İmam Əli (ə) hz Peyğəmbərdən (s) sonra haqqında keçərək nə üçün səbr edirdi?


«Nəhcul-bəlağə» kitabından oxuduğumuz «Şiqşiqiyyə» xütbəsi Әli (ə)-ın necə səbr etməsi, bu səbrin ilahi bir məsləhət olduğunu açıq şəkildə bəyan edirdi.
Bəzi təəssübkeş alimlər bu xütbənin bir iftira olduğunu və məşhur şiə alimi Seyyid Rəzi (Nəhcül-bəlağəni toplayıb yazan) tərəfindən qondarıldığını deyirlər. Lakin insaf və imanı hər şeydən üstün tutan əhli-sünnə alimlərinin kitabları bu iddianı təkzib edir. Uzun illər Misirin müftisi olmuş Şeyx Məhəmməd Әbduh «Tarixul-uməmil-islamiyyə» kitabında bu xütbənin mötəbər olduğunu etiraf etmiş və ona geniş şərh vermişdir. İbni Xişab ləqəbi ilə məşhurlaşan Şeyx Әbu Әbdillah ibni Әhməd yazır:
«Mən bu xütbəni Seyyid Rəzi dünyaya gəlməmişdən 200 il öncə yazılan kitablarda görmüşəm»...


Matəm mərasimlərinin və İmam Hüseynə əzadarlığın səbəbi nədir?


Yüz illərdir ki, hər Məhərrəm ayında bütün dünyada bir çox müsəlmanlar, Peyğəmbər(s) və Əhli-beytini sevənlər qəmli göz yaşları ilə Aşura mərasimi qeyd edirlər. Aşura günü bildiyimiz kimi İslam Peyğəmbəri(s)-in nəvəsi, Cənnət gənclərinin ağası, İmam Hüseyn(ə) qəddar Yezidlə mübarizədə Yezid və onun köməkçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş və İmam ailəsi dəhşətli günlər yaşamışdır. Həmin gün Yezid və onun qəddar ordusu Peyğəmbər(s)-in nəvələrini, körpə uşaqları qətlə yetirmiş, İmamın başını kəsib, şəhər-şəhər gəzdirib o mübarək başı nümayiş etdirmişdilər. Onlar bu hərəkətləri ilə İmama qalib gəldiklərini nümayiş etdirmək istəyiblər, lakin dərk etməyiblər ki, onlar artıq uduzublar və bu hərəkətləri onlara qarşı ancaq nifrəti artırır və buna sübut 13 əsr ərzində əksər müsəlmanların onlara lənət yağdırmasıdır. İmam Hüseyn(ə) hərəkatı bütün müsəlmanlara böyük bir dərs oldu ki, onun da uğurlu nəticələri oldu. Ən əsası isə İslam dini qorunub saxlandı, məlun Yezid qətlə yetirildi, müsəlmanlar münafiqləri tanıdı və İmam Hüseyn məktəbi yaradıldı. Hüseyn məktəbi tək müsəlmanlara deyil, qeyri müsəlman olan xalqlara da nümunə olmuşdur. Məsələn, Hindistanın azadlıq hərəkatının lideri Maxatma Qandi öz diskusiyalarından birində \'\'Biz öz azadlıq hərəkatımızda müsəlman Hüseyndən nümunə götürdük\'\' deyə qeyd etmişdir...


Ramazan və Qurban bayramları arasında evlənməyin qadağan olunması haradan qaynaqlanır?!


İslamın yayıldığı ilk vaxtlarda ilin ayları haqqında qədimdən qalmış səhv anlayışlara görə Ramazan və Qurban bayramlarının arasında yer alan Şəvval ayında evlənməyə icazə verilmirdi. (Şəvval sözünü \"məhv etdi\" mənasına gələn \"işalə\" kökündən gəldiyinə inanırdılar. Əl-Qari, \"Mirkatul-Məfat\", \"Şərhi Mişkatil-Məsabih\", c.10,s.81) Onlara görə, bu ayda evlilik yaxşı nəticə verməz, boşanma və ya gözlənilməz ölümlə nəticələnərdi. İbni Əbil-Hədid \"Nəhcul-Bəlağə\"nin şərhində Peyğəmbərin həyat yoldaşı Ayişəyə aid hadisələrə aid etdiyi fəsildə belə deyir: \"Peyğəmbər şəvval ayında Ayişə ilə evləndi. Ayişə bu ayda gənclərin ailə qurmalarını tövsiyə edərdi. Və belə deyərdi: \"Mən şəvval ayında evlənməyimə baxmayaraq, Peyğəmbərin həyat yoldaşları arasında məndən daha xoşbəxt olanı varmı?\"\"
Sonra İbn Əbil-Hədid davamında belə yazır: \"Ayişə bu sözləri ilə İslamın ilk illərində bəzi adamların iki bayram arasına düşən şəvval ayında baş tutan evliliyin yaxşı olmadığı ritorikasını tənqid etməkdə və rədd etməkdədir. (İbn Əbil-Hədid, \"Şərhi Nəhcul-Bəlağə\", c.9, s.190)...


Sünni mənbələrində salavat barədə belə yazılıb!


Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurub: \"Cümə günü günlərinizin ən fəzilətlisidir. Çünki Cümə günü Adəm (ə) xəlq edildi, Cümə günü vəfat etdi, Cümə günü (ruhların məhşərə toplanması üçün) Sur çalınacaq (ən-nəfxətu), Cümə günü bütün canlıların ölməsi üçün \"səs\" (əs-sə`qətu) qopacaq. Belə isə Cümə günü mənə çox salavat göndərin. Həqiqətən də sizin salavatlarınızın mənə çatdırılır\".Soruşdular: \"Ey Allahın Rəsulu! Bizim salavatımız sənə neçə çatdırılacaq, halbuki sənin sümüklərin də çürüyüb (və torpağa qarışıbsan)?\" Peyğəmbər (s) buyurdu: \"Allah-Taala peyğəmbərlərin cəsədlərini yerə haram etmişdir – (yəni torpaq onların bədənlərini çürütmür)\".
1). Əhli-Sünnə İmamı Əhməd ibn Hənbəl (vf. 241 hq), \"əl-Müsnəd\", c.26, s.84, hədis:16162.
2). Əhli-Sünnə hədis alimi İmam Darimi (vf. 255 hq), \"əl-Müsnəd\" (əs-Sünən), c.2, s.981, bab:206, Cümə gününün fəziləti babı, hədis: 1613 – (Darul-Müğni çapı, Ərəbistan).


Məsum imamların Quyu ilə dərdləşməyinin hikməti nə idi?!


Meysəm Təmmardan nəql olunan hədisə əsasən, İmam Əli (ə) quyu ilə dərdləşirdi. İmamın (ə) quyu ilə dərdləşməsi – əslində Həzrətin (ə) Uca Allahla münacatı idi. Elə sirlər var idi ki, İmam (ə) onu insanlara deyə bilmirdi, onları qoruyurdu. Və belə olan halda, quyu vasitəsilə qəlbində olanları Allaha deyə bilərmiş.
Bəzən insan münacat edən zaman bəzi məkanların ona xüsusi təsiri olur. Həmin məkanda Allahla münacatı daha hüzurlu olur. Ola bilsin ki, İmamın (ə) quyuya dərdini deməsi məhz bu amillə bağlıdır. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq ki, səhabələrindən birinə buyurur: “Nə zaman ürəyin sıxılsa, bir çuxur qaz və sirrini onun daxilinə söylə”.
Bunu qeyd etməliyik ki, İmam Əli (ə) məsum İmam (ə) idi və onun tutduğu məqam və bildiyi elm, adi insanlar üçün dərk olunası deyil. Əgər İmam (ə) quyu ilə dərdləşirdisə, bunun dərin hikməti və fəlsəfəsi vardır. İmamın (ə) qəlbində o qədər sirlər vardı ki, onu əgər insanlarla bölüşsəydi, onlar bu sirlərə tab gətirə bilməzdilər. Ona görə də İmam (ə) bəzən qəlbində olanları boşaltmaq üçün sirlərini quyuya söyləyər, Allahla münacat edərdi. Bu yolla hüzur əldə edərdi....


Haqlı kim idi Aişə yoxsa İmam Əli (ə): Səbəb yoxsa bəhanə!!


Allahın Adı İlə --\"Aişə, Həzrət Əli (ə) ilə döyüşə hansı səbəbə görə getmişdi?\"
Səqifə məktəbinin ən böyük alimlərindən olan Məhəmməd İsmayıl əl-Buxari öz \"səhih\" əsərində yazır: Rəvayət edilir ki, Əbu Bəkrə demişdir: “Cəməl döyüşündə mən az qala bu döyüşdə vuruşanlara qoşulub onlarla bərabər (Əliyə) qarşı vuruşa­caq­dım, (lakin) Allah (məni saxladı,) Peyğəmbərdən (s) eşitdiyim bir kəlmə sa­yə­sin­də mənə fayda verdi.” (Bir zaman) farsların Xosrovun qızını özlərinə baş­çı təyin etməsi xəbəri Pey­ğəmbərə (s) gəlib çatdıqda o buyurmuşdu: “Hakimiyyəti qadına həvalə edən bir tayfa heç vaxt nicat tapmaz.” (əl-Buxari, 4445) \"Səhih-Buxari\", Meğazi kitabı, 84-cü bab, hədis 418 (4425) Əlixan Musayev, \"Səhih Buxari Müxtəsəri\", Hərbi yürüşlər kitabı, 47-ci fəsil, hədis 1692...


Şeytan Lənətullahın dilindən sədəqə verməyin hansı 6 faydası sadalanmışdır?!


Həzrət Peyğəmbər (s) bir gün şeytanı görür və ona bir neçə sual verir ki, onlardan biri də bu idi: “Ey məlun! Ümmətimin sədəqə verməsi sənin üçün necədir?
Sədəqənin mənfəəti nədir?”. Şeytan Həzrət Peyğəmbərin (s) cavabında deyir:
“Ya Rəsulallah! Sənin ümmətinin sədəqə verməsində 6 mənfəət vardır: əvvəl budur ki,
= sədəqə verməklə mal nəinki azalar, bəlkə hər gün artar.
=İkincisi budur ki, sədəqə verənin ömrü uzanar və anidən gələn ölüm aradan qalxar.
=Üçüncüsü budur ki, sədəqə verməklə insan zəngin olar və yoxsulluq aradan gedər...


İblisin İlahi dərgahdan qovulmasının əsil səbəbi nə olmuşdur?


Adətən belə bəyan edilir ki, İblis Allaha itaətsizlik etdiyi üçün İlahi dərgahdan qovulmuşdur. Bəli, əslində bu, İblisin (lən) əməli günahı idi. Ancaq əsas buna görə cənnətdən qovulmamışdır. Onun qovulmasının əsil səbəbi – etiqadi günah idi. Bu günahın ağırlığı əməli günahdan daha böyük idi.
İmam Əli (ə) buyurur: “Allahın İblislə rəftarından ibrət götürün. O halda ki, uzun ibadət və əməlləri ki, 6 min il Allaha bəndəlik etmişdi – bir saat təkəbbür etməsi ilə bada getmişdir”. İnsan çox sayda günah edir və itaətsizlik edir. Ancaq bunların içərisində təkəbbür günahı ən böyük günah hesab olunur.
Bəli, Allah Rəhimdir. Ancaq insan gərək bu rəhmət ardınca olsun ki, rəhmət də ona şamil ola bilsin. Tövbələr o zaman qəbul olar ki, günahkar öz günahını dilinə gətirər və bağışlanma istəyər...


Bu münafiqin İmam Hüseynə (ə) qarşı vuruşacağını Həzrət Əli (ə) öncədən demişdi!


Kərbəla hadisəsinin ən alçaq şəxsiyyətlərindən biri də Şəbəs ibni Rəbiədir. O, Kufənin ən zəngin insanlarından idi. Onu min sifətə malik olan insan kimi də tanıtmaq olar. Siffeyn döyüşündə İmam Əlinin (ə) tərəfində idi, ancaq Nəhrivanda xəvariclərə qoşulmuşdu. İmam Əli (ə) onun haqqında belə xəbər vermişdir: “Əgər Peyğəmbərlə (s) birlikdə münafiqlər vardısa, bizimlə də vardır. Allaha and olsun ki, Şəbəs, oğlum Hüseynlə (ə) vuruşacaqdır. Allahın Peyğəmbəri (s) mənə belə xəbər vermişdir”.
Bərə ibni Azəb isə İslam tarixinin ən görkəmli şəxsiyyətlərindən olmuşdur. Onu Peyğəmbərin (s) və İmam Əlinin (ə) səhabəsi hesab edirdilər. O, Qədir-Xumu nəql edənlərdən biri olmuşdur. Peyğəmbər (s) vəfat edəndən sonra birinci xəlifəyə beyət etməkdən imtina etmişdir. Lakin bütün bunlara baxmayaraq, Kərbəla hadisəsində İmam Hüseynə (ə) yardım etməkdən çəkinən insanlardan olmuşdur. İmam Əli (ə) onun haqqında əvvəlcədən xəbər vermişdi....


İmam Həsənin (ə) Müavilə ilə bağladığı sülhə narazı olanlara həzrətin cavabı nə oldu?!


Şeyx Səduq, İmam Həsəndən (ə) belə bir hədis nəql etmişdir ki, Müaviyə (lən) ilə müqavilə bağladıqdan sonra, o Həzrətə (ə) etiraz edənlərə cavabdır.
Bu hədisdə Həzrət İmam Həsən (ə) buyurur: “Vay olsun sizə! Bilmirsiniz ki, mən nə edirəm? Allaha and olsun ki, mənim davamçılarım üçün etdiyim əməl, Günəşin üzərinə doğduğu və batdığı şeydən daha üstündür. Bilimirsiniz ki, mən sizin İmamınızam? Məgər mən Peyğəmbərin (s) buyurduğu kimi, behişt cavanlarının sərvərlərindən biri deyiləmmi?”
Deyirlər: “Bəli”. Həzrət (ə) buyurur: “Bilmirsiniz ki, Xızır gəmini deşən və divarı bərpa edən və nökəri öldürən zaman Musanın (ə) qəzəbinə uğramışdı. Ona görə ki, bu işlərin hikmətini bilmirdi. Bu əməl də Allah Təala yanında hikmət və savab əsasındadır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter