\"Allahdan başqa hər şey мəhvə мəhkuмdur” ayəsinin мəfhuмu nədir?


Cavab: Nəzərə alмalıyıq ki, ayədə \"həlak” kəlмəsi işlədilмişdir. Həlak olмaq isə мəhv olмaq, fəna olмaq deyil. İnsanın nəinki ruhu, həм də cisмi taмaмilə мəhv olмur. Çürüyüb torpağa qarışan insan cisмi qiyaмət günü yenidən əvvəlki vəziyyətinə qayıdır. Deмək, insanın nə ruhu, nə də cisмi taмaмilə мəhv olub getмir. Ayədəki \"həlak” kəlмəsi parçalanмa мənasında da işlənə bilər. Əgər insanın ruhu ilə cisмi arasındakı əlaqə qırılırsa, onun haqqında \"həlak oldu” deмək olar. Aммa bu o deмək deyil ki, insan taмaмilə fani olur.
Мəsələni aydınlaşdırмaqdan ötrü başqa ayələrə nəzər salaq: \"Əvvəlki Ad qövмünü o həlak etdi. Səмud qövмünü də; onlardan kiмsə qalмadı; Nuh qövмünü isə onlardan da qabaq; Şübhəsiz ki, Ad, Səмud və Nuh qövмünün həlak edilмəsi onların öldürülмəsinə işarədir...


Quran oxunarkən ona qulaq asmaq lazımdır, yoxsa onunla tilavət etmək? f


Bu sualın cavabını \"Əraf\" surəsinin 204-cü ayəsində tapmaq olar. Ayənin nazil olma səbəbində İbn Abbas və başqaları demişlər: \"Müsəlmanlar ilk günlərdə namazda bəzən söhbət edirdilər. Bəzən elə olurdu ki, məscidə daxil olan şəxs namaza başlaması üçün başqalarından neçə rükət qıldıqlarını soruşardı. Onlarda cavabında neçə rəkət qıldıqlarını deyərdilər. Belə olduqda yuxarıdakı ayə nazil oldu, onları bu işdən çəkindirdi. Nəql olunduğuna görə Zöhri bu barədə demişdir: \"Peyğəmbər (səlləllahu əleyhi və alih) Quran tilavət edərkən ənsardan olan bir gənc də onunla birgə ucadan Quran oxuyardı. Ayə nazil oldu, onu bu işdən çəkindirdi.\" Hər halda Quran yuxarıdakı ayədə belə əmr edir:
Quran oxunan zaman ona qulaq asın və susun ki, bəlkə bağışlanasınız. \"Ənsitu\" feli \"İnsat\" kökündən götürülmüş, sükutla qulaq asmaq mənasındadır. etməkdir...


İnsаnın әbәdiliyi Qurаndа hәr şеyin fаni оlаcаğını bildirәn аyә ilә uyğun gәlirmi?


“Hәlәkә” sözü puç оlmаq mә`nаsını bildirir vә Qur`аndа bir nеçә yеrdә ölüm mә`nаsındа işlәdilmişdir. Suаldа qеyd оlunmuş аyә “Qәsәs” surәsinin 89-cu аyәsidir. Bu аyәdә “hәlәkә” sözü bütün mövcudlаrın dünyаnı tәrk еdәcәyini bildirir. Оnа görә dә bu аyәdә insаnın ахirәtdә әbәdi оlmаdığı qәnаәtinә gәlmәk düzgün dеyil. Şübhәsiz ki, ахirәtdә–bеhişt vә cәhәnnәmdә hәyаt әbәdidir. Qur`аn bu bаrәdә buyurmuşdur: “Yеr üzündә оlаn bütün kәslәr fаni оlаr, yаlnız Аllаhın zаtı yеrindәdir.” Bu şәrif аyә dә dünyа hәyаtının dаğılаcаğını bildirir. Yә`ni Аllаhdаn sаvаy hәr şеy dәyişәsi, ölәsidir. Аyәnin zаhiri mә`nаsı bеlә idi. Аmmа bu аyәnin dаhа dәrin mә`nаlаrı vаr. Bu mә`nаlаrı әldә еtmәk üçün tәfsirlәrә bахmаq lаzımdır. Hәr hаldа mövcudlаr iki qisimdir: 1. Zаtәn vаcibul-vücud, yә`ni vаrlığı zәruri оlаn. Bеlә bir vаrlığın zаtındа hеç bir dәyişkәnlik, fәnа ölümә yеr yохdur. Bu isә yаlnız Аllаh-tәаlаdır; 2. Zаtәn mümkünәl-vücud, yә`ni оnun zаtındа vаrlıqlа yохluq bәrаbәrdir. Bеlә bir mövcudun öz hәyаtını dаim dаvаm еtdirmәsi üçün ilаhi fеyzә еhtiyаcı vаr...


Quran və rəvayətlərə əsasən Cinlər hansı xüsusiyyət və sifətlərlə malikdirlər?!


Cavab: Cinlər insanın gözünə görünməyən varlıqlardır. Quranın bir sıra ayələri onların varlığını təsdiq edir. Hətta 114 surədən biri “Cinn” adlanır. Ayə və rəvayətlərə əsasən, onların bəzi xüsusiyyətlərini sadalamaq olar:
1. Cinlər oddan xəlq olunub.
2. Cinlər insandan əvvəl xəlq olunub.
3. Cin də insan kimi Allah qarşısında vəzifəlidir.
4. Cinlərin bir qismi mömin, bir qismi isə kafirdir.
5. Onlarda da kişi və qadın cinsi var, doğub törəyirlər.


Necə olur ki, insanlar Allaha münasibətdə kafir, münafiq, müsəlman, mömin kimi təbəqələrə bölünürlər?


Cavab: Qurani kərimdə tanıma, tanışlıq haqqında ətraflı danışılmışdır. Müxtəlif ayələrdə Allahı tanıma, bu tanımanın maneələri açıqlanır. Bildirilir ki, hiss yolu ilə, təqlidçiliklə, kor-koranə, zənn və gümana əsasən tanışlıqlar mövcuddur. Eləcə də, bu yolda həvəsbazlığın, tələskənliyin, ifratçılığın, təəssübün, kinin böyük maneə olduğu bildirilir.
Həqiqi Allahı tanımaq üçün insana mane olan əsas amillərdən biri mənfi şəkdir. Bəli, müsbət şəkk də mövcuddur. İnsanın öz əvvəlki biliklərinə zidd hadisələrlə qarşılaşdığı vaxt şəkki təbiidir. Əgər bu şəkk doğru istiqamətdə yönəldilərsə, insanı ən uca məqam olan “yəqin” məqamına qaldırar.n İnsanı mərifətdən, həqiqətlə tanışlıqdan məhrum edən şəklərdən biri düşüncə zəifliyindən doğan, axtarışdan çəkindirən şəkk xəstəliyidir. Bəziləri isə özünü fövqəladə ağıllı göstərmək üçün bütün deyilənlərə şəkk edir. Belə bir şəkk peşəkar şəkdir. Onların məqsədi lazımı dəlillər əldə etmək deyil. Əsrimizdə belələri “skeltik” adıyla tanınır...


Quran və hədislərə əsasən Hansı günahlar bağışlanmır?


Şeyx Hüseyn Ənsarian buyurur: “Allah rəhmətindən ümidsüz olmaq – ən böyük günahlardandır. Hər nə ki, insanın ümidsiz olmasına səbəb olar – onu Allahın rəhmətindən uzaqlaşdırar. Allah Təala bunu kafirlərin sifəti kimi tanıtmışdır: “Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz”. (“Yusif” 87).
Hər kim günah işlədər – əgər naümid olmasa, tövbə edər və Allahdan bağışlanma istəyər. Ancaq məyus insan tövbəni unudar. Çünki bağışlanmasına ümidi olmaz.
Uca Allah Qurani-Kərimdə özünü tövbələri qəbul edən kimi tanıtmışdır: “Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur”. (”Şura” 25).
Allah Təala buyurur ki, bütün günahlar bağışlanandır, Allahın rəhmətindən məyus olmaq olmaz. Ancaq mühüm olan – tövbə tövfiqinə malik olmaqdır. Günahdan peşman olmaq, ona geri qayıtmamaq üçün qəti qərar vermək, əzm göstərmək – bunların hamısı tövbə tofiqatının əlamətləridir...


Şiə əgər haqdırsa bəs niyə görə müsəlman aləmində azlıq təşkil edir?


Dünya statistikasına nəzər salsaq görərik ki, dünyada təqribən altı milyard yarım əhali var. Onun cəmi bir milyarda yaxını (15-18 %) müsəlman, 40 % kafir (qeyri səmavi dinlərə itaət edənlər və ya dinsizlər), 42-45%-i isə kitab əhli yəni xristian və yəhudilərdir. Belə məlum olur ki, dünyada müsəlman hamıdan azdır.
Ancaq biz yəqin bilirik ki, haqq müsəlmanlarladır və bunda heç kəsin şübhəsi ola bilməz. Elə buradan da aydın olur ki, haqqı çoxluqda axtarmaq lazım deyil.
Necə ki, Qurani-Kərim buyurur: \'\'Bəndələrimdən şükür edəni azdır.\'\' (\'\'Səba\'\' surəsi, ayə-13) Bu ayədən açıq-aydın görünür ki, haqq çoxluqda deyil və bütün bəndələr şükür edən deyillər.... İmam Əli(ə) buyurur: \'\'Haqq və batil qoşunun sayı ilə tanınmaz. Əgər haqq ilə batili tanısan, onların əhlini də tanıyacaqsan.\'\' Quran ayələri, hədis və məntiqlə düşüncədən aydın olur ki, haqq-ədaləti heç də çoxluqda axtarmaq düzgün deyil.


Quran oxuyarkən hansı beş mühüm tövsiyəyə əməl etmək tapşırılır?!


Qurani-kərim möminlərə Quran oxumaq ilə əlaqədar beş mühüm tapşırıq verir.
1- Təmizlik və paklıq Qurani-kərim Vaqiə surəsinin 79-cu ayəsində buyurur: لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ “Ona (qurana) yalnız pak olanlar toxuna bilər.”
Paklıq iki növdür, zahiri və batini. Zahiri paklıq budur ki, insan boynunda qüsl qolduğu halda Qurana toxuna bilməz. Həmçinin dəstəmazsız halda Quranın yazılarına toxunmaq və al vurmaq olmaz. Batini paklıqdan isə məqsəd budur ki, fikri (əqidəsi) və qəlbi (əxlaqı) pak və saf olmayan insan Quranın batininə toxuna bilməz, Quranı düzügn dərk edə bilməz, Quranın batininə və sirrinə vaqif ola bilməz. Quranın batini, dərinliyi, sirri və incəlikləri ilə ünsiyyətdə olanlar yalnız fikri (əqidəsi) və qəlbi (əxlaqı) pak və saf olan insanlardırlar.
2- Allaha sığınmaq== Qurani-kərim Nəhl surəsinin 98-ci ayəsində buyurur: فَإِذَا قَرَأْتَ الْقُرْءَانَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ “Quran oxuduğun zaman (itaətsizliyə görə Allah dərgahından) qovulmuş şeytandan Allaha sığın.”...


Həzrət Adəmin (ə) üstün olmasını bəyan edən ayənin verdiyi 6 dərs


Quran buyurur: “Və o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi. (Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs? And olsun ki, əgər mənə Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla, bütün övladlarına cilov vuracağam»”. (“İsra” 61-62).
Quranın bir çox ayələrində bu hadisəyə işarə edilmişdir. Belə ki, mələklər Adəmin (ə) üstünlüyünü qəbul edib, Allahın əmri ilə səcdə etmişdilər, ancaq İblis (lən) boyun qaçırtmışdır. Səcdə etməməyinin səbəbini isə Adəmin gildən, özünün isə atəşdən xəlq olduğunda görür.
Bu ayələrdən bir neçə dəyərli nəticələr çıxartmaq olar. O cümlədən: 1. İrqçilik İblisin qovulmasına və lənətlənməsinə səbəb olur. 2. İblis özü daxilində qəbul edir ki, Allah ondan üstün varlıq xəlq etmişdir. Ancaq təkəbbürü üzündən bunu dildə deyə bilmir...


Çoxları başqa yoldadır dedikdə Quran çoxluq haqda nə buyurur?!


Bəziləri iddia edirlər ki, əgər filan əqidə batildirsə niyə əksəriyyət o əqidədədir? Baxaq görək Quran çoxluq və əksəriyyət barədə nə deyir.
“Əksəriyyəti düşüncə əhli deyil”. Maidə 103
“Əksəriyyəti cahildir”. Ənam 111
“Əksəriyyəti fasiqdirlər”.Tövbə 8
“Əksəriyyəti kafirdir”.Nəhl 83
“Əksəriyyəti haqqı bilmir və ondan üz döndərirlər”. Ənbiya 24
“Əksəriyyəti yalançıdır”. Şüəra 223...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter