Yezid necə bir şəxs idi və necə öldü?


Yezid necə bir şəxs idi və necə öldü? Yezid ibn Müaviyə Əməvi nəslindən, ana tərəfdən Bəni Kəlb nəslinə bağlı idi. Yezid cavanlığından eyş-işrətə, içkiyə, musiqiyə, zinaya, meymunbazlıq və itbazlığa həvəsli idi. Onun hakimiyyətində günah və fisq açıq-aşkar edilən əmələ çevrildi,
Yezid atasının sağlığında hakimiyyət işlərinə qarışmadan, eyş-işrət içində gününü keçirirdi. Bundan iki il sonra - hicri 63-cü ildə Yezid ona qarşı qiyam qaldırmış Mədinə əhalisini amansızlıqla cəzalandırdı. Yezidin qoşun başçısı olan Müslim ibn Əqəbənin əsgərləri Mədinədə üç gün rüsvayçıdıq etdilər. Qadınların və qızların namusu tapdalandı.
Ibn əl-Cövzi bunları nəzərdə tutaraq deyirdi: \"Nə deyim bir adamın barəsində ki, üç il hakimiyyət sür¬müş, birinci il Hüseyn ibn Əlini qətlə yetir¬miş, ikinci il Mədinə əhalisini qorxudub ca¬maatın qanını halal elan etmiş, üçüncü il də Allahın evini mancanaqlardan daşa tutmuş¬dur?\" (Təzkirətül-xəvass, səh-291-2).
Yezidin ölümü: hicri 64-cü il 14-15 rəbiüləvvəl ayında, 39 yaşında öldüyü deyilir. Mərhum Şeyx Səduq yazır ki, Yezid gecə sərxoş halda yatdı, səhər onu ölmüş vəziyyətdə gördülər. Bədəni qapqara qaralmışdı, sanki dərisinə qatran sürtmüşdülər. (Məlunun ölümü haqda bir neçə nəzəriyyələr var.) Bir çox müsəlman alimləri Yezidin törətdiyi zülmlərə əsaslanaraq, onun ruhuna lənət oxumağı icazəli bilmiş, hətta onu kafir saymışlar.
Şiə məzhəbinin isə məsələyə münasibəti birmənalıdır. Peyğəmbərin nəvəsini qətlə yetirmək üçün əmr verdiyinə, qeyri-islami və qeyri-əxlaqi həyat tərzi sürdüyünə, eləcə də, istər söhbətlərində, istərsə də yazdığı şeirlərdə açıq-aşkar küfr əqidəsini tərənnüm etdiyinə görə şiələr Yezidi kafir sayır və lənətə layiq bilirlər.


Xanım Zeynəbin (ə) kufəlilərə tarixi müraciəti nə oldu?


Xanım Zeynəbin (ə) kufəlilərə tarixi müraciəti nə oldu? XANIM ZEYNƏBİN(Ə) KUFƏLİLƏRƏ TARİXİ MÜRACİYƏTİ.
Zeynəb (s) iffət və həya ilə öz sözlərini Allaha həmd və səna etdikdən, Peyğəmbərə, onun pak, seçilmiş xanədanına salamdan sonra belə buyurdu:
... Bundan sonra siz gərək xar və məğlub yaşayasınız, çünki siz özünüzə Allah qəzəbi qazandınız. Elə bir iş gördünüz ki, az qalıb göy yerə düşə və yer parçalana, dağlar bir-birinə dəyə. Bilirsiniz ki, necə bir qan axıdıbsız? Bilirsiz, hicabsız halda küçə və bazarlara gətirilmiş qadın və qızlar kimlərdir? Bilirsiz ki, Peyğəmbər ciyərini parçalamısınız? nə qədər çirkin və ağılsız iş görmüsünüz. Elə bir iş ki, onun çirkinliyi dünyanı başdan-başa doldurub. Göydən qan damlalarının yağmasına təəccüb edirsiniz?! Amma bilin ki, axirətin əzab və xarlığı çətin olacaq. Əgər etdiyiniz işə Allahın qəzəbi tutmursa rahatlanmayın. Allah günahın cavabını dərhal vermir, amma məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını edir.
Zeynəbin dağlı qəlbindən və imanlı ürəyindən gələn təkanverici və bəlağətli sözlər Kufə camaatına od vurdu.


İslamdan öncə Peyğəmbərlərin həyatında aşura günü hansı hadisələr vermişdir?


İslamdan öncə Peyğəmbərlərin həyatında aşura günü hansı hadisələr vermişdir? İslamdan öncə Peyğəmbərlərin həyatında aşura günü baş verən hadisələr:
1. Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Hz. Musa (ə.s) Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.
2. Hz. Nuhun (ə.s) gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır.
3. Hz. Yunus (ə.s) balığın qarından bu gün xilas olmuşdur.
4. Hz. Adəmin (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
5. Hz. Yusuf (ə.s) qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.
6. Hz. İsa (ə.s) aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səməya yüksəldilmişdir.
7. Hz. Davudun (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
8. Hz. İbrahimin (ə.s) oğlu Hz. İsmail (ə.s) aşura günü dünyaya gəlmişdir.
9. Hz. Yaqubun (ə.s) oğlu Hz. Yusifin (ə.s) həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.
10. Hz. Əyyub (ə.s) bu gün xəstəliyindən şəfa tapmışdır.
Və ürək ağrısı ilə qeyd etməliyik ki, Rəsulullahın (s.ə.s) nəvəsi Hz. Hüseyn (r.a) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində aşura günü Kərbəlada şəhid edilmişdir.


Tasua günü Kərbəlada hansı hadisələr baş verdi?


Tasua günü Kərbəlada hansı hadisələr baş verdi? Tasua günü Kərbəlada olanlar:
1. İmam Hüseynin (ə) xeymələrinin mühasirəyə alınması
2. Şümrün əmannaməsinin həzrət Abbas tərəfindən (ə) rədd olunması
3. İmam Hüseyn (ə) tərəfindən müharibənin təxirə salınması istəyi
4. İmam Hüseynin (ə) (düşmənlərə) xitabı
5. İmam Hüseyn (ə) xeymələrinin ətrafında xəndəklərin qazılması
6. Şəhadət qüslü


İmam Əliyə (ə) “Əbu Turab” künyəsi nə üçün və kim tərəfindən verilmişdir?


İmam Əliyə (ə) “Əbu Turab” künyəsi nə üçün və kim tərəfindən verilmişdir? İmam Əlinin (ə) Əbu Turab künyəsi haqda:
Əli (əleyhis-salam)-ın mübarək adları, ləqəbləri və künyələri çoxdur və bunlar hədis kitablarında qeyd olunmuşdur. O həzrətin künyələrindən biri “Əbu Turab”dır. Peyğəmbər-əkrəm (səlləllahu əleyhi və alih) bir gün İmam Əlini məscidə toz-torpaqlı halda gördükdə bu adı ona vermişdir.
Rəvayətdə deyilir ki, bir nəfər Əbdüllah ibni Abbasdan soruşdu: “Nə üçün Peyğəmbər İmam Əliyə “Əbu Turab” künyəsi vermişdir?” Cavab verdi: “Çünki o, yerin sahibi idi və Peyğəmbərdən sonra Allahın yer üzündəki höccətidir. Yerin qalması və sükunəti onun xatirinədir.”


Naxçıvanlı cavanın Həzrət Məsumə (ə) hərəmində şəfa tapması


Naxçıvanlı cavanın Həzrət Məsumə (ə) hərəmində şəfa tapması Naxçıvanlı cavanın İmam Riza (ə) bacısı Həzrət Məsumə (ə) hərəmində şəfa tapması
Ayətullah Məkarim Şirazi buyururdular: “Sovetlər Birliyi dağılandan və müsəlmanların kommunizm ideologiyasından azad olunması ilə Naxçıvanda yaşayan müsəlman
camaatdan bir dəstəsi övladlarının Qumda oxumasını arzulayırdılar və bu müraciətlə müraciət etdilər.
Qumda dini təhsil almaq istəyən 300 nəfərdən 50 nəfəri qəbul olundu. Qəbul olan tələbələrin arasında istedadlı amma bir gözündə çaşlıq olan bir gənc var idi.
Tələbə karvanının Quma yola salınması münasibəti ilə çəkiliş aparılırdı. Çəkiliş aparan şəxs hər hansı bir niyyətlə kamerasını gözündə çaşlıq olan oğlanın gözünə tutur, oğlanın bu göz eybi bütün insanlara aşkar olur. Cavan oğlan bu mənzərəni görəndə çox narahat olur və Həzrəti Məsumənin ziyarətində təvəssül edir. yuxuya gedir. Yuxuda bəzi hadisələrin baş verdiyini görür, oyandıqda gözündəki eybin aradan getdiyinə şahid olur.
Şəfa tapmış oğlan Qumda təhsil aldığı mədrəsəyə qayıdır, onunla Naxçıvandan təhsil almaq üçün gələn dostları bu Həzrəti Məsumənin kəramətini görürkən, hamılıqla İmam Riza (ə) bacısının ziyarətinə gedirərək çoxlu dua və təvəssülə məşğul olurlar.


Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?


Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir? Həzrət Zeynəbin (s) qəbri barəsində 3 ehtimal vardır: Mədinə, Şam və Qahirə. Bu üç ehtimaldan hər birinin öz tərəfdarları vardır. Onlar öz nəzərlərinin təsdiqi olaraq dəlillər gətirirlər. Həzrət Zeynəbin (s) dəfn olunduğu yeri dəqiq təyin eləmək mümkün olmasa da yenə də demək olar ki, bu ailəyə aid olan məkan və ziyarətgahların hər biri Allahı zikr eləmək üçün, insanın islah olunması üçün, Əhli- beyt və şəhidlərə yetişmək üçündür. Əhli- beytin dəfn olunduğu yer harda olursa-olsun onların xatirələri aşiqlərin qəlbində həmişə yaşayır. ...


Loğman Həkimin (ə) həyatına bir baxış


Loğman Həkimin (ə) həyatına bir baxış Hikmət sahibi Loğman (ə) seçilmiş mənəvi insanlardan idi. Qurani Kərim buyurur: “Həqiqətən, Loğmana: “Allaha şükür et!” (deyə) hikmət verdik. Loğman/12. Quran Loğman surəsində onun dəyərli nəsihətlərini gələcək nəsillər üçün nəql etmişdir. Bəlkə dəyərlər axtarışınca olanlar ibarət alıb seçilmiş insalardan olsunlar.
1- Həbəşəli kölə. İmam Əlidən (ə) nəql olunan hədisə görə, o birinci kölə idi ki, öz sahibi ilə anlaşaraq bəzi öhdəliyi boynuna aldı və özünü köləlikdən azad etdi. 2-Həyatı: Bu ilahi hikmətli şəxsin həyatı haqda, dəqiq tarixi faktlar tapmaq olmaz. 3- Vətəni: Tarixin bəzi məlumatlarına əsasən, Şam şəhəri Loğmanın (ə) vətəni və məşhurlaşma vətəni olmuşdur. 4- Sənəti: Loğmana Dərzilik, dülgərlik, çovanlıq və odunculuq, sənətləri nisbət verilir. 5- Üzüyü: Üzüyündə həkk olunan cümlə: “Gördüyünü örtmək guman etdiyini aşkar etməkdən daha yaxşıdır”. 6-Şagirdləri: Həmdullah Mustəfəvi yazır: Fisağurs (Yunanlı həkim) və Camasəb (İranlı həkim) –lər Loğman həkimin şagirdlərindən hesab edilir. 7-Ömrü: Loğmanın ömrünü 200 il olmuş, Başqa bir rəvayətdə, Loğmanın ömrü 1000 il olaraq qeyd olunur. Uzun ömürlülüyü haqda tarixdə gəlmişdir: “Loğman (ə) oğluna belə buyurmuşdu: 4 min il ilahi peyğəmbərə (ə) köləlik etdim. ...” 8-Qəbri: Əylə və Rəmlə şəhəri, Səyyah tarixçilər isə yazırlar: Onun dəfn olunduğu yer: İskəndəriyyədir, indiki Misir.


İmam Əli (ə) əvvəlki xəlifələrin başqa ölkələrə qoşun yetirməsi qarşısında hansı mövqe seçmişdi?


İmam Əli (ə) əvvəlki xəlifələrin başqa ölkələrə qoşun yetirməsi qarşısında hansı mövqe seçmişdi? Əbu Bəkr və Ömər bəzi müharibələrdə, o cümlədən İran və Roma müharibələrində, Beytül-müqəddəsin fəthində Əli (əleyhis-salam) ilə məşvərət edirdilər, lakin o həzrətin özü müharibədə iştirak etmirdi. Həzrət Əli (əleyhis-salam) belə hallarda öz nəzərini təkcə islamın və müsəlmanların məsləhəti əsasında deyil, üstəlik bütün bəşər cəmiyyətinin, xüsusilə müstəzəflərin və məzlumların mənafeyinə olan əsasda elan edirdi.
İranla aparılan müharibədə Əli (əleyhis-salam) bütün dünya əhalisinə, hətta qeyri-müsəlmanlara və kafirlərə belə, xeyirxah nəzərlə yanaşan və onlara ürək yandıran məsum İmam ünvanı ilə məşvərətçi nəzərlər verməklə elə bir iş gördü ki, bu müharibələr mümkün olan ən az təhlükə və ən aşağı miqyaslı tələfatla sona çatdı.
Diqqət yetirmək lazımdır ki, əgər o dövrdə Peyğəmbər (səlləllahu əleyhi və alih) sağ olsaydı, yaxud Əli (əleyhis-salam) Peyğəmbərdən sonra xilafətə çatsaydı, şübhəsiz, hadisələr tamamilə başqa şəkildə baş verərdi. Yəni xəlifələrin dövründə baş verən fəthlər İmam tərəfindən tam şəkildə və yüz faiz qəbul olunmurdu.


Ayətullah Muctehidi ruhani və haqq öyrənənlər üçün böyük ustad:


Ayətullah Muctehidi ruhani və haqq öyrənənlər üçün böyük ustad: Mərhum Ayətullah Müctəhidi Tehrani İslama xidmət edəcək layiqli tələbə yetişdirərdi!
Tələbə seçimində mərhum ustadın meyarı nə idi? Cavab: Mərhum Ayətullah Müctəhidinin öz üslubu, öz meyarı vardı. Ustad tələbə seçərkən onun simasına, zahiri görkəminə, rəftarlarına diqqət yetirərdi. Bəzilərinə gündüz, bəzilərinə isə gecə təhsil almağı tövsiyə edərdi. Bəzilərinə deyərdi ki, hələlik gecə təhsil almağınız məsləhətdir. Bu tələbənin gecə növbəsi təhsil dövründə rəftarlarına diqqət yetirər, əgər bəyənsəydi onu gündüz növbəsinə keçirərdi. Bəzilərinin çalışqanlıq və əxlaqını bəyənəndə onlara tövsiyə edərdi ki, elm hövzəsinə getsinlər. Belələrinə deyərdi ki, səndən tələbə çıxar, hövzəyə gəl. Bir şəxsi mədrəsəyə qəbul edəndə şəxsən görüşər, 4, 5 il bu tələbəyə ciddi nəzarət edərdi.
Ruhani libasına çox ciddi yanaşırdı. Bir şəxsin dini təhsil almasını ruhani libası geymək üçün kafi saymırdı. Bəzilərinə deyirdi ki, sən yaxşı dərs oxuyursan, amma libas geymə, get başqa işlə məşğul ol. Bəzilərini isə ruhani libası geyməyə həvəsləndirərdi. Tələbə qəbulunda bir neçə mərhələ nəzərdə tutmuşdu. Əvvəlcə seçimdə diqqət yetirərdi, sonra təhsil zamanı nəzarət edərdi, daha sonra qərar çıxarardı ki, bu şəxs ruhani libası geysin, yoxsa yox. Ruhani libası alan tələbə fəxrlə deyərdi ki, mən Ayətullah Müctəhidinin mədrəsəsinin tələbəsiyəm. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter