Yezidin (lən) oğlu, ata-babalarının əməllərindən peşman oldumu?


Yezidin (lən) oğlunun adı Müaviyyə idi. Muaviyyə ibni Yezid (lən) ibni Müaviyyə (lən) adlı bu insanın anası – Bəni-Haşimdən olan Utbə ibni Rəbiyyənin qızı idi.
O, Yeziddən (lən) sonra 4 ay xəlifəlik etmişdir. Müaviyyə ibni Yezid (lən) insanlara dediyi xütbələrin birində bəyan edir: “Ey insanlar! Biz sizə giriftar olmuşuq və siz də bizə giriftar olmusunuz. Sizin bizə qarşı tüğyanınızdan xəbərsiz deyiləm. Bilin ki, cəddim Müaviyyə ibni Əbu Süfyan hökumət üstündə elə insanla döyüşə girdi ki, o, hökumət üçün daha layiqli idi. Müsəlman olmaqda daha çox ləyaqəti var idi. İlk mömin olan insan idi. O, Allahın göndərdiyi Rəsulun (s) əmisi oğlu idi və xatəm Peyğəmbərin (s) yadigarlarının atası idi. Onun sizinlə münasibətləri bilirsiniz. Siz də ona etdiklərinizi inkar edə bilməzsiniz. O zaman ki, atam hökuməti öz əlinə aldı, halbuki xəlifə olmağa layiq deyildi, həvəs atına mindi və öz səhvini yaxşı iş kimi tanıtdı. Günaha düçar oldu və etdiklərinin əsiri oldu”. Bu zaman Müaviyyə ibn Yezid ağladı və davamında dedi: “Bizim ən böyük dərdimiz budur ki, onun (Yezidin) yerinin necə pis olduğunu yaxşı bilirik. O, Peyğəmbərin (s) Əhli-Beytini (ə) öldürdü və hərəmin hörmətini aradan apardı. Kəbəni yandırdı.


İlk cümə namazı nə vaxt və harada qılınmışdır?


Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman ilk cümə namazını təşkil edir. Onlar Mədinəyə daxil olan zaman Rəbiul-Əvvəl ayının 12-si və bazar ertəsi günü idi. Həzrət (s) dörd günü Quba məscidində qalır və o məscidi inşa edir. Sonra da cümə günü Mədinəyə hərəkət edir. Cümə günü Bəni-Salim adlı yerə çatır. İlk cümə namazı mərasimini orada əda edir. Bu namazda cümə xütbəsi də deyir. Bu, Həzrətin (s) Mədinədə dediyi ilk xütbə idi. İmam Baqir (ə) buyurur: “(Məsum) İmam olan zaman cümə namazına toplaşmaq vacibdir. Nə zaman bir kişi üzrü olmadan üç cümə namazını tərk edərsə, vacib əməli tərk etmiş olar. Vacib əməlini heç kim üzrü olmadan üç dəfə tərk etməz, münafiqdən başqa”.
Cümə xətibi çox ayıq və mütaliə əhli olmalıdır. Bu böyük mərasimdən İslami hədəflər üçün istifadə etməlidir. İmam Rza (ə) buyurur: “Cümə günündə ona görə xütbə müəyyən edilmişdir ki, cümə namazı ümumi bir proqramdır. Allah müsəlmanların əmirinə imkan verir ki, insanlara moizə etsin. Allaha itaətə təşviq etsin və İlahi günahdan qorxutsun. Onları din və dünyalarının faydasına olan şeylərlə agah etsin. Müxtəlif yerlərdən ona çatan mühüm hadisə və xəbərləri onlara çatdırsın”....


İmam Hüseynin (ə) şəhadətindən sonra Zülcinahın aqibəti necə oldu?


Tarixçilərin nəql etdiyinə görə, bu vəfalı at qarşısına çıxan düşmənlərinə təpik atır və onları İmama (ə) yaxınlaşmağa qoymurdu. Onların çoxunu həlak etmişdi. İmam Hüseyn (ə) şəhid olandan sonra, Zülcinah qanlı halda xeymələrə tərəfə gəlir. Ürək yanan kükrəməsi ilə İmamın (ə) şəhadət xəbərini verir. Bəs bu vəfalı atın aqibəti necə oldu?
Tarixin nəql etdiyinə görə iki varinat vardır. Biri budur ki, at xeymələrin kənarında başını o qədər torpağa sürtdü ki, can verdi və öldü.
Bəzilərinin nəql etdiyinə görə isə, Aşura hadisəsindən sonra bu at itir və bu hadisədən sonra heç kəs onu görmür.


İslam Peyğəmbərinin (s) ən böyük nigarançılığı nə idi?


Həzrət Peyğəmbər (s) ömrünün son günlərində bir şey üçün çox nigaran idi. Onu nigaran edən mövzu – İslam ümmətinin vəsisi idi. Həzrət Peyğəmbər (s) ətrafında olan insanların fitnəsindən xəbərdar idi və ona görə də İmamət mövzusu onu çox narahat edirdi. O, dəfələrlə özündən sonra canişinin Əli ibn Əbutalibin (ə) olacağını vurğulamışdı.
Vəfatından təxminən 70 gün əvvəl Qədir-Xum çölündə öz risalətini tamamlayaraq, İmam Əlini (ə) öz canişini elan etmişdi.
O, öz nigarançılığını İmam Əli (ə) ilə bölüşür və ona buyurur: “Mən qorxuram ki, əgər rəhbərlik üzündən onlara təzyiq etsən və onlara qarşı çıxsan, səni qətl edərlər”.
Bu səbəbdən Həzrət (s) qərara alır ki, öz canişinini yazılı olaraq elan etsin və onu ziyarətə gələn bəzi səhabələrinin yanında kağız və mürəkkəb istəyir ki, onlara hüccətini tamam etsin. Həzrət (s) buyurur: “Mənim üçün kağız və mürəkkəb gətirin ki, sizin üçün məktub yazam və məndən sonra yolunuzu azmayasınız”.
Bu zaman orada olanlardan biri deyir: “Xəstəlik ona qələbə çalmışdır. Quran ola-ola bizim başqa şeyə ehtiyacımız yoxdur”.


İmam Hüseynin (ə) qatili Şimrdir (lən), yoxsa Sənan ibni Ənəs (lən)?


Bu mövzu haqqında da tarixdə başqa mövzular kimi nəzər ayrılıqları mövcuddur. Şeyx Mufid buyurur: “Bundan sonra Xuli Əsbəhi qabağa gəldi ki, İmamın (ə) mübarək başını bədənindən ayırsın, ancaq bədəni titrəməyə başladı və bacarmadı. Şimr onu bu cür çarəsiz görüb dedi: “Allah sənin biləyini işdən salsın. Niyə bu qədər titrəyirsən?”. Bu zaman özü qabağa gəldi və İmamın (ə) mübarək başını bədənindən ayırdı. İmam Hüseynin (ə) kəsilmiş başını Xuliyə verdi və dedi: “Onu Ömər ibni Sədə təslim et!”.
Aşura günü belə deyilir ki, İmam Hüseynin (ə) qatili Sənan ibni Ənəs (lən) olmuşdur və o, İmama (ə) son zərbəni vuran cani idi. Ancaq Şimr (lən) də qatildir, çünki İmamın (ə) mübarək başını bədənindən o məlun ayırmışdı.


İmam Hüseynə (ə) xəyanət edən ilk şəxs kim olmuşdur?


Şəbəs ibni Rəbiə o kəslərdən olmuşdur ki, dövrünün çox insanı ona etimad etmişdir. Adını daşıyan məscidi var idi. Təqvalı və imanlı insan kimi tanınmışdı. O, İmam Əlidən (ə) əvvəl xəlifə olan şəxslərin yanında etibara malik idi. Düzdür, Peyğəmbərin (s) vəfatından dərhal sonra mürtəd olmuşdur. Ancaq birinci xəlifə taxta əyləşən zaman rəngini tez dəyişib, zahirən İslama qayıtmışdır. O zaman ki, İmam Əli (ə) xəlifə olur, Şəbəs İmama (ə) beyət edir. Kufə əhli kimi Siffeyn döyüşünə gedir. Ancaq döyüş zaman Quranları nizə üstündə görən zaman İmam Əliyə (ə) təzyiq göstərən ilk kəslərdən olmuşdur ki, döyüşə son versin. Sonralar İmama (ə) qarşı çıxır və Nəhrəvan döyüşündə xəvariclərə rəhbərlik edir. Ancaq döyüş zamanı yoxa çıxır və Kufəyə qayıdır. İmam Əli (ə) onun bu hərəkətinə görə müsəlmanlara “Şəbəs” məscidində namaz qılmağı qadağan edir. Şəbəs, İmam Hüseyn (ə) qiyamı haqqında eşidən zaman məktubu imzalayan son kəslərdən olmuşdur. Ancaq o zaman ki, Ubeydullah Kufəyə gəlir, o, İmam Hüseynə (ə) xəyanət edən ilk insan olur. İbni Ziyadın yanına gedir və Müslimə qarşı olan dəstəyə başçılıq edir.


Aşura faciəsini yaradanlar hansı iki şeytani hiyləyə aldanmışdılar?!


Aşura faciəsinin yaranmasına səbəb olan amillər hansılardır? Bunlara nəzər salaq.
1. Dünyanın əsiri olmaq. İmam Hüseyn (ə) Kərbəlaya daxil olduğu ikinci gündə buyurmuşdu: “İnsanlar dünyanın bəndələridir. Dini bir yemək kimi bilirlər ki, nə zaman dadı yaxşı olsa, ona nəzər salarlar. Ancaq o zaman ki, imtahan olarlar, dindarlarının sayı az olar”.
2. Haramxorluq. İnsanların İmama (ə) qarşı çıxmasına səbəb olan amillərdən biri də haramxorluq olmuşdur. Haramxorluq ancaq beytul-malı yemək deyildir, əslində haram yolla qazanılan hər bir ruzidir. İmam Hüseyn (ə) Aşura günü üzünü düşmən ordusuna çevirib buyurur: “Vay olsun sizə! Niyə sakit olmursunuz və mənimlə vuruşmaq üçün hay-küy salırsınız? Qulaq asın ki, mən sizi kamala dəvət edirəm. Hər kim mənim sözlərimə qulaq asmaz, həlak olar. Sizin ruziniz haram yolla əldə olunmuşdur. Əldə etdikləriniz haram yolladır. Qarınlarınız haram tikə ilə doludur”.


İmam Səccadın (ə) Kərbəladakı xəstəliyi nə qədər çəkmişdir?


Muhəmməd ibni Səd “Təbəqati kubra” kitabında yazır: “O gün ki, (Aşura günü) Əli ibni Hüseyn (ə) atası ilə birlikdə idi, 23 və ya 24 yaşı var idi. O, həmin günü xəstə idi və ona görə də öldürülmədi”.
“Bəlağəti nisa” kitabında oxuyuruq: “Hizam Əsədi nəql edir: “Hüseyn (ə) şəhid olan ildə Kufəyə daxil oldum. O zaman Kufə qadınlarını gördüm ki, üzlərinə və başlarına vururdular. Gördüm ki, İmam Səccad (ə) ahəstə səslə və xəstəlikdən əziyyət çəkən halda buyurur: “Ey kufəlilər! Siz bizə ağlayırsınız? Bəs bizi sizdən savayı kim öldürdü?””.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, qadınları Kərbəladan Kufəyə gətirdilər, İmam Səccadın (ə) bədəni arıqlamış və xəstəlikdən əziyyət çəkmiş halda idi”.


Nə üçün İmam Hüseyn (ə) qİyam üçün Kufənİ seçdİ?


Cavab: Tarix boyu hər bir alim bu suala öz elmi səviyyəsi və qəbul etdiyi mənbələr əsasında cavab verib. Bu sualın cavabını ikiqat əhəmiyyətli edən bə`zi məsələlər var:
İmam Hüseyn (ə) öz siyasi-hərbi hərəkatında zahirən məğlub oldu. Bu məğlubiyyətin ilkin səbəbi qiyam üçün Kufənin seçilməsi idi. Əbdüllah ibn Cə`fər (həzrət Zeynəbin əri), Əbdüllah ibn Əbbas, Əbdüllah ibn Müti, Məhəmməd Hənəfiyyə kimi şəxsiyyətlər İmamın Kufəyə getməsinə e`tiraz edirdilər. Onlar kufəlilərin bir zaman həzrət Əli (ə) və İmam Həsəni (ə) tənha qoymalarını xatırladırdılar. Bütün bunlara baxmayaraq İmam (ə) Kufəyə üz tutudu. İbn Xəldun kimi tarixçilər İmamın bu seçimini siyasi səhv hesab etmişlər...


Kərbəla şəhidlərinin bədənini kim dəfn etmişdir?


Kərbəla şəhidlərinin dəfn olunması ilə bağlı tarixdə iki nəzər mövcuddur.
-Birinci nəzərə görə İmam Səccad (ə) qeyri-adi bir şəkildə Kərbəlaya gəlmiş və Kərbəla şəhidlərini, xüsusilə də İmam Hüseynin (ə) mübarək bədənini dəfn etmişdir. Həzrət Peyğəmbər (s), Məsumlar (ə) və mələklər də orada olmuşdur.
İmam Sadiq (ə) buyurur: “Bir gün Ümmi-Sələmə ağlar şəkildə yuxudan qalxdı və ondan soruşdular ki, niyə ağlayırsan. Dedi: “Övladım Hüseyn (ə) dünən qətl edilmişdir. Çünki Peyğəmbəri (s) vəfatından dünən gecəyə qədər yuxuda görməmişdim. Dünən gecə onu rəngi qaçmış və qəmgin gördüm. Səbəbini soruşdum, buyurdu: “Bu gecə Hüseyn (ə) və tərəfdaşları üçün qəbirlər qazmışam””.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter