəlada susuz saxlanıldı?


Cavab: Mö`təbər tarixi mə`lumatlardan bəlli olur ki, İmamın (ə) şəhadətindən üç gün qabaq (məhərrəmin yeddinci günü) ibn Ziyaddan Ömər ibn Sə`də belə bir əmr gəldi: “Hüseynlə suyun arasını kəs, bir damla da içməyə qoyma.”...


NƏ ÜÇÜN İMAMLARIN ADI QURANDA YOXDUR?


Bir neçə əsr ərzində bütün müsəlmanların, həm sünnilərin həm də şiələrin ağlında belə bir sual olub: Əgər Əli ibni Əbu Talib (ə) Allah elçisinin (s.ə.s) qanuni varisi sayılırsa onda niyə onun adı Quranda çəkilmir?


Əhli-beytə əzadarlıq keçİrİlməsİ barədə rəvayət vardırmı?


1. İmam Sadiq (ə) buyurmuşdur: “Allah bizim şiələrimizə rəhmət etsin. And olsun Allaha, onlar mömindirlər. And olsun Allaha, onlar öz sonsuz kədərləri ilə bizim müsibətlərimizə həmdərddirlər.”


İmam Hüseyn (ə) öz düşmənlərİndən su İstəmİşdİrmi?


Aşura gününün birinci yarısında köməkçiləri, ailəsi və özü susuzluqdan əzab çəkən İmamın (ə) düşməndən su istəməsi haqqında mö`təbər mənbələrdə heç bir mə`lumat yoxdur. Susuzluq mövzusu məddahların təsvir etdiyi səviyyədə heç bir mənbə`də göstərilməyib. İmamın (ə) Aşura günü oxuduğu şe`rlər, dilindən qopan sözlər misilsiz izzət və şərəfi təcəssüm etdirir.


Nə üçün İmam (ə) Mədİnədə qİyam qaldırmadı?


Cavab: İmam (ə) Mədinədə olduğu vaxt Müaviyənin ölümü ümumi şəkildə e`lan olunmamışdı. Bundan əlavə hələ ki, xalq Yezid hakimiyyətinin necə olacağını dərk etmirdi. İmam Hüseyn (ə), Əbdüllah ibn Zübeyr, Əbdüllah ibn Ömər, Əbdürrəhman ibn Əbubəkr kimi şəxslər Yezidin şərabxor, itbaz və meymunbaz olduğunu bilsələr də, xalqın çoxu Müaviyənin təbliğatının tə`siri ilə hələ o ölməmiş oğluna bey`ət etmişdilər....


Əba Əbdillahın (ə) şəhadətİnİn özəllİyİ nədədİr?


Alimlərin təbərrük buyuruşlarında qeyd olunur ki, İmam Hüseynin (ə) şəhadətinin çox sayda özəlliyi var. Dünyada çox qəhrəmanlıqlar, qəhrəmanlıq göstərən insanlar olub. Əba Əbdillah (ə) çoxlarından fərqli olaraq, adını tarixdə saxlamaq üçün deyil, Allaha bəndə olmaq üçün qəhrəmanlıq edib. ...


Nə üçün İmam Hüseyn (ə) Müavİyənİn dövründə qİyam etmədİ?


Bəni-Üməyyə tayfasının hakimiyyətə gəldiyi gündən bəri törətdiyi qarət və cinayətlər günbəgün müsəlmanların qəzəbinə səbəb olurdu. Dövlətdə yaranmış hərc-mərcliklər nəticəsində hətta bir qrup müsəlmanlar hiddətlənərək bu tayfanın şeyxi, üçüncü xəlifə olan Osmanı qətlə yetirdilər. Osmanın bir qrup müsəlmanlar tərəfindən öldürülməsi, əslində Bəni-Üməyyənin hiyləgər siması olan Müaviyə ibn Əbu Süfyanın xeyrinə tamamlandı.


Nəyə görə İmam Hüseyn Yezİdə qarşı qİyama qalxdı?


İmam Hüseynin (ə) Müaviyənin ölümündən sonra Yezidin hökumətinə qarşı qiyama qalxmasının üç əsas amili var idi:
Birinci: Yezidin İmamdan (ə) beyət tələb etməsi:
İmam Hüseyn (ə) Müaviyənin cinayətlərini və məkrli fəndlərini xalqa açıqlasa da, Müaviyə öz məsləhətinə görə İmamı (ə) öz qarşısında toxunulmaz bir mövqe sanırdı. Müaviyə bu siyasətini ömrünün axırınacan davam etdirdi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter