Həzrət Abbasın (ə) həyat yoldaşı kim olub?


Həzrət Abbasın (ə) həyat yoldaşı kim olub? Həzrət Əbülfəzil Abbas Ləbabə adlı bir xanımla evlənmişdi. Ləbabə, Peyğəmbərin (s) əmisi oğlu Ubeydullah ibni Abbasın qızı idi. Anasının adı isə Ummi Həkim Cuyirə idi. Hər ikisi həm imanlı və həm fəzilətli insanlar idilər. Ləbabə xanımın özü də həm valideynləri və həm də Abbasın (ə) evində aldığı tərbiyə sayəsində fəzilət əhlindən hesab edilirdi.
Həzrət 20 yaşında ailə qurmuşdur. Bu evlilikdən iki oğlu dünyaya gəlmişdir. Birinin adı Ubeydullah və o birisinin adı isə Fəzl idi. Bəzi tarixi mənbələrdə daha iki oğlu Muhəmməd və Qasimdən də bəhs edilir. Bəzi mənbələrə görə Muhəmməd adlı oğlu Kərbəlada şəhid olmuşdur. Ancaq bəzi mənbələr də onun heç bir oğlunun Kərbəlada iştirak etmədiyini vurğulayır. Həyat yoldaşının da Kərbəlada olmasına dair heç bir mənbə yoxdur. Onun adı Kərbəla əsirləri içində də çəkilməmişdir...


Kərbəlada cinayət törədənlər: İbn Ziyad (lən) kimdir?


Kərbəlada cinayət törədənlər: İbn Ziyad (lən) kimdir? Ubeydullah ibni Ziyad ibni Əbihə, Mərcanə adlı kənizdən dünyaya gəlmişdir. Ona görə də bəziləri onu təhqir etmək üçün İbni Mərcanə adlandırırdılar.
Atası Ziyad ibni Əbihə Əməvi sərkərdələrindən idi ki, üsyanları yatızdıran zaman rəhimsiz insan kimi tanınmışdır. Atasından bixəbər olduğu üçün Müaviyyə (lən) onu öz qardaşı adlandırır və Əbu Süfyanın oğlu olduğunu iddia edirdi. O, çox qəddar və rəhimsiz bir insan idi. Atası Ziyad ibni Əbihə Kufə və Bəsrə əmiri olan zaman hökumət işləri ilə məşğul olmuşdur. Müaviyyə onu Xorasana hakim göndərir. Sonra isə Bəsrəyə əmir təyin edir. Bəsrədə olan qiyamları rəhimsizliklə yatızdırır və çox sayda insanı qətl edir...


Kərbəlada cinayət törədənlər: Şimr (lən) kimdir?


Kərbəlada cinayət törədənlər: Şimr (lən) kimdir? Şimr ibni Zilcöşən (lən) Həvazin qəbiləsinin rəhbərlərindən olmuşdur. Ona görə Şimrə Zilcöşən deyirdilər ki, ilk ərəb idi ki, əyninə zireh geyinirdi. Bu zirehi ona İran padşahı vermişdi. O, Məkkənin fəthindən sonra İslam dinini qəbul etmişdir. Şimr Siffeyn döyüşündə İmam Əliyə (ə) yardım etmişdi. Ancaq sonralar yolunu azır. O, Məhərrəm ayının doqquzuncu günündə dörd minlik ordu ilə birlikdə Kərbəlaya gəlir və özü ilə İbni Ziyaddan məktub gətirir ki, həmin məktubda İbni Sədi hədələyir. İbni Səd bu məktubu oxuyan zaman Şimrə deyir: “O işdə ki, sülh etmək olardı, sən onu xarab etdin”. Şimr ordu başçısı olur və öz cahil adət-ənənəsinə əsasən Əbülfəzl Abbasın və qardaşlarının yanına gəlir və Ümmil-bəninlə eyni qəbilədən olduğu üçün, onlara aman vermək istəyir. Ancaq onlar qəbul etmirlər...


Məmun niyə öz qızının İmam Cavadla (ə) evliliyində israr etdi?


Məmun niyə öz qızının İmam Cavadla (ə) evliliyində israr etdi? Məmunun bu evlilikdə bir çox səbəbləri var idi, o cümlədən:
1. Qızını İmamın (ə) evinə göndərərək, düşünürdü ki, onu davamlı olaraq öz kontrolu altında saxlayacaqdı.
2. Öz avam düşüncəsinə görə, niyyət edirdi ki, İmamı (ə) saray əhlinin məclislərinə yaxınlaşdırsın.
3. Bu qohumluq əlaqəsi ilə Əli (ə) sevərlərin qiyamının qarşısını almaq istəyirdi.
4. Bəzən avamcasına deyərdi: “Mən bu evliliyi ona görə istəmişəm ki, qızımın İmamdan (ə) övladı olsun və mən də Peyğəmbər (s) övladının babası olum”.
Ancaq onun bu arzusu ürəyində qalır və qızının övladı olmur.


Dül-dülü Peyğəmbərə (s) kim bağışlayıb?


Dül-dülü Peyğəmbərə (s) kim bağışlayıb? Həzrət Peyğəmbər (s) İslamı yaymaq əmri alanda 6 ölkəyə 6 səfir göndərdi. 4-cü səfir Misirə, İsgəndəriyyəyə göndərilmişdi. Qibti məsihilər İslama dəvət edildi. Qibtilərin şahı Muqəvqis (مقوقس) adı ilə tanınırdı. Muqəvqis son peyğəmbər haqqında eşitmişdi. Məktubu hörmətlə alıb oxudu və İslamı qəbul etdi. Cavab məktubu ilə birlikdə Peyğəmbərə Dül-dülü hədiyyə göndərdi...


Ölüləri dirildən Həzrəti İsanın (ə) sağalda bilmədiyi xəstəlik hansı idi?


Baş verən hadisələrin səbəkarı insandır. İnsanın düşüncə və şəxsi rəyidir, özünü bəyənmək xəstəliyidir. İmam Sadiq (ə) buyurub: “ Hər kəs özünü və öz rəyini bəyənsə həlak olar. Hz İsa (ə) buyurub: Mən xəstələri sağaltdım, Allahın izni ilə onlara şəfa verdim. Mən anadan gəlmə korları və ölüləri Allahın izni ilə sağaltdım və diritdim (Maidə/105). Amma nə qədər istədim axmağı müalicə edə bilmədim. Soruşdular ey Allahın Peyğəmbəri axmaq kimlərir? Dedi: Özünü və öz fikirini bəyənən. O kəslər ki: 1-Bütün fəzilət və üstünlükləri özündə görə 2-Özündə heç bir eyib görməyə, 3- Haqq və hürüqları özü üçün bilə, 4-Başqalarının da onun boynunda haqqı olduğunu düşünməyə...


Kiçik bir kənd necə İslam dünyasının elmi mərkəzinə çevrildi?


Kiçik bir kənd necə İslam dünyasının elmi mərkəzinə çevrildi? Qum şəhəri Məsumə xanımdan öncə quraqlıq və kasıbçılığın hökm südüyü kiçik bir kənd imiş. Məsumə xanımın Qumda dəfn edilməsindən sonra Əhli-Beyt aşiqlərinin ziyarət üçün bu bölgəyə axışması daha sonra Qum şəhərini bir dini-elmi mərkəzə çevirmişdir. Həzrət Məsumə xanım hicri-qəməri tarixi ilə 201-ci ildə Quma daxil olub. O həzrət Quma gəldikdən cəmi 17 gün sonra vəfat edib. Həzrət Məsumə hazırda َQumda Mir meydanı adlanan və o zaman Musa ibni Xəzrəcin evində məskunlaşır... Ayətullah Əbdül-Kərim Hairi 1922-ci ildə Qum şəhərində Elmiyyə Hövzəsi təsis etdikdən sonra bütün islam dünyasından elm araşdırmaçıları və tələbləru bu şəhərə axışmağa başladı.


İmam Əli (ə) beytul-mala xəyanət edənlə necə rəftar etdi? Görünməmiş cəza !


İmam Əli (ə) beytul-mala xəyanət edənlə necə rəftar etdi? Görünməmiş cəza ! O Həzrətin xilafəti vaxtında xəbər çatdırırlar ki, Əhvaz bazarına təyin etdiyi cavabdeh şəxs xəyanət edir. Bunu eşidən İmam (ə) o şəhərin baş məmuruna belə yazdı: - Eləki məktubumu oxudun bazar məmuru İbn Hərməni bazar nəzarətindən uzaqlaşdır. Onu zindana at, onun abırını apar! Əhvazın ətraf bölgələrinə də yaz ki, mən Əli onun üçün belə bir aqibət qərar verdim. Məbadə onun cəzasını verməkdə qəflət edəsən yaxud zəiflik edəsən. Yoxsa Allah yanında xar olarsan. Yoxsa ən pis halda mən səni işdən kənar edəcəm. Allah bunu göstərməsın. Eləki cümə gününə yetışdiniz onu zindandan çıxart və ona 35 şallaq vur. Onu bazara apar. Kimsə təsdiq edə ki, İbn Hərmə ondan bir şey alıb, o zaman o kəsə and içdir...


İmam Əlinin (ə) daima qılıncının qınında saxladığı kətibə nə haqda idi?


İmam Əlinin (ə) daima qılıncının qınında saxladığı kətibə nə haqda idi? Bu kitabça kiçik yazı məcmuəsi kimi Əli (ə)ın qılıncının qınında qorunurdu. Əhli-Sünnə mənbələrində bu kitabça barəsində hədisdə buyrulur:” Əbu Cəhifə deyir: Soruşdum Ya Əli sizin yanınızda başqa bir kitab ( yəni Qurandan savayı ) varmı? Həzrət buyurdu: - Xeyr bizim yanımızda elə bir şey yoxdur. Amma hər kim Allahın kitabından nəyi dərk edib, başa düşüb bilirsə bu kitabcada vardır. Soruşdum o səhifə nədir ki? O cənab buyurdu: -Bu kitabcada diyəyə aid (gizli, həssas) hökümlər, qulların azad olması barədə olan hokümlər, bir müsəlmanın kafiri öldürməsinə görə qisas edilməməsi və sair yer alıb.”


Öncəki dinlərdə Qədr gecəsi olubmu?


Öncəki dinlərdə Qədr gecəsi olubmu? Necəki ƏhliBeyt (ə)-dan nəql edilən bir rəvayətdə deyilir: Həzrəti Musa (ə) Allaha dua edərək dedi: “İlahi! Sənə yaxın olmaq istəyirəm!” Allahdan nida gəldi: “Mənim yaxınlığım Qədr gecəsi oyaq qalan adama məxsusdur.” Həzrət Musa (ə) buyurdu: “İlahi! Sənin rəhmətini qazanmaq istəyirəm.” Allah cavab verdi: “Mənim rəhmətim Qədr gecəsində miskinlərə mərhəmət edən adama şamil olar.” Musa (ə) buyurdu: “İlahi! Sirat körpüsünün üzərindən keçmək üçün Səndən vəsiqə istəyirəm.” Allahdan nida gəldi: “Bu, Qədr gecəsində sədəqə verən adama qismət olar.” Musa (ə) buyurdu: “İlahi! Cənnət ağaclarını və meyvələrini istəyirəm!” Allah buyurdu: “Bu, Qədr gecəsində təsbih deyən (Allahı zikr edib “Subhanallah” deyən) adama şamil olar.” Musa (ə) dedi: “İlahi! Cəhənnəm alovundan nicat tapmaq istəyirəm.” Allah buyurdu: “Bu nicat Qədr gecəsi günahlarının bağışlanması üçün istiğfar edənlərə aid olar.”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter