İmam Əlidən (ə) bir suala gözəl cavab?!


İmam Əlidən (ə) bir suala gözəl cavab?! İbn Abbasdan soruşdular: “Günlərin ən yaxşısı, ayların ən yaxşısı və əməllərin ən yaxşısı hansıdır?” Dedi: “Günlərin ən yaxşısı Cümə günüdür. Ayların ən yaxşısı Ramazan ayıdır. Əməllərin ən yaxşısı isə beş namazı əvvəl vaxtında qılmaqdır.”
Bu sualı Həzrət Əlidən (ə) də soruşdular, buyurdu: “Məğribdən məşriqəcən bütün alimlərdən bu sualı soruşsanız bu cavabı verəcəklər. Amma mən deyirəm ki, əməllərin ən yaxşısı Allah dərgahında qəbul olunanı, ayların ən yaxşısı tövbə etdiyin ay, günlərin ən yaxşısı isə imanla Allaha tərəf getdiyin aydır.”


Tanınmış şəxsiyyətlər - İbn Vəqqas, ibn Ömər və Məhəmməd Sələmə nə üçün İmam Əli (ə) ilə düşmənçilik edirdilər?


Tanınmış şəxsiyyətlər - İbn Vəqqas, ibn Ömər və Məhəmməd Sələmə nə üçün İmam Əli (ə) ilə düşmənçilik edirdilər?Əmmar Yasir (r) Abdullah ibn Ömər, Səd ibn Əbi Vəqqas və Məhəmməd Sələmənin yanına gəlib dedi: Təlhə və Zübeyrin fitnəsinə qarşı xəlifəyə dəstək olun!! Onların hər biri bir bəhanə gətirərək şəri vəzifədən boyun qaçırdılar. Əmmar onlarla etdiyi görüşün nəticəsi haqqında İmam Əliyə (ə) məlumat verdi!! Əmirəlmöminin (ə) onların müxalifətçiliyinin səbəbini belə açıqladı: İmam Əli (ə) Əmmara dedi: Bu dəstələrdən əl çək nəsihət eşidən deyillər. Çünki Abdullah ibn Ömər zəif insandır, Səd ibn Əbi Vəqqas isə paxıl insandı, amma Məhəmməd ibn Sələmənin yanında mənim günahım budur ki, qardaşı Mərhəbi Xeybər döyüşündə həlak etmişəm. (əl-İmamə vəs-siyasə kitabı, cild-1, səh: 52)...


Kəramət: İmam Əli (ə) ağac və torpağı salamlayanda, nə baş verdi?


Kəramət:  İmam Əli (ə) ağac və torpağı salamlayanda, nə baş verdi?Hz Peyğəmbər (s) İmam Əlini (ə) Yəmənə göndərir ki, insanlar arasında sülh yaratsın, İmam Əli (ə) Həzrətə (s) buyurur: “Ey Allahın Rəsulu! Oranın cəmiyyəti çoxdur. Onların içərisində elə insanlar var ki, ömürləri keçmişdir, ancaq mən cavanam”. Hz Peyğəmbər (s) buyurur: “Əli! Nigaran olma! Yəmənin yaxınlığında Əfiq adlı yerə çatanda dayan və yüksək səslə de: “Ey ağac! Ey torpaq! Allahın Rəsulu Muhəmməd (s) sizə salam göndərmişdir”. İmam (ə) buyurur: “Peyğəmbərin (s) tövsiyəsini yadımda saxlayıb, Yəmənə yollandım. Əfiq çölünə çatan zaman Yəmən əhalisini gördüm. Onlar nizə və kamanla mənə hücum etməyə hazırlaşırdılar. Mən də Peyğəmbərin (s) verdiyi tövsiyə ilə yüksək səslə dedim: “Ey ağac! Ey torpaq! Allahın Rəsulu Muhəmməd (s) sizə salam göndərmişdir””...


İmam Əli (ə) kimin tərəfindən \"Əmirəlmöminin\" adlandırılmışdır?


İmam Əli (ə) kimin tərəfindən "Əmirəlmöminin" adlandırılmışdır?İmam Əli (ə) buyurur: “Allahın Rəsulu (s) buyurub: “Merac gecəsində ki, məni səmaya apardılar, Allah mənə vəhy edib, buyurdu: “Ey Muhəmməd! Əli ibni Əbi Talibi (ə) Əmirəl-möminin (ə) çağır, Mən ondan əvvəl heç kimi bu adla adlandırmamışam. Ondan sonra da heç kim bu adla adlandırılmayacaqdır”.
Hz Peyğəmbər (s) minbər başında insanlara buyurur: “Ey insanlar! Allah məni Rəsulu kimi sizə göndərmişdir. Mənə əmr etmişdir ki, Əlini (ə) sizə əmir qoyam. Ona görə də mən hər kimin ki, peyğəmbəriyəm, Əli (ə) onun əmiridir. Əlinin (ə) əmir olması Allah tərəfindəndir. Allah mənə əmr etmişdir ki, bu xəbəri sizə elan edəm ki, ona itaət edəsiniz. Nə zaman sizə əmr etsə, qulaq asasınız...


İmam Əlinin (ə) üzüyünün üzərinə nə yazılmışdı?


İmam Əlinin (ə) üzüyünün üzərinə nə yazılmışdı?İmam Əlinin (ə) üzüyünün üstündə اللّه الملك yazılmışdı. Xilafəti Həzrətə (ə) qaytaran zaman, o, üzüyünün üstünə bu sözləri yazdırır: الملك للّه الواحد القهار Qaşı firuzədən idi və bu üzük insana vəhşi heyvanlardan nicat verir və müharibədə zəfər çalmağa səbəb olur.
Safi nəql edir ki, ziyarətə getdim və İmamın (ə) buyurduğu yerdə bir şir bizə hücum etdi və mən İmamın (ə) buyurduğu kimi etdim və şir çıxıb getdi.
Ziyarətdən qayıdan zaman olanları Həzrətə (ə) danışdım və Həzrət (ə) mənə buyurdu: \"Bir şey qaldı ki, onu demədin”. Dedim: \"Yəqin ki, unutmuşam”. İmam (ə) buyurdu: \"Tusda gecə vaxtı qəbrin kənarında olan zaman cinlər qəbri ziyarət etmək üçün gəlmişdilər...


Bir kişi üçün ən ağır zərbə və əlacsızlığı nə zamandır?


Bir kişi üçün ən ağır zərbə və əlacsızlığı nə zamandır?Cox ibretlik yasanmis bir heyat hekayesi!!! Türkiyәli bir gülәşci öz xatirәlәrindә qeyd edir: \"Mәn yarışda Cahan Pәhlivan Tәxti (İranlı mәhşur gülәşci) ilә gülәşmәli oldum vә o çox güclü idi. Yarışın mәnim üçün çәtin olacağını bilirdim vә udma şansım çox az idi. Gülәşdәn öncә görüşdük! Soruşdu: -Ailәndә burdadı? Dedim: - Bәli Dedi: - Gәrәk uduzam. Dedim: - Axi niyә? Sәbәb nәdi? Cavan Pәhlivan mәnә bu hadisәni danışdı. Dedi: -Hәzrәti Әli (ә) bir gün mәscidә girdi. Gördü kişilәr nәyisә müzakirә edirlәr. İbn Abbasda (r.ә) orda idi. Hz Әli (ә) İbn Abbasdan soruşdu nә olub? İbn Abbas dedi: - Kişinin әn ağır, әn әlacsız vaxtı nә vaxtdır, onu müzakirә edirlәr. Biri deyir ailәsi xәstә olanda, biri deyir övladı olmayanda vә s. Ardınca İbn Abbas dedi: - Ya Әli sәnin fikrin nәdi? Gördülәr Әlinin gözlәri yaşla doldu. Әli (ә) dedi: - Kişinin әn ağır vәziyyәti odur ki, Xeybәrin qapısını sındıran әllәr onda ola, Zülfiqar kimi qılınca sahib ola amma yoldaşı qapı ilә divar arasında qala heçnә edә bilmәyә.


Mərhum Qazi namazı kimdən öyrənib?


Mərhum Qazi namazı kimdən öyrənib?Ayətullah Xamenei mərhum Ayətullah Seyid Əli Qazi haqqında buyurur: Cənab Mirza Əli Qazi böyük şəxsiyyətlər arasında nadir insanlardandır... O, xeyli şagird yetişdirib və bu iş çox dəyərlidir... Mərhum Təbatəbai, Şeyx Abbas Quçani, Behcət kimi yetirmələri olub... Mərhum Qazi Nəcəfə gələnə qədər atası Asid Hüseynin elmindən bəhrələnib. Sonra Seyid Mürtəza Kəşmirinin şagirdi olub. Maraqlı nöqtədir ki, Qazi namazı Kəşmiridən öyrəndiyini deyir!. Mükaşifələrini kiməsə hiss etdirməyə marağı olmayıb. Amma onun mükaşifələri çoxdur. Şagirdlərinə tapşırıb ki, özünüzdə qeyri-adi hal görəndə etina göstərməyin, işinizə davam edin...


Ayətullah Cəvadi Amuli ruhanilərin vəziyyəti haqda nələr buyurdu?


Ayətullah Cəvadi Amuli ruhanilərin vəziyyəti haqda nələr buyurdu?Ayətullah Cavadi Amulinin ruhanilərin vəzifəsi və vəziyyəti haqda buyuruqları: -Hövzə cəmiyyətin suallarını, ehtiyaclarını cavablandırmaq üçün çıxış yolu göstərməlidir... -Hövzə cəmiyyətin ehtiyaclarına cavab verməsə cəmiyyətdən uzaqlaşacaq...
İslam hökumətində bizim üçün nümunə Əmirəlmöminindir. Bazara əlində qamçı daxil olar, xəbərdarlıq edərdi ki, möhtəkirlik, baha satmaq, sələmçilik olmaz! Həzrət buyurur ki, suyu və torpağı olan məmləkət ehtiyac içində yaşasa, Allahın mərhəmətindən uzaqlaşar... Dəllallıq, qiymətlərin süni qaldırılması, malı yığıb bahalaşma gözləmək olmaz, bunun qarşısı alınmalıdır. Xalq əsil İslam iqtisadiyyatı istəyir...


İmam Kazim (ə) səcdədə hansı duanı oxuyub?


İmam Kazim (ə) səcdədə hansı duanı oxuyub?Ustad Qəraətinin söhbətlərindən: Allah-Taala dünyanı insan, insanı ibadət üçün yaradıb. İbadətlərin üstünü namazdır. Namazın mühüm məqamı səcdədir. Gör bizə səcdədə Allahdan nə istəmək tapşırılır: İlahi, arvad-uşağımın xərcini yetir!! (وارزق لي و لعيالي) Çünki hər bir kişi ailə-övladın qarnını doyurmağa borcludur. İmam Kazim (ə) səcdədə necə dua edirdi? Deyirdi: İlahi, ölüm zamanı rahat can verim... (اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الرَّاحَةَ عِنْدَ الْمَوْتِ)


İtin nəcisindən murdar olan hansı nəfsani istəkdir?


İtin nəcisindən murdar olan hansı nəfsani istəkdir? Bir padşah vəzirinə deyir: - Sənin fikrincə, itin nəcisindən də pis bir şey vardırmı? Vəzir bir az düşünür amma cavab tapa bilmir. Suala cavab tapmaq üçün padşahdan möhlət istəyir. O, şəhərdən qırağa çıxır. Səhrada qoyun otaran bir çobana rast gəlir. Vəzir çobandan hal-əhval soruşur, onunla bir az söhbər edir. O, çobanın düşüncəli bir insan olduğunu görür. Ona görə də ürəyini çobana açır, şahın verdiyi sualı çobandan soruşmaq qərarına gəlir və əhvalatı ona danışıb deyir: - İndi mən alim bir insan axtarıram ki, şahın bu sualına cavab verə bilsin. Çoban deyir: - Ey vəzir! Şah və onun cavabı o qədər də mühüm deyil. Səninlə daha önəmli bir məsələ haqqında danışmaq istəyirəm. Mən bu təpənin arxasında böyük bir xəzinə tapmışam. Gəl bir yerdə onu ələ keçirək və burada bir qəsr tikdirək. Ordu toplayaq...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter