Nə üçün şiələr camaat namazında qabaq cərgədə yer olduğu halda arxada və ya tək dayanıb namaz qılırlar?


Cavab: Şiə fiqhinə görə, sıralarda yer olduqda tənha dayanmaq məkruhdur (bəyənilmir) və namazın savabını azaldır. Eləcə də, müstəhəbdir ki, sıralar nizamlı olsun, çiyin-çiyinə dayananlar arasında məsafə qalmasın. Sünnilər isə bu işləri vacib sayır, bəzən isə tənha duranların namazını batil hesab edirlər.
Bunu da qeyd etməliyik ki, hənbəli məzhəbinə görə, kişilərə gündəlik namazı məsciddə camaatla qılmaq vacibdir, hətta üzrsüz olaraq camaat namazında iştirak etməyənlər cəzaya layiqdirlər.(\"Töhfətul-ixvan”, Ben Baz, s. 96 və \"Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1 səh-405.)
(Məlum olduğu kimi, vəhhabilər adətən özlərini hənbəli hesab edirlər). Eləcə də, camaatdan arxada tənha dayanan kəsə qarşı şübhə yaranır ki, bu şəxs camaat namazında iştirak etmir. Bir daha qeyd edək ki, möminlər namaz qaydalarına əməl etməli, namazın savabını azaldacaq işlərə yol verməməli, məzhəbə qarşı mənfi fikir yaratmamalı, qabaq sırada yer olarkən ayrıca sıra təşkil etməməli, tənha dayanmamalıdırlar...


Nə üçün həmd surəsindən sonra sünnilər \"amin” deyir, biz isə demirik?


Cavab: İslam hökmlərinə görə şəriətə nə isə artırıb azaltmaq olmaz. Həmddən sonra Peyğəmbər (s) və İmamların \"amin” deməsi barədə sübut olmuş xəbər yoxdur. Amma mötəbər bir rəvayətdə İmam Sadiq (ə) buyurur: \"İmamın arxasında namaz qıldığınız vaxt o, həmdi oxuduqdan sonra \"amin” yox, \"əlhəmdulillahi rəbbil-aləmin” deyin” (\"Vəsailüş-şiə”, fəsil 17, hədis 1) Şiə fiqhində \"amin” kəlməsi namazın mətnindən sayılmır. Bu kəlməni mətndən sayaraq deyən kəs bidətə yol verir və namazı batil edir. Sünnə əhli isə öz kitablarındakı rəvayətlərə əsaslanaraq \"amin” deyilməsini müstəhəb sayır və deyirlər ki, Peyğəmbər (s) bu işi özü görmüş və digərlərinə də əmr etmişdir...


Nə üçün camaat namazının birinci və ikinci rəkətlərində yalnız imam, bəzi sünnilərdə isə iqtida edənlər də həmd oxuyur?


Cavab: Şiə fəqihləri yekdil olaraq bu fikirdədirlər ki, camaat namazında əvvəlki iki rəkətdə yalnız İmamın həmd oxuması kifayətdir. Bu məsələyə münasibətdə sünnilər arasında fikir ayrılığı var. Bütün Ərəbistanın müftisi Əbdullah ibn Baz deyir: \"Camaat namazında iqtida edənə (məmuma) həmd oxumaq vacibdir.” Şafeilər də belə hesab edir. Malikilər iqtida edənlərin həmd oxumasını günorta və ikindi namazında müstəhəb, şam və xüftən namazında isə məkruh sayırlar. Hənəfilər isə ümumiyyətlə iqtida edənin həmd oxumasını məkruh bilir. Hənbəlilər isə bildirirlər ki, həmd oxumaq günorta və ikindi namazlarında müstəhəb, şam, xüftən və sübh namazlarında İmamla birlikdə oxumaq məkruhdur.(\"Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1, s. 228) \"Səhihe Buxari”..


Nə üçün şiələr bütün namazlarda qunut tutduğu halda, sünnilər belə etmirlər?


Cavab: Şiə kitablarında qunutun müstəhəbliyi və fəzilətinə dəlalət edən mötəbər rəvayətlər var. Peyğəmbər (s) və İmamların (ə) qunut tutduğunu nəzərə alaraq şiələr bütün namazlarda qunut tuturlar.
Sünnə əhlinin mötəbər mənbələrində də həzrət Peyğəmbərin (s) xüsusi ilə şam və xüftən namazlarında qunut tutduğu bildirilir.(Səhihe-Buxari”, kitabul vətr, fəsil 7, hədis 1001-1004.)Malikilər həmin rəvayəti əsas götürərək sübh namazında qunut tutmağı müstəhəb hesab edirlər.(\"Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1.)


Nə üçün şiələr namazın salamından sonra üç dəfə təkbir deyir və təkbir deyərkən əllərini yuxarı qaldırırlar?


Cavab: Şiə fiqhində müstəhəbdir ki, namazın salamından sonra üç dəfə təkbir deyilsin və hər təkbirdə əllər qulaqlar bərabərinədək qaldırılsın. Ümumiyyətlə, şiəlikdə namazın birinci və sonrakı təkbirlərini deyərkən əlləri qaldırmaq müstəhəbdir. Sünnilər isə yalnız birinci təkbir, rükudan əvvəlki və sonrakı təkbir, ikinci rəkətə durarkən deyilən təkbirdə əlləri qaldırmağı müstəhəb sayırlar. (Əl-fiqhu ələl məzahibil ərbəəti, cild 1, səh-249. \"Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s.252)
Sünni müftisi ibn Baz deyir ki, yalnız bu dörd halda əlləri qaldırmaq olar.(\"Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 90)...


Nə üçün biz də sünnilər kimi sübh azanında \"əssəlatu xəyrun minənnovm” demirik?


Cavab: Şiə fiqhində və Əhli-beyt (ə) rəvayətlərində belə bir cümlə barədə məlumat olmadığından onu azanda demək caiz deyil, bidətdir. Amma bəzi qeyri-mötəbər sünni mənbələrində bildirilir ki, həzrət Peyğəmbər (s) azanı öyrədərkən sübh namazında bu cümlənin deyilməsini əmr etdi.(\"Töhfətul-ixvan”, Ben Baz, Əbdül Əziz ben Əbdüllah ben Baz, s. 79) Bəzi rəvayətlərdə isə bu cümlənin Ömər və onun oğlu Əbdullah tərəfindən azana artırıldığı bildirilir.(\"Əl-əzan”, Əbi Hatəm, s. 45) Ən əsası isə sünnilərin \"Səhihe Buxari”, \"Səhihe Müslim” kimi mötəbər kitablarında bu barədə heç bir məlumat verilmir.(Səhihe Müslim, Kitabus-səlati, babu sifətil-əzani, hədis 379. Səhih Buxari, Kitabul əzan.) Dörd sünni məzhəbi yekdil olaraq azanda bu cümlənin deyilməsini müstəhəb hesab edir.(\"Əl-fiqh ələl məzahibil-ərbəə”, c.1, s. 312.)...


Nə üçün sünnilər də bizim kimi azanda \"həyyə əla xəyril-əməl” demirlər?


Cavab: Şiələr öz ibadət üsulunu Peyğəmbər (s) Əhli-beytindən öyrənir. Şiə fiqhinin müraciət etdiyi rəvayətlərdə iki dəfə \"həyyə əla xəyril-əməl”, yəni \"əməllərin ən xeyirlisinə (namaza) tələs” deyilməsi zəruri bilinir. Sünnilərdə də belə bir rəvayət var, amma onlar bu rəvayəti zəif hesab edir və azanda həmin cümləni işlətmirlər.(Kitabul-əzan”, Əbi Hatəm, s. 54-60.) Bəli, şiələr peyğəmbər sünnəsini onun Əhli-beytindən öyrənirsə, sünnilər bu sünnəni kənar şəxslərdən əxz edirlər...


Nə üçün şiələr Allahdan başqasına and içirlər?! Bu günah deyilmi!


Qurana nəzər salaq və görək səmavi kitabımız bizə Allahdan qeyrisinə and içməyi haram bilirmi?! Lakin biz Allah kitabına baxdıqda görürük ki, Allah-təala təkcə \'\'Şəms\'\' surəsində doqquz məxluqa and içir. Ancaq bir ayədə rast gəlmirik ki, Allah-təala bunu bizə haram bilsin. Allah-təala buyurur: \'\'And olsun əncirə və zeytuna. And olsun Tur Sinaya. And olsun bu əmin şəhərə (Məkkəyə).\'\' (\'\'Tin\'\' surəsi) \'\'Ey Peyğəmbər! Sənin canına and olsun ki, onlar öz şəhvət sərxoşluqlarında sərgərdandırlar.\'\' (\'\'Hicr\'\' surəsi, ayə-72) \'\'And olsun qələmə və mələklərin yazdığına.\'\' (\'\'Qələm\'\' surəsi, ayə-1) Yox əgər deyilsə ki, ancaq Allah-təala and içə bilər. Cavab olaraq demək lazımdır ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, o cümlədən and içməyə də. Quran bəşərə ona görə göndərilib ki, biz ondan ibrət götürək və ona uyğun hərəkət edək. Hədislərə baxsaq görərik ki, Peyğəmbər(s) də məxluqa and içir. Peyğəmbər(s)-in and içməyinə dair məhşur sünnə aliminin öz kitabında qeyd etdiyi hədis var, \'\'Səhihi Müslüm\'\' Zəkat kitabı 3-cü c. səh.93-94 Misir çapı. Peyğəmbər(s) öz səhabələrinə atalarının canına and içməyi həqiqətən də qadağan etmişdi. Çünki onların ataları müşrük kimi dünyadan köçmüşdür...


Mahir Şəkərovun araşdırması: Musiqi haram deyil, haram olan musiqi var!


İstəyirik qısa şəkildə musiqi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirək. Bir çox musiqilər İslam şəriətinə əsasən haram sayılır. Həm onu ifa etmək, həm onu dinləmək və həm də o növ məclislərdə iştirak etmək haram sayılır. Musiqi barədə əsasən, iki mövqenin şahidi oluruq. Bir dəstə istisnasız olaraq, bütün musiqilərin dini terminlə desək, “ğina” və “haram” olduğunu söyləyir və hər cür musiqini ifa etməyi, dinləməyi günah sayır. Digər bir dəstə bəzi müsiqilərin halal, bəzilərinin isə haram olduğunu söyləyir və bunlar arasında fərq qoyulmasının zəruriliyini vurğulayır. Etdiyimiz mütaliə və araşdırmaya əsasən, biz də musiqinin tamamən haram olmasını dəstəkləmirik. Biz demirik ki, musiqi tamamilə haramdır, biz əksinə deyirik ki; Haram olan musiqilər var. Başqa sözlə deyirik ki, o musiqilərdə ki, “ğina” var, onlar haramdır. Elə isə ilk öncə öyrənək görək, ğina nədir?
Ğina nədir? Ğinanın nədən ibarət olduğu barədə dəqiq təsəvvür əldə etmək üçün əvvəlcə klassik lüğətlərdə bu sözə verilən mənalarla tanış olmaq lazımdır...


Qurbanlıq ətini necə bölüşdürmək və hansı üzvlərini yemək olmaz?!


Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına (ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara (özü də qohum olmayan yad adamlara) paylamalıdır. Hədislərdən məlum olur ki, İmam Zeynül-abidin (ə) və İmam Mühəmməd Baqir (ə) qurbanlıq ətini məhz bu şəkildə bölüşdürürmüşlər (Əllamə Məclisi. Biharül-ənvar, 99-cu cild, səh. 296, 16-cı hədis).
Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara yaxud yaxın adamlara paylaya bilər. Həzrət Mühəmməd Peyğəmbər (s) vida həcci zamanı kəsdiyi dəvələrin ətini bütünlükdə paylamış, hətta dərisini və yəhər-ovsarını da sədəqə vermişdi. Özü isə həmin ətdən bişirilmiş xörəkdən bir az dadmaqla kifayətlənmişdi...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter