Peyğəmbər və imam yanında hansı hörmətə malik olduğumuzu necə bilək?


Peyğəmbər və imam yanında hansı hörmətə malik olduğumuzu necə bilək? Həsən ibn Cəhm adlı şəxs bir gün İmam Rzadan (ə) xahiş etdi ki, dualarında onu unutmasın (yəni onun barəsində də dua etsin). İmam onun xahişinə sualla cavab verdi:
“Məgər elə bilirsən ki, mən (dualarımda) səni unutmuşam?” Həsən düşündü ki, İmam öz tərəfdarlarından ötrü dua edir; o da İmamın tərəfdarlarından biridirsə, deməli, İmam onun da barəsində dua edir. Ona görə cavab verdi: “Xeyr, bilirəm ki, məni unutmursan”. Həsənin təəccübünə rəğmən İmam yenə ondan soruşdu: “Bunu haradan bildin?” Həsən söylədi: “Sən öz tərəfdarlarından ötrü dua edirsən, mən də sənin tərəfdarlarındanam”. İmam onu dinləyib yenə sual verdi: “Bu məsələdən başqa bir şey anladınmı?” Həsən dedi: “Xeyr”. Onda İmam belə söylədi: “Əgər mənim yanımda hansı yerə (məqama) sahib olduğunu bilmək istəyirsənsə, bax ki, sənin yanında mən hansı yerdəyəm”


Peyğəmbərə (s) salavat deyənə Allahın seçilmiş 4 mələyi hansı müjdəni vermişdir?


Peyğəmbərə (s) salavat deyənə Allahın seçilmiş 4 mələyi hansı müjdəni vermişdir? Həzrət Peyğəmbər (s) buyurdu: Bir gün Allahın seçilmiş 4 böyük mələyi mənim yanıma gəldi. Onlar mənimlə həmsöhbət olanda sözlərinin davamında belə dedilər: Ya Rəsulallah! Sənə salavat deyən müsəlmanlar bilməlidirlər ki biz onlar üçün bu müjdələri veririk:
1-Cəbrail (ə) dedi ki, Ya Rəsulallah! Sənə hər gün 10 salavat deyənin qiyamətdə əlindən tutar və onu küş sürəti ilə Allahın sirat körpüsündən keçirərəm, 2-Mikail (ə) dedi ki, Mən də ona behiştin kövsər suyundan bol bol içirərəm, 3-İsrafil (ə) dedi ki, Mən də onun günahlarının bağışlanması üçün başımı səcdəyə qoyub duaçı olaram, Allahım onu bağışlamayana qədər başımı səcdədən qaldırmaram, 4-Əzrail (ə) da dedi ki, Mən də onun ruhunu Peyğəmbərlər (ə) məqamında olaraq alaram,
Mələklərin salavat deyənə bu dərəcə məqam tanıması nəticəsində Peyğəmbər (s) da buyurdu bu insan nə böyük məqamda və dəyərli insandır İlahi!!


Peyğəmbər (s) hansı yeməkləri yemirdi?


Peyğəmbər (s) hansı yeməkləri yemirdi? Ayətullah əl-üzma Amuli, “Məfatehul-həyat” kitabı: Peyğəmbər (s) yeməyi isti-isti yemirdi və onun soyumasını gözləyirdi. Peyğəmbərin (s) qarşısına isti yemək qoyulduqda o həzrət (s) buyururdı: “Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir”.
Ənəs deyir: Peyğəmbər (s) heç vaxt yeməyi pisləmədi. Bir yeməyi bəyənirdisə, onu yeyirdi və əgər xoşlamırdısa, yemirdi.
Peyğəmbər (s) sarımsaq, soğan, kəvər, məğafir (ağacın axmış şirəsidir. Bu şirin dadlı olsa da, çox pis iyli şirədir. Botanikada buna \"kitrə\" deyilir) yemirdi. Çünki onun iyi ağızda qalır.
Peyğəmbər (s) çox sadə süfrələr başında əyləşirdi, heç vaxt gəyirmirdi, azad və qul insanların dəvətini qəbul edirdi, hətta ayaq və qarından hazırlanmış olsa da. Bir içim süd də olsa hədiyyəni qəbul edirdi və onu içirdi. Amma sədəqə qəbul etmirdi./nur-az


Orucluğun hər səhərində oxunan Əbu-Həmzə Sumali münacatı hansı duadır?


Orucluğun hər səhərində oxunan Əbu-Həmzə Sumali münacatı hansı duadır? Bu dərin məzmunlu münacatın Əbu-Həmzə Sumali adlanması onu İmam Səccaddan (ə) eşidib nəql edən səhabənin adı ilə bağlıdır
İslaminSesi xəbər verir ki nəql olunub ku bu münacatı İmam Səccad (ə) ramazanın hər səhərində oxuyardı.
Şeyx Tusi bu münacatı qiymətli əsəri olan Misbahul-Müctəhiddə gətiribdir.
Bu dərin məzmunla münacatda Allah tanıma ilə bağlı ifadələr, insanın xilas yolunu göstərən frazalar və günahları tərk etmə barədə tövsiyələr yer alıb


Əhli-Beyti (ə) sevmək insana hansı 7 qorxulu yerdə dadına yetər?


Əhli-Beyti (ə) sevmək insana hansı 7 qorxulu yerdə dadına yetər? Şeyx Səduq əl-Əmali səsərində Məhəmməd peyğəmbərdən (s) bu haqda nəql edilən hədisi gətiribdir: “Əhli-beytimə məhəbbət bəsləmək qorxusu böyük olan 7 məkanda insana fayda verər:
1- Ölüm anında
2- Qəbr evində
3- Qəbirdən qalxan zaman
4- Əməl dəftərçələrinin insanlara verildiyi anda
5- Hesab-kitab vaxtı
6- Mizan tərəzi vaxtı
7- Sirat körpüsündən keçən zaman.


İmam Riza (ə) imamətin fəlsəfəsi haqqında nə buyurmuşdur?


İmam Riza (ə) imamətin fəlsəfəsi haqqında nə buyurmuşdur? İmam Riza (ə) Mərvdə olarkən cümə günü “Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxunur. O cümlədən, buyurur:
“Şübhəsiz, İmamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti və canişinliyidir... İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır... İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir... İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir... İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir.” (“Üsuli-kafi”, 1-ci cild, səh. 200.)


İmam Xomeyninin (r) baxışında Həzrət Əli (ə) kim idi?


İmam Xomeyninin (r) baxışında Həzrət Əli (ə) kim idi? Həzrət Rəsuli-Əkrəm və Həzrət Əli (ə) insanların müəllimi idilər. Mələklər qanadlarını Həzrət Əlinin (ə) ayaqları altına sərərdilər, çünki o İslam üçün çalışan, İslamı ucaldan biri idi. Həzrət Əlinin (ə) ləqəblərindən biri \"Zilullah\" idi. Yəni \"Allahın kölgəsi\" deməkdir. Onun bütün hərəkətləri Allahın əmrlərinə uyğun idi. Həzrət Əli (ə) özündə zidd sifətləri birləşdirə bilən nadir şəxsiyyətlərdən idi. Savasçı biri ibadət əhli ola bilməz. Bilək gücünə sahib olmaq istəyən biri zöhd əhli ola bilməz. Gündüzləri orucla, gecələri ibadətlə keçirərdi. Yediyi yemək ancaq çörək və sirkə, və ya çörək və duz idi. Buna baxmayaraq Xeybər qapısını yerindən çıxarıb onlarla metr uzaqlığa atmışdır. Minlərlə İslam düşmənini Allah yolunda gözünü qırpmadan öldürər, amma başqa bir diyarda bir müsəlmanın incidildiyini eşitsəydi, gecələr ağlamaqdan yata bilməzdi. Nəzərimcə İslam Peyğəmbəri (s) ondan başqasını yetişdirməmiş olsaydı belə, bu ona kifayət edərdi. Biz onun barəsində nə tərif deyə bilərik, nə də elmi və irfanı haqqında danışa bilmərik, heç buna gücümüz də çatmaz. Amma bir cümlə demək istəsək, deyə bilərik ki, Həzrət Əli (ə) Allahın qulu idi. Bu onun üçün ən iftixar etdiyi bir şey idi. \"İmam Ruhullah Xomeyni (r)\"


Həzrəti Fatimə (ə) İmam Əliyə “Məni dəfn edəndən sonra...” hansı mirasları tapşırdı?


Həzrəti Fatimə (ə) İmam Əliyə “Məni dəfn edəndən sonra...” hansı mirasları tapşırdı? Allah Rəsulunun əziz qızı Həzrət Fatimeyi-Zəhranın (s) nəsihətamiz buyuruqlarından (mashreghnews.ir)
-Allah və Allahın Rəsulu ilə Əli (ə) haqqında əhdi pozanlar, mənə zülm edənlər, irsimi əlimdən alanlar, atamın Fədək haqqında məktubunu cıranlar mənim cənazəmə namaz qılmamalıdır...
-Bir kişini görməməsi və kişilərin gözü qarşısında olmaması qadının öz şəxsiyyətini qoruması üçün ən üstün işlərdir.
-Əmirəlmömininə (ə) vəsiyyətindən: Ölümümdən sonra məni yaddan çıxarma. Məzarım üstünə görüşümə gəl.
-Bu dünyadan üç şeyi sevdim: Quran oxumağı, Allah Rəsulunun çöhrəsinə baxmağı, yoxsullara Allah yolunda əl tutmağı.
-Əliyə (ə) vəsiyyətində buyurur: Məni dəfn edəndən sonra mənim üçün çox Quran oxu, dua et. Meyit o zaman hər şeydən çox dirilərlə ünsiyyətə möhtac olur...


Fatimeyi-Zəhranın (s.ə) çadrasının nuru əhvalatı hansı hadisə idi?


Fatimeyi-Zəhranın (s.ə) çadrasının nuru əhvalatı hansı hadisə idi? İmam Əli (ə) bir yəhudidən, bir miqdar arpa borc aldı. O da bu borcun müqabilində girov istədi. Əli (ə) Fatimənin (s.ə) yun çadrasını onun yanında girov qoydu. Yəhudi çadranı alıb, evinə apardı. Onu otaqların birində qoydu. Gecə vaxtı oldu. Yəhudinin arvadı, çadra olan otağa getdi. Bir nurun yuxarı hissəyə saçıb, hər tərəfi işıqlandırdığını müşahidə etdi. Ərinin yanına qayıdıb, müşahidə etdiyini ona dedi. Yəhudi təəccüb etdi. Amma Xanım Fatimənin (s.ə) çadrasının onun evində olmasını unutdu. Sürətlə həmin otağa getdi. Çadranın nurunun hər tərəfə yayılmasını müşahidə etdi. Elə bil bu nur, işıqlı aydan da yaxında işıq salırdı. Təəccüblü halda, çadra olan yerə diqqət etdi. Bu nurun Fatimənin (s.ə) çadrasından olmasını başa düşdü. Bu zaman, yəhudi kişi öz tayfasının yanına, yoldaşı isə öz tayfasının yanına gedib, onları bu təəccüblü nuru görməyə dəvət etdilər. 80 nəfər yəhudi oraya toplandı. Nuru görüb, hamısı bu möcüzədən müsəlman oldular. (Biharul-Ənvar, 43-cü cild, səh 30.)


“Əyyami-Fatimə (ə)” - “Fatimə (ə) günləri” ne deməkdir.?


“Əyyami-Fatimə (ə)” - “Fatimə (ə) günləri” ne deməkdir.? Bu günlər - Peyğəmbərimizin (s.a) yadigarı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Zəhranın (ə) şəhadətini əhatə edən günlərdir. Xanımın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s.a) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür. Bu günlərə \"Fatiməyi-əvvəl\" deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s.a) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür. Ona görə də alimlər bu iki rəvayət arasındakı 20 günü \"Əyyami-Fatimə (s.ə.)\" adlandırıblar.
Dünyanın bütün yerlərində peyğəmbərsevər insanlar İslamda qadının həqiqi rəmzi olan bu müqəddəs Xanımın (s.ə.) məşəqqət dolu həyatını kədərlə yada salır, o Həzrətin (s.ə.) şəhadətinə səbəb olmuş amillərə görə indinin özündə də narahatlıq keçirirlər. Əyyamın ehtiramı Aşura qədər əziz tutulur. Məhərrəm-Səfər əyyamında olunduğu kimi insanlar bu günlərdə də əzadar olur. İnsanların, sevdiyi, əziz, doğma bildiyi şəxsi gedib ziyarət etmək imkanları var. Lakin Əhli-beyti (ə) sevənlər böyük müsibətdir ki, xanım Zəhranın (s.ə) qəbrinin yeri bilinmir. Həzrətin (s.ə) qəbri gizlədilib, dəfni gizli keçirilib. O vaxtın bəlli tarixi ağır şərtləri və ümumiyyətlə, bəşəriyyətə çatdırış üçün Həzrət Zəhranın (s.ə) qəbrinin dəqiqi yeri bilinmir, İmamlarımız (ə) tərəfindən gizli saxlanılır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter