İmam Rza (ə) əsəb xəstəsinə necə əlac etdi?


İmam Rza (ə) əsəb xəstəsinə necə əlac etdi? Rəvayət olunub ki, Həzrət İmam Rza (ə) bir şəxsin əsəb xəstəliyinin təsirindən bihuş olduğunu gördü.
İmam qabda su gətirilməsini tələb etdi. Sonra həzrət Həmd, İxlas, və Muəvvəzətəyn (Fələq və Nas) surələrini o suya oxudu və suyu onun başına səpdi, beləliklə də o kişi ayıldı.
Əgər bir şəxs əsəb xəstəliyinə düçar olsa, bu surələri (Həmd, İxlas, Fələq, Nas) yazıb özündə saxlasa şəfa tapar. (\"Quranla dərman\" kitabından)


Həzrət Məsumənin hərəmi tarix boyu kimlər tərəfindən bərpa edilib?


Həzrət Məsumənin hərəmi tarix boyu kimlər tərəfindən bərpa edilib? İslaminSesi – Həzrət Məsumə xanım hicri-qəməri tarixi ilə 201-ci ildə Quma daxil olub. O həzrət Quma gəldikdən cəmi 17 gün sonra vəfat edib. Həzrət Məsumə Quma gələndə o zaman Qum kiçik bir kənd idi. Həzrət Məsumə hazırda Mir meydanı adlanan və o zaman Musa ibni Xəzrəcin evində məskunlaşır.
Qardaşı İmam Rza kimi qürbətdə vəfat edən həzrət Məsumə qumlular tərəfindən kəndin kənarında yerləşən Babilan bağında dəfn edilir.
Musa ibni Xəzrəc birinci şəxs idi ki Məsumə xanımın məzarı üzərində bir kiçik dam tikdi. İmam Cavadın qızı həzrət Zeynəb 256-cı ildə Məsumə xanımın məzarı üstündə günbəz (türbə) tikir. Məzar bu şəkildə 4 əsr Əhli-beytsevərlərin ziyarətgahına çevrilib.
Hicri ilinin 605-ci ilində Ali-Müzəffər xanidanının böyüyü Əmir Muzəffar Əhməd bin İsmailin dəstəyi ilə dövrün ən yaxşı ustaları və bənnaları cəlb edilir. Burada həzrətin məzarının gümbəzinin ətrafında əlavə tikililər ucaldılır. Gümbəzin içi kaşi və mərmərlə bəzədilir...


30 min hədisi əzbər bilən alim kim idi?


30 min hədisi əzbər bilən alim kim idi? 30 min hədisi əzbər bilən və hər xütbəsi zamanı bir mətləb barədə 100-ə yaxın hədis rəvayət edib izah edən Şeyxul-muhəddisin Hüccətül-İslam Şeyx Mürtəza Ənsari Qumi.
Şeyx Mürtəza Ənsari Qumi 1899-cu ildə Qum şəhərində nəsəbi Şeyxut-Taifəyə və İmam Həsən Əskərinin tanınmış səhabəsi Səd ibni Abdullah Əşəri Qummiyə çatan bir ailədə dünyaya gəlib.
Şeyx Mürtəza Ənsari Qumi şiə hövzəsində, ruhanilər və alimlər arasında təbliğat üçün hicrətə getməyin əsasını qoyan, ramazan və məhərrəm aylarında təbliğat mühacirətlərin təşkil edilməsini formalaşdıran ilk alimdir.
Şeyx Mürtəza Ənsari Qumi islam dünyasının ən böyük xətiblərindən olub. Onun on minlərlə hədisi sənədi və mətni ilə birgə əzbər bilməsi şeyxin xütbələrini daha da cəzzab edirdi. O ömrünün 40 ilini təbliğat üçün mühcirətə sərf edib...


Xristian alimi İmam Əlidən (ə) yuxusunun 7 sualına hansı cavabları aldı?


Xristian alimi İmam Əlidən (ə) yuxusunun 7 sualına hansı cavabları aldı? Romadakı xristianlardan biri yuxu görür və İmam Əli (ə) də onu yozur. İmam (ə) nəql edir:
“1-ci yuxu: Yuxuda görür ki, səmadan bir saray asılmışdır ki, ora qızıldan taxtlar qoyulmuşdur. Kənizlər, nökərlər və gözəl xalçaları vardır. Sarayın ətrafını isə donuzlar əhatə etmişdir. Yozumu: Bu zalım sultanın sarayıdır ki, axəril-zamanda insanlar zəkat vermədiyinə görə onların malını alacaq. Sultanın ətrafında zalımlar vardır ki, ona yardım edərlər.
2-ci yuxu: Yuxuda görür ki, qalın kətan parça göydən asılmışdır. İnsanlar onu parçalayırdı və ondan bir tikə qalmışdı.
Yozumu: Həmin qalın kətan müxtəlif məzhəblərdir ki, axəril-zamanda insanlar ona etiqad bəsləyəcəkdir. Məzhəbdən bir şey qalmayacaqdır, məgər bir sap qədər.
3-cü yuxu: Yuxuda görür ki, göydən quşlar gəlir və başlarını torpağa salırlar. Geri qayıdan zaman başları olmur.
Yozumu: Həmin quşlar İslam dinidir. İslam dinindən şəriət və adətlərdən başqa bir şey qalmayacqdır. Həqiqəti isə səmaya geri qayıdacaqdır.
4-cü yuxu: Yuxuda dördayaqlılaları görür ki, sidik orqanı yoxdur. Yozumu: Zənginlər malı toplayır və İlahi haqqı və zəkatı vermirlər...


Aprel 2016-cı il üçün əlamətdar günlər hansılardır?


Aprel 2016-cı il üçün əlamətdar günlər hansılardır? 2016-cı il, Aprel ayının müsəlmanlar üçün əlamətdar günləri:
9 aprel - 1 rəcəb - İmam Baqirin (ə) mövludu, 5-ci İmamı, Valideyni: İmam Səccad, Fatimə İmam Həsən (ə) qızı.
11 aprel - 3 rəcəb - İ. Hadinin (ə) şəhadəti, 10-cu İmamı, Atası İ. Cavad, İraqın Samirra şəhərində dəfn olunmuşdur.
13 aprel - 5 rəcəb - İ. Əli Nəqinin (ə) mövludu, Şiələrinin 10 cu İmamı.
18 aprel - 10 rəcəb - İ. Cavadın (ə) mövludu, 25 yaşında cavan şəhid edilən İmam. Şiə tarixin bərəkətli övladı.
21 aprel - 13 rəcəb - İ. Əlinin (ə) mövludu, Allahın razı qaldığı bəndə, Haqqında çoxsaylı Quran ayələrin nazil olması, ...
23 aprel - 15 rəcəb - İ. Cəfər Sadiqin (ə) şəhadəti, İslam ümmətinə dəyərli bilim adamları tərbiyə edib ərsəyə gətirən şəxsiyyət.
23 aprel - 15 rəcəb - Xanım Zeynəbin (s.ə) şəhdəti, Səbrin kamil nümunəsi olan xanım, Kərbəlanın hədəfə çatmasında ikinci qol-budağı olan şəxsiyyət.
23 aprel - 15 rəcəb - Müsəlmanların qibləsinin Beytül-Müqəddəsdən Kəbəyə çevrildiyi gün, Peyğəmbərin (s) Mədinədə namaz qıldığı anda Allahın əmri ilə 2-ci hicri ildə 4 rəkətli namazın ikinci rəkətində namazının istiqamətini Beytül-Müqəddəsdən MƏkkəyə tərəf dəyişməsi hadisəsi...


Necə oldu Həzrət Əli (ə) Ümmül-Bəninlə ailə qurdu?


Necə oldu Həzrət Əli (ə) Ümmül-Bəninlə ailə qurdu? Xanım Zəhranın (s.ə) vəfatından sonra Həzrət Əli (ə) ərəb arasında nəsilşünas kimi məşhur olan qardaşı Əqildən xahiş etdi ki, şücaətli bir qəbilədən ona həyat yoldaşı tapsın. Əqil çox götür-qoy etdikdən sonra Hizam ibn Xalidin qızı Ümmül-Bənin üçün elçiliyə getdi. Hizam bu gözlənilməz təklifə etirazla dedi: Bədəvi bir qadın öz bədəvi mədəniyyəti ilə Əmirəlmömininə layiq dayil... Əqilin təkidlərindən sonra arvadı və qızı ilə məsləhətləşmək üçün vaxt istədi. Onlarla görüşdükdən sonra xəbər tutdu ki, qızı yuxu görüb...
Ümmül-Bənin yuxusunu belə nəql etmişdi: Özümü gül-çiçəkli, mer-meyvəli bir bağda gördüm. Dümduru çaylar axırdı. Mən göydə ay və ulduzlara baxıb sütunsuz səma barədə düşünürdüm ki, ay sanki göydən qırılıb ətəyimə endi. Onun nuru göz qamaşdırırdı. Mən heyrətdə olduğum an dörd parlaq ulduz ayın arxasınca ətəyimə endi...
Sonradan dörd şəhid verəcək ananın yuxusu... Vilayet.info


İslam aləmində ilk sülh razılaşması nə zaman baş vermişdi?


İslam aləmində ilk sülh razılaşması nə zaman baş vermişdi? Peyğəmbər (s) Yəsrib şəhərində bir müddət qaldıqdan sonra əhalinin ictimai vəziyyətini sahmana salmağı lazım gördü. Əvvəldə Qeyd etdiyimiz kimi, bu şəhərdə bir çox ərəblər yaşayırdı ki, onlar da öz növbəsində ayrı-ayrılıqda qüdrətli olan Ous və Xəzrəc qəbilələrinə bağlı idilər. Ərəblərdən əlavə şəhərin özündə və ətrafında yaşayan yəhudilər də var idi ki, onlar bu iki qəbiləyə bağlı idilər. Mövcud durum hər qəbilə və dəstələrin hüququnu müəyyənləşdirən (əhd-peyman, saziş) başqa sözlə desək, qanun tərtib edilməsini tələb edirdi. Bu nəzəriyyəyə əsasən məşhur Mədinə müqaviləsi - onu sonralar “ilk konstitusiya” adlandırmışlar - Peyğəmbərlə (s), yəhudilərin və qəbilələrin başçıları arasında imzalandı.
Bu saziş Peyğəmbərin (s) Mədinəyə daxil olduğu ilk aylarda imzalanmışdır. Çünki birincisi ibni Hişam və ibni İshaq bu sazişin mətnini Peyğəmbərin Mədinədə söylədiyi ilk xütbənin ardınca rəvayət etmişlər. Digər tərəfdən isə bu sazişdə yəhudilərin ictimai hüququna da yer verilmişdir. Qiblənin də (beytül-müqəddəslə Məkkənin əvəz edilməsi) dəyişdirilməsi Peyğəmbərin (s) Mədinəyə gəlişindən 17 ay sonraya təsadüf edir. Bu məsələ yəhudilərin Peyğəmbər və müsəlmanlara qarşı düşmənçiliklərini üzə çıxarandan sonra meydana çıxmışdır.


Həzrət Peyğəmbər (s)-ın 2 sualını Şeytan (lən) cavablandırır?!


Həzrət Peyğəmbər (s)-ın 2 sualını Şeytan (lən) cavablandırır?! Allah Təala şeytana əmr etdi. Get! Hz. Məhəmmədin (s) suallarına cavab ver. İblis əli əsalı bir qoca cildində həzrət Peyğəmbərin (s) yanına gəldi.
Həzrət Peyğəmbər (s) ilə Şeytan (lən) arasında bu dialoq baş verir.
Peyğəmbər (s) - Sən kimsən? Şeytan (lən) - Mən İblisim. Peyğəmbər (s) - Nə üçün gəldin? Şeytan (lən) - Allahın əmri ilə suallarına cavab verəcəyəm.
Peyğəmbər (s) - Ya lənətlənmiş, ümmətimdən neçə düşmənin var. Şeytan (lən) - On beş düşmənim var.
1. Sənsən, 2. Ədalətlə iş görən hökmdar, 3. Alçaq könüllü comərd, zənginlər. 4. ticarətində doğru olanlar. 5. Allahdan qorxan alimlər (əhli-i təqva sahibləri). 6. Nəsihətlə hər kəs üçün xeyir istəyən möminlər. 7. Ürəyi mərhəmətli möminlər. 8. Tövbə edib, tövbəsində stabillik edənlər. 9. Haramdan çəkinənlər. 10. Daim dəstəmazlı olanlar. 11. Hər zaman çox sədəqə verənlər. 12. İnsanlarla yaxşı dolanan, gözəl (həlim) xasiyyətli kəslər. 13. İnsanlara faydalı olanlar. 14. Quran-ı çox oxuyanlar və Allahı davamlı zikr edənlər. 15. Gecə insanlar yatarkən qalxıb namaz qılan və ibadət edənlər...


Peyğəmbərin (s) qoca babası Əbdülmütəllib mömin olub yoxsa yox?


Peyğəmbərin (s) qoca babası Əbdülmütəllib mömin olub yoxsa yox? Peyğəmbərin (s) babası olan Əbdülmütəllibin imanı haqda araşdırma:
1. HƏdisdə gəlmişdir: \"Qiyamət günündə Əbdülmüttəlib vahid ümmət halında məhşərə gələcək, onda peyğəmbərlərin siması, hökmdarların heybəti olacaq\"
2.Kəbənin quraqlığı zamanı Əbdülmüttəlib Kəbənin qarşısına gəldi və körpə Muhəmmədi (s) yuxarı qaldırıb belə dua etdi: \"Ya Rəbb, bu uşağın xatirinə bizə bol yağış əta elə!\" Üstündən bircə saat keçməmişdi ki, səmanı buludlar bürüdü, elə güclü yağış yağdı ki, hətta camaat məscidin uçulacağından qorxdu\" Bu hadisə sübut edir ki, Əbdülmüttəlib vahid Allaha pərəstiş edirmiş.
3. Peyğəmbər (s) İmam Əliyə (ə) buyurmuşdur: \"Ey Əli! Əbdülmüttəlib cahiliyyə dövründə beş sünnə (dəb) qoymuşdu ki, İslam dini də bunları təsdiq etdi: 1) atanın arvadını oğula (başqa arvaddan olan oğul nəzərdə tutulur) haram elan etdi; 2) xəzinə tapanda onun beşdən birini sədəqə verdi; 3) Zəmzəm quyusunu qazıyandan sonra onu hacıların içməsi üçün vəqf etdi; 4) insan qətli üçün diyə (qanbahası) olaraq 100 dəvə verilməsini qərarlaşdırdı; 5) qüreyşilər Kəbənin ətrafında təvaf edərkən, neçə dəfə dövrə vurmağın dəqiq sayını müəyyən etməmişdilər, Əbdülmüttəlib 7 dövrə vurmağı qanun qoydu\"...


İmam Hüseyn (ə) dövründə olan insanları üç dəstəyə bölmək olar!


İmam Hüseyn (ə) dövründə olan insanları üç dəstəyə bölmək olar! Tarixi cərəyanşünaslıq nəzərindən İmam Hüseyn (ə) dövründəki cəmiyyəti ümumi 3 cərəyana təsnif etmək olar:
-Birinci cərəyan Seyyidüş-Şühəda özü və onun köməkçiləridir. Bu insanlar yüksək mərifət sahibi idilər, öz dövrlərindəki dini məsələləri yaxşı dərk edirdilər. Onların nəzərincə, İmam bütün xəta və səhvlərdən məsum, nəfs istəklərinə tabe olmayan həqiqi mömin idi. Qeyd etməliyik ki, Təkcə sağlam baxış insanı səhvdən qoruya bilmir.
-İkinci cərəyana Yezidin rəhbərlik etdiyi əməvilər daxil idi. Onların baxışı zülm və fəsad üzərində qurulmuşdu. Bu gün biz Yezidin azğın olduğunu tam aydın dərk edirik. Amma həmin dövrdə bunu təyin etmək o qədər də asan deyildi.
-Üçüncü cərəyan iki cərəyan arasında yerləşir. Bu cərəyanı taımağın xüsusi əhəmiyyəti var. Bu cərəyandan olanlar bəzən zahirdə, bəzən isə batində İmam Hüseyni (ə) sevənlər idilər. Amma onların sevgisi Kərbəlada olanların sevgisi kimi deyildi. Bu sevgi onların Aşuraya üz tutması üçün bəs etmədi. Bu cərəyana daxil olan qruplar müxtəlif bəhanələrlə İmam Hüseyn (ə) qiyamına qoşulmadılar. Bunların dünya maraqları onların haqq yolu ilə getməsinə mane olurdu.
Əhnəf bin Qeys deyir: \"Biz Əbəl-həsən (ə) övladlarını sınaqdan keçirmişik. Onların hakimiyyət, var-dövlət toplamaq, müharibədə hiylə gücü yoxdur.” O öz cavabı ilə Əhli-Beytlə (ə) keçmişdəki dostluğunun sirrini açmış oldu.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter