Fitrə verəcəyimiz fəqir kimə deyilir?!


Fəqir ərəb dilində “yoxsul, kasıb, möhtac” deməkdir. Fəqir (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar.Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): “Allah zəngindir, siz isə yoxsulsunuz” (Mühəmməd, 38).
Fəqirlik bəzən mənəvi kasadlıq mənasında işlədilsə də, daha çox maddi yoxsulluq mənasında anlaşılır. İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcinə sahib deyil və bu məbləği qazanmaq imkanından da məhrumdur.
Belə insana maddi yardım göstərmək qalan müsəlmanların vəzifəsidir. Şəriətdə vacib buyurulan ehsanat (zəkat, fitrə zəkatı, fidyə, kəffarə), həmçinin, sədəqə bu cür şəxslərə ünvanlanır. Fəqirə yardım göstərmək İslamda çox böyük savab sayılır. Əksinə, fəqirə təhqir gözü ilə baxmaq, kasıblığına görə onu alçaltmaq, könlünü qırmaq böyük günahdır.


Hansı zaman və hallarda oruc tutmaq haram və məkruhdur?!


Məsələ 1: “Qurban” və “Fitr” bayramlarında oruc tutmaq haramdır. Həmçinin Şabanın sonuncu günü, yoxsa Ramazanın birinci günü olmasını bilməyən şəxsə Ramazan ayının birinci gününün niyyəti ilə oruc tutması haramdır.
Məsələ 2: Əgər qadının müstəhəb oruc tutması ilə ərinin ondan ləzzət almaq haqqı aradan getsə, oruc ona haramdır. Həmçinin vacib olan, amma vaxtı müəyyən olmayan oruc tutsa, məsələn, vaxtı müəyyən olmayan nəzir orucu kimi, bu halda vacib ehtiyata əsasən, (ərin haqqı aradan gedərsə) orucu batildir və nəzir orucunu əvəz etməz. Habelə vacib ehtiyata görə, əgər əri onun müstəhəb yaxud vaxtı müəyyən olmayan vacib oruc tutmasını qadağan edərsə, hətta ərinin haqqı ilə ziddiyyəti olmasa belə, hökm eynidir. Müstəhəb ehtiyata əsasən, qadın ərinin icazəsi olmadan müstəhəb oruc tutmasın.
Məsələ 3: Övladın müstəhəb oruc tutması ata-ananın övlada şəfqəti üzündən əziyyət və inciməsinə səbəb olarsa, haramdır....


Orucun dəyər və savabını azaldan beş səbəb hansılardır?!


Bəzi amillər vardır ki, orucun dəyərini və məqamını aşağı salar və onu zəiflədər. Bu amilləri tanıyaq ki, onları aradan qaldıra bilək:
1. Nalayiq fikirlər. Zahiri oruc dedikdə, yemək və içməkdən müticəsinə çəkinmək nəzərdə tutulur. Ancaq nəfsin orucu dedikdə 5 hiss orqanını nalayiq işlərdən saxlamaq və qəlbi çirkin niyyətlərdən çəkindirməkdir. Oruc tutan insanın qəlbi, zahiri kimi oruc olmalıdır. Ürək də gərək çirkin və nalayiq fikirlərdən və niyyətlərdən uzaq olsun. Əmirəl-möminin (ə) buyurur: “Qəlbin orucu dil orucundan üstündür. Dil orucu də qarın orucundan üstündür”.
2. Napak tikə yemək. Oruc tutan insan gərək napak və şübhəli tikələrdən uzaq olsun. Əgər insan bu mövzuya diqqət etməzsə və şübhəli yeməklərlə iftar açarsa, orucun dəyərindən bəhrələnməz. Oruc tutan hər bir insan haramdan və napak şeylərdən uzaq olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yeməklə iftar edər”.....


Namazda qəlb hazırlığının 5 mərtəbəsi necə olur?!


Mərifət əhlinin nəzərinə görə, qəlb hüzurunun beş mərtəbəsi vardır ki, onlarla tanış olaq:
1. Birinci mərtəbədə namazqılan bilməlidir ki, Allahla söhbət edir. Onu həmd və sitayiş edir, baxmayaraq ki, sözlərin mənasına diqqət etməsə belə. Rəhmətlik İmam (r) müəllimi Şahabadidən nəql edir ki, buyurmuşdur: “Bu mərtəbə ona bənzəyir ki, insan dahi bir insan haqqında qəsidə qoşur. Onu mənasını bilməyən uşaqlara verir ki, onun yanında oxusunlar. Uşaqlara başa salır ki, bu dedikləri həmin şəxsin mədhi üçün yazılmışdır”.
2. İkinci mərtəbədə insan gərək sözlərin mənasına da diqqət etsin. Bilsin ki, namazda nə deyir. Bu mərhələ - qəlbə tabe olan dil mərhələsidir.
3. Üçüncü mərtəbədə ibadətin, zikrlərin həqiqətini, həmdin və başqa sözlərin sirrini dərk edər. Namazda bu deyilənlərə diqqət edər. Yaxşı bilir ki, nə deyir və Kimə deyir...


Niyə Allahın qonaqları içməkdən və yeməkdən çəkinməlidir?


Həzrət Peyğəmbər (s) buyurur: “Bu ay – o aydır ki, siz Allah qonaqlığına dəvət olunmusunuz”. Bu iki qonaqlıq (insanla Allahın qonaqlığının) arasındakı fərq ondadır ki, insanların qonaqlığında bədən qonaq olar. Bədənə qulluq edilər. O şeyin ki, bədənin ehtiyacı vardır və bədən ondan ləzzət alır – ixtiyarına qoyular. (İslami saytlara istinadən)
Ancaq Allah qonaqlığında bədən qonaq deyildir, ruh qonaqdır. Mənəvi qonaqlıqdır. Ona görə də qulluq da fərq edir. Allah bu ayda insanın ruhuna qulluq edir. Çünki oruc tutanın nəfəs almağını zikr və təsbih, yatmağını ibadət və bütün əməllərini qəbul etmiş qərar verir...


Quranı üzündən oxumaq savab üçün kifayət edirmi?


Qurani-Kərim – Allah Təalanın kəlamıdır. Hər kim ərəb dilini bilməsə də belə, ona qulaq assa və ya üzündən oxusa – böyük savaba malik olar. Günahları bağışlanar, qəlbi nurani olar, axirət savabına malik olar. İmam Sadiq (ə) buyurur ki, Qurana baxmaq belə, ibadətdir. Hər kimin evində Quran olar, şeytan (lən) oradan uzaq olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Evlərinizi Quran oxuyaraq nurani edin. O evdə ki, Quran çoxlu tilavət olunar – o evin xeyiri çox olar və onun əhli rifahda olarlar. O ev səma əhli üçün nur saçar, necə ki, ulduzlar yer əhli üçün nur saçarlar”. Əgər hədislərimizə nəzər salsaq, görərik ki, Quran oxumaqla yanaşı, onun ayələri haqqında düşünməyə dəvət edirlər. Hər kim Quran ayələrinin mənası haqqında düşünər – dünya və axirətin uca qalasını fəth etmiş olar. Çünki Quran insanları hidayət etmək üçün gəlmişdir. Hər kim Quranın mənasını bilsə, onun nə demək istədiyi haqqında düşünsə – hidayət tapar. Qurana əməl edər. Ona görə də o kəslər Qurana daha çox əməl edərlər ki, onlar Quran barəsində təfəkkür edərlər...


Niyə Allah-Taala (c.c) orucu 30 gün vacib etmişdir?


Həzrət Peyğəmbər (s) bu sualın cavabında buyurmuşdur: “O zaman ki, Adəm (ə) qadağan olunmuş ağacın meyvəsindən yeyir, həmin meyvənin təsiri bədənində 30 gün qalır. Ona görə də Allah onun övladlarına 30 günlük aclıq və susuzluq çəkməyi vacib etmişdir”.
Sonra Həzrət (s) bu ayəni tilavət edir: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183). İmam Rza (ə) buyurur: “Əgər kimsə soruşsa ki, niyə oruc bir aydır, nə çox və nə də az müddətdə? Ona deyərəm: Çünki insan növlərinin qüvvət və qüdrəti ki, zəiflər və güclülər onda müştərəkdirlər – elə bu miqdardadır...


Ramazan ayının gündəlik duaları olduğu kimi hər günə namazlar da vardırmı?!


Ramazan ayının hər gününə məxsus dualar olduğu kimi, hər gecəsinə məxsus fəzilətli namazları vardır ki, onlarla tanış olaq. Bunu qeyd edək ki, bu namazlar müstəhəb namazlardır, ona görə də qılmaq imkanı olanlar üçün təqdim olunur.
Ramazan ayının ilk gecəsinin namazı: dörd rükət namazdır ki, «Həmd»dən sonra 15 dəfə “Tövhid” surəsini oxumaq.
Ramazan ayının ikinci gecəsinin namazı: dörd rükətli namazdır ki, hər rükətdə «Həmd»dən sonra 20 dəfə “Qədr” surəsi.
Ramazan ayının üçüncü gecəsinin namazı: on rükət namazdır ki, hər rükətdə “Həmd”dən sonra 50 dəfə “Tövhid” surəsi.
Ramazan ayının dördüncü gecəsinin namazı: 8 rükət namazdır ki, hər rükətdə «Həmd»dən sonra 20 dəfə “Qədr” surəsi....


Ramazan ayında Hər bir müsəlmana bu sual maraqlıdır! Nə üçun oruc tutmalıyam?!


Ramazan ayında oruc tutmağımın fəlsəfəsini belə düşünürəm:
1 - Çünki bu, mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.
2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.
3 - Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasının tam bərpasına xidmət edir.
4 - Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən könüllü və şüurlu olaraq imtina edirəm...


Niyə oruc məhz Ramazan ayında vacib edilmişdir, başqa aylarda deyil? İmam Rzanın (ə) cavabı


İmam Rzaya (ə) sual verən zaman ki, niyə oruc məhz Ramazan ayında vacib edilmişdir, başqa aylarda deyil, Həzrət (ə)buyurmuşdur: “Çünki Ramazan ayı – elə bir aydır ki, Allah onda Quranı nazil etmişdir. Bu ayda haqla batil bir-birindən ayrılar. Belə ki, Allah buyurur ki, Ramazan ayı Quranın nazil olduğu aydır. Quran isə insanları hidayət edər və haqla batili bir-birindən ayırar. Ramazan ayında Peyğəmbər (s) öz nübuvvət xəbərini almışdır.
Ramazan ayında elə gecə vardır ki, min aydan daha üstündür. Həmin gecədə bütün işlər Allahın hikməti əsasında tənzim və təyin olunar. O gecə ilin başlanğıcıdır ki, bir illik təqdirlər: xeyir, şər, ziyan, mənfəət, ruzi, ömür möhlətləri... ölçülüb biçilər. Buna görədir ki, onu Qədr gecəsi adlandırıblar. Yəni, ölçülüb-biçilmək gecəsi”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter