Kərbəla hadisəsi və Aşura gününün tarixi hansı yollarla nəql olunub?


Kərbəla hadisəsi və Aşura gününün tarixi hansı yollarla nəql olunub? Kərbəla qiyamı və aşura hadisəsinin tarixini üç yolla nəql olunmuşdur:
1-Bir dəstə insanlar var idi ki, İmam Huseynin (ə) qiyam karvanında idilər, və aşura günündən sonra sağ qaldılar və olanları düzgün şəkildə nəql etdilər,
2-Bəzi tarixi faktlar Muxtarın Kufəyə hakim olması zamanı ələ gəldi, yəni Muxtar İmam Huseyin (ə) şəhadətində əli olanları tutanda onlardan Aşura hadisəsində olanları və etiklərini danışmağı tələb edirdi, aşura tarixinin necə olmasını danışdıqdan sonra isə onları həlak edərdi, 3-Kərbəla hərəkatını danışmaq və yazmaq üçün Ömər Sədin qoşununda bəzi tarixçilər var idi və ya yerləşdirilmişdi ki, olanları hər nə niyyətə olursa olsun yazıb və nəql edərdilər. Onların ən məşhuru Həmid ibn Müslumdir ki, hadisələr haqda məlumatlar əldə edib tarixi fakt olaraq yazardı. Nəticədə Kərbəla qiyamı və aşura dastanının düzlüyü bu qeyd olunan üç yolla əldə edilir.


Abbasi xəlifələrindən hansı, şiələrə daha çox zülm etmişdir?


Abbasi xəlifələrindən hansı, şiələrə daha çox zülm etmişdir? Abbasi xəlifəsi Mütəvəkkil şiələrə ən çox cinayət törədənlərdən olmuşdur. O, şiələrə qarşı ürəyində həddən artıq kin-küdurət bəsləyirdi. Onun hakimiyyət dövrü şiəllərə ən pis dövrlərdən biri sayılır. Onun törətdiyi bütün cinayətləri qeyd edə bilməyəcəyimizi nəzərə alaraq, bəzi cinayətlərinə işarə edirik: 1)– Mütəvəkkil tərəfdən ələvilərdən bə’zisi ya həbs və axtarışda idilər. 2)–Mütəvəkkil hicrətin 236ı ilində İmam Hüseyn (ə) məqbərəsini və onun ətrafında olan binaları əkin sahəsinə çevirdi. Hətta 17 dəfə xərab etməsi nəql olunmuşdur. 3) Mütəvəkkil hakimiyyəti dövründə İbn Səkkit kimi İslam aləminin böyük şəxsiyyətini və Əhli-beytə (ə) sadiq olan bir sıra şəxsləri qətlə yetirmişdir. 4) Xətib Bağdadi yazır: “Mütəvəkkil Nəsr ibn Əli Cəhzəmiyə Həzrət Əli (ə), xanım Zəhra (s), İmam Həsən (ə) və İmam Hüseyn (ə) fəzilətinə dair bir hədis dediyinə görə min şallaq vurdurur. 5) Mütəvəkkil öz mənliyini satmış şairlərə pul verərək onları Abbasi hökumətinin qanuni hökumət olması barədə və ailəsini tərif etmək haqda şerlər yazmağa məcbur edirdi. 6) Mütəvəkkil Şakiriyyə adlı yerdə yeni ordu təşkil edərkən əsasən Suriya, Əlcəzair, Cəbəl, Hicaz və Ənbada Ələvilərin ziddinə ad çıxarmış şəxslərdən istifadə edir. 7) Mütəvəkkil Misir hakiminə əmr edir ki, Misirdə olan bütün Ələviləri İraqa sürgün etsin. 8)– Mütəvəkkil idarələrdən şiələri işdən çıxartmaqla onların camaatın yanındakı mövqeyini zəiflədirdi.


Həzrət Zeynəbin (ə) həyatına bir baxış!


Həzrət Zeynəbin (ə) həyatına bir baxış! Həzrət Zeynəb (ə) İmam Əli (ə) və Fatimeyi-Zəhranın (ə) böyük qızı idi. Məsum olmasa da böyük şəxsiyyət olmuşdur ki, tarix onun yaşayışı haqda ibarətamiz dastanlar yazmışdır. O İmam Huseyinnin (ə) Kərbəla qiyamının hədəfinə çatması üçün böyük addımlar atmışdır. Belə ki, Kərbəlada haqsızlıqlar görməklə bütün İslam aləminə onun haqqında danışdı və dövrün şeytansifətli insanları rüsvat edib, pis işlərini aşkar etdi. Eləcə də İmam Huseyindən (ə) sonra İmam olan Səccad (ə)-ı zülmkarların şərrindən qorudu. ...


Aşura gecəsində baş verən 5 mühüm hadisə nələr olmuşdur?


Aşura gecəsində baş verən 5 mühüm hadisə nələr olmuşdur? İmam Huseynin (ə) Kərbəla qiyamında çoxlu qeyri-adi hadisələr və çox böyük hədəfli hadisələr baş vermişdir ki, Aşura gecəsində də 5 mühüm hadisə tarixdə yazılmışdır ki, onlara işarə edirik: 1. Aşura gecəsi İmam Hüseynin (ə) tərəfdaşlarından biri olan Muhəmməd ibni Bəşir Həzrəmi oğlunun başqa yerdə çətinliyini eşitdikdən sonra da İmamı tərk etməməsi İmamın onun üçün dua etməsi. 2. İmam (ə) Aşura gecəsi öz tərəfdaşlarına xütbə oxudu və onları şəhadətdən və xeymələrə hücum haqda agahlıq verdi. 3. İmam Hüseyn (ə) əmr verir ki, xeymələrin arxasında xəndək qazsınlar ki, hərəmi qorumaq mümkün olsun. Əmr edir ki, düşmən hücum edən zaman xəndəyin üzərində olan cubuqlara atəş vursunlar ki, düşmənin xeymələrlə əlaqəsi arxadan kəsilmiş olsun. 4. Aşura gecəsi İmam Hüseynin (ə) əmri ilə Əli Əkbər ağa (ə) 30 nəfərlə bir yerdə Fəratdan su gətirir. İmam (ə) öz tərəfdaşlarına buyurur: “Qalxın, qüsl alın və dəstəmaz alın ki, bu, sizin sonuncu azuqənizdir”. 5. İmam (ə) Aşura gecəsində etdiyi xütbədən sonra işıqları söndürməyi əmr edir və sonra buyurur ki, hər kim onunla vuruşmaq istəmirsə və hər kimin borcu varsa, geri qayıtsın.


İranda yerləşən Qum şəhərinin tarxiçəsini yazın?


İranda yerləşən Qum şəhərinin tarxiçəsini yazın? Qum şəhərinin tarixi:
-Qumun İslamdan öncəki siması dəqiq açıqlanmır. Məlum olan budur ki, Qumda İslamdan öncə yaşayış olub və tarixdə bu barədə işarələr var. Amma Qumun dəqiq hüdudları, onun müxtəlif dövrlərdə və İslamdan öncəki əsrlərdəki durumu tam aydın deyil. Belə görünür ki, Qum İslamdan öncə çoxsaylı qalalar şəklində olub. Onların əhalilərindən bəziləri zərdüşti, bəziləri isə yəhudi olublar. Belə xatırlanır ki, Qum əslən Yəmən ərəblərindən və şiə məzhəbli əşərilər tərəfindən şəhərləşdirilib. Buna görə də tarixçilər əşəriləri Qumun iftixarlarından sayırlar. Qumun şəhərə çevrilməsi şiəlik və peyğəmbər ailəsinin vilayəti ilə şərtlənib. Qədim tarixçilərdən bəziləri İslamın zühüründan öncə Qumda hakim olmuş tanınmış şəxslərin adını qeyd ediblər. \"Ənvarul-məşəşəyn\" kitabının müəllifi \"Sirul-muluki-əcəm\" kitabından nəql edərək deyir: \"Bəhram-gur Ərməniyyə məntəqəsinə gedərkən yolu Savə ətrafından keçir. ...
Bu şəhərin gələcəkdə hansı dəyərə sahib olacağı haqda İmam Kazim (ə) buyurub: \"Qum Ali-Məhəmməd yuvası, onların şiələrinin sığınacağıdır.\" (\"Bihar\"Ş c.6, s.214).


Müsəlmanların tarixi nə vaxtdan başlanmışdır?


Müsəlmanların tarixi nə vaxtdan başlanmışdır?Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in besətindən sonra, habelə islamın coğrafi sərhədləri Ərəbistan yarımadasının bir hissəsində olduğu zaman və müsəlmanların əlaqələrinin cüzi və mühüm ümumi hadisələrin az olduğuna görə bir müddət zamanı bilmək üçün tarixin başlanğıcının və hadisələrin baş vermə zamanının müqayisə olmaması heç bir problem yaratmırdı. İkinci xəlifə 16-cı, yaxud 17-ci, yaxud da 18-ci hicri ilində bu problem barəsində məşvərət etmək üçün Peyğəmbər səhabələrini bir yerə yığdı. Yəqubinin (vəfat tarixi: 292), Təbərinin (vəfat tarixi: 310), Məsudinin (vəfat tarixi: 346), İbni Əsirin (vəfat tarixi: 630) və Zəhəbinin (vəfat tarixi: 748) aşkar dediyinə görə ikinci xəlifə İmam Əli (əleyhis-salam) ilə məşvərət etdi və bu yığıncaqda o həzrət müsəlman tarixinin başlanğıcı üçün Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Məkkədən Mədinəyə hicrətini təklif edildi. Bu nəzər həm xəlifə, həm də müsəlmanlar tərəfindən qəbul edildi.


Həzrət Müslim kim idi?


Həzrət Müslim kim idi? Əqilin oğlu Müslim üç İmamla müasir olmuşdur: İmam Əli, İmam Həsən və İmam Hüseyn (əleyhimus-salam). Üçüncü İmamın dövründə canını öz mövlasına fəda etdi və Übeydullah ibni Ziyadın (lənətullahi əlehy) göstərişi ilə şəhid edildi. İmam Hüseyn (əleyhis-salam) onu öz xüsusi nümayəndəsi ünvanı ilə Kufə şəhərinə göndərdi, amma o, kufəlilərin vəfasızlıqları ilə qarşılaşdı və İbni Ziyadın əsgərləri ilə tək-tənha halda mübarizə apardı. Çoxlu fədakarlıq və rəşadət göstərdikdən sonra onu tutub İbni Ziyadın yanına gətirdilər. O məlun göstəriş verdi ki, Müslimi qəsrinin başına çıxartsalar və orada boynunu vursunlar. Bu göstəriş icra olundu və Müslim şəhadət məqamına çatdı. Onun Kufə şəhərində yerləşən şərif qəbri Əhli-beyti sevənlərin ziyarətgahıdır.


Bəqi qəbristanliğına qarşı vəhhabilər hansi cinayəti etdi?


Bəqi qəbristanliğına qarşı vəhhabilər hansi cinayəti etdi? 1925-ci ilin may ayinda hakimiyyeti ele keciren vehabiler Beqi qebirsitanliginda olan tarixi abideleri yerle-yeksan edirler. Indinin ozunde de Allaha deyil, vehabi rejimine qulluq eden \"muselman nezaretciler\" sesguclendiricilerden istifade ederek, ereb ve fars dillerinde beyanatlar verir, orani ziyarete gelenleri dagidir ve orada kimsenin defn olunmadigini iddia edirler. Amma gorunen daga ne beledci?


Yezdin tarixdəki cinayətlərinin əsaslarına işarə edin?


Yezdin tarixdəki cinayətlərinin əsaslarına işarə edin? Yezidin padişahlığı dövründə ondan çoxlu cinayət və nalayiq hərəkətlər göründü amma içində 3- çox böyük cinayət kimi, tarixdə onun həyatında ləkə olaraq qaldı ki, həm dindar və həm də insan şəxsiyyətinə hörmət və sevən şəxslər onun bu hərəkətlərinin çox pis olduğunu deyirlər. Yezidin tarixdəki cinayətləri: 1-Peyğəmbər (s) ailəsinin şəhid edilməsi və onların namıslarının əsir aparılması, 2-Hərrə qiyamında müxtəlif böyük cinayəti: A) Yezidin qoşunun MƏdinəyə daxil olması və hər kəsi günahlı və günahsız insanları qətli am etməsi, b) Müsəlmanın malının halal olunması, Yezidin qoşunun mədinəyə hücumu zamanı Peyğəmbər (s) şəhərinin insanlarının malını Şam əhli olaraq qarət etdilər, c-Bəşərin və xüsusən də müsəlman və möminlərin namuslarına təcavüzlar olunması, ki, heç bir din, millət və baxış onu düzgün əməl olaraq qəbul etmir. 3-Abdullah ibn Zübeyrin çevrilişinin qarşısını almaq üçün Şamdan Məkkəni ələ keçirmək üçün qoşun göndərməsi, ki, bu qoşun hədəfinə çatmaq üçün hətta məkkənin hörmətini belə sındırmağa qədər addımlar atdılar ki, o cümlədən onlar hücumlarında Kəbə evinidi də yandırdılar.


İlk mərsİyə məclİslərİnİ kimlər təşkİl etmİşdİlər?


İlk mərsİyə məclİslərİnİ kimlər təşkİl etmİşdİlər?Seyyidüş-şühəda (ə), səhabələri, övladları və ailə üzvləri elə bir məktəb qoyub gediblər ki, əsrlər boyu bəşərin yaddışında həkk olmuşdur. Onlar üçün bir örnək və nümunəyə çevrilmişdir. (Tebyan)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter