Qurani Kərimin müsiqi barəsindəki nəzəri necədir?


... Ayətullah Məkarim Şirazi bu ayənin təfsirində buyurmuşdur: “Yorğunluğu aradan aparmaq və şənlik yaratmaq üçün daha sağlam yollar mövcuddur.
Misal üçün səfərə çıxmaq, idmanla məşğul olmaq, sileyi-rəhm etmək, elmi məclislərə getmək və təcrübələrinlə bölüşmək kimi. Hamısından mühüm olanı isə Allahla rabitə qurmaqdır ki, qəlblərə aramlıq verər. Niyə özümüzü o şeylərlə məşğul edək ki, sonu zillət və əziyyət olsun?”. İslam dininin nəzərinə görə, o müsiqilər ki, haram məclislərində səsləndirilir, onlara qulaq asmaq olmaz. İmam Sadiq (ə) səhabələrindən birinə ki, qonşusunun müsiqi səslərini dinləməyi sevərdi, buyurur: “Tövbə qüslü al və bacardığın qədər namaz qıl. Əgər bu halda ölsəydin, necə də pis halda olardın. Çirkin işləri öz əhlinə burax, çünki hər şeyin əhli vardır”. Dinimizdə ğina deyilən müsiqi növü vardır ki, ona qulaq asmaq müsəlman üçün haramdır. Ancaq o dini müsiqilər ki, ruhu oxşayar və insanda haram hisslər oyatmaz, əksinə Allahı və Məsumları (ə) yada salar və onlara qarşı sevgini artırar, haram məclislərində səsləndirilməz – onlara qulaq asmağın problemi yoxdur.


“Hamılıqla Allahın ipindən yapışın” ayəsi necə nazil oldu?


Qurani-Kərim buyurur: “Və hamılıqla Allahın ipindən (dindən, Kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tövhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız”. (“Ali-İmran” 103). Bu ayənin nazil olması ilə bağlı nəql edirlər ki, Mədinənin məşhur iki qəbiləsi olan Ovs və Xəzrəc bir-biri ilə yola getmirdilər və həmişə dava edirdilər. Ancaq İslam dininin gəlişi ilə bir-biri ilə qardaş oldular. Buna baxmayaraq, bəzən köhnə yaralar özünü göstərir və bu düşmənçiliyin toxumları yenidən cücərirdi. Bir gün Ovs və Xəzrəc qəbiləsindən olan iki nəfər – Sələbə və Əsəd, İslamdan sonra əldə etdikləri nailiyyətlərə görə bir-birinə fəxr edirdilər. Yavaş-yavaş məsələ ciddiləşdi və hər iki tərəf silaha əl atdı... Bu xəbər Həzrət Peyğəmbərə (s) çatır, Rəsuli-Əkrəm (s) həmin yerə gəlir. Öz bəyanları ilə aralarında sülh yaradır. Bu zaman yuxarıdakı ayə nazil olur və hamını ittihada dəvət edir.


Quran və hədislərə əsasən namazın vacibliyi aşkar şəkildə deyilmişdirmi?!


Namazın vacib olması: Quranda 90 dəfədən çox bir başa namaza işarə olunmuşdur: \"Şübhəsiz, namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.\" (Nisa, 103). İzah: Namaz bütün ilahi dinlərdə olmuş ən böyük ilahi vacibdir. Çünki Allahla möhkəm və keçərli ünsiyyət, fəsad bataqlığında qərq olmamaq vasitəsidir. Namaz, Allaha aşkar bəndəlik və itaət nişanəsidir. Quranda 90 dəfədən çox bir başa namaza işarə olunmuşdur...
Hədis: İslam peyğəmbəri (s): “Namaz (Allah tərəfindən) qoyulan ən yaxşı vəzifədir. Odur ki, kim istəsə az, kim istəsə çox, namaz qılsın.” (Xisal, səh. 523, hədis: 13).




Qurani Kərim Allahdan pak və əməlisaleh nəsil istəməyə dəvət edir?!


Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən.” (Ali-İmran, 38) Bu duadan bir neçə incə məqam aydınlaşır:
Bir məsələnin öz fikrincə qeyri-mümkün olmasına görə duadan çəkinmək olmaz.
Qüdrət və hikmət sahibi olan Allah qeyri-mümkünü mümkün etməyə qadirdir.
Allahı hacətinə uyğun sifətləri ilə səsləyib, mərhəmət və mehribanlığını cəlb etmək lazımdır.
İslam peyğəmbəri (s) bu barədə buyurub: “Allahı cavab verəcəyinə əmin halda çağırın.” (Uddətud-dai, səh. 144).


İmanın çoxalması saleh əmələ nə belə təsirləri ola bilər?!


İman və saleh əməlin qarşılıqlı əlaqəsi: İmanın çoxalması saleh əməlin çoxalması ilə nəticələnir. \"Gözəl sözlər (düzgün düşüncə və inanc kimi pak həqiqətlər) Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir.\" (Fatir, 10).
İzah: Daha öncə qeyd olundu ki, iman və saleh əməl insan səadətinin iki mühüm qanadıdır. Hər biri digəri olmadan faydasız olacaqdır. Burada ötən mətləblərə bunu da əlavə edirik ki, iman və saleh əməl arasında qarşılıqlı əlaqə vardır. Yəni hər birinin az və ya çox olması digərinə təsir göstərir. İmanın çoxalması saleh əməlin çoxalması ilə nəticələnir. Saleh əməl insanın vücudunda iman nurunu gücləndirir və günah onun imanını da tədriclə sıradan çıxarır. Bu mətləb yuxarıdakı ayədən anlaşılır...


Qurani-Kərimə əsasən ailə və var-dövlətə hədsiz könül vermək insanı həlak edər!


Dünya təzahürlərinə könül vermək! Şeytan və insanın harın nəfsi daim çalışır ki, dünya dəbdəbəsinə həddindən çox məftunluq yaradaraq...
Qəflət və Allahı xatırlamaqdan uzaq olma amilləri: \"Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır.\" (Munafiqun, 9). İzah: Qəflət və Allahı xatırlamaqdan uzaq olmanın ən mühüm amili dünya və ona aid olanlara könül verməkdir. Şeytan və insanın harın nəfsi daim çalışır ki, dünya dəbdəbəsinə həddindən çox məftunluq yaradaraq onu dünyanın keçiciliyi həqiqətindən uzaq tutsun və başını yalançı məhbublara qatsın...
Hədis: İmam Əli (ə): “Dünya səni aldadır, qəflətə salır, sənə sehr və cadu edir.” (Əmali, Tusi, səh. 652, hədis: 1353).


Həzrət Adəmin (ə) üstün olmasını bəyan edən ayənin verdiyi 6 dərs hansılardır?!


Quran buyurur: “Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi... Bu ayələrdən bir neçə dəyərli nəticələr çıxartmaq olar. O cümlədən:
1. İrqçilik İblisin qovulmasına və lənətlənməsinə səbəb olur.
2. İblis özü daxilində qəbul edir ki, Allah ondan üstün varlıq xəlq etmişdir. Ancaq təkəbbürü üzündən bunu dildə deyə bilmir.
3. İnsan həqiqətdə mələklərdən də üstün varlıqdır...


Quran ayələrinin mənasını başa düşmədiyimiz halda onu oxumağın hansı təsir və faydaları vardır?


Qurani-kərim vasitəsilə ona himayədarlıq və tədbir etməyi öhdəsinə alır. Ona görə də buyurur: Qurandan sizə müyəssər olanı (asan gələni) oxuyun. (“Muzzəmmil” surəsi, ayə 20) Qurandan sizə asan gələn miqdarını tilavət edin, Allahın bu Kitabı ilə mənus olun. Hətta əgər bəzi ayələrin və surələrin mənasını başa düşmürsünüzsə, yenə də Quran oxuyun və onunla üns bağlayın. Çünki Quran insan sözü deyildir ki, əgər kimsə onun mənası bilməsə, onu oxumağın həmin şəxsə faydası olmasın. Quran ilahi bir nurdur ki, onu oxumaq ibadətdir, baxmayaraq ki, onun mənasını bilmir./ Ayətullah əl-üzma Cavadi Amuli


Allah Taaladan (c.c) ailə və övlad istəyəndə nə cürə olmasını diləyək?!


Möminlər Allahdan övlad və nəsil istəyəndə onun saleh və pak olmasına xüsusi önəm vermişlər! \"Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən.” (Ali-İmran, 38).
İzah: İnsanın xatirəsini yaşadan övlad və nəsil sahibi olmaq yaxşı və xoşagələn işdir. Övlad sahibi olmaq üçün dua etmək də ən üstün hacətlərdəndir. Amma din məktəbində hər şeydən qabaq övladların və nəslin hidayət yolunda və pak olması önəmlidir. Buna görə də möminlər Allahdan övlad və nəsil istəyəndə onun saleh və pak olmasına xüsusi önəm vermişlər. Yuxarıdakı dua həzrət Zəkəriyyə peyğəmbərin (ə) dilindən ömrünün ahıl çağında bəyan olunmuşdur. Onun zövcəsi uzun illər idi ki, sonsuz idi. Amma Allah dərgahından ümidini kəsməyib, Allahdan yaxşı övlad istəyir ki, onun üçün yaxşı yadigar olsun...


Tövbəni nə üçün təxirə salmaq olmaz?!


Tövbəni təxirə salmamaq -- \"Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.\" (Nisa, 18).
İzah: Tövbənin şərtlərindən biri də vaxtlı olmasıdır. Ölüm zamanı və Rəbbin əzabını müşahidə edərkən tövbə etməyin bir faydası olmayacaqdır. Çünki o zaman Allaha dönmək məcburidir. Hətta o zaman əksər kafirlər də dünyaya geri dönməyi və keçmiş əməllərini islah etməyi arzu edirlər. Bu faydasız tövbələrin nümunəsi Fironun tövbəsidir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter